Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə21/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   17   18   19   20   21   22   23   24   ...   63

Rüstəm Kamal 
 
78 
 
«səbəb  olur».  Beləliklə,  olmuş  gerçək  bir  hadisə  mifoloji 
məkana  yerləşdirilir.  Körpü  tikmək  arzusu  da  məhz  bu 
məkanda – ana xəyallarında, yenidən «tikilir». 
 
Oğul məhəbbəti yaşar dərində, 
Onun məzarıdır ürəyim mənim, - 
Dedikcə ananın nəzərlərində 
Bir körpü canlandı, bir də İbrahim… 
 
 Evin (ata yurdun) tarixi ruhun tarixidir. Hüseyn  Arifə görə, 
tarix:  yaddaş  ruhun  yaddaşını  (xatirələr)  nitqin  yaddaşına 
köçürmək üçün gərəkdir. 
Hüseyn  Arif    adı  və  sözü  “dünənin”  «bətnindən»  doğulur. 
Qobustanın  tapılması,  Aşıq  Alının,  Yəhya  bəy  Dilqəmin, 
Hümmət  Əlizadənin,  Vəli  Xuluflunun  adlarının  üzə  çıxardılıb 
nəsillərə  tanıdılması  ilə  millətin  obrazı    yaranır.  Əks  halda  - 
nəsillər arasında, əcdadla varis arasında əlaqə itməlidir.  
 


Rüstəm Kamal 
 
79 
 
 
İSMAYIL ŞIXLI:  
YUXULARIN  YOZUMU 
 
Bu  essenin  adı  Z.Freydin  1900-cu  ildə  nəşr  olunmuş  və 
psixoanalizin  İncili  hesab  olunan  monoqrafiyasının  adına 
(«Yuxugörmələrin şərhi») oxşayır. Freydin kitabında söhbət ilk 
növbədə  pasientlərin  yuxuluarından  gedir.  Biz  isə  İsmayıl 
Şıxlının  təhtəlşüuruna  sıxışdırılmış  obrazları  «görmək»  və 
oxumaq  istəyirik.  Yuxlarын  йозуму  mifoloji  arxetipləri  bərpa 
etmək imkanıdır.  
Bəşər  mədəniyyətində,  folklor  düşüncəsində  yuxugörmə 
fenomeninin  vacibliyi  qətiyyən  inkar  olunmur.  Bədii  əsərlərin 
poetikasında  yuxu  motivinin  rolundan  çox  danışılıb,  чох 
йазылыб мцасир ядябиййатда йuxuları, yuxugörmələri təsvir 
edən  hekayə  tipləri  də  mövcuddur:  yuxu  –  rəvayət,    yuxu  – 
alleqoriya,  yuxu  –  pritça.  Dahi  argentinalı  X.L.Borxesi  ədəbi-
bədii  yuxugörmələrin  banisi  hesab  etmək  olar.  Onun  bir  sra 
hekayələri  əslində  yuxu  –  alleqoriyalardan  yuxu  –  pritçalara 
keçiddir  (Bu  haqda  bax:  Книга  сновидений  //  Сост. 
Х.Л.Борхес.  СПб.,  2000).  Başqa  bir  kitaba  da  охуъуларын 
diqqətiни yönəltmək istəyirəm: U.Berrouzun «Mənim təhsilim. 
Yuxular  kitabı».  Bu  əsərdə  yazıçı  yuxuların  təsvirini  «sadəcə 
fraqmentlərlə»  təqdim  edir,  yuxuda  gördüklərinin  pafosu 
«sadəcə fraqmentləri» ümumi kontekstə daxil edir.  
İ.Şıxlı yuxuları yazmağı və yozmağı sevirdi. Çünki yuxulara 
inanırdı.  
Yuxu  İ.Şıxlı  təhkiyəsinin  vacib  komponenti,  yuxu  onun 
üçün bir inanc gerçəkliyi idi.  
Yuxu başqa («o») dünyanın «bu»  dünyaya sirli replikasıdır. 
Gündəlik  formasında  yazılmış  «Cəbhə  yolları»  sənədli 
povestində  cəbhə  yuxuları  mətn  kimi  daxil  edilir.  «Yuxu 
mətni»  fraqmentlərin  ümumi  emosional,  məntiqinə  uyğun 
verlir,  yuxu  simvolikası  və  yuxu  yozumu  müharibənin  real 


Rüstəm Kamal 
 
80 
 
epizodları ilə, müəllifin (qəhrəmanın) yaşantıları ilə sıx şəkildə 
əlaqələndirilir.  O,  yuxu  yozumu  ilə  hadisələr  arasında  məna 
uyarlığı  axtarır:  «Gecə  yuxumda  Zeynəbi  və  Zəkəriyyəni 
gördüm.  Nədənsə  hər  dəfə  yuxu  görəndə  bir  hadisə  baş 
verəcəyini  gözləyirəm.  Elə  də  oldu.  Almanlar  bizdən  iki 
kilometr  aralı  olan  kəndi  şiddətli  bombardmana 
başladılar…».  Bu,  28  may  1943-cü  ildə  cəbhə  gündəliyinə 
yaz-dıqlarıdır.  
Ata  İ.Şıxlının  cəbhə  yuxularının  fəal  «qəhrəmanıdır»,  Ata 
tanatoloji obrazdır. «Bu gecə yuxumda atamı gördüm. Güya 
müharibə  qurtarıb,  mən  evə  gəlmişəm.  Atam  ölüb  (Allah 
eləməsin).  Mən  ağlayıram  və  deyirəm  ki,  nə  üçün 
müharibənin sonunu görmədi? Nə üçün mən onunla görüşə 
bilmədim?  Gecə  öz  səsimə  özüm  oyandım»  (16.I.44, 
Edükünnen).  Fransız  psixoanalitiki  J.Lakan  deyirdi  ki,  «məhz 
ata 
adında 
daşıyıcının 
simvolik 
funksiyasını 
görmək 
lazımdır…».  K.Q.Yunqa  görə,  «ata  uşağın  ruhunda  yaşayan 
qüdrətli  arxetipdir».  (Юнг  К.Г.  Проблемы  души  нашего 
времени. M., 1994, с. 141).  
«Nədənsə  çox  darıxdım.  Atam  iki  dəfə  yuxuma  girib. 
Görürəm ki, dəniz dalğalanır, fırtınadır. Sahilə köhnə tanış 
katerlər  gəlir.  Mən  sahildəyəm.  Anam  isə  ləpələrin 
islatmasına baxmayaraq xəyal kimi sahildə dayanıb. Hətta 
katerlərdən  kəndiri  açmaq  istəyir.  Mən  ona  yaxınlaşıb 
kömək  etdim.  Bilmirəm  bu  nə  yuxulardır?  Yoxsa  taleyim 
yeni  bir  oyun  açacaq?  Ya  da  bir  hadisə  olub,  mənim 
xəbərim  yoxdur?»  (9.I.45-ci  il).  «Atamı  yuxuda  gördüm. 
Səhəri çox fikir elədim. Xeyli vaxt idi «Qafqazı müdafiəyə» 
medalını  gözləyirdik.  Nəhayət,  bu  gün  mənə  və  Yaşkaya 
(İskəndərə) həmin medalı verdilər». (1.I.45).  
«Dəli  Kür»də  ataların  zamanı  əslində  Yuxu  zamanıdır. 
[Təsadüfü  deyil  ki,  Avstraliya  aborigenləri  üçün  əcdadlar 
zamanı «the Dream Time» yuxu zamanı adlanır].  


Rüstəm Kamal 
 
81 
 
Cahandar  ağa,  Şahnigar,  Rus  Əhməd,  Əşrəf…  sadəcə 
personajların  adları    deyil,  ruhların  adlarıdır.  «Dəli  Kürün» 
epik  toxumasında  yuxu  mətni  yad  ünsür,  yazıçı  uydurması, 
yaxud  motiv-detal  deyil.  Cahandar  ağanın  yuxu  mətnində 
səbəb-nəticə  əlaqələrinin  pozulması,  epizodun  metonimikliyi, 
kompozisiyasыnın  açıqlığı  hadisələrin  ümumi  fəlsəfəsinə 
uyğyndur. 
Cahandar  ağa  yaylağa  köç  ərəfəsində  bacısı  Şahnigarı 
yuxuda  görür:  «Kişinin  bədənini  tər  basdı.  Papirosu  tez-tez 
sümürüb  kötüyünü  atdı  və  yorğanı  başına bürüdü.  Orada 
xeyli çevrildi, yalnız səhərə yaxın gözünə çimir getdi. Bacısı 
yuxuda da ondan əl çəkmədi…   
Şahnigar qapını açıb astanada dayandı. Boynunu büküb 
məlul-məlul qardaşının üzünə baxdı. «Qabağında ölüm, ay 
qardaş,  nə  yaman  fikirlisən»,  –  dedi.  Sonra  astaca,  sanki 
kimisə  oyadacağından  qorxurmuş  kimi,  barmaqlarının 
ucunda  içəri  girdi.  Gəlib  taxtın  aşağı  tərəfində  dayandı. 
Yazıq-yazıq  dilləndi  «Dağa  havaxt  köçürsünüz,  dərdin 
alım?  Bə  məni  aranda  qoyursunuz?  Demirsənmi  bacım 
aranda  istidən  bişər?  Yoxsa  elə  bilirsən  qara  torpaq  sərin 
olur?»  
Cahandar  ağa  dillənə  bilmədi.  Daş  kimi  dayanıb 
bacısının  üzünə  baxdı.  Birdən  Şahnigarın  gözlərində 
həyacan  göründü.  Arvad  diqqətlə  qardaşını  süzdü.  Onun 
səsi  titrədi.  «Ömrüm-günüm,  nə  yaman  sınıxmısan?  Niyə 
belə  qaş-qabaqlısan?  Allah  mənciyəzi  yerə  soxsun,  səni  də 
dərdə  saldım.  Deyəsən,  yuxusuz  qalıbsan,  rəngin-rufun 
qaçıb.  Gözün  də  yaman  qızarıb.  Bilirəm,  Şamxal  düz  iş 
tutmadı.  Amma  acığına  gəlməsin,  ay  qardaş,  səndə  də  bir 
az taqsır oldu. Adam da doğma balasını yad qızından ötəri 
ayağının altına salıb çığnayardımı? Arvad-uşağını evindən 
didərgin  salardımı?  Vallah,  Zərnigarda  günah  yoxdur. 
Onun  yerinə  kim  olsa,  elə  lap  mən  özüm  də  olsam,  evə 
dava-dalaş  salardım.  Adamın  üstünə  günü  gəlməyi  sənə 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə