Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə117/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   113   114   115   116   117   118   119   120   ...   230

 

 

245



rilməsi  hesabına  hesablaşma  aparmaq  qabiliyyətidir.  Bankın  likvidliyi  onun 

bank öhdəliklərinin ödənişi üçün onda nəzəri cəhətdən kifayət qədər məbləğdə 

olan likvid aktivlərin olmasını nəzərdə tutur. 

Bank likvidlik riski – planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vax-

tında və effektiv yerinə yetirilə bilməməsi, əlavə likvid vəsaitin əldə edilməsi, 

həmçinin bankın aktivlərinin minimal zərərlə dərhal satılması üzrə imkanların 

azalması riskidir.  

Likvidliyin  təhlil  edilməsi  üçün  ödəniş  müddətlərinin  bölgüsü  -  ödəniş 

müddəti eyni dövrə düşən aktiv və öhdəliklərin bölgüsüdür.  

Bankın  likvidliyi  kredit  resurslarının  cəlb  olunması  və  yerləşdirilməsi 

miqdarına və müddətinə uyğun olaraq müəyyən olunur. Belə ki, bank tərəfin-

dən aktiv əməliyyatların aparılması nəticəsində nağd pulun daxil olması bankın 

borcunun ödənilməsi üçün vacib olan nağd pulun miqdarı və müddəti ilə nadir 

hallarda üst-üstə düşür.  



  Öhdəliklərin  likvidlik  göstəricisi  öhdəliklərin  yerinə  yetirilmə  ehtima-

lına,  həmçinin  öhdəliklərin  sahibinin  banka  verilmiş  vəsaitləri  tələb  etmək 

hüququna əsasən müəyyən edilir. Bank tərəfindən cəlb edilmiş vəsaitlərin geri 

tələb  edilməsi  ehtimalı  və  hüququ  nə  qədər  çox  olarsa,  öhdəliklərin  likvidlik 

göstəricisi  də  bir  o  qədər  yüksək  olur.  Öhdəliklər  aşağıdakı  likvidlik  kate-

qoriyaları üzrə təsnifləşdirilir:  

  1.  Yüksək  likvidli  (cari)  öhdəliklər  -  bu  öhdəliklərə  bankların  müxbir 

hesabları və “overnayt” depozitləri də daxil olmaqla bütün cari hesablar; tələbli 

depozitlər, ödəniş müddəti 30 gün və ya bundan az olan müddətli öhdəliklər (o 

cümlədən,  bankın  buraxdığı  qiymətli  kağızlar),  icra  müddəti  başa  çatmış 

öhdəliklər, müqaviləyə əsasən vəsaitlərdən istifadəyə başlanması tarixinə məh-

dudiyyət  qoyulmayan  və  geri  çağırıla  bilinməyən  açılmış  kredit  xətləri  aid 

edilir.  

Mərkəzi Bankdan cəlb edilmiş borc vəsaitləri yüksək likvidli (cari) öhdə-

liklərə aid edilmir. 

Müddəti  başa  çatmış  öhdəliyin  icrası  bankdan  tələb  edilmədikdə  və 

tərəflər arasında bağlanmış müqavilə şərtləri əsasında eyni müddətə uzadılmış 

hesab edildikdə, həmin öhdəlik yüksək likvid (cari) öhdəliklərə aid edilmir. 

   2. Orta likvidli öhdəliklər – bu öhdəliklərə müddəti 30 gündən 365 gü-

nədək  olan  müddətli  öhdəliklər  (o  cümlədən,  bankın  buraxdığı  qiymətli 

kağızlar), ödəniş müddəti bir ildən çox olan, lakin müqaviləyə əsasən kreditora 

həmin öhdəliyi vaxtından əvvəl tələb etmək hüququ verən borc öhdəlikləri aid 

edilir.  

  3.  Aşağı  likvidli  öhdəliklər –  bu öhdəliklərə  müddəti  365  gündən çox 

olan öhdəliklər aiddir. 

Bank tərəfindən onun fəaliyyətinin müxtəlif sahələrinin idarə edilməsi və 

nəzarəti  üzrə  öhdəliklərin  idarə  olunması  ən  azı  aşağıdakıları  əhatə  etməlidir: 

son  illərin  tendensiyaları,  mövsümi  amillər,  faiz  dərəcəsinin  dəyişdirilməsinə 




 

 

246



həssaslıq və digər makroiqtisadi amillər nəzərə alınmaqla, bank tərəfindən cəlb 

edilmiş vəsaitlərin həcminin monitorinqi; depozitlərin həcminin monitorinqi (o 

cümlədən, bankların və digər hüquqi şəxslərin depozitləri, “overnayt” əməliy-

yatları);  depozit  və  digər  öhdəliklər  üzrə  ödəmə  müddətlərinin  monitorinqi; 

bankın  əsas  öhdəliklərinin  kreditorları  üzrə  daimi  monitorinqin  aparılması  və 

onlarla əlaqələrin dəstəklənməsi; öhdəliyin növü, öhdəlik üzrə kreditor və onun 

yerləşdiyi  ərazi  nəzərə  alınaraq  öhdəliyin  mənbələri  üzrə  cəmləşmənin 

monitorinqi; balansarxası öhdəliklərin monitorinqi.  

Yüksək likvidli (cari) öhdəliklər kimi təsnifləşdirilmiş ödəniş müddəti 8 

gündən 30 günədək olan öhdəliklər (o cümlədən, bankın buraxdığı qiymətli ka-

ğ

ızlar) bankın ani likvidlik əmsalının hesablanmasında nəzərə alınmır.  



likvidlik əmsalları  

1. Yüksək likvidli aktivlərin ümumi aktivlərin məbləğinə olan nisbəti;  

2. Cari aktivlərin yüksək likvidli (cari) öhdəliklərə olan nisbəti (cari lik-

vidlik əmsalı). Cari aktivlərə yüksək likvidli aktivlərdən əlavə ödəniş müddəti 

30 gün, yaxud bundan az olan aktivlər daxildir. 1-ci və 2-ci əmsalların azalma 

meyilləri  yüksəkkeyfiyyətli  aktivlərin  azalmasını,  yaxud  bankın  adətən  qısa 

müddətlərə  cəlb  edilmiş  dəyişkən  vəsait  mənbələrinə  daha  çox  arxalanmasını 

göstərir. Bu azalma təkcə likvidlik vəziyyətinin pisləşməsi meylini deyil, həm-

çinin  maliyyələşdirmə  strategiyasında  baş  vermiş  məqbul  hesab  edilən  dəyi-

ş

iklikləri də göstərə bilər. 



3.  Yüksək  likvidli  (cari)  öhdəliklərin  aktivlərin  ümumi  məbləğinə  olan 

nisbəti.  Bu  əmsal  aktivlərin  qısamüddətli  öhdəliklərlə  maliyyələşdirilməsi  sə-

viyyəsini  ölçür.  Bu  rəqəmin  yüksək  olması  bankın  qeyri-sabit  maliyyələşmə 

mənbələrindən yüksək asılı olmasını göstərir.  

4. Yüksək likvidli (cari) öhdəliklərin ümumi öhdəliklərin məbləğinə olan 

nisbəti.  Bu  əmsal  ilk  problemlər  yarandıqda  bankı  tərk  edə  biləcək  vəsaitləri 

qiymətləndirir.  Əgər  bankda  iri  məbləğdə  yüksək  likvid  öhdəliklər  mövcud-

dursa, bank daha ciddi fövqalədə likvidlik planı hazırlamalıdır. 

5. Kreditlərin depozitlərə olan nisbəti. Bu əmsalda kreditlərə banklararası 

kreditlər istisna olmaqla digər müştərilərə verilmiş xalis kreditlər (zərərin ödə-

nilməsi üçün  yaradılmış məqsədli ehtiyatlar çıxılmaqla), depozitlərə isə bank-

ların depozitləri istisna olmaqla bankda olan müştərilərin depozitləri aiddir. Bu 

ə

msal  bankın  hesabına  kredit  portfelinin  maliyyələşdirilməsi  səviyyəsini  qiy-



mətləndirir. Əmsalın artımı bankın daha çox qeyri-sabit maliyyələşmə mənbə-

lərinə (məsələn, qısamüddətli borclar) üstünlük verdiyini göstərir.  

6. Girov  qoyulmuş  qiymətli  kağızların  bütün  qiymətli  kağızlara  olan 

nisbəti. Bu əmsal likvidliyə olan tələbatı ödəmək üçün istifadə edilə bilməyən, 

girov qoyulmuş qiymətli kağızların faizlə ifadəsini göstərir. 

7. Yerli  maliyyə  bazarlarından  cəlb  olunmuş  vəsaitlərin  cəminin  xarici 

bazarlardan cəlb olunmuş vəsaitlərin cəminə olan nisbəti. Bu əmsal bankın yerli 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə