Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə107/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   103   104   105   106   107   108   109   110   ...   230

 

 

222



azad olunur. Bankda Audit Komitəsinin və daxili audit bölməsinin fəaliyyətinin 

standartlarını və qaydalarını Mərkəzi Bank müəyyən edir. 

Audit  Komitəsinin  iclasları  ən  azı  üç  ayda  bir  dəfə  keçirilir.  Audit  Ko-

mitəsi  daxili  audit  bölməsinin  fəaliyyətini  təşkil  və  onun  fəaliyyətinə  nəzarət 

edir. Daxili audit bankın bütün fəaliyyət sahələrini əhatə edir. Audit Komitəsi 

qanunla  müəyyən  edilmiş  səlahiyyətlərdən  başqa  aşağıdakı  vəzifələri  yerinə 

yetirir:  

1.  daxili audit bölməsinin əsasnaməsini təsdiq edir;  

2.  bankın  inzibati,  əməliyyat,  uçot  siyasəti  və  prosedurları  üçün  mü-

vafiq daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə təkliflər verir;  

3.  əməliyyatlarla  bağlı  vəzifələrin  və  məsuliyyətin  bölüşdürülməsinin 

və  əməliyyatlar  üzrə  ikili  nəzarət  mexanizmlərinin  təkmilləşdirilməsi  barədə 

təkliflər verir;  

4.  daxili  audit  bölməsinin  büdсəsi,  daxili  auditorların  vəzifədə  irə-

liləyişi, işdən kənarlaşdırması və ya azad olunması, habelə mükafatlandırılması 

barədə bankın Müşahidə Şurasına təkliflər verir; 

5.  bankdaxili  nəzarətin  vəziyyətinin  bankın  reqlamentinə  və  fəaliy-

yətinin  Strateji  Plana  (Biznes  Plana)  uyğunluğunun  yoxlanılmasına  dair  audit 

hesabatlarını,  habelə  auditin  müstəqilliyini  və  onun  nəticəsinin  əsaslandırıl-

masını qiymətləndirir və təsdiq edir; 

6.  daxili audit yoxlamasının nətiсələrini, rəy, təklif və tövsiyələrini Mü-

ş

ahidə Şurasına təqdim edir və birgə təhlil edir. Aşkar edilmiş səhvlərin, nöq-



sanların,  uyğunsuzluqların  və  pozuntuların  aradan  qaldırılması  barədə 

Müşahidə Şurasına təkliflər verir;  

7.  kənar auditin gedişi zamanı bankın fəaliyyətinə dair mühüm fakt və 

məlumatların kənar auditora təqdim edilməsini təmin edir;  

8.  kənar  auditordan  audit  zamanı  aşkar  olunan  mühüm  faktlar  və 

hadisələr haqqında məlumatın dərhal ona verməsini tələb edir; 

9.  bankın daxili nəzarətinə  və maliyyə  vəziyyətinə dair  mühüm məlu-

matları  əks  etdirən  kənar  auditorun  hesabatının  darə  Heyətinə  təqdim 

edilməsini təmin edir; 

10.  kənar  auditor,  darə  Heyəti  və  digər  inzibatçılarla  birlikdə  hesabatı 

müzakirə  və  təhlil  edir,  çatışmazlıqların  və  pozuntuların  aradan  qaldırılması 

üçün tədbirlər planlarının hazırlanması üzrə təkliflər verir; 

11.  zərurət  yarandıqda  mühüm  məsələlərin  müzakirə  edilməsi  məqsədi 

ilə  Mərkəzi  Bankın,  bankın  digər  idarəetmə  orqanlarının  və  kənar  auditorun 

iştirakı ilə görüşlərin keçirilməsini təşkil edir. 

Daxili komitələ

Müşahidə  Şurasının  vəzifəsinə  bankın  fəaliyyətindəki  risk  sahələrinin 

müəyyənləşdirilməsi və onların  düzgün idarə edilməsinə  nəzarət,  darə  Heyə-

tinin  vəzifəsinə  isə  risklərin  idarə  edilməsi  prosedurlarının  hazırlanması  və 

tətbiqi daxildir. 



 

 

223



Müşahidə Şurası  darə Heyəti ilə məsləhətləşmələrdən sonra bankda risk-

lərin  idarə  edilməsi  prosesini  səmərəli  həyata  keçirmək  məqsədilə  müvafiq 

daxili  komitələr  yaradır  və  onun  üzvlərini  təyin  edir.  Komitələrin  tərkibi, 

funksiya  və  səlahiyyətləri,  habelə  fəaliyyət  qaydaları  onların  əsasnamələri  ilə 

müəyyən edilir. 

  Bank  fəaliyyətində  mövcud  olan  risklərin  idarə  edilməsi  məqsədilə 

bankda  kredit  risklərinin  səmərəli  idarə  edilməsi  ilə  bağlı  Kredit  komitəsi, 

likvidlik və bazar risklərin idarə edilməsi ilə bağlı Aktiv və passivləri idarəetmə 

komitəsi  yaradılmalıdır.  Bankın  informasiya  texnologiyaları  sistemlərinin 

səmərəli  və  təhlükəsiz  işini  təmin  etmək,  habelə  bankın  qarşılaşdığı  diğər 

risklərin tənzimlənməsi məqsədilə müvafiq olaraq  nformasiya texnologiyaları 

komitəsi  və  digər  komitələr  yaradıla  bilər.  Komitə  sədrlərinin  və  üzvlərinin 

təyin edilməsi Müşahidə Şurasının səlahiyyətindədir. 

Riskləri idarəetmə komitəsi    

Risklərin  idarə  edilməsi  üzrə  müstəqil  qərarlar  qəbul  edə  bilən  Riskləri 

idarəetmə komitəsi bankın  darə Heyətinin ən azı bir üzvünün, eləcə də bankın 

struktur  bölmələrinin  rəhbər  işçilərinin  işçtirakı  ilə  tək  sayda  üzvlərdən  ibarət 

olmaqla  yaradılmalıdır.  Riskləri  idarəetmə  komitəsinin  səlahiyyətləri  Mərkəzi 

Bankın müvafiq normativ xarakterli aktları ilə tənzimlənir.  



Kredit komitəsi 

Kredit komitəsi bankın  darə Heyəti üzvlərindən və struktur bölməsinin 

rəhbərlərindən  təşkil  olunur.  Komitəyə  darə  Heyətinin  üzvü  rəhbərlik  edir. 

Bankın Baş Maliyyə  nzibatçısı və mühasibat xidmətinin vəzifəli şəxslərindən 

biri komitənin üzvü olmalıdır. 

  Kredit komitəsinin başlıca vəzifələri aşagıdakılardan ibarətdir: 

1. Müşahidə  Şurasının  müəyyən  etdiyi  limitlərdən  artıq  kreditlərin 

verilməsi  və  kredit  öhdəliklərinin  götürülməsi,  habelə  onların  şərtlərinin 

dəyişdirilməsi və restrukturizasiyasını təsdiq etmək; 

2. kreditlərin cəmləşmələrinə nəzarət etmək; 

3. müxtəlif  fəaliyyət  növlərinin  və  sahələrin  kreditləşməsi  üçün  qay-

daların hazırlanması və tətbiq edilməsini təmin etmək; 

4. kreditlərin və kredit öhdəliklərinin faiz dərəсələrini müəyyən etmək; 

5. vaxtaşırı kredit portfelinin qəflətən monitorinqini həyata keçirmək; 

6. girovların  müntəzəm  olaraq  yenidən  qiymətləndirilməsini  təmin 

etmək; 


7. kreditlərin  verilməsi  üzrə  səlahiyyətlərə  və  prosedurlara  riayət  edil-

məsini təmin etmək; 

8. kreditlərin  qaytarılması  üçün  görülən  bütün  tədbirlərin  icrasına  rəh-

bərlik etmək; 

9. kreditlər üzrə mümkün zərərlər üçün yaradılmış ehtiyatların yetərliyini 

(adekvatlığın) yoxlamaq və təhlil etmək; 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə