Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə109/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   105   106   107   108   109   110   111   112   ...   230

 

 

227



−  bank  məhsulu  –  bankın  ehtiyacı  olan  müştəriyə  bu  və  ya  digər  xid-

məti göstərməsinin və göstərməyə hazır olmasının konkret üsuludur, yəni qay-

daya  salınmış,  daxilən  razılaşdırılmış  və  bir  qayda  olaraq,  sənədlərlə 

rəsmiləşdirilmiş,  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan,  bankın  əməkdaşlarının 

(onun konkret bölmələrinin) xidmət göstərilən müştəri ilə qarşılıqlı əlaqəsinin 

tam  reqlamentini,  müştəriyə  xidmətin  vahid  və  tamamlanmış  texnologiyasını 

təşkil  edən  təşkilati,  texniki-texnoloji,  informasiya,  maliyyə,  hüquqi  və  digər 

hərəkətlər (proseduralar) kompleksidir;  

−  bank əməliyyatı – müştəriyə xidmət göstərilməsi (ona sifariş edilmiş 

konkret xidmətin  göstərilməsi)  prosesində bank işçilərinin praktiki hərəkətləri 

(nizama salınmış, daxilən razılaşdırılmış hərəkətlərin cəmi), bank məhsulunun 

həqiqətə  çevrilməsi  formasıdır.  Burada  nəzərə  almaq  lazımdır  ki,  bank 

məhsulunun  özü  –  bank  texnologiyasından  başqa  bir  şey  deyil,  yəni  bank 

ə

məkdaşlarının müəyyən bacarığıdır ki, müştəriyə lazım olduqda istifadə oluna 



bilər, lakin “ehtiyatda” qalıb istifadə olunmaya da bilər.  

−  bank  xidməti  –  bank  əməliyyatının  nəticəsidir,  yəni  müştərinin 

bildirdiyi  tələbatın  (kreditə,  hesablaşma-kassa  xidmətinə,  zəmanətə,  qiymətli 

kağızların, xarici valyutanın alqı-satqısına və s.) müəyyən dərəcədə təmin edil-

məsindən ibarət bank əməliyyatının yekunu və ya faydalı effektidir”.  

Bankların  öhdəlikləri  və  kapitalı  üzrə  əməliyyatları  resursların 

toplanması üzrə əməliyyatlardır. Onları aşağıdakı qruplara bölmək olar:  

 

xüsusi  kapitalın  formalaşması,  onun  tərkibinə  nizamnamə  kapitalı,  ehtiyat 



və digər fondlar, bölüşdürülməmiş mənfəət və digər xüsusi mənbələr daxil 

edilir;  

 

qiymətli kağızların – səhm, istiqraz, sertifikat, veksellərin və s. emissiyası; 



 

 depozit əməliyyatları;  

 

cari,  hesablaşma,  müddətli,  müxbir  və  s.  hesabların  açılması  üzrə  əmə-



liyyatlar. 

Bankların  aktiv  əməliyyatları  xüsusi  və  cəlb  edilmiş  ehtiyatların  bank 

tərəfindən  mənfəətin  əldə  edilməsi  məqsədilə  istifadəsi,  habelə  müştərilər 

tərəfindən komissiya ödənişləri hesabına bankın gəlirini təmin edən müştərilərə 

xidmət üzrə əməliyyatlardır.  

Bankların aktiv əməliyyatlarını dörd qrupa bölmək olar:  

 

nəticəsində  bankın  kredit  portfelinin  formalaşdığı  kredit  əməliy-



yatları;  

 

investisiya  portfelinin  formalaşması  üçün  əsas  yaradan  investisiya 



ə

məliyyatları;  

 

bankın öz müştərilərinə göstərdiyi əsas xidmət növlərindən biri olan 



kassa və hesablaşma əməliyyatları;  

 

müştərilərə  xidmət  göstərilməsi  ilə  bağlı  digər  aktiv  əməliyyatlar. 



Kredit əməliyyatları aktiv və passiv əməliyyatlara bölünür.  

Aktiv kredit əməliyyatlarına aiddir:  




 

 

228



 

müştərilərin kreditləşdirilməsi;  

 

digər bankların kreditləşdirilməsi;  



 

digər banklarda depozitlərin yerləşdirilməsi;  

 

banklarda ehtiyat müxbir hesabında vəsaitlərin yerləşdirilməsi;  



 

digər banklarda müxbir hesablarda vəsaitlərin yerləşdirilməsi.  

Passiv kredit əməliyyatlarına aiddir:  

 

müştərilərin depozitlərinin alınması;  



 

digər bankların depozitlərinin alınması;  

 

bank kreditlərinin alınması.  



Bankın investisiya portfelinin formalaşdırılması üçün zəmin  yaradan 

investisiya  əməliyyatlarına  bankın  öz  hesabına  qiymətli  kağızlara  inves-

tisiyalar aid edilir.  

Hesablaşma əməliyyatları banklar üçün ənənəvidir. Onlara aiddir:  

1)  nağd pulla ödəmələr;  

2)  nağd pulların hesaba depozitə qoyulması; 

3)  nağd pulların hesabdan çıxarılması;  

4)  pulların ödəniş tapşırığı ilə köçürülməsi;  

5)  vəsaitlərin bir hesabdan digərinə köçürülməsi;  

6)  debet köçürməsi; 

7)  kredit köçürməsi.  

Bank istehsalının texnologiyası və təşkili bankda təşkilati-texnoloji menec-

mentin  idarəetmə  obyektinin  funksional  komponentidir.  Bank  istehsalının 

texnologiyası və təşkilinin informasiya-linqvistika modelini aşağıdakılar təşkil 

edir:  

 

bölmələrin bank əməliyyatlarının yerinə yetirilməsi və bank məhsulunu 



ə

ldə  etmiş  müştərilərə  xidmət  göstərilməsi  məşğul  olan  əməkdaşlarının  fəa-

liyyət reqlamenti və vəzifə təlimatları;  

 ə

sas  bank  biznes-proseslərinin  texnoloji  quruluşu  (biznes-proseslərin 



mərhələlərinin  instrumentarilərinin,  vasitələrinin  və  reallaşdırma  qaydasının 

cəmi, məsələn, “kreditləşmənin texnoloji quruluşu”, yaxud “müştərinin depozit 

hesabının texnologiyası”.  

Ə

nənəvi  bank  məhsullarının  reallaşdırılması  üçün  bankların  ənənəvi 



iyerarxik  təşkilati  strukturunda  ənənəvi  bank  bölmələri  yaradılır.  Hər  bir 

bölmənin fəaliyyəti bölmə haqqında əsasnamə ilə tənzimlənir.  




 

 

229



Bank marketinqi. Bankın marketinq kompleksi – marketinq alətləri dəsti 

– bank xidmətləri istehlakçılarının məqsədli bazarının arzu olunan reaksiyasını 

ə

ldə  etmək  üçün  bankın  istifadə  etdiyi  bank  məhsulu,  qiymət,  bank  məh-



sullarının yayılması və irəlilədilməsi metodlarıdır.  

Marketinq  kompleksinə  bankın  öz  məhsuluna  olan  tələbata  təsir  etmək 

üçün  bütün  imkanları  daxildir.  Bu  imkanlar  dörd  qrupa  bölünür:  “dörd  P: 

product, price, place, promotion”

5

.  


Bank  məhsulu  –  bankın  müştəri  ilə  müqaviləsində  nəzərdə  tutulan  xid-

mətlər  kompleksidir.  Qiymət  –  müştərinin  bank  məhsulunu  almaq  üçün  ödə-

məli  olduğu  pul  məbləğidir.  Bank  məhsulunun  yayılması  metoduna  bankın 

üçün bank məhsulunu əlverişli edən hərəkətləri daxildir.  

Bankın  marketinq  mühiti  –  bankdan  kənarda  və  bankın  daxilində  fəa-

liyyət göstərən, bankın məqsədli bazarları ilə faydalı qarşılıqlı əlaqələrin inki-

ş

afına  və  marketinq  xidmətləri  tərəfindən  dəstəklənməsinə  təsir  göstərən 



subyektlərin və qüvvələrin cəmidir.  

Marketinq bankın strateji planlarının işlənib hazırlanmasına kömək edir. 

Strateji  planlar  isə,  öz  növbəsində,  marketinqin  bankda  rolunu  müəyyən  edir. 

Bankın  marketinq  xidməti  istehlakçıya  istiqamətlənir.  Lakin  marketoloqlar 

digər bölmələrin fikri ilə hesablaşmalı və bankın ümumi strateji məqsədlərinə 

nail  olunmasını  təmin  edən  planlar  sisteminin  işlənib  hazırlanmasında  onlarla 

ə

məkdaşlıq etməlidir.  



Bankda  öz  rolunu  reallaşdıran  marketoloqlar  marketinq  prosesinə  cəlb 

edilir.  Marketoloqun  fəaliyyətinin  diqqət  mərkəzində  müştəri  durur.  Bank 

bazarları seqmentlərə bölür və özü üçün ona ən yaxşı imkanları təqdim edənləri 

seçir.  Sonra  öz  bank  məhsulunu  ortaya  çıxarmaq  və  bazarda  effektiv  yerləş-

dirilməsi hesabına ona rəqabət üstünlüklərini təmin etmək məqsədilə marketinq 

kompleksini  işləyib  hazırlayır.  Ən  yaxşı  marketinq  kompleksini  işləyib  hazır-

lamaq və onu uğurla reallaşdırmaq üçün bankın marketinq xidməti marketinq 

təhlili,  marketinq  planlaşdırılması,  marketinq  reallaşdırılması  və  marketinq 

nəzarəti ilə məşğul olur. Marketinq fəaliyyətinin  hər  bir istiqaməti üçün bank 

məhsulları  və  bank  xidmətlərinin  istehlakçıları  bazarları  üzrə  marketinq 

tədbirləri  planı  hazırlanmalıdır.  Marketinq  planının  əsas  hissəsini  marketinq 

tədbirləri  planının  icmalı,  bazarın  təhlili,  şanslar  və  təhlükələr,  məqsədlər  və 

problemlər, marketinq strategiyaları, hərəkət proqramı, büdcə və nəzarət təşkil 

edir.  


Ə

gər  bankın  marketoloqu  bankın  məqsədli  auditoriyasının  istehlakçı-

larının adətən hansı davranış tiplərini göstərdiyini bilərsə, onun fəaliyyəti daha 

effektiv  olar.  Fiziki  şəxs  tərəfindən  bank  məhsulunun  alınması  prosesinin  hər 

bir mərhələsində alıcı davranışına təsir alətlərini bilməsi marketoloqa bank xid-

                                                            

5

 Котлер Ф., Армстронг Г, Сондерс Д., Вонг В. Основы маркетинга. / Пер. с англ. – 2-



е

 европ. Изд. – М.: СПб.; К.: Издательский дом «Вильямс», 1999.  




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə