Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə13/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   9   10   11   12   13   14   15   16   ...   63

Rüstəm Kamal 
 
49 
 
“İki  gün  sonra  ağaclar  və  divarların  kölgəsi  uzanıb  axşam 
sərinliyi  düşəndə  Qəmərbanunun  qapısı  döyüldü.”  (“Gələcək 
gün”) 
Onun  poetik  təfəkürü  insan  ovqatını,  mimikasını  da  Təbriz 
havası ilə əlaqələndirir.  
“Günəş  batandan  sonra  göy  üzündəki  qızartıları 
görmüşsünüzmü? Bax, eləcə onun da üzündə, dodaqlarında bir 
təbəssüm, bir həyat xatirəsi qalmışdı” (“Tonqal başında”) . 
Hava  durumu  Mirzə  İbrahimov  üçün  Təbrizi  xatırlama, 
Təbrizlə assosiativ əlaqə  yaratma  imkanıdır.  Keçmişin  xatirəsi 
Təbriz havası ilə birgə ayrı təsəvvür olunur: “Bir Təbrizə daxil 
olanda  günəş  çoxdan  çıxmış,  buludları  dağıdaraq  ilıq  və  xoş 
ziyasını  dağlara,  küçələrə  və  evlərə  yaymışdı...”  (“On  iki 
dekabr”).  
Xatirələrin  nisgilli  щаваъаты  peyzaj  yaşantısı  üstdə 
köklənir.  M.Prust  yazırdı  ki,  bizim  gözlərimiz  xatirə  adlanan 
keçmişin аранмасында эерчяк rol oynayır.  
Mirzə  İbrahimovun  мякан  -  ланшафт  yaddaşı  bilavasitə 
evlərin  təsviri  ilə  bağlıdır.  Hadisələrin  xronotopu  Тябриз 
evлярin təsvirindən başlayır.     
Onun vizual yaddaşı Təbriz evlərinin, hasarların divarlarının 
rəngini  unuda  bilmir:  “qırmızı  kərpicdən  tikilmiş  ikimərtəbə 
evləri  vardı.  Hündür  hasarları  da  qırmızı  kərpicdən  idi” 
(“Şairin  yadigarı”)  “Güləbətin,  Təbrizin  yayda  tozu,  qışda 
palçığı  dizə  çıxan  küçələrindən  birində,  boz  palçıq  divarları 
sökülüb dağılmış bir evdə anadan olmuşdur” (“Güləbətin”). 
“Küçənin  hər  iki  əli  birmərtəbəli  evlər  idi.  Ara-sıra 
ikimərtəbəlilərə rast gəlmək olurdu. Evlərin çoxu çiy kərpicdən 
və  ya  saman  qarışıq  boz  palçıqdan  tikilmişdi.  Əksəriyyətinin 
dal tərəfi küçəyə çıxırdı və bir dənə də pəncərəsi yox idi. Buna 
görə də küçə uzunu baxanda adama elə gəlirdi ki, hər iki əl boz 
palçıq divardan ibarətdir” (“Güləbətin”) . 


Rüstəm Kamal 
 
50 
 
“Təbriz  mətni”ndə  yol  yalnız  iki  məkan  nöqtəsi  arasında 
əlaqə  obrazı  deyil.  Yolun  mahiyyətini  azadlıq  mücadiləsi, 
qarşıya çıxan çətinliklər, itkilər, ölümlər  ифадя edir.  
Bu  Бюйцк  Yolun  əvvəli  də,  sonu  da  Təbrizdir.  Mirzə 
İbrahimovun  qəhrəmanları  Təbrizdən  çıxanda  вя  сонра  başqa 
görkəmdə və statusda Təbrizə qayıtmağı arzulayırlar. Fridun və 
Südabə  “Təbrizdən çıxanda inanırlar ki, qaranlıq və kədərli bir 
aləm”  arxada  qalır,  “qabaqda  isə  işıqlı  və  nəhayətsiz  bir  yol 
açılır.  Bu  yol  parlaq  sabaha,  xoşbəxt  gələcəyə  gedirdi” 
(“Gələcək  gün”).  Güləbətin  də  evdən  çıxanda  inanır  ki, 
qabaqda 
“Bilmədiyi,  görmədiyi  yollar  onu  gözləyir” 
(“Güləbətin”). 
Təbrizя  эедян,  Тябриздян  чыхды  yol  tale  simvoludur. 
Etnik  taleyimizin  obrazı  varlığımızın  bütövlüyü  Təbriz 
yolundan  başlayır.  Məhz  Тябризя  Yol  millətin  tale  obrazının 
bütövlüyünü formalaşdıra bilər.  
Мирзя Ибращимовун Təbrizи ölülər şəhəridir. Küçənin bir 
başında  qəbiristanlıq,  o  biri  başında  həbsxana  yerləşir  (mifik 
düşüncədə  türmə  -  qazamat  ölülər  dünyası  kimi  simvolizə 
olunur).  Ölüləri 
şəhərin  qoynunda,  ağacların  dibində 
basdırırlar.  Qəhrəmanlar  yenidən  dirilmək  üçün  ya  ölürlər,  ya 
da şəhərdən çıxırlar – üfüqlərə doğru!      
Təbrizdən  çıxan  yol  sonsuzluğa,  üfüqlərə  istiqamətlənir. 
Üfüq  obrazı  ишыглы  gələcəyin,  цмидли  сабащларын  məkan 
substansiyası кими çıxış edir:  
“Birdən-birə ona elə gəldi ki, üfüqlər al rəngə boyanmışdır. 
Oradan  gözəl  bir  səhər,  pak  və  təmiz  bir  gələcək 
doğmaqdadır.” 
Ялбяття, цfüqlərdə günəşin batması və doğulması иътимаи, 
ideoloji  simvolikanı  ifadə  edə  bilər.  “Gələcək  gün”  romanı 
üfüqlərdə  simvolik  günəşin  batması  səhnəsi  ilə  başlayır: 
“Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı. Onun 


Rüstəm Kamal 
 
51 
 
şüalarını  əks  edən  üfüqlərə  yatmış  ala-tala  buludlar  pul  kimi 
qızarmış ocaq daşlarını xatırladırdı” . 
Mirzə  İbrahimovun  məkan  fəlsəfəsində  üfüq  -  genişliyi, 
ənginliyi  və  nəhayətsizliyi  bildirir.  Azadı  elə  тябиятин 
yerинdə  basdırırlar  ki,  ordan  üfüqlər,  bütöv  Azərbaycan 
görünür:  “Bu  yer  Təbrizlə  Zəncanı  birləşdirən  böyük  yolu 
qoynuna  almış  Təbriz  gədiyidir...  Onun  ən  uca  təpəsindəki 
tənha  qəbrin  üstündə  duran  adamın  nəzərlərində  geniş  üfüqlər 
açılır,  oradan  Azərbaycana  həm  cənub,  həm  də  şimal  sahələri 
açılır” (“Azad”). 
Təbrizdə  sanki  hamı  Göylə  bağlıdır,  Эюйя  бахмагла 
мяшьулдур  “Güləbətin  göylərə  baxmağı  sevərdi.  Uşaqlıqdan 
sakit gecələrdə həyətdə yatdıqları zaman onun fikrini, xəyalını 
göylərə  çəkən  anası  olub...”,  yaxud:  “Güləbətin  hovuzun 
yanında durub açıq mavi göylərə baxarkən sinəsində mürəkkəb 
duyğular baş qaldırırdı” . 
Bəlkə  də  ona  görə  yazıçı  “uçmaq”  feilinin  metaforik 
imkanlarından  çox  istifadə  edir.  Гящряманлары  цфцгляри 
görmək 
цчцн  гуш  кими  учмалыдырлар.  Güləbətin 
göyərçinlərə  baxır  könlündən  quş  olmaq  arzusu  keçir.  Fridun 
sevincindən quş kimi uçmaq istəyir.  
Azadlıq ehtirası, romantik coşqu эюй образларына mifoloji 
metaforik  mənalar  qazandırır.  Məsələn,  “bulud”  metaforası 
“düşmən”,  “fəlakət”,  “ölüm”  mənaları  дюврцн    romantik 
üslubu üçün səciyyəvidir:  “Onlar Şərqin üstünü bir bulud kimi 
kəsmişlər...”  (“On  iki  dekabr”);  “Fəlakət  Təbrizin  üstünü 
birdən almışdı. Üfüqlərdən aşıb gələn qara buludlar, bütün göy 
üzünü  örtən  kimi,  Təbrizin  də  üstündə  ölüm  öz  qanadlarını 
gərmişdi” (“İztirabın sonu”).    
Qəhrəmanlar  Təbriz  göylərinə,  ulduzlara  baxaraq  Vətənin, 
insanların  taleyi  haqqında  düşünürlər.  “Kimin  ki,  bəxti  var, 
ulduzu  işıqlıdır,  kimin  ki,  bəxti  yoxdur  ulduzu  nöyüt  lampası 
kimi sönükdür” (“Güləbətin”). 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə