13
100 q quru yarpağında 10,26-15,25 mq, Çin çayında isə 3-400
mq/kq ftor olur. Çində çay plantasiyalarını tərkibində ftor olan
pestisidlərlə dərmanlayırlar. Əgər sağlam olmaq istəyirsinizsə
çox tünd çay içməyin. Çayın tərkibində hemoqlobin üçün zəhər
hesab edilən ksantin tapılmışdır. Yaxşı olar ki, qara qarağat,
ş
alfey, moruq, dağ nanəsi, itburnu, kasnı bitkisi və nanə
yarpaqlarından və çiçəklərinin ləçəklərindən hazırlanmış çay
içilsin. Ftorun artıq miqdarı orqanizm üçün qorxuludur. Meyvə-
tərəvəzlərin, göyərtinin tərkibindəki ftorun miqdarını azaltmaq
üçün onları yeməzdən əvvəl axar su altında yumaq lazımdır.
Çünki ftor suda asan həll olur. Sənaye mərkəzlərində, zavod,
fabrik, şəhər nəqliyyatının gur yerlərində yaşayanlar buna ciddi
ə
məl etməlidirlər.
Vanadium (Vn) elementinin orqanizmin xəstəliklərdən
qorunması funksiyasının artırılmasında mühüm rolu var. Vana-
dium qandakı xəstəlik törədən bütün «artıq» mikrobları təmiz-
ləyən hüceyrələrin – flositlərin hərəkətini stimullaşdırır. Nə-
ticədə orqanizmin infeksiyalara qarşı müqaviməti artır və qan
təmizlənir.
Son illər məlum olmuşdur ki, digər mineral maddələrlə
birlikdə vanadium qocalma prosesini ləngidir. Vanadiumun 100
q məhsulda mkq-la miqdarı aşağıdakı kimidir: təmizlənmiş
düyü 400, vələmir (bütöv dən) 200, turp 185, arpa və buğda
172, kahı və qarabaşaq 170, çiy kartof 149, çovdar 1-21, yerkö-
kü 99, çuğundur 70, albalı 25, çiyələk 9, armud 5. Kəsmikdə,
ə
t, makaron, emaledilmiş yarma, konfet, şokolad, qaymaq və
kakaoda vanadium elementi yoxdur.
Manqan (Mn) elementi hüceyrənin düzgün inkişafı, B
1
vitamininin, dəmirin və misin mənimsənilməsi, qanınyaranması
üçün vacibdir. Orqanizmdə manqan çatışmadıqda B
1
vitamini-
nin xeyri əvəzinə orqanizm üçün kəskin toksiki düşmənə
çevrilir. Məhz buna görə də orqanizmdən müəyyən toksiki
maddələri kənar etmək üçün, bağırsaqları boşaltdıqdan sonra
zəif kalium-permanqanat məhlulu içilməsi nəzərdə tutulur.
14
nsan orqanizminin 1 kq kütləsi üçün manqan elementinə tə-
ləbat 0,2-0,3 mq-dır. Manqanın ərzaq məhsullarında miqdarı 1
kq məhsulda mq-la aşağıdakı kimidir: mal və qoyun ətində, yu-
murtada 0-50; balıq ətində 0,5-2; balda 0,5-2; böyrək, pendir və
yumurta sarısında 2-10; kələm, əncir, yerkökü, xiyar, qaraciyər,
kartof, pomidor, üzüm, gavalı 2-10; buğda unu 10-70; ispanaq,
noxud, lobya, arpa, moruq, şokolad 30; kakao 35; vələmir unu,
vələmir lopası 36; soya unu, şabalıd 40; bibər 65; çay 150-900;
hər bir insan bu məhsullardakı manqanın miqdarından asılı
olaraq öz bədəninin kütləsinə uyğun olan məhsulların yeyilməsi
miqdarını hesablaya bilər.
Litium (Li) – çox xeyirli mikroelementdir. Onu minime-
tal adlandırırlar. Litiumla podaqra və ekzema kimi xəstəliklər
müalicə olunur. Müəyyən edilmişdir ki, suyunda lazımi qədər
litium olan yerlərin əhalisi sakit və xoşxasiyyət olub, aralarında
emosional və kobud adamlar çox azdır. Eyni zamanda, əsəb
xəstəliklərinə çox az rast gəlinir. Bu elementin psixotrop xas-
sələri müəyyən edilmişdir. Litium elementini depressiyada, ipo-
xondriya və qəddarlıqda, hətta narkomaniyada da tətbiq edirlər.
Lakin litium həm «mülayim» və həm də «qəddar» ola bilər.
Litiumla müalicə olunan xəstələrdə sonralar çanaq-bud oy-
naqlarında müəyyən çatışmazlıqlar müəyyən olunmuşdur. Ona
görə də, litiumu dərman və iynə ilə qəbul etməkdənsə, təbii
məhsullardan qida vasitəsilə almaq daha yaxşıdır. Litium bir
çox mineral sularda, şoran və daşduzun tərkibində vardır. Li-
tium ən çox kartof, pomidor və gülçiçəklilər fəsiləsinə aid mey-
vələrdə (alma, armud, heyva, əzgil və s.) vardır. Müəyyən edil-
mişdir ki, litium psixotrop təsirlə yanaşı, sklerozun, ürək xəs-
təliklərinin, diabetin və qan təzyiqinin profilaktikasında mühüm
ə
həmiyyət kəsb edir. V.I.Vernadski adına Moskva Geokimya
nstitutunda aparılan tədqiqatlar göstərmişdir ki, bitkilərin
yerüstü hissəsində litiumun miqdarı, yeraltı hissəsindən çoxdur.
1977-ci ildə Krakovun hemotoloji klinikasında aparılan təd-
qiqatlar nəticəsində müəyyən edilmişdir ki, litium mikroele-
15
menti sümük iliyinin məhv olmaqda olan hüceyrələrini fəallaş-
dırır və qan xərçənginin qarşısını alır. Bütün bunlara rəğmən
sağlamlığı qorumaq məqsədilə hər gün təzə meyvə-tərəvəzlə
qidalanmaq məsləhət görülür.
Xrom (Cr) – insan orqanizmi üçün orta hesabla 150 mq
miqdarında lazımdır. Lakin xromun artıq miqdarı çox təhlükəli-
dir. Xrom karbohidratları pis mənimsəyən yaşlılar üçün
xüsusilə xeyirlidir. Çünki xrom orqanizmdə karbohidrat birləş-
mələrinin mübadiləsi prosesini gücləndirir. Əgər orqanizmdə
xrom çatışmırsa, qanda şəkərin və xolesterinin miqdarı artır. B
6
vitamini də analoji xassəyə malikdir. Xromun artıq miqdarı
xərçəng xəstəliyinə və astmaya səbəb olur. Sənaye mərkəzləri-
nin havasında xrom tozu daha çox olur.
1973-cü ildə Kanadalı doktor Edvard Konetsko müəyyən
etmişdir ki, günaşırı 1 mq xrom, hər gün 50 mq sink və 5 mq
sistein
aminturşusu qəbul edən adamlarda katarakt xəstəliyinin
profilaktikası, hətta müalicəsi mümkündür. Xrom və sink
ə
vəzedilməz aminturşular ilə birlikdə daha yaxşı mənimsənilir.
Aminturşular sərbəst formada bitkilərdə olduğundan və mikro-
elementlər üzvi birləşmələrlə yaxşı mənimsənildiyindən, hər
gün qida rasionunda «canlı» təbii məhsulların, yəni meyvə-
tərəvəzlərin olması vacibdir. Ona görə çalışmaq lazımdır ki,
bitki mənşəli məhsullar sənaye emalından keçirilmədən təbii və
«sağlam» formada qidaya sərf olunsun. Ən çox xrom pivə
mayalarında, qaraciyərdə, qabıqla bişirilmiş kartofda, təzə tərə-
vəzlərdə, iri üyüdülmüş və kəpəkli undan çörəkdə vardır. Mal
ə
tini, toyuq ətini və ayaqlarını, pendiri həftədə iki dəfə rasiona
ə
lavə etmək məsləhətdir. Makaron, qarğıdalı lopaları, süd, yağ,
marqarin və şəkərin tərkibində bir çox mikroelementlər, o cüm-
lədən xrom yoxdur. Hamilə qadın, südverən analar, diabetiklər
və 45-dən çox yaşı olanlar, eləcə də sümük sınıqları zamanı
gündə 3 xörək qaşığı pivə mayası qəbul etmək məsləhət görü-
lür. Bu məqsədlə pivə mayalarını 15-30 dəq qaynayan suda
dəmləyib içmək lazımdır.
16
Silisium (Si) elementi canlı orqanizmin bütün üzvlərində
silikat turşusu şəklində vardır. Bu element birləşdirici toxuma-
nın tərkib hissəsidir. Silisium elementinin sağlamlığın, cavanlı-
ğ
ın, ömrün uzadılmasında və orqanizmin həyat fəaliyyətinin
yaxşılaşmasında böyük əhəmiyyəti vardır. Insan yaşa dolduqca
bu mikroelementin miqdarı azalır. Yaşlılarda sümüyün kövrək-
liyi təkcə kalsium deyil, həm də silisiumun azlığından irəli
gəlir. Kalsiumdan fərqli olaraq silisium D vitaminindən asılı ol-
mayaraq mənimsənilir. Silisium uşaqlar, yaşlılar, eləcə də sağ-
lam və xəstələr üçün eyni dərəcədə lazımdır. Ürəyin işinə,
dişlərin, sümüyün, dırnağın və tüklərin vəziyyətinə faydalı təsir
göstərir.
Bu gün distrofiya, epilepsiya, revmatizm, piylənmə, ate-
roskleroz xəstəliklərini, tərkibində silisium olan bitkilərin miq-
darını gündəlik qida rasionunda artırmaqla müalicə etmək
mümkündür.
Dəmir və kalsiumdan fərqli olaraq silisium yaşlı orqa-
nizm tərəfindən yaxşı mənimsənilir. Bu günə qədər orqanizmin
silisium elementinə olan tələbi və gündəlik qida rasionundakı
miqdarı dəqiq müəyyən edilməyib. Silisium ən çox qatırquyru-
ğ
unda (хвош), işırqanda (пикульник), quşbuğdasında (горец
птичий
), ayrıqotunda (пырей), dəvədabanında (мать-и-маче-
ха
), ballıca (медуница), zəncirotunun (одуванчик) yarpaqla-
rında və gicitkəndə vardır.
Qida məhsullarından kərəvizdə, turşudulmuş süddə, turp-
da, porey soğanında, günəbaxanda, pomidorda, şalğamda silisi-
um vardır. Orqanizmdə silisium əsasən qalxanvarı vəzidə (310
mq%), böyrəkaltı vəzidə (250 mq%), hipovizdə (81,4 mq%),
ağciyərdə (40-80 mq%), əzələdə (28 mq%), qanda (0,1-0,9
mq%) vardır. Orqanizmdə silisium çatışmadıqda aşağıdakı
dəmləmədən istifadə edilməsi məsləhətdir: hər birindən 50 q
olmaqla, qatırquyruğu, işırqan, gicitkən və 100 q quşbuğdasın-
dan qarışdırıb 1 xörək qaşığına 1 stəkan su əlavə etməli. Məh-
Dostları ilə paylaş: |