Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə85/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   81   82   83   84   85   86   87   88   89

_______________Milli Kitabxana___________________ 

 

401 



Elə bil ki, arzularım çiçəkləməyə başladı. 

Axı, mən Bakıya gəlmək,  şeirlərimi burada çap 

etdirmək üçün can atırdım. Bundan da gözəl fürsət 

olmazdı.  

Əlbəttə gələrəm-dedim.  

-Onda gəl, mənimlə rektorun yanına gedək.  

Şövqü müəllim çox mülayim təbiətli, gözəl 

bir insan idi. Həm rusca, həm də azərbaycanca çox 

savadlı idi. Yolda Kamal müəllim mənə dedi ki, sən 

Yevlağın özündənsən? 

- Hə. Orada doğulmuşam - dedim.  

-Ə, bu Yevlax Qarabağa baxır? - Qarabağ 

ləhcəsində müraciət etdi. 

- Vallah nə bilim. O elə Şəkiyə də yaxındır, 

Gəncəyə də. Rektorun otağının qabağında bir anlıq 

ayaq saxlayıb dedi: 

- Yevlaxda elə bir kənd yoxdurmu ki, o, 

Şirvan zonasına düşsün? 

Qəzetdə  işlədiyimə görə Yevlax kəndlərini 

əla tanıyırdım.  Əlbəttə  kəndlərin xeyli hissəsi 

Şirvana düşür.  

- Bax, Şövqü müəllim səndən hansı  kənddə 

doğulduğunu soruşsa,  Şirvana düşən kəndlərdən 

birinin adını  çəkərsən. Qoy, elə bilməsin ki, mən 

Qarabağlıları bura yığıram. Sonra rektorun otağına 

daxil olduq. Biz otağa daxil olana qədər  Şövqü 

müəllim Mərkəzi Komitəyə  zəng edibmiş. Orada 

rayon qəzetlərinə baxan iki inspektor var idi. Islam 

Fərzəliyev və  Rəşid Mahmudov. Rəşid Mahmudo-



_______________Milli Kitabxana___________________ 

 

402 



vu mən  şəxsən tanımırdım. Lakin sonralar bildim 

ki, o, mənim haqqımda Şövqü müəllimə yaxşı söz-

lər deyib. Çünki içəri girəndə rektor bizi çox 

yüksək səviyyədə qarşıladı  və Kamal müəllimə 

dedi: 

- Ay Kamal, sən onsuz da institutun dosen-



tisən. Özünün də  xətrini bütün Azərbaycan istəyir. 

“Gənc müəllim”də redaktor olub neyləyəcəksən? 

Gəlsənə, bu cavan oğlanı birbaşa redaktor təyin 

edək.  


Kamal müəllim azacıq tərəddüd etdikdən 

sonra dedi: 

- Lap yaxşı. Mənim də canım qurtarar! 

 O  gündən mənim ali məktəb həyatım 

başlandı.  

                         

*           *         * 

                 

 Mən  Pedaqoji instituta gələndə bir sıra 

görkəmli alimlərlə tanış oldum. Onlardan biri də 

professor Dəmirçizadə idi. Dəmirçizadə  şəxsiyyət 

etibarilə çox sadə  təbiətə malik, dərin zəkalı bir 

alim idi. Mühazirə söyləyəndə səsi güclə eşidilərdi. 

Mən isə  əksinə, mühazirə deyərkən hündürdən 

danışar, nəyisə sübut etmək üçün səsimə güc 

verərdim. Bir dəfə auditoriyanın qapısı açıldı  və 

Dəmirçizadəni gördüm. O, məni yanına çağırıb 

dedi: 



_______________Milli Kitabxana___________________ 

 

403 



- Necə bilirsən? Mən böyük alim olaram, 

yoxsa sən? 

Çaşdım. Bu necə sual idi belə? Məgər 

Dəmirçizadə bilmirdi ki, o dağın başında, mən isə 

dərənin dibindəyəm. Dəmirçizadə çaşdığımı görüb 

dedi: 


- Yadında saxla ki, səsin sənə  hələ bundan 

sonra bir 50 il də lazım olacaq. Onu qorumalısan. 

Sonra dedi: 

_-Özün də hazırlaş, Şəkiyə gedirik.   

- Şəkiyə? Deyə heyrətlə soruşdum.  

- Hə də, Şəkiyə. Orada Nəsiminin yubileyini 

keçirirlər. Məndən soruşdular ki, kim yaxşı məruzə 

edə bilər, sənin adını verdim! 

Bax indi boğazım həqiqətən qurudu. Nə 

qədər udğundumsa, bir söz deyə bilmədim. Haçan-

dan-haçana özümə gəlib dedim: 

- Axı, mən Nəsiminin mütəxəssisi deyiləm. 

Onun  şeirlərini izah etmək üçün klassik ədəbiyyat 

bilicilərini aparsanız yaxşı olardı.  

- Mən səni məsləhət bilmişəm. Iki gündən 

sonra orada olmalıyıq.  

Dərsdən sonra kitabxanaya qaçdım. Nəsimi 

haqqında yazılan elmi ədəbiyyatları topladım. Bir 

məruzə hazırladım. Biz Şəkiyə çatanda məclisin 

başlanmasına hələ çox qalırdı. Qocaman ədəbiyyat 

müəllimləri məni çaya qonaq etdilər. Mən onların 

öz aralarında Nəsiminin beytlərini necə izah 

etdiklərinə qulaq asdım. Onlar Nəsimini doğrudan 



_______________Milli Kitabxana___________________ 

 

404 



da gözəl bilirdilər. Onların qarşısında mənim məru-

zə etməyim çox gülünc görünəcəkdi. Fikrimi Də-

mirçizadəyə dedim: 

- Sən narahat olma, deyə, Dəmirçizadə məni 

arxayınlaşdırdı.  

Məclis həqiqətən də çox gurultulu keçdi. 

Mən müxtəlif mənbələrdən götürdüyüm elmi 

müddəaları  səliqə ilə bir-birinin ardınca söylədim. 

Bəzi  şeirləri hətta  əzbər dedim. Orasını yaxşı 

bilirdim ki, dənizin üstündə  gəzən yelkənsiz qayıq 

kimiyəm. Külək məni hansı  səmtə istəsə apara 

bilər.  Əgər Nəsiminin fəlsəfəsindən, və ya poezi-

yasının hər hansı bir cəhətindən sual verən olsaydı, 

yəqin ki, tribunada boğazım quruyacaqdı. Amma 

Dəmirçizadə buna imkan vermədi. Məruzə qurtaran 

kimi o, ayağa durub dedi: 

- Məruzəçimiz cavandır. Ona sual verməyə 

ehtiyac yoxdur. Nəsimi haqqında daha kim 

danışmaq istəyirsə, buyura bilər. 

 Mən filologiya elmləri namizədi almaq üçün 

dissertasiya müdafiə edəndə  Dəmirçizadə Elmi 

Şuranın sədri idi. Rəhmətlik Məmmədhüseyn Təh-

masib bu şuranın üzvü olmasa da lap qabaqda 

əyləşmişdi. Mən “Uşaq ədəbiyyatı və folklor” prob-

lemindən müdafiə edirdim. Sonralar mənə dedilər 

ki, Məmmədhüseyn Təhmasibi kimsə öyrədib, Elmi 

Şuraya göndərib. Ona deyirlər ki, mənim folklordan 

ümumiyyətlə  xəbərim yoxdur. Mən isə  çıxışımda 

gətirdiyim bütün misalları  əzbərdən söyləyir, elmi 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə