Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə105/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   101   102   103   104   105   106   107   108   ...   230

 

 

218



Müşahidə  Şurasının  iclasları  ən  azı  üç  ayda  bir  dəfə  keçirilir.  clasların 

nəticələrinə  dair  protokol  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə 

müvafiq qaydada tərtib edilir.  

 Müşahidə  Şurasının  qərarları  yığıncaqda  iştirak  edən  üzvlərin  sadə  səs 

çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səs-

vermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda Müşa-

hidə Şurası sədrinin səsi həlledici sayılır. 

1. mümkün zərərlərin hesablanması daxil edilməklə qeyri-işlək aktivlər, 

o сümlədən yüksək risklə təsnifləşdirilmiş aktivlər; 

2. kreditlər üzrə öz öhdəliklərini pozmuş borcalanları müvafiq kateqori-

yalara  daxil  etməklə  bütün  vaxtı  keçmiş  və  faizləri  hesablanmayan  kreditlər, 

onların geсikmə müddətləri və səbəbləri; 

3. əvvəlki rüb ərzində yüksək risklə təsnifləşdirilmiş bütün aktivlər, belə 

təsnifləşdirmələrin  səbəbləri,  hər  bir  yüksək  risklə  təsnifləşdirilmiş  aktiv  üzrə 

mümkün zərərlər üçün ehtiyatın yaradılmasına ayırmaların məbləği; 

4. iri kreditlərin məbləği və sahələr üzrə cəmləşməsi; 

5. problemli aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə təkliflər; 

6. restrukturizasiya olunmuş kreditlərin təsviri; 

7. inzibatçılara və onlarla əlaqədar maraqları olan şəxslərə verilmiş bütün 

kreditlərin təsviri. 

Aktiv  və  passivləri  idarəetmə  komitəsi  tərəfindən  Müşahidə  Şurasının 

növbəti  iclasına  vəsaitlərin  və  likvidliyin  idarə  edilməsi  haqqında  hesabat 

təqdim edilir Bu hesabata aşağıdakı məlumatlar daxil edilir: 

1. faiz  dərəcələrinin  dəyişilməsinə  həssas  olan  aktiv  və  passivlərin  сari 

faiz dərəcəsinin yenidən müəyyənləşdirilməsi zamanı onların arasında mövcud 

olan fərqlər; 

2. faiz  dərəcəsi  riskinin  idarə  edilməsi  üçün  istifadə  edilən  və  ya  təklif 

olunan bütün balansdankənar əməliyyatlar və öhdəliklər, habelə ehtimal olunan 

xərclər; 

3. bankin  maliyyə  vəsaitlərinə  əlavə  tələbatı  və  onların  əldə  edilməsi 

üçün planlar, mənbələr və qiymətlər; 

4. bankın cari və proqnozlaşdırılan likvidlik əmsalları. 

nformasiya  Texnologiyaları  Komitəsi  tərəfindən  Müşahidə  Şurasının 

növbəti iclasına idarəetmə informasiya sistemləri və əməliyyatlara dəstək barə-

də hesabat təqdim edilir. Bu hesabata bütün idarəetmə informasiya sistemləri, 

avadanlıqlar üçün ehtiyat prosedurları və qiyməti 10 min manatdan artıq olan 

kompyuter  avadanlıqlarının,  proqram  təminatının  alınmasına  və  ya  icarəsinə 

müraсiət barədə məlumat daxil edilir.  

Audit Komitəsi tərəfindən Müşahidə Şurasının növbəti iclasına qanunve-

riсiliyin tələblərinə riayət edilməsi barədə hesabat təqdim olunur. Bu hesabata 

aşağıdakı sənədlər və məlumatlar daxil edilir: 



 

 

219



1. qanunveriсiliyin  tələblərinə  əməl  edilməsi,  aşkar  olunmuş  qanun  po-

zuntuları haqqında məlumat və onların aradan qaldırılması üçün fəaliyyət planı; 

2. daxili nəzarətin vəziyyətinin yoxlanması barədə hesabat və onun səmə-

rəliliyinin  artırılması  barədə  tövsiyələr,  habelə  kənar  audit  hesabatı  və  rəh-

bərliyə verilən təkliflər daxil olmaqla, kənar auditlə əlaqədar bütün yazışmalar; 

3. banka, onunla əlaqədar şəxslərə təsir edə biləcək gözlənilən məhkəmə 

icraatı haqqında məlumat; 

4. banka aid ola bilən hər hansı bir qanunveriсilik aktı haqqında məlumat.  



 Müşahidə Şurasının digər inzibatçılarla  münasibətdə fidusiar vəzi-

fələri 

 Müşahidə Şurasının hər bir üzvü aşağıdakılara əməl etməlidir: 

1. bankın maliyyə vəziyyətindən, habelə onun bütün mühüm əməliyyat-

larından, işin xüsusiyyətlərindən və miqyasından daimi xəbərdar olmalı,  darə 

Heyəti  və  digər  inzibatçılar  tərəfindən  təqdim  olunmuş  hesabatları  mütəmadi 

olaraq müstəqil şəkildə təhlil etməlidir;  

2. öz  vəzifələrini  lazımi  qaydada  icra  etməsi  üçün  zəruri  olan  vaxt  və 

səylərini  həsr  etməli,  bank  və  maliyyə  sektorunda  baş  verən  hadisələr  və 

mövcud  olan  meyillər  haqqında  hər  zaman  mümkün  qədər  məlumata  malik 

olmalı, bank sektorunda mövcud olan inkişafdan geridə qalmamaq məqsədi ilə 

lazım olan tədbirlərin həyata keçirilməsinə səy göstərməlidir; 

3. bankın  daxili  və  kənar  audit  hesabatları,  bankla  kənar  auditorlar 

arasında bütün rəsmi yazışmalarla tanış olmalıdır. 

   Müşahidə Şurasının hər bir üzvü öz təhlilində və səsvermədə məntiqli, 

ehtiyatlı və konservativ olmalıdır. O, bankın mənafeyinə uyğun olmayan və ya 

uzunmüddətli risklər hesabına, qısamüddətli gəlir əldə etmək perspektivinə yol 

verməməlidir. 

 Müşahidə  Şurasının  hər  bir  üzvünün  işlərin  müstəqil  şəkildə  idarə 

olunmasına dair aşağıdakı fidusiar vəzifələri yerinə yetirməlidir:  

1.  bankın  mənafelərini  qorumaq  məqsədi  ilə  yalnız  öz  şəxsi  müha-

kiməsinə və daxili inamına əsaslanaraq qərar qəbul etməli və səs verməlidir;  

2.  səsvermə və ya qərar qəbuletmə zamanı hər hansı bir səhmdarın və ya 

səhmdarlar qrupunun maraqlarına üstünlük verməməli və ya onların göstərişləri 

ilə hərəkət etməməlidir. 

Müşahidə  Şurasının  hər  bir  üzvü  işləri  vicdanla,  qərəzsiz  və  məxfiliyin 

qorunmasını gözləməklə aşağıdakı fidusiar vəzifələri yerinə yetirməlidir: 

1.  banka qarşı ədalətli olmalı və hər bir imkandan istifadə edərək bankın 

maraqlarını  qorumalıdır.  O,  bankı,  Şuranın  digər  üzvlərini  və  bankın  digər 

inzibatçılarını ictimaiyyət qarşısında tənqid etməməlidir; 

2.  vəzifə  borcunu  yerinə  yetirərkən  ona  məlum  olan  biznes  imkanlarını 

ə

vvəlcədən  Şuraya  açıqlamadan  və  bu  imkanları  öz  bankına  təklif  etmədən 



özünün və ya digər əlaqədar şəxslərinin mənafeyi üçün istifadə etməməlidir; 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə