Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə125/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   121   122   123   124   125   126   127   128   ...   230

 

 

262



Onun  iştirakçıları  təsərrüfat  fəaliyyətinin  subyektləri  olduğundan  kommersiya 

krediti topdansatış münasibətlərdə tətbiq olunur. Kommersiya krediti daxilində-

ki ödəmə möhləti məhsul satışının davamı kimi çıxış edir. Buna görə kommer-

siya krediti vasitəsilə satışın tezləşdirilməsi və tədavül zamanının məhdudlaşdı-

rılması məsələsinə nail olunur ki, bu da fərdi və ictimai kapitalın səmərəli fəa-

liyyətinə xidmət edir. Bu mühüm cəhətin davamı kimi kommersiya faizinin for-

malaşması  çıxış  edir.  Mal  satışının  əsas  məqsədi  məhsul  satışının  sürətləndi-

rilməsi və onun qiymətindəki mənfəətin əldə edilməsinin tezləşdirilməsidir. Bu 

səbəbdən  kommersiya  krediti  üzrə  ödəniş  möhlətinin  haqqı  məhsulun  qiymə-

tinə daxil edilir və bu, bank krediti faizi ilə müqayisədə çox cüzidir. 

Hal-hazırda kommersiya kreditinin üç növündən istifadə edilir: Kreditin 

müddəti  fiksə  (tarixi  təsbit  edilmiş)  edilmiş  qaydada  ödəmək;  Konsiqnasiya 

qaydasında  (hissə-hissə  ödəmək)  borclunun  malı  realizə  etdikdən  sonra 

kreditora pulun ödənməsi; Açıq hesabla kreditləşmə. 

I halda satılı malı alıcıya göndərdikdən sonra, alıcı satıcıya sadə veksel, 

yəni  vekseldə  təsbit  edilmiş  tarixdə  borc  ödəməsinin  yerinə  yetirilməsinə  öh-

dəlik verir və ya satıcı, özü alıcıya tratta təqdim edir (köçürmə veksel) və alıcı 

kommersiya  sənədlərini  akseptə  edir,  yəni  tratta  göstərilmiş  tarixdə  ödənişi 

yerinə yetirməyə öhdəlik verir. 

II halda konsiqnasiya prosesidir, yəni pərakəndə satıcı malı realizə etdik-

dən sonra kreditora olan borcunu yerinə yetirir. 

Məsələn, konsiqnasiya yeni malların bazarı və qeyri-tipik malların təklifi 

ilə təqdim edilir, yəni bazarın tələbi dəyərləndirmək çətin olduğu bir durumda 

konsiqnasiya tətbiq edilir. 

Bank krediti kreditin ən geniş yayılmış formasıdır. Məhz banklar krediti 

ə

n  çox  müvəqqəti  maliyyə  yardımına  ehtiyacı  olanlara  verir.  Bu  da  təsadüfi 



deyil, çünki əsas fəaliyyəti kredit işi olan banklar xüsusi bir subyektdir. Bank 

kreditinin  başlıca  xüsusiyyəti  ondadır  ki,  geri  qaytarılma  əsasında  pul  vəsait-

lərinin  dönə-dönə  dövranı  və  dövriyyəsini  həyata  keçirən  banklar  daha  çox 

şə

xsi kapitalından deyil, cəlb edilmiş resurslardan istifadə edir. Müəyyən sub-



yektlərdən borc götürdüyü pul vəsaitlərini bank digər hüquqi və fiziki şəxslər 

arasında yenidən bölüşdürür. Eyni zamanda bank sadəcə pul vəsaitlərini deyil, 

pulu  kapital  şəklində  borc  verir.  Bu  o  deməkdir  ki,  borc  alan  bankdan  götür-

düyü vəsaitləri elə istifadə etməlidir ki, təkcə onların kreditorlara qaytarılmasını 

deyil,  həm  də  ən  azı  borc  faizini  ödəməkdən  ötrü  kifayət  edən  mənfəət  əldə 

etsin. 


Ödənclik  kreditin  bank  formasının  ayrılmaz  atributuna  çevrilir.  Bütün 

bunlarla əlaqədar bank krediti faizi həmişə kommersiya krediti faizindən yük-

sək olur. Bank əsasən özgə vəsaitlərdən kredit resursu kimi istifadə etdiyindən 

verdiyi kreditlər üzrə faizi maksimal səviyyədə saxlamağa çalışır. Lakin bank 

kreditini kommersiya kreditindən fərqləndirən təkcə bu cəhət deyil. Bank kredi-

tinin  obyekti  ticarət  və  sənaye  kapitalından  ayrılmış  pul  kapitalıdır.  Borcaları 




 

 

263



kimi dövlət, fiziki və hüquqi şəxslər, o cümlədən bankların özü də çıxış edir. 

Kommersiya kreditinin miqyasları hər bir halda ticarət və sənaye kapitalı ehti-

yatları ilə müəyyən olunur və məhdudlaşır. Ticarət və sənaye kapitalının kom-

mersiya krediti xətti ilə hərəkəti ünvanlıdır: əmtəə ya istehsalçıdan istehlakçıya, 

ya da istehsalçıdan əmtəənin sonrakı satışı ilə məşğul olan ticarət şirkətinə ötü-

rülür. 


Bütün  fərqlərə  baxmayaraq,  kommersiya  və  bank  kreditinin  ümumi 

cəhətləri də mövcuddur.  lk növbədə onların təbiəti eynidir. Kommersiya kre-

diti tarixən bank kreditindən əvvəl yaranmış və məntiqi olaraq kredit sisteminin 

ə

sası  kimi  çıxış  edir.  Bu  onunla  izah  olunur  ki,  məhz  kommersiya  krediti 



bilavasitə ticarət və sənaye kapitallarının davranma, əmtəələrin istehsaldan son 

istehlaka  qədər  hərəkətinə  xidmət  edir.  Lakin  bank  kreditinin  üstünlükləri, 

çevikliyi  onun  XX  əsrdə  kommersiya  krediti  ilə  müqayisədə  daha  sürətlə  in-

kişaf etməsini müəyyən etdi.  qtisadiyyatda inhisarlaşma prosesləri gücləndikcə 

bank kreditinin üstünlükləri özlərini daha qabarıq göstərir, lakin onlardan daha 

real kapitalın genişlənməsindən ötrü istifadə edilməsi bank kreditinin özündə də 

mühüm  dəyişikliklərə  səbəb  olur.  Kreditin  inhisarlaşması  güclənir,  bank  ka-

pitalının  təmərküzləşməsi  və  mərkəzləşməsi  sürətlənir  və  bank  inhisarlarının 

yaranmasına  gətirib  çıxarır.  Bank  kapitalının  sənaye  və  ticarət  kapitalları  ilə 

çulğalaşması prosesi genişlənir və dərinləşir. 

Bank  kreditinin  üstünlüyünə  baxmayaraq  kommersiya  krediti  rədd 

edilmir.  Əksinə,  kommersiya  krediti  bank  kreditinin  tarixi  və  məntiqi  sələfi 

olmaqla  bank  kreditinin  sonrakı  çox  güclü  inkişafından  bəhrələnir.  Bank 

aksepti kommersiya veksellərinin təminatını möhkəmləndirməklə kommersiya 

kreditinin iri şirkətlər, xüsusilə də korporasiyalar üçün əhəmiyyətini artırır. Re-

sursların əmtəə və pul formasında korporasiyalar daxilində borc əsaslarında baş 

verən  axının  həcmləri  labüd  olaraq  böyüyür  və  əhəmiyyətli  dərəcədə  banklar 

vasitəsilə  mümkün  olur.  Bu  kommersiya  və  bank  kreditinin  çulğalaşmasının 

labüdlüyünü göstərir. 

Kreditləri  verən  və  alan  şəxslərə,  sektorlara,  kreditin  istifadəsinə  görə 

məqsədli, təminatlı və müddətinə görə qruplaşdırmaq mümkündür. 

1) krediti verən şəxslər yönündən bank kreditləri ilə qeyri-bank kreditləri, 

alan şəxslər baxımından isə özəl sektora açılan kreditlər, dövlət sektoruna açı-

lan kreditlər; 

2)  iqtisadi sektorlara  görə kreditlər - kommersiya kreditləri,  kənd təsər-

rüfatı  kreditləri,  sənayeyə  açılan  kreditlər,  inşaat  sektoruna  açılan  kreditlər 

şə

klində ayıra bilərik. Kreditin iqtisadi sektorlar arasında paylanmasının iqtisadi 



inkişaf və sosial ədalət baxımından böyük önəmi vardır. 

3) Kreditdən istifadə məqsədlərinə görə - istehlaka açılan kreditlər və is-

tehsala açılan kreditlərə bölünür.  stehlak xərclərini qarşılamaq məqsədi ilə alı-

nan kredit, kredit alanın cari gəlirindən ayıracağı pul ilə geri ödənir. Bu ödəmə-

nin  həyata  keçirilməsi  kredit  alanın  gələcəkdəki  gəlir  və  xərc  durumuna  bağ-



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə