Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə106/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   102   103   104   105   106   107   108   109   ...   230

 

 

220



3.  vəzifə  borcunu  yerinə  yetirərkən  ona  məlum  olan  bank,  onunla  əla-

qədar şəxslər, müştərilər və bankla biznes əlaqəsi olan başqa şəxslər haqqında 

hər hansı bir məxfi məlumatı, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, 

heç bir şəxsə açıqlamamalıdır.  

Müşahidə  Şurasının  hər  bir  üzvü  darə  Heyəti  ilə  münasibətlərdən  irəli 

gələn aşağıdakı fidusiar vəzifələri yerinə yetirməlidir: 

1.  ildə ən azı bir dəfə  darə Heyəti üzvlərinin peşəkarlığını, onların ban-

kın mənfəətlə işləməsinə və maliyyə vəziyyətinin sabit olmasına, strateji məq-

sədlə vaxtında nail olunmasında xidmətləri, habelə tutduqları vəzifəyə uyğun-

luğunu qiymətləndirməlidir.  

Müşahidə Şurasının hər bir üzvü Audit Komitəsi və daxili auditorlar ilə 

münasibətlərindən irəli gələn aşağıdakı fidusiar vəzifələri yerinə yetirməlidir: 

1.  bankda  daxili  nəzarət,  maliyyə  fəaliyyətinin  nəticələri  və  bankın 

Strateji Plana (Biznes Plana) əməl etməsi ilə bağlı problemləri müzakirə etməli 

və onları aradan qaldırmaq üçün Audit Komitəsi ilə mütəmadi olaraq görüşlər 

keçirməlidir;  

2.  Audit  Komitəsinin  və  ya  onun  hər  hansı  bir  üzvünün  işinə  heç  bir 

şə

kildə  müdaxilə  etməməli  və  onların  darə  Heyətindən,  digər  inzibatçılardan 



və səhmdarlardan müstəqil olmasını təmin etməlidir; 

3.  daxili  auditorların  fəaliyyətinə  müdaxilə  etməməli,  yalnız  Audit  Ko-

mitəsinə  daxili  audit  planının  əsas  istiqamətlərini  müəyyən  edən  tövsiyələr 

verməli  və  daxili  audit  bölməsinin  Audit  Komitəsinə  tabe  olmasını  təmin 

etməlidir; 

4. daxili  auditorlara  bank  və  bankla  əlaqədar  şəxslər  haqqında  bütün 

zəruri  olan  məlumatların  verilməsini  və  sənədlərin  nəzərdən  keçirilməsini, 

habelə onların zəruri əməkdaşlarla görüşməsini təmin etməlidir. 

 

darə Heyəti - Bankın məsul icra orqanı kimi 

 

Bankın  darə  Heyəti  bankın  idarə  olunması  və  fəaliyyətinin  həyata 



keçirilməsi üçün məsuliyyət daşıyır.  darə Heyəti 3 nəfərdən az olmamaqla, tək 

sayda üzvlərdən ibarətdir.  darə Heyətinin üzvləri bank səhmdarlarının ümumi 

yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə təyin edilirlər. Onlar növbəti 

müddətlərə  yenidən  seçilə  bilərlər.  Səhmdarların  ümumi  yığıncağı  darə 

Heyətinin  üzvlərindən  birini  darə  Heyətinin  sədri  təyin  edir.  darə  Heyəti 

sədrinin səlahiyyətləri  darə Heyətinin əsasnaməsində müəyyən edilir. 

Bu  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə  uyğun  gəlməyən 

fiziki şəxslər bankın  darə Heyətinin üzvü ola bilməz və səhmdarların ümumi 

yığıncağının qərarı ilə  darə heyətinin üzvləri vəzifəsindən azad edilməlidirlər. 

darə Heyəti onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə sə-

lahiyyətlidir.  darə  Heyətinin qərarları  yığıncaqda iştirak  edən üzvlərinin sadə 

səs  çoxluğu  ilə  qəbul  edilir.  Hər  bir  üzv  bir  səs  hüququna  malikdir.  Üzvlərin 




 

 

221



səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda  darə 

Heyətinin sədrinin səsi həlledici sayılır. 

  darə Heyətinin iсlasları ən azı ayda bir dəfə keçirilir. O, fəaliyyəti ilə 

ə

laqədar Müşahidə Şurasına hesabat verir.  darə Heyəti bankın idarə olunması 



və fəaliyyətinin, o cümlədən Strateji Planın (Biznes Planın) həyata keçirilməsi 

üçün  məsuliyyət  daşıyır.  darə  Heyəti  bankın  maliyyə  nəzarəti  sisteminin 

maliyyə idarəetməsi və hesabatlıq tələblərinə uyğun olmasını, büdcənin yerinə 

yetirilməsini təmin etməli və bankın qarşılaşdığı və proqnozlaşdırdığı risklərin 

idarə edilməsi üçün lazım olan prosedurları tətbiq etməlidir. Bu məqsədlə  darə 

Heyəti  ona  həvalə  olunmuş  hüquqlar  çərçivəsində  funksiya  və  məsuliyyətin 

bölüşdürülməsini, idarəetmə hesabatlıq sisteminin təşkilini və bankın səmərəli 

idarə  edilməsini  təmin  edən  təşkilati  strukturu  tətbiq  etməli  və  fəaliyyətini 

dəstəkləməlidir.  

 

Audit Komitəsi - bankda audit işini təşkil edən orqan kimi 

 

Hər bir bankda müstəqil Audit Komitəsi və daxili audit bölməsi (departa-



ment, şöbə və s.) fəaliyyət göstərir. Daxili audit bölməsinin əməkdaşı  darə He-

yətinin üzvü ola bilməz. 

Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla, tək sayda üzvlərdən 

ibarətdir.  Komitənin üzvləri səhmdarların  ümumi  yığıncağı  tərəfindən 4 ildən 

çox olmayan müddətə təyin edilir. Komitənin üzvləri növbəti müddətə yenidən 

seçilə  bilər.  Səhmdarların  Ümumi  Yığıncağı  Komitənin  üzvlərindən  birini 

Komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin əməkhaqqı formasın-

da muzdu Səhmdarların Ümumi Yığıncağı tərəfindən təyin edilir. 

Bank  haqqında  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə  uyğun 

gəlməyən  fiziki  şəxslər  bankın  Audit  Komitəsinin  üzvü  ola  bilməz  və  Səhm-

darların Ümumi Yığıncağının qərarı ilə Audit Komitəsinin üzvləri vəzifəsindən 

azad edilməlidirlər. 

Audit Komitəsi onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə 

səlahiyyətlidir. 

clasların  keçirilməsi  qaydası  Audit  Komitəsi  haqqında  təsdiq  edilmiş 

ə

sasnamədə  müəyyən  edilir.  Audit  Komitəsinin  qərarları  yığıncaqda  iştirak 



edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna 

malikdir,  üzvlərin  səsvermə  zamanı  bitərəf  qalmasına  icazə  verilmir.  Səslər 

bərabər olduqda Audit Komitəsi sədrinin səsi həlledici sayılır. 

Daxili audit bölməsi (departament, şöbə və s.) Audit Komitəsinin nəza-

rəti altında fəaliyyət göstərir və bankın icra orqanı ilə qarşılıqlı surətdə bankda 

daxili  nəzarət  və  risklərin  idarə  edilməsi  sistemlərinin  fəaliyyətinin  səmərə-

liliyinə fasiləsiz nəzarəti həyata keçirir; 

Daxili  audit  bölməsinin  rəhbəri  və  əməkdaşları  Audit  Komitəsinin  təq-

dimatı ilə bankın Müşahidə Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə