374
Banklar tərəfindən ən çox istifadə olunan əsas ölçü - faktiki dəyər ölçüsü-
dür. Adətən faktiki dəyər digər qiymətləndirmə metodları ilə qarşılıqlı olunaraq
istifadə olunur. Məsələn, ehtiyatlar adətən maya dəyərindən aşağı və satışın
mümkün xalis satış qiyməti üzrə hesaba alınır, bazar qiymətli kağızları onların
bazar dəyəri üzrə, pensiya üzrə öhdəliklər onların diskont olunmuş məbləği
üzrə tanınır.
11.4. Maliyyə
kapitalının saxlanması konsepsiyası
və
mə
nfəə
tin müə
yyə
n olunması
Maliyyə kapitalının saxlanması konsepsiyasına görə, ilin sonunda xalis
aktivlərin məbləğindən bütün ayırmalar və dövr ərzində mülkiyyətçilərin
ödəmələri çıxıldıqdan sonra qalan məbləğin, ilin əvvəlində olan xalis aktivlərin
məbləğindən artıq olan hissəsi əldə edilmiş mənfəət hesab olunur. Maliyyə
kapitalının saxlanması nominal pul vahidləri və ya daimi alıcılıq qabiliyyəti va-
hidi ilə ölçülür. Kapitalın saxlanması konsepsiyası bankın saxlamaq istədiyi ka-
pitalın necə müəyyən olunmasını nəzərdən keçirir. Kapitalın saxlanması
konsepsiyası kapital konsepsiyaları ilə mənfəət konsepsiyaları arasında əlaqəni
müəyyən edir, mənfəətin ölçülməsi istiqamətini göstərir. Bu konsepsiya bankın
mənfəətindən kapitala və kapitaldan qaytarılması arasında fərqin müəyyənləş-
dirilməsi üçün əsasdır. Nəticə etibarilə, mənfəət – xərclərin (o cümlədən, ka-
pitalın saxlanması üçün zəruri olan təshihlərin məbləği) gəlirlərdən çıxıldıqdan
sonra yerdə qalan qalıq məbləğidir. Əgər xərclər gəlirdən artıqdırsa, fərq zərər
kimi tanınır.
Bank mənfəəti – kommersiya bankının maliyyə nəticəsinin fəaliyyətidir,
yəni gəlirlərin xərcləri üstələməsidir. Kommersiya banklarının mənfəətlərinin
təhlili aşağıdakı istiqamətdə aparılır:
1. Bankın cari dönəmdə mənfəətinin səviyyəsi;
2. Xalis mənfəətin təhlili;
3. Bank fəaliyyətinin əsas istiqamətlərini və bank əməliyyatlarının
növləri üzrə əldə olunan mənfəətin təhlili.
Bank fəaliyyətinin ən səmərəli göstəricisi rentabelliкdir. Bankın renta-
bellik səviyyəsi rentabellik əmsalı ilə ölçülür. Bank rentabelliyinin ümumi
göstəricisi bankın ümumi mənfəətliliyini və ya 1 manat gəlirə düşən mənfəətin
payını müəyyən etməyə imkan verir.
11.5. Maliyyə hesabatlarının tərikibi
Maliyyə hesabatlarının tam dəstinə aşağıdakılar daxildir:
1. mühasibat balansı;
2. mənfəət və zərər haqqında hesabat;
3. kapitalın strukturunda dəyişikliklər haqqında hesabat;
375
4. pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
5. uçot siyasəti və izahat qeydləri.
Bank maliyyə hesabatlarından başqa, fəaliyyətinin maliyyə nəticələrinin
ə
sas xarakterini, maliyyə vəziyyətini və qarşılaşdığı əsas qeyri-müəyyənlikləri
ə
ks etdirən rəhbərliyin maliyyə şərhlərini təqdim edə bilər.
Mühasibat balansı. Hər bir bank mühasibat balansında aparılan əməliy-
yatların xarakterinə əsaslanaraq, qısamüddətli və uzunmüddətli aktivləri və öh-
dəlikləri ayrı-ayrılıqda təsnifləşdirərək əks etdirməlidir.
Qısamüddətli aktivlər. Aktivlər aşağıdakı hallarda qısamüddətli aktiv
kimi təsnifləşdirilməlidir:
1. aktiv satılmaq üçün saxlanıldıqda və ya bankın əməliyyat prosesinin
normal şəraitində istifadə edilmək üçün nəzərdə tutulduqda;
2. aktiv əsas etibarı ilə kommersiya məqsədləri üçün və ya qısa vaxt
müddətində saxlanıldıqda və hesabat tarixindən etibarən on iki ay ərzində
realizə edilməsi nəzərdə tutulduqda;
3. aktiv istifadəsi üzrə heç bir məhdudiyyət olmayan pul vəsaitləri və ya
onların ekvivalenti hesab edildikdə.
Bütün digər aktivlər uzunmüddətli aktivlər kimi təsnifləşdirilməlidir.
Qısamüddətli öhdəliklər. Öhdəliklər aşağıdakı hallarda qısamüddətli
öhdəliklər kimi təsnifləşdirilməlidir:
1. öhdəliyin bankın əməliyyat prosesinin normal şəraitində ödənilməsi
nəzərdə tutulduqda;
2. öhdəlik hesabat tarixindən etibarən on iki ay ərzində ödənilməli
olduqda.
Bütün digər öhdəliklər uzunmüddətli öhdəliklər kimi təsnifləşdirilməlidir.
Bank, faizlərin ödənilməsi də daxil olmaqla uzunmüddətli öhdəliklərini,
hətta onlar hesabat tarixindən etibarən on iki ay ərzində ödənilməli olduqda
belə, aşağıdakı şərtlərdə, uzunmüddətli öhdəliklər kimi təsnifləşdirilməlidir:
1. öhdəliyin ilkin müddəti on iki aydan artıq dövr təşkil etmişdirsə;
2. öhdəliyin uzunmüddətli əsasda yenidən maliyyələşdirilməsi nəzərdə
tutulduqda;
3. bu niyyətlər yenidən maliyyələşdirmə müqaviləsi ilə və ya maliyyə
hesabatlarının təsdiq olunmasına qədər ödəniş cədvəlinin dəyişilməsi haqqında
müqavilə ilə təsdiq olunduqda.
Qısamüddətli öhdəliklərdən çıxarılan hər hansı bir öhdəliyin məbləği mü-
hasibat balansına edilən qeydlərdə (bu təqdimatı əsaslandıran məlumatlarla bir-
likdə) açıqlanmalıdır.
Mühasibat balansında təqdim edilməli olan məlumatlar. Bank aktiv və
öhdəlikləri likvidlik səviyyəsini əks etdirən ardıcıllıqla və onların xarakteri üzrə
qruplaşdıraraq mühasibat balansında əks etdirməlidir. Mühasibat balansına
aşağıdakı aktiv və passiv maddələr daxil edilməlidir: