Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə108/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   104   105   106   107   108   109   110   111   ...   230

 

 

224



10.  ayda  bir  dəfədən  az  olmamaq  şərtilə  kreditlərin  alınması  üçün 

ə

rizələri nəzərdən keçirmək; 



11. ən azı ayda bir dəfə kredit portfelinə aid riskləri təhlil etmək; 

12. Mərkəzi Bankın qaydalarına uyğun şəkildə bütün kreditlərin təsdiqi, 

təsnifatı,  ehtiyatların  yaradılması,  vaxtında  və  tam  həcmdə  ödənilməsi  üçün 

struktur  bölmələri  tərəfindən  hazırlanmış  qayda  və  prosedurlara  baxmaq  və 

təsdiq olunması üçün Müşahidə Şurasına təqdim etmək.  

Aktiv və passivləri idarəetmə komitəsi 

  Aktiv və passivləri idarəetmə komitəsi likvidliyinin və bütövlüklə aktiv 

və passivlərin idarə edilməsi üçün məsuliyyət daşıyan bankın  darə Heyəti üzv-

lərindən  və  struktur  bölmələrin  rəhbərlərindən  təşkil  olunur.  Komitəyə  bu 

sahədə təcrübəsi olan  darə Heyətinin üzvü rəhbərlik edir. 

  Aktiv  və passivləri idarəetmə komitəsinin başlıca vəzifələri aşagıdakı-

lardan ibarətdir: 

1. Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilmiş  qaydalara  əsasən  likvidlik 

və bazar risklərinin, habelə maliyyə vəsaitlərinin idarə edilməsi istiqamətlərini 

və hədəflərini müəyyən etmək; 

2. onun  səlahiyyətlətinə  aid  edilmiş  risklərin  idarə  edilməsi  ilə  əlaqədar 

istiqamət və hədəflərlə bağlı qanunveriçiliyə riayət edilməsini təmin etmək.  



nformasiya texnologiyaları komitəsi 

nformasiya  texnologiyaları  komitəsi  darə  Heyəti  üzvlərindən  və 

müvafiq  struktur  bölmələrin  rəhbərlərindən  təşkil  olunur.  Komitəyə  informa-

siya  texnologiya  sistemlərinin  idarəedilməsi  təсrübəsinə  malik  olan  darə  He-

yətinin üzvü rəhbərlik edir. 

  nformasiya  texnologiyaları  komitəsinin  başlıca  vəzifələri  aşagıda-

kılardan ibarətdir: 

1.  bankın  idarəetmə  informasiya  və  digər  avtomatlaşdırılmış  sistem-

lərinin mükəmməl və fasiləsiz işini təmin etmək və monitorinqini aparmaq; 

2.  mühasibat  uçotu  və  menecment  informasiya  sisteminin  məlumatları 

üzrə  adekvat  ehtiyat  nüsxələrinin  (ehtiyat  nümunələrinin)  yaradılması  üçün 

“Gözlənilməz  hallar  üzrə  tədbirlər  planının”  işlənib  hazırlanmasını  təmin 

etmək; 

3.  informasiya  texnologiyaları  üzrə  prosedurların  hazırlanmasını  təmin 



etmək.  

  nformasiya  texnologiyaları  üzrə  prosedurlar  aşagıdakı  sahələri  əhatə 

edir: 

1. informasiya texnologiyalarının tətbiqi; 



2. informasiya təhlükəsizliyinin idarə edilməsi; 

3. məlumatlara daxilolma hüququ; 

4. informasiya texnologiyaları vasitələrinin fiziki təhlükəsizliyi; 

5. tətbiqetmə üzrə nəzarət mexanizmləri; 

6. fövqəladə hallar və ehtiyat mərkəzi. 



 

 

225



nformasiya texnologiyaları komitəsinin sədri informasiya texnologiyala-

rının səmərəli fəaliyyəti üçün məsulliyyət daşıyır.  nformasiya texnologiyaları 

üzrə  struktur  bölmənin  rəhbəri  nformasiya  texnologiyaları  komitəsinin  rəh-

bərinə hesabat verir. 

nformasiya  texnologiyaları  üzrə  bütün  mühüm  məsələlərə  nformasiya 

texnologiyaları komitəsi tərəfindən müsbət rəy verildikdə və həmin məsələlərə 

darə  Heyətinin  razılığı  olduqda  Müşahidə  Şurası  bu  məsələlər  üzrə  müvafiq 

qərar qəbul edir.  

nformasiya texnologiyaları komitəsinin sədri Müşahidə Şurasına əvvəl-

cədən müvafiq məlumat vermədən heç bir kənar şəxsi bankın informasiya tex-

nologiyaları sistemlərinə xidmət göstərməyə cəlb edə bilməz. 

Maliyyə idarəetməsi və hesabatlıq 

  Bankın maliyyə idarəetməsi və hesabatlığı aşağıdakı tərkib hissələrdən 

ibarətdir: 

1. uçotun idarə edilməsi prosedurları; 

2. rəhbərliyə məlumat; 

3. maliyyə nəzarəti. 

  Maliyyə idarəetməsi və hesabatlığı üzrə vəzifələr aşağıdakı kimi bölüş-

dürülür: 

1. Müşahidə  Şurası  bankın  maliyyə  idarəetməsinin  və  hesabatlığının 

üsullarını  və  qaydalarını  müəyyən  edir,  onların  lazımi  qaydada  və  vaxtında 

yerinə yetirilməsinə nəzarət edir; 

2. illik  maliyyə  hesabatları  Səhmdarların  Ümumi  Yığıncağı  tərəfindən 

təsdiq  edilir.  Müşahidə  Şurası  illik  maliyyə  hesabatlarının  əsas  istifadəçilərə 

vaxtında çatdırılmasını, Audit Komitəsi isə onların mötəbərliyini və aydınlığını 

təmin edir; 

3.  darə  Heyəti  Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilmiş  büdсə  və 

maliyyə  planlaşdırılması  sistemini  yaradır  və  proqnozlaşdırılan  mənfəətliyin 

vaxtaşırı təhlilini aparır; 

4. Baş  maliyyə  inzibatçısı  bankın  mühasibat,  hesabatlıq  və  maliyyə 

nəzarəti  funksiyalarının  lazımi  qaydada  təşkil  edilməsini  və  onlara  əməl  edil-

məsini təmin edir; 

5. Baş maliyyə inzibatçısı mühasibat prosedurlarının idarə edilməsini və 

bütün  maliyyə  və  vergi  hesabatlarının  vaxtında  hazırlanmasını  və  təqdim 

edilməsini təmin edir; 

6. Struktur  bölmələrin  rəhbərləri  Müşahidə  Şurası  tərəfindən  təsdiq 

edilmiş daxili qaydalara uyğun olaraq maliyyə nəzarətini həyata keçirmək üçün 

məlumatın hazırlanmasını və təqdim edilməsini təmin edir.  

Bankın  bütün  struktur  bölmələri  və  mühasibat  xidmətinin  əməkdaşları 

məhsul və xidmətlər haqqında cari məlumat bazasını yaradır. Müşahidə Şurası, 

darə  Heyəti  və  ya  bankın  hər  bir  inzibatçısı  bu  məlumat  bazasında  saxlanan 




 

 

226



məlumatlarla  istənilən  zaman  tanış  olmaq  hüququna  və  imkanına  malik  ol-

malıdırlar.  

  Filial və şöbələrin əməliyyatları bankın mühasibat kitablarında real vaxt 

rejimində və mərkəzləşdirilmiş qaydada əks etdirildikdə həmin filial və şöbəyə 

baş mühasibin təyin olunması məcburi deyildir. 

Büdcənin hazırlanması 

Büdсə növbəti təqvim ili üçün il başlanmazdan əvvəl tərtib olunur. Büd-

сə

nin hazırlanması ilin əvvəlinə bir ay qalmış başa çatdırılır.  



Büdсə  Baş  Maliyyə  nzibatçısının  rəhbərliyi  altında  hazırlanır,  darə 

Heyəti ilə razılaşdırılır və bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən təsdiq 

edilir.  

  Büdсənin icrasına məsul olan şəxslər və müddətlər müəyyən edilir. 

 

5.5 . Bank iqtisadiyyatı 

 

stehsal  bank  iqtisadiyyatının  strukturunda  marketinq,  maliyyə  və  işçi 



heyətlə yanaşı, bankın bir neçə funksiyasından biridir. Bu funksiyanın məzmu-

nunun  strukturlaşdırılması,  bir  qayda  olaraq,  daha  geniş  “Bank  işi”  predmet 

sahəsi çərçivəsində şərh olunan bankın istehsalı problematikası üzrə biliklərin 

üzə  çıxarılması  üçün  lazımdır.  Bank  istehsalının  predmet  sahəsini  üç  hissəyə 

bölmək olar: bankın istehsal əməliyyatları (bank əməliyyatları), bankda istehsal 

proseslərinin  texnologiyası  və  təşkili  (müştərilərə  xidməti  göstərilməsi  üzrə 

bank biznes-prosesləri) və bank məhsullarının işlənib hazırlanması.  

“Bank məhsulu dedikdə, müəyyən (konkret və  ya tipləşdirilmiş) bankın 

müştərilərinə göstərilən (kənar məhsul) və ya bankın işi üçün daxili əhəmiyyət 

daşıyan  (daxili  məhsul)  bank  xidməti  və  ya  bank  əməliyyatı  başa  düşülür. 

Həmçinin “qarışıq” məhsullar da mümkündür. Bu mənada “bank məhsulu”na 

son nəticədə aşağıdakılar daxildir:  

а

)  bank  məhsulunun  iqtisadi  xarakteristikası  (məqsədli  təyinatı, 



mahiyyəti və rolu);  

b)  bank  məhsulunun  təqdim  olunması  və  səmərəli  satışının  təşkili 

qaydası: qiymət, müddət, sənəd dövriyyəsinin qaydaları, uçot qaydası və s.; 

c)  “bank  məhsulu”nun  satışını  müşayiət  edən  tam  bank  sənədləri  zərfi 

(müqavilələr, blanklar və s.),  

 “Bank məhsulu” və “bank xidməti” anlayışları aşağıdakı əsərdə

4

 inkişaf 



etdirilmişdir:  

“Bank  fəaliyyəti  (müştəriyə  yönəldilmiş  hissəsi)  aşağıdakı  fundamental 

anlayışlar vasitəsilə açıqlana bilər:  

                                                            

4

 Масленченков Ю.С., Тавасиев А.М. Банк и клиент – партнеры (расчетно-платежные 



и

 хеджирующие операции). – М.: ЮНИТИ-ДАНА, 2000. – Глава 1.  




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə