Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə110/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   106   107   108   109   110   111   112   113   ...   230

 

 

230



mətləri  istehlakçılarının  məqsədli  bazarı  üçün  müasir  və  effektiv  marketinq 

proqramlarını işləyib hazırlamağa imkan verir.  

"Bankın  maliyyəsi"  predmeti  bank  iqtisadiyyatının  başqa  komponent-

ləriylə qarşılıqlı əlaqədədir. Kommersiya bankından keçən bütün pul axınlarını, 

bəzi şərtiliklə növbəti hissələrə

3

 bölə bilərik:  



 1) birbaşa giriş axını (BGA) - passivlərin (nizamnamə ödənişləri, depo-

zitlərin  qəbulu,  hesablaşma  və  cari  hesablara  daxil  olmalar,  şəxsi  səhmlərin, 

veksellərin, istiqraz vərəqələrinin və s. satışı) cəlb edilməsi zamanı banka ödə-

nişlərdir; 

2) Geri çıxış axını  (GÇA)-  cəlb olunmuş passivlər üzrə bank ödənişləri 

(depozitlərin qaytarılması, faizlərin ödənilməsi, dividentlər, istiqraz vərəqələri-

nin ödənilməsi, cari və hesablaşma hesablarından vəsaitlərin çıxarılması və s.);  

3)  birbaşa  çıxış  axını  (BÇA)  -  aktivlərin  (əsas  fondlara  sərmayə,  icbari 

ehtiyatlara  köçürmələr,  ssudaların  verilməsi,  qiymətli  kağızların  alılması,  li-

zinqə sərmayə və s.) yerləşdirilməsi zamanı bankın ödənişləri; 

 4) Geri giriş axını (GGA) - yerləşdirilmiş aktivlər üzrə banka ödənişlər 

(əsas  fondların  satışı,  ssudaların  ödənilməsi,  ssudalar  üzrə  faizlər,  qiymətli 

kağızların satışı, lizinq üzrə ödənişlər və s.); 

5) qeyri-investisiya giriş axını (Nd) - bilavasitə hər hansı aktivlərlə bağlı 

olmayan  müştərilərin  (konsultasiyalar,  əməliyyat  və  trest  xidməti,  broker 

xidmətləri və s. üzrə) maliyyə fəaliyyətinin təminatı üzrə iş üçün gəlirlərdir; 

6)  qeyri-investisiya  çıxış  axını  (Nr)  -  bankın  (icarə,  təmir,  əməkhaqqı, 

hüquq xidmətləri, rabitə xidmətləri və s.) fəaliyyətinin təmin edilməsi ilə bağlı 

xərclər; 

 7)  azad  axın-  yuxarıda  sadalanan  axınlardan  heç  birinə  daxil  olmayan 

ödənişlər.  

Kommersiya  bankının  kreditlər  və  depozitlər  üzrə  faiz  dərəcələri  əsas 

bank məhsullarının qiymətini müəyyən edir. Buna görə də bu faizlərin rasional 

ölçülərinin əsaslandırılması bank maliyyəçilərinin əsas məqsədlərindən biridir.  

Bankın  maliyyə  analitikinin  rolunun  təsvir  edilməsi  üçün  korporasiya 

strukturunda  maliyyə  analitikinin  rolu  və  müddəalarının  xarakteristikası  əsas 

kimi  xidmət  edir.  Bankın  maliyyə  analitiki  rəhbərliyin  qərar  və  planlarının 

bankın  maliyyə  sağlamlığına  necə  təsir  edəcəyini  qiymətləndirməlidir.  Daxili 

konsultant olaraq, analitik gəlirlilik, vəsait  axını və bank əməliyyatlarını araş-

dırır,  fəaliyyətin  müvafiq  sferaları  haqqında  informasiyanı  izah  edir  və 

maliyyələrin idarə edilməsinin münasib metodlarını hazırlayır. Analitik bankın 

ali  rəhbərlərinin  ehtiyaclarına xidmət  edir  və ümumi mənada qərarların qəbul 

olunmasında və siyasət seçimində iştirak etmir. Onun işi hərəkətlərin alternativ 

üsullarını müəyyən etməkdən, aydınlaşdırmaqdan və qiymətləndirməkdən iba-

rətdir. Maliyyə analitiki çox mürəkkəb məsələləri yerinə yetirir ki, bura likvid 

                                                            

3

 Синки Д.Ж. Управление финансами в коммерческих банках/Пер. с анг.– М. 1994 




 

 

231



vəsaitlərlə  vəziyyətin  təhlili  və  bankın  gəlirliliyi,  həmçinin  maliyyə  əmə-

liyyatlarının gedişatına daimi nəzarətin həyata keçirilməsi aiddir. O, həmçinin 

daha uzunmüddətli və əhəmiyyətli layihələrdə iştirak edir ki, bura kapital struk-

turunun  təhlili,  investisiyanın  əsas  variantlarının  qiymətləndirilməsi,  divid-

entlərin ödənilməsinə yönəldilən illik gəlir payının müəyyən edilməsi daxildir.  

Fundamental  analizin  nəticəsi  aşağıdakıların  effektivliyinin  qiymətlən-

dirilməsidir: 

 - aktivlər portfelinin idarə edilməsi; 

 

- kapital strukturunun idarə edilməsi;  



- kapitalın kafililiyinin idarə edilməsi; 

- məhsuldar aktivlərdən istifadədən gəlirlərin maksimallaşdırılması;  

- xərclərin idarə edilməsi;  

  

- aktivlərin dəyərinin idarə edilməsi;  



 - faiz riskinin idarə edilməsi;  

- səhmdar kapitalının dəyərinin idarə edilməsi.  

Bankın  fundamental  təhlil  məsələlərinə  tam  cavab  verən  balans  modeli 

belədir:  



aktivlər - borc kapitalı = kapital. 

 

  Göstəricilərin  tərkibi  və  təhlil  metodikası  əsasən  bankın  maliyyə-

iqtisadi  vəziyyətini  xarakterizə  edən  əsas  sintezləşdirən  informasiya  mənbəyi 

olan bank balansına əsaslanır.  

Bankın fundamental analizi növbəti parametrlər üzrə bankın kommersiya 

fəaliyyətini qiymətləndirməyə imkan verir: 

 1) aktivlər, cəlb edilmiş və şəxsi vəsaitlərin strukturunun keyfiyyəti; 

2) cari xərclərin funksional analizi əsasında onların dinamikası;  

3) xalis və ümumi gəlirlərin ölçüləri; 

 4) gəlirin dekompozisiya təhlili; 

 5)  xalis  və  ümumi  gəlirlərin  ölçülərinə,  gəlirin  normasına  və  cari 

ə

məliyyat xərclərinə müəyyən təsir göstərən amillər; 



 6) bankın QEP-i (ehtiyat və faizlərin həcmləri hissəsində qep-i);  

7)  vasitələrin  bankdaxili  dövriyyəsini  nəzərə  alaraq  bankın  gəlirlilik 

səviyyəsinin göstəricisi kimi spred; 

 8) şəxsi kapitalın multiplikatorunun effektivliyi;  

9) əlavə edilmiş dəyər;  

10) səhmdar kapitalın dəyər qiymətləndirilməsi. 

Son  zamanlar  insan  resursları  iqtisadiyyatına  yüksək  diqqətin  səbəbləri 

arasında  bunlar  ayrılır:  bankın  strategiyası  ilə  personalın  inkişaf  proseslərinin 

obyektiv əlaqəsi, ixtisaslaşdırılmış menecerlərin işə götürülməsində çətinliklər, 

ə

məkdaşların  ixtisaslaşdırılmanın  yeni  məqsədlərinə  daha  elastik,  daha  asan 



uyğunlaşma  ehtiyacı,  işçi  heyətin  bank  biznesinin  məqsədləri  ilə  sıx  əlaqəsi, 

nəticələrin  və  onların  mükafata  təsirinin  qiymətləndirilməsinə  böyük  aksent, 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə