Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə17/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   13   14   15   16   17   18   19   20   ...   63

Rüstəm Kamal 
 
63 
 
şeirlərində  dağ  düşünən,  инсанын  щалыны  duyan  həsсas  bir 
varlıqдыр.  
 
Duyub düşündüyüm dağlardır mənim, 
Dağlar nə düşünür, dağlar nə duyur. 
 
O,  «əsas»  təbiət  obyektlərini-dağları,  çaylaı,  ağacları,  - 
gerçək  və  mifik  kosmosun  bütün  qüvvələrini  ülfətə  çağırır, 
(«Dağlarsız neynəsin dağlar həmdəmi».  
Ona  görə  də  dağları  etik-estetik  «qohumluq»  –  doğmalıq 
baxımdan  təqdim  edir,  ömür-ölüm  hadisələrinin  mahiyyətini 
dağ  ilə  müqayisədə  вя  цнсиййятдя  anlamaq  istəyir.  Dağ 
sakral,  mənəvi-ruhi  yüksəklik  simvoludur.  Dağ  zirvəsi  bir 
insan ömrünün Uca Tanrı ilə görüş məqamıdır. 
Yuxarıya, dağын zirvəsinə qalxmaq/çıxmaq – yerdən kənara 
çıxış,  başqa  bir  дцнйайа,  yəni  hava  (səma)  stixiyasına 
keçməkdir. Yuxarıya yol – suya, dənizə, «özgə dünya»ya, yola 
qarşı  durur.  (H.Arifdə  oraya  da  ancaq  dağlar  vasitəsi  ilə 
«düşmək olar»).  
Zirvədə    dağ  kəlinin  ölməsinя  kişi  ömrünün  simvolik  – 
dəyər мянасы верилир:  
 
 
Məğrur dağ kəli tək yaşa dağda sən, 
Qatlama dizini bəd ayaqda sən… 
 
Sibir  telengitlərinin  inancı  var:  uşağı  olmaйан  qadın 
müqəddəs dağın başına çıxır və dualar edir.  
Щцсейн Ариф инанъында hərənin bir zirvəsi olduğu kimi, 
hərənin bir «təpəsi», «dərəsi» olur («Hərə bir dərəni, hərə bir 
düzü, // Hərə bir zirvəni seçdi dünyada»). Zirvə insanın təbii 
istəyi və arzusudur.  
Əgər  təbiətin  yaradıcı  funksiyası  -  ömür  vermək  və 
yaşatmaqdırsa,  insanın  təbiətə  yaxınlığı  isə  onunla  qohumluq, 


Rüstəm Kamal 
 
64 
 
doğmalıq  aktı  kimi  dərk  olunur.  Şairi  isə  həmişə  qohum-
əqrəbalıq,  qonşuluq,  eloğluluq    nur-işıq  mənbəyi,  könül 
bağlılığı  kimi  maraqlandırır.  Məhz  istiqanlılıq    duyğusu 
toplumda özgələşmənin, yadlaşmanın qarşısını alır. 
İnsan yaşamı təbiət proseslərinə bərabər tutulur, ömrün ritmi 
təbiətin ritmi ilə uyğunlaşdırılır, eyniləşdirilir.  
Dağların  çən-duman  ovqatı,  meşələrin  yağış  əhvalı  necə 
dəyişərsə, qış yazın, yaz da qışın  «sözünə baxmırsa», şairin də 
əhvalı, taleyi elə dəyişir: 
 
Bir palıd yıxıldı çay qırağında, 
Bir durna üzüldü öz qatarından, 
Bir qartal qıy vurub qayadan endi, 
Bir pələng uzandı yorğun, yarımcan. 
Nə yaman üşüdüm, bu nə soyuqdur... 
 
Hüseyn  Arifin  inancı  da    davranışı  da  dünyası,  həqiqət 
axtarışı  da  əslində  təbiətin  özündən  gəlirdi.  Təbiət  əxlaqi 
sözünün mayası, içinin havası idi. 
Bu  əxlaqda  önəmli  məsələ  -  işığı  dərk  etmək,  işığı  görmək 
və işığa doğru getmək idi.  
«Obaşdan  oyanmaq»  bir  çox  dillərdə  dəyər  çalarına 
malikdir.  Obaş,  sübh  çağı  rus  ənənəsində  müalicə  suyunun 
içilməsi, götürülməsi vaxtıdır. Səhər - hər şeyi dirildən baharın 
metaforasıdır.  (A.N.Afanasyev).  «Obaşdan  oyanmaq»  - 
Hüseyn Arifin əxlaq idealının aspektlərindən biridir.  
 
Oyandım obaşdan, göylər tərtəmiz, 
Təzə yarpaqları şəfəq bəzədi. 
 
Hüseyn  Arif  ekosofiyasında  “doğum - dan  yeri [sübh] -  ilk 
bahar”  müsbət,  pozitiv  potensiala,  axır  (son)  -  ölüm,  axşam 


Rüstəm Kamal 
 
65 
 
(qürub) - payız (son bahar) neqativ, mənfi potensiala malikdir. 
Bunu bir-iki örkəndə də sezmək olar: 
 
Hanı sübhün şeh qoxulu meh nəfəsi, 
Belə vaxtda qol boşalır, göz qamaşır… 
 
Oyan günəş, açıl səhər, çağla həyat, 
Mən dünyanı yatmış görmək istəmirəm.   
 
Sübh çağı, dan yelləri, dan yelləri, dan işığı - qutsal zamanla 
bağlı  deyimlərdir.  Səhəri,  sabahın  açılmasını,  günəşin 
doğmasını mifik yaradılış zamanı kimi dərk edir.  
Altay  -  Sibir  şaman  dualarında,  «Kitabi-Dədə  Qorqud»da 
olduğu kimi! Bu, «Dədə Qorqud»dandır:  
 
«Salqum-salqum tan yelləri əsdigində, 
Saqqalı bozac turqay sayraduqda, 
Saqqalı uzun tat əri banladuqda, 
Bədəvi atlar issini görüb oğradıqda, 
Ağlı-qaralı seçilən çağda,  
Köksü gözəl qaba dağlara gün dəyəndə, 
Bəy yigitlər, cilasunlar bir-birinə qoyulan çağda… 
 
Canlı  bilik  bilavasitə  təbiətdən  alınan,  тябиятдян  эялян  
biliyə  deyilir.  Müdriklik  məqamı  da  тябиятдян  başlayır.  O, 
ruhun  qurtuluşunu  insanın  canlı  biliyə  bağlanmasыnda  вя 
йийялянмясиндя görürdü.   
Canlı bilik təbiətlə, həqiqətlə ünsiyyətdə mümkündür. 
Hüseyn  Arifin  seçdiyi  (sevdiyi!)  образлар  canlı  bilik 
yiyələridir: Yəhya bəy Dilqəm, Aşıq Alı, Dədə Ələsgər, Səməd 
Vurğun,  Hümmət  Əlizadə,  Vəli  Xuluflu...  “Çiçəklərin  adı, 
otların  adı//Axdı  qulağına  ötən  baharda”  -  bu  мисралар 
folklorşunas Vəli Xuluflu haqqında deyilib. 


Rüstəm Kamal 
 
66 
 
Əlbəttə,  H.Arif  kitab  -  yazı  mədəniyyətini,  kitabdan  gələn 
biliyi  qətiyyən  инкар  етмирди.  Onun  üzdəniraq  alimlərin 
“siroplanmış  sitataları”ndan  qəliz,  anlaşılmaz  fikirlərdən, 
insanı çaşdıran mücərrəd мцряккяб ideyalardan xoşu gəlmirdi. 
Məhz 
canlı 
biliyin 
enerjisi 
(“Hanı  o  istilik,  o 
mehribanlıq//Dünyaya nə yaman soyuqluq çökür”).  
 
Göylərin hikməti yerlərə tanış, 
Maralla söhbət aç, ceyranla danış, 
Ildırım nə zaman gurlayacaqmış, 
Quşların verdiyi xəbərdən bildim. 
 
Dilimizdə  “əyan  olmaq”  deyimi  canlı  biliyin  ifadə  
formasıdır.  Baharın  gəlişi  ağaclara,  yaz  günəşinin  hənirtisi 
torpağa беляъя əyan olur, qartala öz  ölümü qabaqcadan  əyan 
olur  (“Mən  indi  anladım  qartal  ölümü//  Daha  tez  qartala 
əyan  olurmuş”),  eləcə  də:  “Hüseyn  Arifə  əyandı  nələr// 
Harda nur ələnər, hara qar gələr”. 
Təbiət obyektlərinə (meşə, dağ, çay…) və təbiət varlıqlarına 
həyan  olmaг,  onların  nazını,  qayğısını  çəkməк  insanın  şərəfli 
varlığını  şərtləndirir:  “Gözlərim  yaşarıb  axanda  bildim// 
Hardasa bir maral üşüyür indi”. 
Gərək  suya,  ağaca,  dağa  həyan  olasan,  onıların  hayına  hay 
verəsən ki, onlardan da məhəbbət, ülfət umasan. Hüseyn Arifdə 
“məhəbbət,  mərhəmət”  sözləri  “qayğı”  sözünün  sinonimidir, 
işıqla,  istiliklə  bağlı  mənalardır:  “Ağac  da  məhəbbət, 
mərhəmət istər,// Su istər, gün istər, hərarət istər”. 
H.Arifə  görə,  bir  yaşıl  ağaca,  bir  körpə  şitilə  həyan  olmaq 
sevgi,  mərhəmət  aktıdır,  canlı  biliyin  təzahürüdür.  Özünü 
başqasında,başqasını özündə (özünü təbiətdə) tapmaq və Tanrı 
verən ömrün dəyərini anlamaq üsuludur. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə