Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə88/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   81   82   83   84   85   86   87   88   89

_______________Milli Kitabxana___________________ 

 

415 



Tatyana Mixaylovna qonaqları qarşıladı, 

nəşriyyatın işlərindən danışdı və axırda dedi: 

- Heydər Əliyeviç, sizin Cırtdan da burdadır. 

Sonra  əlindəki hədiyyə  şəklində çap olunmuş “Sa-

lam Cırtdan” kitabını ona verdi. Heydər Əliyev ki-

tabı vərəqləyib gülümsündü.  

- Müəllifini də  dəvət etmişik. Arxanızda 

dayanıb. Heydər  Əliyev arxaya çevrilib mənə  əl 

verdi. Kefimi soruşdu.  

- Azərbaycandan təkcə  sənmi gəlmisən? -

dedi.  

- Bəli-dedim-uşaq  ədəbiyyatından təkcə 



mənəm. Azərbaycan nəşriyyatlarının sərgisi ayrı-

cadı. Orada xeyli yazıçı var. Heydər  Əliyev  əlimi 

sıxdı və müvəffəqiyyətlər arzuladı.  

Şatunova Heydər  Əliyevin xatirinə  mənim 

kitabımı yuxarı cərgələrin birində yerləşdirdi.  

“Salam Cırtdan” 1987-ci ildə SSRI üzrə keçi-

rilən “Ilin ən yaxşı  uşaq kitabı” müsabiqəsində 

qalib gəldi. Bu kitabdan götürülən şeirlər və heka-

yələr dünyanın bir sıra dillərinə  tərcümə olundu. 

SSRI – nin tərkibinə daxil olan bütün Respublika-

larda çap olundu.  Bu müvəffəqiyyətin böyük hissə-

si Yuri Kuşakın payına düşür.  

Kuşak mənim  əsərlərimi sanki özününkü 

hesab edirdi. Daim çalışırdı ki, bu əsərlər hardasa 

çap olunsun. 1992-ci ildə Kuşak tərəfindən tərcümə 

olunan “Günəbaxanlar böyüyəcək” adlı  şeirlər 

kitabım iki milyon tirajla çap olundu. Bu kitabın 



_______________Milli Kitabxana___________________ 

 

416 



həmin seriyadan çıxmasında Kuşakın zəhməti 

danılmazdır.  

1981-ci il idi. Azərbaycan Yazıçılarının VII 

qurultayında məruzə edirdim. Məruzəni edib aşağı 

düşəndə mənə bir məktub göndərdilər. Orada yazıl-

mışdı ki, tənəffüsdə direktorun otağına gedim. Qu-

rultay indiki Şəhriyar adına klubda keçirilirdi. Mən 

direktorun otağına gələndə orada cavan bir rus 

qadını gördüm. Başqa heç bir kəs yox idi. Qadın 

ayağa durub mənimlə salamlaşdı və adını dedi: 

- Lüdmila Ivanovna! – Sonra əlavə etdi. Sizi 

yaxşı tanıyıram. Gözəl şair və nasirsiniz. Bu günkü 

məruzəniz çox xoşuma gəldi. Mən Detskaya lite-

ratura nəşriyyatının  ədəbiyyatşünaslıq  şöbəsinin 

müdiriyəm. Siz bizim nəşriyyat üçün “Azərbaycan 

uşaq ədəbiyyatı” adlı bir kitab yazarsınızmı?  

O zaman mənim çap olunmaq problemim 

yox idi. Kitablarım böyük tirajlarla nəşr olunurdu. 

Buna görə  də  həmin qadının təklifini saymazyana 

qəbul etdim və zarafatla dedim: 

- Əgər yaxşı qonorar versəniz yazaram.  

- Nə qədər istəyirsiniz-deyə qadın dilləndi.  

Çap listinə 500 manat! – O zaman bu çox 

böyük bir qonorar idi. Mən  əlbəttə bu sözü də 

zarafatla demişdim.  

Lüdmila Ivavovna sakitcə çantasını açdı  və 

oradan müqavilə blankı  çıxartdı. 12 çap vərəqi 

həcmində kitabı bir il müddətinə nəşriyyata verməli 

idim. Doğrusu b kitabı yazmaq o qədər də ürə-



_______________Milli Kitabxana___________________ 

 

417 



yimdən deyildi. Çünki elmi işdənsə  bədii yazılarla 

məşğul olmağı daha üstün hesab edirdim. Lakin 

müqavilə bağlanmışdı. Daha geriyə yol yox idi... 

Mən müqaviləni evə  gətirib qoydum və o 

saat da unutdum. Təxminən üç aydan sonra Mos-

kvadan zəng etdilər. Danışan Lyudmila Ivanovna 

idi. O, məndən kitabın nə  vəziyyətdə olduğunu 

soruşdu. Mən müqaviləni yalnız indi xatırladım və 

yalandan dedim: 

- Kitab yazılır. Vaxtında hazır olacaq.  

Dəstəyi yerə qoyandan sonra bədənimdə bir 

istilik hiss etdim. Həmin gecəni yata bilmədim. 

Səhər saat 5- də durdum. Iş otağına keçdim. Elə 

belə  bir neçə cümlə yazdım. Yadındadı ki, belə 

cümlələr yazmışdım: “Təsəvvür edin ki, indicə 

əlinizə aldığınız bu kitab qədim tarixə malik olan 

böyük bir ölkənin qapılarıdır. Siz onu açıb bu 

qəribə taleli bir diyara daxil olursunuz. Bu 

torpaqdan kimlər keçmişdir? Bu torpaq uğrunda 

kimlər ölmüşlər? Bu torpağın nəhəng yazıçıları 

kimlərdir? Siz bu suala kitabda cavab 

tapacaqsınız”. Həmin gün təxminən 12 səhifə 

yazdım. Bu səhifələrin hamısı olmasa da təxminən 

7-8-i kitaba daxil oldu. Beləliklə düz doqquz aydan 

sonra kitab hazır idi. Mən onu nəşriyyata təqdim 

etdim. 


Ədəbiyyat həvəskarlarına onu da deyim ki

bu doqquz ay ərzində bizim ailəmiz demək olar ki, 




_______________Milli Kitabxana___________________ 

 

418 



heç yerə gedə bilmədi. Toy, ad günləri, müxtəlif 

əyləncələr bizsiz keçdi. 

Kitab nəşriyyata təqdim ediləndən sonra yeni 

bir problem çıxdı. Onu kim tərcümə edəcək? 

Lüdmila Ivanovna dedi: 

- Iqor Motyaşov razı olsa əladır.  

- Siz Iqoru deyirsiniz? O hökmən razı olar? 

-  Əgər Iqor Pavloviç sizin üçün Iqordursa

onda mümkündür.  

Mən  şöbə müdirinin danışığında bir ironiya 

hiss etdim. O, demək istəyirdi ki, Motyaşov kimi 

görkəmli bir alimə sənin “Iqor” deməyin doğru de-

yil. Lakin o, mühüm bir şeyi bilmirdi. O, bilmirdi 

ki, biz Motyaşovla bir ay yoldaşlıq etmişik.  

Peredelkino Yaradıcılıq evində  mən Məm-

məd Ismayıl,  Əziz  Şərif və arvadı, I.Motyaşov və 

arvadı düz bir ay bir stolun ətrafında oturmuşduq. 

Bir-birimizə adımızı deyirdik.  

Mən Motyaşova məktub yazdım. O, təxmi-

nən iyirmi gündən sonra mənə cavab göndərdi ki, 

artıq kitabı vərəqləyib və onu tərcümə etməyə hazırdır. 

Beləliklə, rus ədəbiyyatının görkəmli nümayəndəsi Iqor 

Motyaşov da mənim tərcüməçim oldu.  

Yuri Kuşak və Iqor Motyaşov yaradıcılıq 

taleyimdə xüsusi rol oynadıqlarına görə onların hər 

ikisi mənim üçün son dərəcə əzizdir.  

 

 

 




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə