421
Ş
urasına daxil olan üzvlərindən ibarətdir. Komitə monetar siyasətin inkşaf
etdirilməsi və bu sahədə bankın fəaliyyətinin Avropa Mərkəzi Banklar Siste-
minə uyğunlaşdırılması ilə məşğuldur.
Fransa Bankının Sədri Avropa Mərkəzi Bankının darə Şurasının
üzvüdür.
Maliyyə Nazirliyi ilə birgə Fransa Bankı Beynəlxalq Valyuta Fondunun
idarəetmə islahatları üzərində çalışır. Fransa Bankı kvotalar üzrə islahatların və
BVF-də səsvermə şərtlərinin dəyişdirilməsini təhlil edir.
Fransa Bankının rəhbərliyi fransız dilli Afrika ölkələrinin maliyyə nazir-
ləri və mərkəzi bank sədrləri ilə fəal şəkildə görüşlər keçirir. Bu növ görüş-
lərdən biri Fransada, digəri isə Afrika ölkələrində olmaqla ildə iki dəfə keçirilir.
Avropa ölkələri texniki yardım proqramı çərçivəsində Fransa Bankı və
Bolqarıstan Milli Bankı ilə sıx əməkdaşlıq edir. Bundan əlavə, Avropa Mərkəzi
Bankının texniki yardım layihəsi çərçivəsində Fransa Bankı Bosniya və
Hersoqovina, Misir və Rusiya kimi dövlətlərə yardım göstərmişdir.
Kredit müəssisələrinin daha böyük əhəmiyyət kəsb edən kateqoriyası
kommersiya banklarıdır. Onlar, bir qayda olaraq, səhmdar müəssisələri forma-
sında olurlar. Kommersiya banklarının fəaliyyəti qısamüddətli kreditlərin ve-
rilməsi üçün müddətsiz əmanətlərin qəbulundan ibarətdir. Lakin banklar əma-
nətlər və ya borclar şəklində kapital almaqla, borcları daha uzun müddətə
təqdim etməklə, digər müəssisələrin kapitalında iştirak etməklə, qiymətli ka-
ğ
ızların emissiyasını və yerləşdirilməsini təşkil etməklə, müştərilərin əmlakının
idarəetməsini həyata keçirməklə öz fəaliyyət sferalarını genişləndirə də bilərlər.
Kommersiya bankları beş əsas funksiyanı yerinə yetirirlər:
* ehtiyatların formalaşdırılması;
* xüsusi aktivlərin idarədilməsi;
* ödəniş vasitələrinin idarəedilməsi;
* banklararası əməliyyatların yerinə yetirilməsi;
* maliyyə və digər xidmətlərin göstərilməsi.
Fransız banklarında xüsusi kapital iki hissədən ibarət olur: baza vəsait-
lərindən və əlavə vəsaitlərdən. Bankın passivlərinə xüsusi kapitalla yanaşı, cəlb
edilmiş vəsaitlər də – depozit və qeyri-depozit vəsaitlər daxil olur. Kredit əmə-
liyyatları bank aktivlərinin ən böyük maddələr qrupudur. Kreditləşmənin ən
geniş yayılmış növləri: müəssisələrin cari ehtiyaclarının maliyyələşdirilməsi
üçün, onların investisiyaları, şəxsi adamların istehlakı və investisiya xərcləri
üçün.
nvestisiya bankları müəssisələrə onların yatırımlarının maliyyələşdiril-
məsi üçün kreditlər verir və uzunmüddətli, ortamüddətli əməliyyatları həyata
keçirirlər.
423
VI FƏ
S L. BÖYÜK BR TAN YANIN BANK S STEM
Britaniya Krallığının mərkəzi bankı olan ngiltərə Bankı dünyada ən
qədim mərkəzi bank hesab edilir. Dövlət tərəfindən özəlləşdirilən ngiltərə
Bankı ən müasir və iri mərkəzi bankların əsaslandığı modeldir.
1844-cu ildə qəbul olunan yeni Bank Qanununa əsasən pulun çap olun-
ması ölkənin qızıl ehtiyatları ilə əlaqələndirildi. ngiltərə Bankı 1920-ci ildən
kommersiya fəaliyyətini azaltmağa başladı və 1944-cü ildə artıq yalnız mərkəzi
bank funksiyalarını yetirməyə başladı. 1946-cı ildə Bank dövlət tərəfindən
milliləşdirildi. 1997-ci ildə Banka monetar siyasətdə tam müstəqillik verildi.
Hal-hazırda ngiltərə Bankının fəaliyyəti 1946-cı ildə qəbul edilmiş
ngiltərə Bankı haqqında qanunla tənzimlənir. Bu qanuna əsasən, səhmdar
kapital xəzinəyə verilmiş, onun keçmiş sahibləri isə dövlət istiqrazları şəklində
yaxşı kompensasiya almışlar. Bu kompensasiya səhmlərin nominal dəyərini 4
dəfə üstələyirdi. Beləliklə, Bank hökumət aparatının bir hissəsi olmasa da, bank
rəhbərlərindən məlumat almaq və onlara tövsiyələr vermək səlahiyyətinə malik
idi. ngiltərə Bankı öz tövsiyələrinin və ya xahişlərinin yerinə yetirilməsini
təmin etmək üçün xəzinənin sanksiyası ilə istənilən banka direktivlər verə
bilərdi.
ngiltərə Bankı mərkəzi bankın bütün funksiyalarını icra edir. Onlardan
ə
n vacibi iqtisadi inkişafın artımı məqsədilə qiymətlərin sabitliyi və hökumətin
iqtisadi siyasətinə dəstəyin göstərilməsidir. Bankıın əsas funksiyaları aşağıdakı-
lardır:
♦
Monetar siyasətin sabitliyi –milli valyutanın (funt sterlinqin)
kursunun sabitliiyini və alıcılıq qabilliyətini təmin etmək. Bu vəzifəni Bank
ə
sasən faiz dərəcəsinin dəyişdirilməsi yolu ilə həyata keçirir. Faiz dərəcəsi
Bankın Monetar Siyasət Komitəsi tərəfindən müəyyən edilir. Həmçinin Bank
iqtisadiyyatı nağd pulla təmin etmək və nağd pulun fiziki dövriyyəsini təşkil
etmək funksiyasına malikdir. Bank ngiltərə və Uelsdə əskinazların çap
olunması üzrə inhisar hüququna malikdir. Şotlandiya bankları (The Royal Bank
of Scotland, The Bank of Scotland və The Clydesdale Bank) və Şimali
rlandiya bankları (Bank of reland, First Trust Bank, Nothern Bank və Ulster
Bank) öz əskinazlarını buraxmaq hüququnu saxlayırlar, lakin bu əskinazların
buxarılması ngiltərə Bankında birə-bir depozit ilə təyin edilməlididr.
♦
Maliyyə sabitliyinin dəstəklənilməsi – burada maliyyə sistemi
üçün təhlükələrin aradan qaldırılması nəzərdə tutulur. Bu təhlükələr bankın ana-
litik xidmət və digər nəzarət orqanları tərəfindən müəyyən edilir. Bu təhlükə-
lərin aradan qaldırılması üçün Bank daxili və xarici bazarlarda maliyyə əmə-
liyyatlarını aparır. ngiltərənin maliyyə sektorunun sabitliyinin təmin edilməsi
məqsədilə Bank bir necə dövlət maliyyə qurumu, o cümlədən ngiltərə
Xəzinədarlığı və Maliyyə Xidmətləri Təşkilatı ilə əməkdaşlıq edir.