382
dövrlər üzrə hesablanması; yarım dövrlər baxımından uzunmüddətli (qısa-
müddətli) maliyyələşmədə ümumi tələbatın müəyyən edilməsi.
Pul vəsaitlərinin optimal səviyyəsinin müəyyən edilməsi pul vəsaitlərinin
daim çatışmazlığı vəziyyətlərindən özünü qorumaq arzusu və əlavə gəlir əldə
edilməsi məqsədilə hansısa işə boş pul vəsaitlərini qoymaq arzusu arasında
razılığın əldə edilməsi zəruriyyətindən irəli gəlir. Artıq qalmış pul vəsaitlərinin
optimallaşdırılması üçün bir sıra metodlar mövcuddur. Daha çox Baumol,
Miller Orr, Stoun metodları və Monte-Karlo metodu üzrə immitasiyalı model-
ləşdirmə məşhurluq qazanmışdır. Onların mahiyyəti pul vəsaitləri qalığının
müxtəlif şəkildə dəyişilməsi keçidi haqqında tövsiyələrin hazırlanmasından
ibarətdir. Bu keçidin hüdudlarından kənara çıxılması ya pul vəsaitlərinin likvid
qiymətli kağızlara çevrilməsini, ya da əks proseduru nəzərdə tutur.
Bank sistemində
-Pul və
saitlə
rinin hə
rə
kə
ti
11
. Bank sistemində -Pul
vəsaitlərinin hərəkəti barədə hesabatın məqsədi maliyyə hesabatlarının istifa-
dəçilərinin bankın pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti, bu
istiqamətdə bankın fəaliyyətinin düzgün qiymətləndirilməsinə xidmət göstər-
məkdir.
Pul vəsaitlərinin ekvivalentləri əsasən investisiya və ya digər məqsədlər
üçün deyil, qısamüddətli maliyyə öhdəliklərinin həyata keçirilməsi üçün is-
tifadə olunur. nvestisiyalar pul vəsaitlərinin ekvivalenti kimi təsnifləşdirilmək
üçün müəyyən məbləğdə pul vəsaitlərinə asanlıqla çevrilmək qabiliyyətinə
malik olmalıdır və dəyərin dəyişməsi nəticəsində əhəmiyyətli riskə məruz
qalmamalıdır. Yəni investisiyalar, pul vəsaitlərinin ekvivalenti kimi yalnız o
zaman tanınır ki, ilkin tarixdən 3 ay və ya daha qısamüddətli ödəmə müddətinə
malik olsun. Pul vəsaitlərinin hərəkətinə pul vəsaitləri və ya onların ekvi-
valentindən ibarət olan maddələr arasındakı hərəkət aid edilmir, çünki bu
komponentlər bankın əməliyyat, investisiya və ya maliyyə fəaliyyətinin bir
hissəsi deyil, bankın pul əməliyyatının tənzimlənməsi və nəzarətinin bir hissəsi
hesab olunur.
Pul vəsaitlərinin hərəkəti barədə hesabatda, dövr ərzində pul vəsaitlərinin
hərəkəti əməliyyat, investisiya və ya maliyyə fəaliyyəti üzrə təsnifləşdirilərək
ə
ks etdirilməlidir. Bankın əməliyyat, investisiya və ya maliyyə fəaliyyətindən
ə
ldə olunan pul vəsaitlərinin hərəkəti onun fəaliyyətinin xarakterinə uyğun
şə
kildə əks etdirilməlidir. Fəaliyyət növləri üzrə təsnifat, istifadəçilərə bu
fəaliyyətin bankın maliyyə vəziyyətinə təsirini, bankın vəsaitlərinin və onların
ekvivalentlərinin məbləğini qiymətləndirmək imkanı verən məlumatla təmin
edir. Bu məlumat həmçinin fəaliyyət növləri arasında olan qarşılıqlı əlaqənin
qiymətləndirilməsində istifadə olunur.
11
Daha geniş bax:
Azərbaycan Respublikasının bank sistemində pul vəsaitlərinin hərəkəti
barədə hesabatın tərtib olunması Qaydaları
383
Eyni əməliyyat müxtəlif cür təsnifləşdirilə bilər. Məsələn, kreditlərin pul
vasitəsilə ödənişi həm əsas borcu, həm də faizləri əks etdirir. Bu zaman faizləri
ə
ks etdirilən hissə əməliyyat fəaliyyəti, əsas məbləği əks etdirən hissə isə
maliyyə fəaliyyəti kimi təsnifləşdirilir.
Ə
məliyyat fəaliyyəti. Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti
ə
sasən bankın mənfəət gətirən əsas fəaliyyət sahələrindən yaranır. Əməliyyat
fəaliyyətindən pul vəsaitlərinin hərəkətlərinə aşağıdakılar daxildir:
- xidmətlərin göstərilməsi üzrə pulların daxil olması;
- icarə gəlirləri, qonorarlar, komissiyalar və digər gəlirlərdən pulların
daxil olması;
- mal və xidmətlərə görə pul ödənişləri;
- işçilərə ödəmələr və onların adından pul ödəmələri;
- maliyyə və investisiya fəaliyyəti ilə əlaqədar olmadıqda, mənfəətdən
vergi ödənişlərinin kompensasiyası və ya pul ödənişləri;
- dilinq məqsədləri üçün imzalanmış müqavilələr üzrə ödənişlər və
pulların daxil olması.
Bank dilinq məqsədləri üçün qiymətli kağızlara və kreditlərə malik
olduqda, bu qiymətli kağızlar alınıb-satılmaq üçün əldə edilmiş vəsaitlər kimi
təsnifləşdirilir və onların alış və ya satışından alınan pul vəsaitlərinin hərəkəti
ə
məliyyat fəaliyyəti kimi təsnifləşdirilir.
nvestisiya fəaliyyəti. nvestisiya fəaliyyəti nəticəsində əldə olunan pul
vəsaitlərinin hərəkətinin ayrı-ayrılıqda açıqlanması mühüm əhəmiyyətə ma-
likdir. Çünki pul vəsaitlərinin investisiya fəaliyyəti nəticəsində hərəkəti çə-
kilmiş xərclərin gələcək gəlirliyini və pul vəsaitlərinin hərəkətinin yaranması
üçün nəzərdə tutulmuş mənbələrə doğru istiqamətlənmə dərəcəsini əks etdirir.
nvestisiya fəaliyyətindən əldə olunan pul vəsaitləri hərəkətinə aşağı-
dakılar aiddir:
- əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin
alınması üçün pul ödənişləri;
- əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin
satışından daxil olan pul vəsaitləri;
- digər bankların pay və ya borc alətləri və birgə müəssisələrdə iştirak
paylarının əldə olunması üçün ödənilən pul vəsaitləri (pul vəsaitlərinin ek-
vivalenti kimi nəzərdə tutulan, dilinq məqsədləri üçün müəyyən olunmuş
alətlərə görə ödənişlər istisna olmaqla);
- digər bankların pay və ya borc alətləri və birgə müəssisələrdə iştirak
paylarının satılması üzrə daxil olan pul vəsaitləri (pul vəsaitlərinin ekvivalenti
kimi nəzərdə tutulan, dilinq məqsədləri üçün müəyyən olunmuş alətlərə görə
ödənişlər istisna olmaqla);
- digər tərəflərə verilmiş avanslar və kreditlər (maliyyə sektoruna ve-
rilmiş avanslar və kreditlər istisna olmaqla);