Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə87/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   81   82   83   84   85   86   87   88   89

_______________Milli Kitabxana___________________ 

 

410 



- Sevinc. Deyir ki, guya mən burada 

yatmalıyam.  

Doğrudan da Mikayıl müəllimdə xəstəlikdən 

əsər-əlamət yox idi. Biz onunla xeyli danışıb-

güldük. Mikayıl müəllimi xəstəxanadan qaçırtmaq 

üçün planlar hazırladıq, “Məşədi Ibad” filmini yadı-

mıza saldıq. Başımız elə qarışdı ki, Sevinc xanımın 

bizə necə yaxınlaşdığını görmədik. 

Sevinc M. Rzaquluzadənin böyük qızı idi. 

Çox ağıllı və tədbirli bir insan idi. Mənə başa saldı 

ki, kişini tərpətmək olmaz. O, ciddi xəstədir. Biz 

ayrılıb gedəndə Mikayıl müəllim bir az inciyən 

kimi oldu. Cəmi bir neçə  həftədən sonra Mikayıl 

müəllim dünyasını  dəyişdi. Başa düşdük ki, o, 

doğrudan da ciddi xəstə imiş. M. Rzaquluzadənin 

parlaq xatirəsi heç zaman yadımdan çıxmaz.  



 

 

 


_______________Milli Kitabxana___________________ 

 

411 



YURI KUŞAK VƏ IQOR MOTYAŞOV 

 

Mənim yaradıcılıq həyatımda Yuri Kuşakın adı 



xüsusi yer tutur. Çünki o, mənim yazdığım əsərləri rus 

dilinə yüksək səviyyədə  tərcümə etmişdir. Bir dəfə 

başqurd yazıçısı Mustay Kərim mənə dedi: 

- Yuri Kuşak çox böyük söz ustasıdır. Onun-

la  əməkdaşlıq etməyin məni çox sevindirir. Kuşak 

bir şəxsiyyət kimi bütöv adamdır. Lakin xaraktercə 

mənə  qətiyyən oxşamır. Onun gözəlliyi tikanların 

içindəki gülə  bənzəyir. Adama çox əti acı  təsiri 

bağışlayır. Ilk kitabımı  tərcümə edəndə  məni çox 

incitdi. Tez-tez yoxa çıxırdı. Böyük çətinliklə kitab 

tərcümə olundu və çap edildi. Kitab haqqında 

Moskva mətbuatı yaxşı fikirlər söylədi. Amma 

mənim Kuşakla əməkdaşlıq edəcəyimə inanmırdım. 

Günlərin birində Moskvadan zəng etdilər ki, Yuri 

Kuşakı Bakıda qarşılayım. O, mənim yeni kitabımı 

tərcümə edəcək.  

Təyyarə meydanında onu qarşıladım. Çox 

qaşqabaqlı idi. Həm də deyəsən yorğundu. Elə bil 

işləməyə  gəlməmişdi. Mənim vəziyyətim pələngi 

əhliləşdirməyə çalışan sirk aktyorunun vəziyyətində 

idi. Biz Bakıya qədər çox az danışdıq. Bu müddətdə 

fikirləşirdim. Belə əhval-ruhiyyə ilə yaxşı bir kitab 

ortalığa qoymaq çətin məsələ idi. O, həm mənim 

şeirlərimi, həm də hekayələrimi tərcümə etməli idi. 

Səhər yeməyini bizim evdə yedik. Bir azca kefi 

duruldu. Mən onun gözləmədiyi bir təklif etdim: 




_______________Milli Kitabxana___________________ 

 

412 



- Yuri Naumoviç dedim. Bizim ölkə qeyri-

adi təbiətə malikdi. Təklif edirəm ki, işə başlama-

mışdan qabaq üç günlük səfərə çıxaq.  

Çox gözəl-deyə Kuşak dilləndi. Mən, bu gün 

yorğunam. Işimi gecə saat 12-də bitirmişəm ki, 

Bakıya gəlim.  

Aprel ayının  əvvəlləri idi. Azərbaycanın 

bütün bölgələrində  təbiət cana gəlmişdi. Mən onu 

Şuşaya apardım.  Şuşanın dağları, dolamalar, buz 

kimi suları  və insanları onun çox xoşuna gəldi. 

Şuşada bizə qırxbuğumlu aş dəmlədilər.  

Mənim yaradıcılıq taleyimdə xüsusi rol 

oynayan Yuri Kuşak Rusiyanın  ən böyük sənət-

karlarından biridir. Mustay Kərim, A. Barto, S. 

Mixalkov, O. Süleymanov, Ç. Aytmatov, Ç. Hüsey-

nov Yuri Kuşakdan söz düşəndə onu “sözün ustadı” 

adlandırırdılar.  

Biz Bakıda Mərdəkan yaradıcılıq evində 

təxminən 4 ay işlədik. Yuri Kuşak da mənim kimi 

yaşlı  uşağa bənzəyirdi. Çox zaman bir-birimizin 

fantaziyasına təsir edərək tərcümənin istiqamətini 

dəyişirdik. “Salam Cırtdan” kitabı  şeirlərdən və 

hekayələrdən ibarət idi. Əgər Kuşak  şeirləri və 

hekayələri adi qaydada tərcümə etsəydi, ona bəlkə 

də bir-iki ay bəs edərdi. Lakin biz özümüzdən 

hoqqa çıxartdıq. Kuşak dedi: 

- Gəlsənə, bu şeir və hekayələri adi qaydada 

deyil, başqa cür tərcümə edək.  




_______________Milli Kitabxana___________________ 

 

413 



- Necə  yəni başqa cür? - deyə  mən soruş-

dum. 


- Bu şeir və hekayələrin hamısını bir süjet 

ətrafında birləşdirək. Bu çox orijinal bir iş olar.  

Mən də elə Kuşak kimi bu məsələyə çox 

sadəlöhv baxdım. 

- Nə olar, - dedim, qoy sən deyən olsun.  

Bir-birindən fərqli müxtəlif mövzulara həsr 

olunan bu əsərləri bir süjet ətrafında birləşdirmək o 

qədər də asan deyilmiş. Mən o əsərləri yazmağa 

sərf etdiyim əziyyətdən daha çox zəhmətə düşdüm. 

Mən də Kuşakla birlikdə Yaradıcılıq evinə köçdüm. 

Hərəmizin ayrıca otağımız var idi. Hər gün səhər 

tezdən durub Xəzərin sahilində qaçar, sonra da 

Mərdəkan bazarına gedərdik. Müxtəlif göy-göyərti 

alıb gətirərdik. Nahar yeməyində həmin göyərtiləri 

doğrayıb supun içinə tökərdik.  

Bir yerdə  işləməyimizin  əhəmiyyəti böyük 

idi. Mən onun başa düşmədiklərini izah edir, o da 

mənə  təzə yazdığım ümumi süjetin ayrı-ayrı his-

sələrinin müzakirəsində yardımçı olardı. Beləliklə, 

“Salam Cırtdan” kitabı 1987-ci ilin mayında çapdan 

çıxdı. Elə  həmin il Moskvada keçirilən Ümum-

dünya Kitab Satış yarmarkasında həmin kitab da 

nümayiş etdirildi. 

O zaman möhtərəm liderimiz, ulu öndərimiz 

Heydər  Əliyev SSRI Nazirlər Soveti sədrinin birinci 

müavini vəzifəsində işləyirdi. Rusiyada Heydər Əliye-

vin hörməti rəhbərlərin hamısınkından çox idi.  



_______________Milli Kitabxana___________________ 

 

414 



Kitab yarmarkasına məni də  dəvət etmiş-

dilər. “Detskaya literatura” nəşriyyatının kitabları 

gözəl bir otaqda idi. Mənim kitabım isə sərginin lap 

aşağı rəfindəki sırada idi. Bu mənə əvvəlcə pis təsir 

etdi. Sonra baxıb gördüm ki, mənim kitabımın 

yanında Moldaviyanın dünyada tanınmış yazıçısı S. 

Vangelinin Iqor, Mazninin və digər sənətkarların da 

kitabları bu cərgədədir, səsimi çıxartmadım. 

Təxminən saat 11-də xəbər yayıldı ki, yuxarılardan 

kimsə  gəlir. Biz yazıçılar dayanıb söhbət edirdik. 

Bizim  şöbəyə  rəhbərlik edən nəşriyyatın direktoru 

Tatyana Mixaylovna Şatunova idi. Bir də gördüm 

ki, Tatyana Mixayovna sürətlə içəri girdi və mənim 

kitabımı  rəfdən götürdü. Bu mənə çox təəccüblü 

göründü. Görəsən o, nə etmək istəyirdi?  

Gördüm ki, uzaqdan bir neçə  nəfər bizim 

tərəfə  gəlir. Bunların içərisində bir nəfəri o saat 

tanıdım. Bu o zaman Sov. IKP MK-nın katibi 

işləyən Yakovlev idi. Onun yanındakı adam çox 

kiçik addımlarla irəliləyirdi. Amma ətrafdakıların 

hərəkətindən hiss olunurdu ki, bu adam daha hör-

mətlidir. O zaman mən -15 eynək taxdığıma görə 

onu tanıya bilmədim. Lap yaxına gələndə gördüm 

ki, bu Heydər Əliyevdir. Onun bu qədər zəifləməsi 

mənə pis təsir etdi. Hətta bu əhvalatı evdə  uşaq-

larıma danışanda özümü saxlaya bilmədim. Çünki 

mən Heydər  Əliyevi həmişə  məğlubedilməz bir 

pəhləvan kimi görmüşdüm. O, danışanda salonlar 

titrəyirdi.  



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə