222
azad olunur. Bankda Audit Komitəsinin və daxili audit bölməsinin fəaliyyətinin
standartlarını və qaydalarını Mərkəzi Bank müəyyən edir.
Audit Komitəsinin iclasları ən azı üç ayda bir dəfə keçirilir. Audit Ko-
mitəsi daxili audit bölməsinin fəaliyyətini təşkil və onun fəaliyyətinə nəzarət
edir. Daxili audit bankın bütün fəaliyyət sahələrini əhatə edir. Audit Komitəsi
qanunla müəyyən edilmiş səlahiyyətlərdən başqa aşağıdakı vəzifələri yerinə
yetirir:
1. daxili audit bölməsinin əsasnaməsini təsdiq edir;
2. bankın inzibati, əməliyyat, uçot siyasəti və prosedurları üçün mü-
vafiq daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə təkliflər verir;
3. əməliyyatlarla bağlı vəzifələrin və məsuliyyətin bölüşdürülməsinin
və əməliyyatlar üzrə ikili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə
təkliflər verir;
4. daxili audit bölməsinin büdсəsi, daxili auditorların vəzifədə irə-
liləyişi, işdən kənarlaşdırması və ya azad olunması, habelə mükafatlandırılması
barədə bankın Müşahidə Şurasına təkliflər verir;
5. bankdaxili nəzarətin vəziyyətinin bankın reqlamentinə və fəaliy-
yətinin Strateji Plana (Biznes Plana) uyğunluğunun yoxlanılmasına dair audit
hesabatlarını, habelə auditin müstəqilliyini və onun nəticəsinin əsaslandırıl-
masını qiymətləndirir və təsdiq edir;
6. daxili audit yoxlamasının nətiсələrini, rəy, təklif və tövsiyələrini Mü-
ş
ahidə Şurasına təqdim edir və birgə təhlil edir. Aşkar edilmiş səhvlərin, nöq-
sanların, uyğunsuzluqların və pozuntuların aradan qaldırılması barədə
Müşahidə Şurasına təkliflər verir;
7. kənar auditin gedişi zamanı bankın fəaliyyətinə dair mühüm fakt və
məlumatların kənar auditora təqdim edilməsini təmin edir;
8. kənar auditordan audit zamanı aşkar olunan mühüm faktlar və
hadisələr haqqında məlumatın dərhal ona verməsini tələb edir;
9. bankın daxili nəzarətinə və maliyyə vəziyyətinə dair mühüm məlu-
matları əks etdirən kənar auditorun hesabatının darə Heyətinə təqdim
edilməsini təmin edir;
10. kənar auditor, darə Heyəti və digər inzibatçılarla birlikdə hesabatı
müzakirə və təhlil edir, çatışmazlıqların və pozuntuların aradan qaldırılması
üçün tədbirlər planlarının hazırlanması üzrə təkliflər verir;
11. zərurət yarandıqda mühüm məsələlərin müzakirə edilməsi məqsədi
ilə Mərkəzi Bankın, bankın digər idarəetmə orqanlarının və kənar auditorun
iştirakı ilə görüşlərin keçirilməsini təşkil edir.
Daxili komitələr
Müşahidə Şurasının vəzifəsinə bankın fəaliyyətindəki risk sahələrinin
müəyyənləşdirilməsi və onların düzgün idarə edilməsinə nəzarət, darə Heyə-
tinin vəzifəsinə isə risklərin idarə edilməsi prosedurlarının hazırlanması və
tətbiqi daxildir.
223
Müşahidə Şurası darə Heyəti ilə məsləhətləşmələrdən sonra bankda risk-
lərin idarə edilməsi prosesini səmərəli həyata keçirmək məqsədilə müvafiq
daxili komitələr yaradır və onun üzvlərini təyin edir. Komitələrin tərkibi,
funksiya və səlahiyyətləri, habelə fəaliyyət qaydaları onların əsasnamələri ilə
müəyyən edilir.
Bank fəaliyyətində mövcud olan risklərin idarə edilməsi məqsədilə
bankda kredit risklərinin səmərəli idarə edilməsi ilə bağlı Kredit komitəsi,
likvidlik və bazar risklərin idarə edilməsi ilə bağlı Aktiv və passivləri idarəetmə
komitəsi yaradılmalıdır. Bankın informasiya texnologiyaları sistemlərinin
səmərəli və təhlükəsiz işini təmin etmək, habelə bankın qarşılaşdığı diğər
risklərin tənzimlənməsi məqsədilə müvafiq olaraq nformasiya texnologiyaları
komitəsi və digər komitələr yaradıla bilər. Komitə sədrlərinin və üzvlərinin
təyin edilməsi Müşahidə Şurasının səlahiyyətindədir.
Riskləri idarəetmə komitəsi
Risklərin idarə edilməsi üzrə müstəqil qərarlar qəbul edə bilən Riskləri
idarəetmə komitəsi bankın darə Heyətinin ən azı bir üzvünün, eləcə də bankın
struktur bölmələrinin rəhbər işçilərinin işçtirakı ilə tək sayda üzvlərdən ibarət
olmaqla yaradılmalıdır. Riskləri idarəetmə komitəsinin səlahiyyətləri Mərkəzi
Bankın müvafiq normativ xarakterli aktları ilə tənzimlənir.
Kredit komitə
si
Kredit komitəsi bankın darə Heyəti üzvlərindən və struktur bölməsinin
rəhbərlərindən təşkil olunur. Komitəyə darə Heyətinin üzvü rəhbərlik edir.
Bankın Baş Maliyyə nzibatçısı və mühasibat xidmətinin vəzifəli şəxslərindən
biri komitənin üzvü olmalıdır.
Kredit komitəsinin başlıca vəzifələri aşagıdakılardan ibarətdir:
1. Müşahidə Şurasının müəyyən etdiyi limitlərdən artıq kreditlərin
verilməsi və kredit öhdəliklərinin götürülməsi, habelə onların şərtlərinin
dəyişdirilməsi və restrukturizasiyasını təsdiq etmək;
2. kreditlərin cəmləşmələrinə nəzarət etmək;
3. müxtəlif fəaliyyət növlərinin və sahələrin kreditləşməsi üçün qay-
daların hazırlanması və tətbiq edilməsini təmin etmək;
4. kreditlərin və kredit öhdəliklərinin faiz dərəсələrini müəyyən etmək;
5. vaxtaşırı kredit portfelinin qəflətən monitorinqini həyata keçirmək;
6. girovların müntəzəm olaraq yenidən qiymətləndirilməsini təmin
etmək;
7. kreditlərin verilməsi üzrə səlahiyyətlərə və prosedurlara riayət edil-
məsini təmin etmək;
8. kreditlərin qaytarılması üçün görülən bütün tədbirlərin icrasına rəh-
bərlik etmək;
9. kreditlər üzrə mümkün zərərlər üçün yaradılmış ehtiyatların yetərliyini
(adekvatlığın) yoxlamaq və təhlil etmək;