212
bilməzlər. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına
nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə
vəzifələr daşıya bilməzlər (Banklar haqqında Azərbaycan Respublikasının
Qanunu -maddə19).
Bankın nizamnaməsinin notariat qaydada təsdiqlənmiş surəti, bank tə-
rəfindən təsdiqlənmiş daxili reqlamenti, habelə bankın bank fəaliyyəti ilə əlaqə-
dar müqavilələri imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı bank
tərəfindən Mərkəzi Banka bir nüsxədə təqdim edilir və Mərkəzi Bankda saxla-
nılır Banklar haqqında Azərbaycan Respublikasının Qanunu - maddə 20).
Bank məcmu kapitalını, xarici bankın yerli filialı isə məcmu kapitala bə-
rabər tutulmuş vəsaitini daimi olaraq Mərkəzi Bankın banklar üçün müəyyən
etdiyi məcmu kapitalın minimum miqdarından aşağı olmayan səviyyədə
saxlamalıdır. Bankın məcmu kapitalının, xarici bankın yerli filialı üçün isə
məcmu kapitala bərabər tutulmuş vəsaitin strukturu, komponentləri və hesab-
lanması qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Bankın və ya xarici
bankın yerli filialının inzibatçıları məcmu kapitalın və ya məcmu kapitala
bərabər tutulmuş vəsaitin miqdarının Mərkəzi Bankın banklar üçün müəyyən
etdiyi məcmu kapitalın (məcmu kapitala bərabər tutulmuş vəsaitin) minimum
miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalının 3 faizə çatdığını müəy-
yən etdikləri bütün hallarda dərhal bu barədə Mərkəzi Banka bildiriş göndər-
məlidirlər (Banklar haqqında Azərbaycan Respublikasının Qanunu -
maddə 21).
Hər hansı bir şəxs bankın nizamnamə kapitalında mühüm iştirak payını, o
cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına
çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq səsvermə hüququ
olan səhmlərin və ya nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə
çatmasına və ya bu miqdarı keçməsinə, yaxud bankın həmin şəxsin törəmə
strukturuna çevrilməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən
edilmiş qaydada əldə edə bilər (Banklar haqqında Azərbaycan Respublika-
sının Qanunu - maddə 22).
Bankların idarə
etmə
strukturu. Hər bir bank ali idarəetmə orqanı olan
səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata
keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Auditn
Komitəsi və məsul icra orqanı olan darə Heyəti tərəfindən idarə olunur (Bank-
lar haqqında Azə
rbaycan Respublikasının Qanunu - maddə 23).
Bankın təşkilati strukturu Səhmdarların Ümumi Yığıncağı və ya onun
verdiyi səlahiyyətlər əsasında Müşahidə Şurası tərəfindən təsdiq edilir. Təşkilati
strukturun tərkibinə ən azı aşağıdakı funksiyaları daşıyan bölmələr daxil edil-
məlidir:
1. müştərilərlə birbaşa iş;
2. risklərin idarə edilməsi;
3. bank əməliyyatları;
213
4. inzibati və yardımçı xidmət.
Bankın təşkilati strukturu Mərkəzi Banka təqdim edilir.
Bank fəaliyyəti ilə əlaqədar müxtəlif risklərin səmərəli idarə edilməsi
məqsədilə Banklarda korporativ idarəetmə standartlarının tətbiqi qaydalarına
müvafiq daxili komitələr yaradılır. Hər bir komitəyə darə Heyətinin bu sahəyə
cavabdeh olan üzvü sədrlik edir. Hər bir bankda idarəetmə orqanlarının və
struktur bölmələrin fəaliyyətini tənzimləyən əsasnamələr tərtib edilir. Əsasna-
mələrdə idarəetmə orqanlarının və struktur bölmələrin tərkibi, funksiya və səla-
hiyyətləri, fəaliyyət qaydaları müəyyən edilir. Əsasnamələr və onlara edilən
bütün dəyişikliklər Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim
edilir.
darəetmə orqanlarının əsasnamələri Səhmdarların Ümumi Yığıncağı tə-
rəfindən təsdiq edilir. darəetmə orqanlarının əsasnamələrində ayrıca olaraq
onların sədrlərinin səlahiyyətləri müəyyən edilməlidir. Səlahiyyətlərin həcmi
müəyyən edilərkən qanunvericiliyin tələbləri və bank fəaliyyətində risklərin
azaldılması məsələləri nəzərə alınmalıdır.
Bankın fəaliyyətinə nəzarəti həyata keçirən Müşahidə Şurası Səhm-
darların Ümumi Yığıncağının verdiyi səlahiyyətlər əsasında bankın bütün si-
yasətlərinin və fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir. Səhmdarlar qar-
ş
ısında bankın ümumi fəaliyyətinə görə Müşahidə Şurası, bankın cari fəaliy-
yətinə görə darə Heyəti məsuliyyət daşıyır.
Banklarda korporativ idarəetmə standartlarının tətbiqi qaydaların 10-cu
bölməsinə uyğun olaraq yaradılan komitələrin əsasnamələri bankın Müşahidə
Ş
urası tərəfindən təsdiq edilir. Komitələrin əsasnamələrində qərarların qəbul
edilmə qaydası göstərilməlidir. Bankın filial, şöbə və nümayəndəlikləri istisna
olmaqla digər struktur bölmələrin əsasnamələri darə Heyəti tərəfindən, daxili
audit bölməsinin əsasnaməsi isə Audit Komitəsi tərəfindən təsdiq edilir.
Bankda hər bir fəaliyyət növü üzrə əməliyyatın həyata keçirilməsi və risklərin
idarə edilməsi ilə bağlı daxili qaydalar və prosedurlar darə Heyəti tərəfindən
tərtib olunur və Müşahidə Şurası tərəfindən təsdiq edilir. Bu sənədlərdə hər bir
fəaliyyət növünün həyata keçirilməsi qaydası tam və açıq müəyyən olunur.
Bankda hər bir vəzifə üzrə vəzifə təlimatı olmalıdır. Vəzifə təlimatları struktur
bölmələrin rəhbərləri tərəfindən təsdiq edilir və işçilər tərəfindən imzalanır. Və-
zifə təlimatında vəzifə üzrə funksiya, səlahiyyətlər və məsuliyyət müəyyən
olunmalıdır.
Səhmdarların Ümumi Yığıncağı – bankın ali idarəetmə orqanı kimi
Bank səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə
aşağıdakılar aiddir
2
:
2
Banklar haqqında Azərbaycan Respublikasının Qanunu, maddə 24.