416
emissiyasıdır. Qalan məsələlərdə isə alman federal bankı yenə də alman və
Avropa monetar siyasətinin lokomotivi olaraq qalır.
Almaniyanın bank sisteminin ikinci hissəsi kommersiya bankları ilə
təmsil olunmuşdur.
Sənaye cəhətdən inkişaf etmiş digər ölkələrin bank sistemləri ilə müqayi-
sədə alman bank sisteminin özünəməxsus xüsusiyyəti universal kredit müəs-
sisələrinin üstünlük təşkil etməsidir. Təşkilati-hüquqi formalardan, mülkiyyət
münasibətlərindən, ölçülərdən asılı olmayaraq kredit müəssisələrinin əksəriy-
yəti bütün bank əməliyyatlarını yerinə yetirirlər.
Bank sisteminin belə universallığı onunla izah olunur ki, Almaniya
sənayenin inkişafının əvvəlindən özünün kifayət qədər kapitalına malik deyildi.
Bu isə bank kreditlərinin böyük həcmlərdə istifadəsini zəruri etmişdi. Universal
banklar aşağıdakı depozit-borc və investisiya əməliyyatlarını həyata keçirirlər:
depozitlərin qəbulu, kreditlərin və akseptlərin təqdim edilməsi, veksellərin
uçotu və çeklərin ödənilməsi, qiymətli kağızların tapşırıqla alınması və
satılması, qiymətli kağızların saxlanması və idarəetməsi, qiymətli kağızlara və
digər uzunmüddətli aktivlərə investisiya qoyuluşları, vaxtı qurtarana qədər
tələbnamələrin alışı üzrə öhdəliklərin qəbul edilməsi, zəmanətlərin təqdim
edilməsi, qeyri-nağd hesablaşmaların həyata keçirilməsi.
Universal bank sisteminin birinci pilləsində üç iri bank – qrossbanklar
(Grossbank) durur. Onlar aşağıdakılardır: «Doyçe bank» (Deutsche bank»
(Dresdner Bank).
ALMAN YA FEDERAL BANKI. kinci Dünya müharibəsindən sonra
Federal Bankın tarixi alman valyutasının tarixi ilə əlaqəlidir. Hərbi alyans
hökuməti tərəfindən aparılan valyuta islahatları nəticəsində 21 iyun 1948-ci il
tarixində alman markı reyxmarkla əvəz olunmuşdur. Qərb Qüvvələri ələ
keçirilmiş ərazilərdə federal strukturu baxımından ABŞ Federal Ehtiyat Sis-
teminə uyğun formada modelləşdirilmiş ikipilləli mərkəzi bank sistemini təsis
etmişdir. O, Qərbi Almaniyanın işğal altındakı ərazilərindəki ştatların (Lənder)
mərkəzi bankları və Bank Doyçe Lənderdən ibarət idi. Mərkəzi bankın
hökumətin sifarişləri əsasında fəaliyyət göstərməsi ilə bağlı neqativ təcrübənin
yaranması səbəbindən, müstəqil mərkəzi bank prinsipi meydana gəldi və Bank
Doyçe Lənder 1951-ci ildən etibarən müstəqil fəaliyyət göstərdi.
1949-cu ildə qəbul olunan “Əsas Qanun” (müvəqqəti konstitusiya)
Federal hökumət qanunvericiliyinin qarşısında valyutanın buraxılmasına cavab-
deh olacaq federal bankın təsis olunması öhdəliyini qoymuşdur. Qanun-
vericiliyin bu öhdəliyi yerinə yetirilərək 1957-ci ildə Federal Bank haqqında
Qanunu qəbul edilmişdir ki, bunun nəticəsində mərkəzi bank sisteminin
ikipilləli strukturu ləğv olunmuşdur. Lənderin mərkəzi bankları öz müstəqil-
liklərini itirərək Federal Bankın regional ofislərinə çevrilmişlər (“ştat mərkəzi
bankı” adını saxlamalarına baxmayaraq).
417
Berlin Divarının dağıdılmasından sonra 18 may 1990-cı il tarixində
anlaşmasının imzalanması ilə hər iki alman respublikasının iqtisadi, sosial və
valyuta ittifaqının yaranması nəticəsində alman frankı vahid valyutaya çev-
rilmişdir. 1992-ci ildə Federal Bank haqqında Qanunda dəyişikliklərin edilməsi
nəticəsində Lənderin 11 mərkəzi bankı və Müvəqqəti nzibati Orqan oxşar
iqtisadi ölçülərə malik 9 mərkəzi bank ilə əvəz olunmuşdur.
1993-cü ildə imzalanan Maaştrixt Sazişi nəticəsində Avropa qtisadi və
Valyuta ttifaqı yaranmışdır. Monetar siyasətlə bağlı cavabdehlik Avropa
Mərkəzi Bankı və Avropa ttifaqı dövlətlərinin milli mərkəzi banklarından
ibarət olan Avropa Mərkəzi Banklar Sisteminə ötürülmüşdür. 2001-ci ildən
etibarən Avropa Mərkəzi Bankı valyuta üzərində tam nəzarəti ələ keçirmişdir.
2002-ci ildə Federal Bank haqqında Qanunda aparılan düzəlişlər nəticəsində
Federal Bankın strukturu hazırkı vəziyyətə gətirilmişdir.
Federal Bankın Avropa Mərkəzi Bankı ilə birgə idarə olunan 4 fəaliyyət
sahəsi aşağıdakılardır:
• Pul buraxan bank olaraq – iqtisadiyyatın nağd pulla təmin edilməsi və
nağd pulun fiziki dövriyyəsinin təşkili;
• Bankların bankı olaraq – kommersiya bankları sistemi ilə əlaqadər
olaraq iki funksiyası var: kommersiya bankları üçün klirinq palatası və bank
nəzarəti;
• Dövlətin bankı olaraq – federal, ştat və yerli hakimiyyət orqanlarını və
eləcə də qanunla təsis olunmuş sosial təhlükəsizlik təşkilarını hesabla təmin
edir və onlar üçün adi bank əməliyyatlarını yerinə yetirir;
• Valyuta ehtiyatlarını saxlayan orqan olaraq – valyuta ehtiyatları Federal
Bankın qızıl ehtiyatları, xarici valyutada olan qiymətli kağızlar, xarici
banklarda saxlanılan kredit, xarici valyuta və s. daxil olmaqla avroda ifadə
olunmayan bütün aktivləridir.
Federal Bank 9 regional ofis, Lənderin keçmiş mərkəzi bankları və 66
filialdan ibarətdir.
Federal Bankın ali idarəetmə orqanı olan darə Heyətinin tərkibi aşa-
ğ
ıdakı kimidir:
• Almaniya hökuməti tərəfindən namizədliyi irəli sürülən prezident,
vitse-prezident və darə Heyətinin 2 əlavə üzvü;
• darə Heyətinin Bundesrat tərəfindən namizədliyi irəli sürülən 4 əlavə
üzvü.
darə Heyətinin hər bir üzvü Federal Prezident tərəfindən, ümumiyyətlə
8, minimal olaraq isə 5 illik müddətə təyin olunur.
Beynəlxalq əlaqələr departamenti aşağıda qeyd olunan 1 ofis və 3 şöbə-
dən ibarətdir:
• Avropa ilə əlaqələr idarəsi;
• Avropa monetar məsələləri, BVF, G7 və Beynəlxalq inkişaf məsələləri
üzrə şöbə;