11
yaşlı, tarix yaddaşlı əlçatmaz bir varlıq, Azərbaycan dilçilik
elminin canlı klassiki, əfsanəvi ustadı kimi baxırdıq. O, qeyri-
adi elmi nəzəri fikirləri, analitik məntiqi, çox halda ciddi elmi
təfəkkür tərzi ilə bizi valeh edir, ovsunlayır, heyrətləndirir,
daxilən ucaldırdı. Professor Əbdüləzəl Dəmirçizadə hələ
tələbəlik illərimizdə, yəni öz sağlığında, diri ikən qəlbimizdə
heykəlləşmişdi. Öz rəftarı, geyimi, danışıq tərzi, münasibəti,
ciddiliyi, elmi fədakarlığı, prinsipial, dəyişməz elmi mövqeyi
ilə «professor» obrazı yaratmışdı və o zaman, elə indinin
özündə də Azərbaycan dilçilik mühitində «professor» deyəndə
hamı bilir ki, söhbət Əbdüləzəl Dəmirçizadədən gedir. Söhbət
elə bir alimdən, elmi fikir nəhəngindən gedir ki, o, bütün
yaradıcı ömrünü, misilsiz alim taleyini Azərbaycan dilçiliyinin
inkişafına, tərəqqisinə həsr etmişdi».
Professor Nizami Xudiyev ictimai-pedaqoji fəaliyyətlə
yanaşı, həm də daim türkdilli respublikalarda səfərlərdə olur,
maraqlı elmi araşdırmaları də qəzet və jurnallarda mütəmadi
çıxışlar edirdi. O vaxt üçün bir növ cəsarət timsalı sayılan bir
sıra ümumtürk mətnlərinin, daş yazılı abidələrin, ortaq ədəbi
mənbələrin haqqında geniş auditoriyalarda, mətbuatda
çıxışlar edir, maraqla elmi mülahizələr söyləyirdi. Bu
uğurlara isə hamıdan çox onu elm yoluna istiqamətləndirən
atası Mənaf Xudiyev və bir də Azərbaycan dilçilik elminin
ağsaqqalı professor Ə. Dəmirçizadə sevinirdi. Böyük alim öz
yetirməsinin uğurlarını yüksək qiymətləndirərək, mötəbər
toplantılarda onun haqqında ağızdolusu, həm də iftixarla
danışırdı. Gənc alimin sonrakı uğurları sübut edir ki, bu işıqlı
zəka sahibi Nizami Xudiyev haqqında danışarkən, ilk növbədə,
dilimizin, xüsusilə özünə daha doğma olan ədəbi dil tarixi və
müasir dil proseslərinin tədqiqi sahəsində layiqli, istedadlı, ən
başlıcası, elmi perspektivinə inandığı varisi haqqında söhbət
açırmış. Yüzlərlə gənc tədqiqatçıya xeyir-dua verən böyük
12
alimin bu inamı tezliklə doğruldu. Nizami Xudiyev öz sələfinə
layiq alim kimi yetişdi.
Az zamanda o, həm də türkoloq alim kimi məşhurlaşdı.
Vətənimizdə və digər ölkələrdə, o cümlədən Moskva, Nalçik,
Bişkek, Ufa, Aşqabad, Daşkənd, Gülüstan, Alma-Ata, Ankara,
İstanbul, İzmir, Adana, Konya və başqa şəhərlərdə keçirilən
elmi konfrans, türkoloji qurultay və beynəlxalq
simpoziumların nümayəndəsi olan Nizami Xudiyev bu mötəbər
toplantılarda sanballı elmi məruzələrlə çıxış edərək
türkologiya sahəsində tədqiqatları ilə dünya alimlərinin
diqqətini cəlb etdi. Və artıq elmi ictimaiyyət onu həm də bu
sahədə öz sözünü demiş türkoloq alim kimi tanıyır.
Beləliklə, Nizami Xudiyev 1978-ci ildə namizədlik, 1990-
cı ildə doktorluq dissertasiyaları müdafiə edir. özünün dediyi
kimi, vəzifələr də özü gəlib onu tapır. ADPU-da müxtəlif
məsul vəzifələrdə çalışır. 1979-1991-ci illərdə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitə-
sinin sədri, 1991-1994-cü illərdə birinci prorektor, 1994-
1996-cı illərdə rektor olur. Özünü dərin elmi təfəkkürlü alim,
yüksək təşkilatçılıq bacarığına malik rəhbər işçi kimi göstərir.
Alimin davamlı axtarışları, gərgin çalışmaları elmi
fəaliyyətində xüsusilə qabarıq nəzərə çarpır. Azərbaycan
dilçilik elminin inkişafında professor Nizami Xudiyevin
xidmətləri danılmazdır. İndi görkəmli alim 50-yə yaxın
monoqrafiya, dərslik və dərs vəsaitinin, 40-dan artıq sənədli
televiziya filminin ssenarisinin müəllifidir. O, həmçinin 2-ci
sinif üçün «Azərbaycan dili» və «Oxu», 4-cü sinif üçün
«Azərbaycan dili», 5-ci sinif üçün «Azərbaycan dili», 10-11-ci
siniflər üçün «Azərbaycan dili», rus məktəblərinin 10-cu sinfi
üçün «Azərbaycan dili», kar uşaqlar üçün «Ana dili» (4-cü
sinif) və «Azərbaycan dili» (5-ci sinif) dərsliklərinin
müəlliflərindən biridir.
13
Gərgin elmi araşdırmaların məhsulu olan «Azərbaycan
ədəbi dilinin təşəkkülü», «Tərcümə ədəbiyyatı və ədəbi
dilimiz», «Azərbaycan ədəbi dilinin tarixi», «Azərbaycan
ədəbi dilinin sovet dövrü», «Heydər Əliyev və Azərbaycan
dili», «Yazıçı dili və üslubu», «Radio, televiziya və ədəbi dil»,
«Xalqın tarixi haqqı: dilimiz, varlığımız», «Xalq və dövlət
naminə», «Zamanın axarı ilə» və digər fundamental əsərləri
Nizami Xudiyevin Azərbaycan dilçilik elminə sanballı
töhfəsidir və müəllifinə, sözün həqiqi mənasında, böyük şöhrət
gətirib.
Alimin 1995-ci ildə çap olunan «Azərbaycan ədəbi dili
tarixi» kitabını Azərbaycan xalqının qədim tarixini heç bir
süni konsepsiyaya əsaslanmadan tarixi-elmi, linqvistik,
materialların işığında obyektiv şərh edən kitab saymaq olar.
Bu əsərdə alim yeni mənbələrə əsaslanaraq Azərbaycan ədəbi
dilinin çoxəsrlik tarixi və inkişaf dövrlərini təhlil edir. Kitabda
Maday və Alban dövrünü səciyyələndirən saysız elmi,
linqvistik faktlar ölkəmizin ərazisində çox qədim dövrlərdən
türk tayfalarının mövcud olduğunu təsdiq edir. Kitabdakı
tədqiqat ona görə uğurludur ki, burada mühafizəkarlığa qarşı
cəsarətli etiraz var. Müəllif yazır: «… sovet tarixşünaslığında
belə bir ənənə formalaşmışdı ki, guya türklər Azərbaycan
ərazisinə sonralar, yəni III-IV əsrlərdən IX-XI əsrlərə qədərki
dövrdə müxtəlif mərhələlərlə gəlmişlər. Belə mülahizələr
Azərbaycan xalqının və dilinin tarixini tamamilə təhrif edir.
Sovet dövründə, xüsusilə 30-cu illərdən etibarən Qafqaz
bütünlükdə türklərdən «alınıb» qeyri-türklərə (Qafqaz
dillilərə, hind-Avropa və ümumiyyətlə, kimliyi bilinməyən,
«qeyri-türk dillilərə») verildi». Alim doğru olaraq qeyd edir
ki, elə bu minvalla da Azərbaycan xalqının və Azərbaycan
dilinin tarixi faktlar əsasında yox, hakim ideologiya əsasında
şərh edilirdi. Müəllif bu cür zəruri qeydləri ilə yanaşı, kitabda
Dostları ilə paylaş: |