Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə81/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   77   78   79   80   81   82   83   84   ...   89

_______________Milli Kitabxana___________________ 

 

385 



Kuşak bir gün əvvəl, yəni aprelin 1–də mərasimdə 

iştirak etdikdən sonra Peredelkino yaradıcılıq evinə 

getmişdi. Başqa əlac yox idi. Peredelkinoya getməli 

idim. Aprelin 2–sində gündüz saat 2–də yaradıcılıq 

evinin həyətinə girdim. Həyətdə qoyulan skamyalar 

hələ  də qar ilə örtülü idi. Uzun skamyanın iki ucu 

qardan təmizlənmişdi. Onun bir tərəfində görkəmli 

rus tərcüməçisi A. Tarkovski, o biri ucunda isə bir 

qadın  əyləşmişdi. Mən bu məşhur tərcüməçini 

tanıyırdım. Bir il əvvəl yanvar ayında elə bu yara-

dıcılıq evində onunla tanış olmuşdum. Gözüm pis 

gördüyünə görə Yaradıcılıq evindəki aynabəndin iri 

şüşəsini görmədiyimə görə vurub sındırmışdım. 

Şüşə sınıb üstümə töküldü və mən bir anlıq huşumu 

itirdim. Sonra kimsə qolumdan yapışıb məni bir 

otağa apardı. əllərimin üstündəki qanı kəsmək üçün 

cürbəcür dərmanlardan istifadə etdi və  tənziflə 

sarıdı. Alnımda da çapıq var idi. Onun da qanını 

sildikdən sonra mənə dedi: 

- Yaxşı ki, sağ  əlin yaralanmayıb. O, bizə 

lazımdır. Sonra kağız-qələm gətirib stolun üstünə 

qoydu və dedi: 

-Yaz! 

Mən ömrümdə birinci dəfə gördüyüm bu 



adama heyrətlə baxdım. Üzündəki ciddilik məni 

məcbur etdi ki, qələm götürüm.  

- Ərizəni mənim adıma yazacaqsan.  

Indi başa düşdüm ki, bu adam mənim onu 

tanımadığımı bilmir. Sonralar bildim ki, o, 



_______________Milli Kitabxana___________________ 

 

386 



Azərbaycan  ədəbiyyatının  ən gözəl nümunələrini 

rus dilinə tərcümə edən Arsen Tarkovskidir.  

Sən demə, o, Yazıçılar Birliyi Həmkarlar 

Təşkilatının rəhbərliyində  işləyirmiş.  Ərizənin 

məzmununu özü diktə etdi. Ərizənin məzmunu belə 

idi  mən  şüşəni sındırmağımın günahkarı, Yara-

dıcılıq evinin müdriyyətindən Həmkarlar Təşkilatı-

na  şikayət edirdim - ki iri şüşənin üstündə heç bir 

şəkil çəkilmədiyinə görə mən onu görməmiş özümü 

yaralamışdım. Mənə  dəymiş ziyanın ödənilməsini 

tələb edirdim. Sonra ərizəni səliqə ilə qatlayıb cibi-

nə qoydu və dedi: 

- Get, otağında istirahət elə. Axşamüstü 

görüşərik.  

Yaradıcılıq evinin rəhbərliyi bir-birinə  dəy-

mişdi. Onlar tez-tez mənim yanıma gəlir, yaramı 

sarıyır və üzrxahlıq edirdilər. Axırda direktor gəlib 

çıxdı.  


- Siz narahat olmayın. Ehtiyatda şüşəmiz var 

idi. Yerinə salmışıq. Özünüzü necə hiss edirsiniz? 

Mən təşəkkür etdim. Direktor ayağını sürüyə-

sürüyə otaqdan çıxdı. Mənə  nəsə demək istəyirdi. 

Amma cürət etmirdi. 

Axşam Tarkovski gəldi.  

- Necəsən dost? Direktor səni gördümü?  

- Hə dedim. Şüşəni yerinə saldığını bildirdi. 

Sonra da nəsə deyəcəkdi, amma cürət eləmədi.  

- Aydındır. Kələyimiz baş tutdu. Həmin  şü-

şəyə görə azı 3000 manat verməli olacaqdın. Daha 



_______________Milli Kitabxana___________________ 

 

387 



ərizə  öz  rolunu  oynadığına görə  mən onu cırıb 

atıram.  

Deməli Tarkovski məni cərimədən xilas 

etmişdi.  

Indi yaradıcılıq evinin həyətində onu görəndə 

çox sevindim. Köhnə dost kimi qabağına yüyürdüm 

və  əl verdim. O, məni tanımadı.  Şüşə  əhvalatını 

yadına salan kimi sevindi. - Gərək ki sən azər-

baycanlısan-dedi. Rəsul Rza necədir? 

Məni qəhər boğdu. Boğazımda nəsə ilişib 

qalmışdı. Xeyli öskürdükdən sonra dedim: 

- Dünən dəfn etdik.  

O,  şəhadət barmağını dodaqlarına yaxınlaş-

dırıb dedi: 

- Sus! Qoy, bu qadın eşitməsin. Sonra 

qulağıma dedi: 

- Bax, bu qadın mənim həyat yoldaşımdır. O, 

Rəsulu çox sevirdi. Ürəyi xəstədir. Eşitsə birtəhər 

olar. Mən gizlincə qadına baxdım. O, bizim söh-

bətimizi dinləmirdi.  

Mən Yuri Kuşakı elə  həmin saat tapdım. 

Birlikdə Moskvaya qayıtdıq. Bartonun qəbrini ziya-

rət etdik. Gül dəstəsini qəbrin baş tərəfinə qoyduq. 

Uzaqdan baxanlar elə bilərdi ki, iki qardaş öz 

anasının qəbrini ziyarətə gəlib. 

Bartonun  əziz xatirəsini heç zaman unut-

maram.  

 

 



_______________Milli Kitabxana___________________ 

 

388 



TALEYIMDƏ MÜHÜM ROL OYNAYAN 

“XOSROV VƏ ŞIRIN” 

 

1954-cü ilin 5 sentyabrını bu günə kimi xatır-

layıram. Həmin gün sinfimizə  təzə  ədəbiyyat 

müəllimi gəldi. Orta boylu, gözəl çöhrəli, arıq bir 

qız idi. Universitetin filologiya fakültəsini təzəcə 

bitirmişdi.  

- Mənim adım Məhbubə müəllimədir dedi. 

Sizə ədəbiyyat dərsi keçəcəyəm.  

Səsində  qəribə bir cingilti var idi. Mənə elə 

gəldi ki, o, danışmır, mahnı oxuyur. Deyəsən, onun 

oxuduğu bu “mahnı” nı hamı duydu. Ətrafıma 

baxdım. Uşaqlar heyrətlə müəllimə baxırdılar. Elə 

bil ki, bu saat nəsə bir möcuzə olasıydı. Məhbubə 

müəllimə kitabı açıb dedi: 

- Bu günkü dərsimiz  Nizami Gəncəvinin 

“Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin 

dastanı” hekayəti olacaq. Sonra şeiri oxumağa 

başladı. Onun bayaqkı cingiltili səsi indi həqiqi bir 

melodiyaya çevrilmişdi. Məhbubə müəllimə elə 

gözəl oxyurdu ki, milçək uçsaydı, səsi eşidilərdi. 

Zəng vurulan kimi mən kitabı  əlimə götürüb, 

müəllim kimi oxumağa başladım.  

 

Şam şəhərində xeyli qoca bir kişi vardı, 

Pəri kimi, cin kimi adamlardan qaçardı. 

Toxuyardı özünə yaşıl otlardan köynək 

O, ruzi qazanardı, hər gün kərpic kəsərək. 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə