Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə120/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   116   117   118   119   120   121   122   123   ...   230

 

 

251



Ona görə də, bu cür halda hər bir bank üçün xüsusi kapitalın olması onun eti-

barlığını, likvidliyini təmin edən ən vacib şərt kimi çıxış edir. 

Operativ funksiya. Hər bir kommersiya bankına normal, səmərəli fəaliy-

yətə başlamaq üçün ilkin start kapitalı lazımdır. Həmin kapital bina, qurğular, 

torpaq  sahələri,  texniki  vəsaitlər  almaq  və  həmçinin  nəzərdə  tutulmayan 

itkilərin  bağlanmasını  operativ  həll  etmək  üçün  lazımdır.  Bu  məqsədi  həyata 

keçirmək  üçün  müxtəlif  mənbələrdən  və  xüsusi  kapitaldan  da  istifadə  oiuna 

bilər. Bu halda o, operativ funksiyanı yerinə yetirmiş olur. 

Tənzimləmə  funksiyası.  Bankların xüsusi vəsaiti  qeyd olunan funksiya-

larla yanaşı, həm də tənzimləmə funksiyasını yerinə yetirir. Bu funksiya əsasən 

cəmiyyətin  bankların  səmərəli  fəaliyyətində  marağı  və  mövcud  qanunların, 

qaydaların,  icra  mexanizminin  banklar  tərəfındən  həyata  keçirilən  əməliy-

yatlara dövlət orqanlarının nəzarət  etmək imkanlan  yaratması və mövcudluğu 

ilə bağlıdır. Bank resurslarının quruluşu müxtəlif əlamətlərdən, məsələn, onla-

rın  ixtisaslaşma  və  universallaşma  dərəcəsindən,  fəaliyyət  istiqaməti  və  xüsu-

siyyətlərindən,  borc  resursları  bazarının  vəziyyətindən  və  həmçinin  ölkədəki 

iqtisadi vəziyyətdən asılıdır. Bir qayda olaraq, universal bankların fəaliyyətində 

qısamüddətli  kreditləşmə  əsas  yer  tutur.  Onlar  cəlbetmə  mənbəyi  kimi  qısa-

müddətli  depozitlərə,  investisiya  bankları  isə  qiymətli  kağızların  alınmasına, 

müəssisələrin, səhmdar cəmiyyətlərin, dövlətin kapital qoyuluşları kimi istifadə 

etdikləri  xüsusi  məqsədli  fondlara  və  digər  kredit  və  maliyyə  institutlanndan 

alınan  uzunmüddətli  istiqrazlara  üstünlük verirlər.  Bankların  əsas  məqsədi isə 

daha  etibarlı,  sabit  maliyyə  vəziyyətinə  malik  müştərilərə  kredit  verməklə 

resurslarını artırmaq və güclü resurs bazası yaratmaqdan ibarətdir. Qeyd etmək 

lazımdır  ki,  bütün  banklar  aralarındakı  fərqlərdən  asılı  olaraq,  resurs  bazasını 

yalnız likvidlik təmin olunduğu hallarda artıra bilir. Bankların xüsusi vəsaitinin 

quruluşu  öz  keyfıyyət  tərkibinə  görə  yekcins  deyildir  və  il  ərzində  müxtəlif 

amillərin təsiri ilə dəyişə bilir. Bu amillərin biri əldə olunan mənfəətdən istifadə 

xarakteridir. 

Avropa  ölkələrində  səhmdar  kommersiya  banklarının  nizamnamə  ka-

pitalı  satılmış  səhmlərdən  daxil  olmuş  vəsaitlər  hesabma  formalaşır.  Lakin 

nizamnamə  kapitalı  təkcə  daxil  olmuş  pul  vəsaitləri  hesabına  deyil,  həm  də 

maddi  və  qeyri-maddi  aktivlərin,  həmçinin  üçüncü  şəxsin  qiymətli  kağızları 

hesabına da formalaşa bilər. Təhlillər göstərir ki, bir çox bankların nizamnamə 

kapitalının 70%-dən çoxu maddi aktivlərin payına düşür. Bu isə bankların bu 

vəsaitlərdən  kredit  resursları  kimi  istifadə  etmək  imkanlarını  azaldır,  ödəmə 

qabiliyyətini və likvidliyini zəiflədir. Analoji  vəziyyət  nizamnamə kapitalında 

qeyri-maddi aktivlərin payı çox olduğu halda da özünü büruzə verir. 

Bankların  xüsusi  kapitalı  onların  aktiv  əməliyyatlarının  artırılmasının 

mənbəyi, əsasıdır. Bu vəsaitlər olmadan bank özünün normal fəaliyyətini qura 

bilməz, ödəmə qabiliyyətliyini, likyidliyini təmin edə bilməz. Bir sözlə, kredit 



 

 

252



təşkilatçısı kimi onun mövcudluğu mümkün olmaz. Ona görə də hər bir bank 

üçün xüsusi kapitalm mənbələrinin tapılması və artırılması çox əhəmiyyətlidir.  

Xüsusi kapitalın idarə edilməsi bankların yüksək mənfəət əldə etməsində 

və passivlərin dayanıqlığının təmin  edilməsində  yüksək  əhəmiyyətə malik rol 

oynayır. Xüsusi kapitalın idarə edilməsinin mühüm üsullarından biri dividend 

siyasətidir. Ölkədə qeyri-sabit maliyyə vəziyyəti, həmçinin mükəmməl, inkişaf 

etməmiş fond bazarı şəraitində banklar adətən xüsusi kapital artımını mənfəətin 

toplanması  hesabına  təmin  edirlər.  Dividendlərin  kapitallaşması  səhmdar 

kapitalın artmamasının heç də həmişə ən asan və daha ucuz başa gələn üsulu 

deyildir.  Bununla  yanaşı  banklar  düzgün  olaraq  müəyyən  edirlər  ki,  onların 

səhmlərinin məzənnəsi ödənən dividendlərin səviyyəsindən asılıdır. Dividend-

lərin artımı səhmlərin məzənnələrinin artımına səbəb olur. Səhmlərdən yüksək 

gəlir əldə olunması əlavə səhm satışı hesabına kapitalın artımını təmin edir.  

ri banklar pul resurslarının cəlb edilməsınin səmərəli metodu, üsulu kimi 

səhm emissiyasından istifadə edirlər. Kommersiya bankları həm adi səhmlərin, 

həm də imtiyazlı səhmlərin (müddətsiz, məhdud müddətli, adi səhmlərə müba-

dilə edilən) emissiyasını həyata keçirirlər. 

Yüksək imicə malik olan iri banklar fond bazarında öz səhmlərini yerləş-

dirmək  imkanına  malik  olurlar.  Bu  üsul  ilə  banklar  səhmlərin  məzənnəsi 

vasitəsi ilə manevr edərək dividendlərin səviyyəsini müəyyənləşdirir, səmərəli 

ə

məliyyatlar həyata keçirərək əlavə mənfəət əldə edirlər. Kiçik banklar üçün isə 



bu yol ilə əlavə resurs cəlb etmək çətindir. Onlar üçün bu yolla xüsusi kapitalı 

artırmaqdansa əmanətçilərin resurslarını cəlb etmək daha asan və ucuzdur. 

Xarici ölkələrin bank praktikasında xüsusi kapitalın artımı üsulu kimi is-

tiqrazların buraxılmasından da istifadə edilir. Böyüyən və inkişaf etməkdə olan 

banklar  öz  inkişafını  maliyyələşdirmək  üçün  uzunmüddətli  kapitala  ehtiyac 

duyur və öz kapitalının strukturunda ona üstünlük verirlər. Bu ehtiyac istiqraz 

emissiyası vasitəsi ilə ödənilir. 

1988-ci  ilin  iyul  ayında  Bazeldə  ( sveçrədə)  iqtisadi  cəhətdən  inkişaf 

etmiş ölkələrin mərkəzi bankları şəxsi kapitalın kifayətliliyinin ümumi hesab-

lama  qaydasını  (“Kuka  əmsalı”)  müəyyən  etmişlər.  Bu  əmsal  bankın  şəxsi 

kapitalı  ilə  riskin  səviyyəsi  üzrə  ölçülən  balans  və  qeyri-balans  aktivlər  ara-

sındakı  minimum  nisbəti  müəyyən  edir.  1994-cü  ildə  müxtəlif  ölkələrin 

mərkəzi banklarında Kuka əmsalından kommersiya banklarının şəxsi kapitalı-

nın  kifayətliliyinə  dair  tələblərin  müəyyən  olunması  zamanı  baza  oriyentiri 

kimi  istifadə  olunmuşdur.  Verilən  normativin  kəmiyyəti  birinci  dərəcəli  ka-

pitala  münasib  olaraq  4%-dən  az  olmamalıdır;  kommersiya  bankının  ümumi 

şə

xsi kapitalının  aktivlərə nisbəti  riskin  dərəcəsi ölçülməklə  8%-dən aşağı ol-



mamalıdır.  

Milli  bankların  şəxsi  kapitalının  kifayətlilik  dərəcəsi  ilə  bağlı  tələblərin 

hazırlanması  zamanı  verilən  standartlardan  Azərbaycanda  da  istifadə  olunur. 

Hazırda, Azərbaycanda yeni bank açmaq üçün 50 milyon manat tələb edilir.  




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə