14
türk etnos və dillərinin qədim və aparıcı mövqeyini
işıqlandırarkən İran və qafqazdilli tayfaların bu ərazidəki
tarixi rolunu da unutmayıb,
Professor Qəzənfər Kazımov Nizami Xudiyevin bu
kitabını Azərbaycan ədəbi dilinin hərtərəfli elmi tədqiqi
sahəsində nailiyyəti hesab edərək yazır ki, o, xalqın tarixinin
və dilinin minilliklər boyu keçdiyi həqiqi, təbii inkişafın
tədqiqi sahəsində böyük yenilikdir, həmçinin tarixçi və
dilçilərin tədqiq və araşdırmalarını çox uğurlu şəkildə
ümumiləşdirməklə xeyirxah bir niyyətə xidmət edən dərslik
kimi çox dəyərlidir.
«Heydər Əliyev və Azərbaycan dili» kitabında isə
professor Nizami Xudiyev həm ədəbi dilimizin vüsətini, həm
də öz parlaq nitqləri ilə ayrı-ayrı üslubların valehedici
vəhdətini göstərən və sözün həqiqi mənasında, dövrümüzün
ictimai-siyasi natiqlik məktəbi sayılan Heydər Əliyevin
mükəmməl natiq obrazını ustalıqla, təbii və canlı boyalarla
yaratmışdır. Bu əsər bir tərəfdən Nizami Xudiyevin daim
Azərbaycan dilinin qayğısını, təəssübünü çəkən Heydər Əliyev
kimi fədakar və nəhəng bir şəxsiyyətə alim, vətəndaş
ehtiramıdırsa, digər tərəfdən, elmi məzmunuma, aktuallığına,
predmetinə orijinal yanaşma tərzinə görə təkcə dilçiliyimizdə
yox, bütövlükdə mədəniyyətimizdə mühüm hadisədir.
Professor Nizami Xudiyevin siyasət nəhəngi olan Heydər
Əliyevin natiqliyi barədə yazmasının iki səbəbi var. Əvvəla,
Heydər Əliyevin siyasi məsləkdaşı kimi onunla daim təmasda
olub, bu böyük şəxsiyyətin alovlu, məntiqli çıxışlarını ardıcıl
izləyib və onun natiqlik təcrübəsini ümumiləşdirib yaymaq
ehtiyacı müəllifi bu vacib işə sövq edib. Digər tərəfdən, dil
tarixi ilə məşğul olanlar ayrı-ayrı dövrlərdə yaşamış görkəmli
şəxsiyyətlərin dilin inkişafındakı xidmətlərini daha dəqiq və
düzgün qiymətləndirə bilirlər. Bu mənada, professor Nizami
15
Xudiyevin məhz Heydər Əliyev dilinə müraciət etməsi çox
qanunauyğun bir haldır.
Kitabda, həmçinin Heydər Əliyevin gənc nəslin ana
dilini düzgün, hərtərəfli, elmi əsaslar zəminində mənimsəməsi
ilə bağlı dəyərli məsləhətlərinə, o cümlədən ana dilinin hər
bir şəxsin mənəvi inkişafında, sosial-psixoloji cəhətdən
formalaşmasında, mükəmməl insan-şəxsiyyət kimi
yetişməsində rolu məsələlərinə xüsusi diqqət yetirilir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dili
haqqında fikirləri, mülahizələri, qeydləri, onun dil siyasəti, dil
quruculuğu sahəsində gördüyü işlər, hər bir azərbaycanlıya
ana dilini qorumaq, işlətmək və yaymaq haqqında tövsiyələri
ümumiləşdirilir. Bu cür əsərlər məhz ana dilinə, öz xalqına,
onun müdrik rəhbərinə sonsuz məhəbbət bəsləməyin
nəticəsində yarana bilər.
Professor Nizami Xudiyevin «Sabaha inamla» kitabı isə
ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu ləyaqətlə
davam etdirən, artıq bütün dünyada ciddi simalı dövlət
başçısı, siyasi lider kimi qəbul olunan, Azərbaycanın
tərəqqisi, yüksəlişi, dünya inteqrasiyası yolunda böyük işlər
görən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
həsr olunub. Müəllif yazır: «…Məncə, xalqımız üçün son
dərəcə misilsiz, heç bir tarixi şəxsiyyətlə müqayisəyə gəlməz
dərəcədə böyük işlər görən Heydər Əliyevin Azərbaycana
bəxş etdiyi ən qiymətli, ən əvəz olunmaz xidmətlərdən,
yadigarlardan biri də İlham Əliyevdir. O, müasir Azərbaycan
gəncliyinin, yeni Azərbaycan dünyasının ümidlərini, arzu və
istəklərini, «əbədi və dönməz» dövlət müstəqilliyimizlə, milli
istiqlalımızla bağlı daha böyük, daha xoşbəxt perspektivlərini
təmsil edir. Onun istiqlalçı, islahatçı təfəkkürü, sarsılmaz milli
mövqeyi Heydər Əliyevin kursu, platforması ətrafında
birləşir…»
16
Onu da qeyd edək ki, Nizami Xudiyev «Sabaha inamla»
kitabını 2002-ci ildə yazıb. Zaman, dövr isə görkəmli alimin
fikirlərinin qədər məntiqli, nə qədər obyektiv, nə qədər dəqiq
olduğunu sübut etdi. Fikrimizcə əlavə şərhə ehtiyac yoxdur.
Alimin son illərdə işıq üzü görmüş «Xalqın tarixi haqqı:
dilimiz, varlığımız», habelə «Zamanın axarı ilə» (I cild)
kitabları da ədəbi ictimaiyyət tərəfindən böyük diqqət və
maraqla qarşılandı.
«Xalqın tarixi haqqı: dilimiz, varlığımız» kitabı
xalqımızın soy kökünə, dilimizə, varlığımıza ayna tutur, bu
böyük mənəvi dəyərlərimizə vurulan zərbələrə tutarlı cavab
verir. Professor Nizami Xudiyev bu kitabı ilə bir daha
göstərdi ki, qədimdən-qədim düşmənlərimizin işğalçı
olduğunu sübuta yetirməyin ən doğru yolu Azərbaycan
xalqının tarixi haqqını keçmiş zamanın dərinliklərindən üzə
çıxarmaq, xalqın kökünə endirilən baltalara öz sözünü, əsərini
sipər etməkdir.
«Xalqın tarixi haqqı: dilimiz, varlığımız» kitabına
«Vətəndaş qayələri və elmi səriştə» adlı ön söz yazan
görkəmli yazıçı Elçin də belə bir cəhəti vurğulayır ki, ictimai
fikrimizi formalaşdırmaq işığında olan qələm sahiblərimiz
yaranmış münbit zəmində – müstəqilliyimizin verdiyi
imkandan ciddi elmi vətəndaş qeyrəti ilə istifadə etməli,
fədakarlıq nümunəsi göstərməlidirlər və artıq professor
Nizami Xudiyev belə bir nümunəni göstərib.
Həqiqətən də Azərbaycan xalqının milli-mənəvi
sərvətləri uğrunda elmi mücadilə dil tariximizi və
ümumiyyətlə, tariximizi saxtalaşdırmaq cəhətlərinə kəsərli
elmi cavab verməkdir. Və bu cür bacarıq ««Xalqın tarixi
haqqı: dilimiz, varlığımız» kitabında özünü qabarıq şəkildə
göstərir. Elə bu baxımdan da professor Nizami Xudiyevin
kitabı müstəqil Azərbaycan Respublikasının dünya birliyində
Dostları ilə paylaş: |