Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə84/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   81   82   83   84   85   86   87   88   89

_______________Milli Kitabxana___________________ 

 

397 



müəllim qətiyyən üzümə baxmırdı. O tavanda bir 

nöqtəni tutmuşdu. Elə bil ki, bu saat həmin 

nöqtədən gözlərini çəksə almanlar deyil, ruslar 

məğlub olacaqdı. Xeyli danışdım. Birdən Yusif 

müəllim sözümü kəsib dedi: 

- Yaxşı analitik təfəkkürün var. Bu sözlər 

tarix kitablarında yazılmayıb. Amma sən doğru 

deyirsən. Bir sual da verəcəm. Bilsən “5” ni yaza-

cam.  

Yaxşı bilirdim ki, ən asan suala belə cavab 



verə bilməyəcəm. Ona görə də dedim: 

- Müəllim, “4” düşürsə, yaz gedim.  

- Axı sənə “4” yazmağa əlim gəlmir. Əsl ta-

rixçi ola bilərsən. Aydın məsələdir ki, onun sualına 

kifayətləndirici cavab verə bilmədim. Tarixdən “4” 

aldım.  


Bu “4” mənim qiymətim deyildi. Axşam 

qatarda gələn, indi də adını bilmədiyim lakin bu 

qiyməti almaqda mənə misilsiz köməyi dəyən o 

insanın qiyməti idi. Allah onun işinə faraş versin.  

1966 – cı il idi. Yevlaxda çıxan “Təşəbbüs” 

qəzetində  işləyirdim. Dursun Məmmədov adlı bir 

müəllimlə dostluq edirdim. Ara-sıra qəzetdə onun 

məqalələrini nəşr edirdim. Bir dəfə Dursun yanıma 

gəlib dedi: 

- Sabah Bakıya gedirəm. Aspiranturaya. 

Orada Kamal Qəhrəmanov adlı bir müəllim var. 

Mənə kömək edəcəyinə söz verib.  




_______________Milli Kitabxana___________________ 

 

398 



- Çox yaxşı dedim. Rayonda qalmağın 

mənası yoxdur. Sənin də ki, savadın yaxşıdır. Uğur 

olsun! Bir qədər fikirləşib soruşdum: 

- Bəs dostunun yanına əliboş gedirsən? 

- Neyləyim? - dedi. -Hələ mer-meyvə çıxma-

yıb. Kamal müəllim çox toxgöz adamdır. Məndən 

heç nə ummur. Tələbə vaxtı hərdən pul da verirdi. 

Çox yaxşı adamdı. 40 yaşı var, hələ evlənməyib.  

Mən bir qədər fikrə gedib dedim: 

- Hər halda dostun yanına əliboş getməzlər.  

- Nə aparım? Bazarda da heç nə yoxdur.  

- Mən bu saat bir şey fikirləşərəm - dedim.  

Varvara SES-in müdirinə  zəng etdim. Bu 

müdir həmişə  mənə deyirdi ki, sənə  həmişə balıq 

lazım olsa, bir zəngin kifayətdir. Mən də ona öm-

rümdə  zəng etməmişdim. Mənim xahişimi eşidən 

kimi müdir dedi: 

- Balıq saat neçəyə lazımdır? 

- Qatar axşam gedir. Saat altıya kimi 

göndərsən pis olmaz.  

Düz saat altıda balığı gətirdilər. O, 1 metrdən 

uzun nərə balığı idi. Evdən köhnə bir çamadan 

tapıb, balığı ona zorla yerləşdirdik. Ağzını  bərk-

bərk bağlayandan sonra Dursuna dedim: 

- Götür görək, ağır deyil ki? 

Dursun arıq bir oğlan idi. Fiziki işlə  məşğul 

olmadığına görə lap zəif idi. Nə qədər güc vurdusa 

çamadanı yerindən tərpədə bilmədi. Ikimiz də 

əyləşib dərin fikrə getdik. 



_______________Milli Kitabxana___________________ 

 

399 



- Indi biz neyləyək? Mən səni buradan yola 

sala bilərəm. Amma vağzaldan o tərəfə necə gedə-

cəksən?  

- Heç necə. Mən bu balığı aparmayacam.  

Indiki kimi yadımdadır. Həftənin V günü idi. 

Iki gün işə getməyəcəkdik. Mən qəti qərar verdim: 

- Mən də səninlə gedirəm. Dursunun uçmağa 

qanadı yox idi.  

Biz Kamal müəllimgilə  gələndə  səhər saat 

doqquz olardı. Kamal müəllim məni göstərib dedi: 

- Bəs bu oğlan kimdir? 

-Heç, jurnalist dostumdur. Bunu gətirim-

deyib çamadanı göstərdi.  

Onun içində  nə var-deyib Kamal müəllim 

maraqlandı.  

- Balıq. Biz çamadanı açıb balığı stolun 

üstünə qoyduq. Kamal Qəhrəmanov balığa xeyli 

baxıb dedi: 

- Axı bunu kim bişirəcək?  

Doğrusu ömrümdə balıq bişirməmişdim. 

Mən bu adamlara baxıb dilləndim. - Onu bişirməyə 

nə var ki? Mən! 

Elə güman edirdim ki, Kamal müəllim 

kimisə çağıracaq, balığı bişirtdirəcək. Mənim belə 

cəsarətlə danışmağım onun xoşuna gəldi.  

-Buyur dedi və qab- qacaq gətirdi. Manqalın, 

kömürün yerini göstərdi. Kavab bişən zaman balıq 

tikələrinin böyür-başından ağ köpüklər qalxmağa 

başladı. Sən demə, balığın zəhərli damarını  çıxart-



_______________Milli Kitabxana___________________ 

 

400 



mamışam. Birtəhər səhər yeməyini yeyib instituta 

gəldik. Kamal müəllim dedi: 

- Sən jurnalistsən? Bəlkə bizə bir köməklik 

edəsən. Bizim API-də “Gənc müəllim” adlı bir 

qəzet çıxır. Mən onun redaktoruyam. Doğrusu lap 

canımı boğazıma yığıb.  

Məni redaksiyaya gətirdi. Qəzetin məsul 

katibi Aydın Hacıyevlə tanış etdi. Tapşırdı ki, hazır 

materialları mənə versin. Kamal müəllim Dursunla 

harasa getdi. 

O zaman “Gənc müəllim” qəzeti cəmi iki 

səhifə  çıxırdı. Mən hazır materialları götürdüm. 

Diqqətlə nəzərdən keçirdim. Amma bu məqalələrlə 

qəzet çıxartmaq olmazdı. Aydın müəllimə xahiş 

etdim ki, məni qiraət zalına aparsın. Bütün günü 

müxtəlif qəzetlərlə  məşğul oldum. Səhərisi gün də 

eyni həvəslə  işlədim və  nəhayət dörd səhifədən 

ibarət həm məzmunu, həm də xarici görünüşü ilə o 

vaxtın tələbə  qəzetlərindən fərqlənməyən,  əksinə 

tərtibatına görə diqqəti cəlb edən gözəl bir qəzet 

çıxartdım. Kamal müəllim qəzeti görəndə gözlərinə 

inanmadı. O, qəzeti tərifləmək üçün söz tapa 

bilmirdi. Sadəcə dedi: 

- Çox sağ ol! Gözəl qəzetdir. Qəzetdən bir 

nüsxə götürüb institutun rektoru Şövqü Ağayevin 

yanına getdi. Rektorla Kamal müəllimin arasında 

nə söhbət olmuşdusa bilmirəm.  Qayıdanda Kamal 

müəllim dedi: 

- Sən bizim qəzetdə işləyərsənmi? 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə