Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə25/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   21   22   23   24   25   26   27   28   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
110 
İnsan ömrü boyu, demək olar ki, hər gün nə iləsə 
vidalaşmalı olur. Həyat məhz çoxlarının görə və dərk edə 
biləcəyi səviyyədə olmayan bu cür əzab,  əziyyət, 
məyusluq və itkilərdən ibarətdir. Həyat həm də bunlara 
görə qəribədir. Bu qəribə həyatı insan ömrü boyu sevir. 
 
*** 
İnsan həyatda istəsə  də, istəməsə  də elə adamlar 
arasında yaşayır ki, onlarla ünsiyyətdə olmalı olur. İstəsə 
də, istəməsə də onlara əl verib görüşməli olur. İstəsə də, 
istəməsə də onlarla eyni mühitdə durmalı, oturmalı olur. 
İstəsə  də, istəməsə  də onlara inanmalı olur. İstəsə  də, 
istəməsə  də, onlardan razı qalmasa da, gerçəkliklə 
razılaşmalı olur. İnsan özündən asılı olmayaraq və bəzən 
asılı olaraq belələri ilə ona görə razılaşmalı olur ki, özünü 
haqlı sayanların bir çoxunun haqsız olduğunu sübut 
etmək onun üçün baş  ağrısından başqa bir şey deyildir. 
Ədəbiyyat dünya durduqca bu məsələlərdən nə  qədər 
yazsa da, yenə də heç nəyi düzəldə bilməyəcəkdir. 
 
*** 
Həyatın murdarlıqlarını gördükdə dilimizdəki söz-
lərin sehrinə etibar edirəm. Sözün sehrində istədiklərimi 
tapmağa can atıram. Ancaq sözün sehri o qədər yüksək 
və valehedici görünür ki, o mənə göy qurşağını xatırladır. 
İnsan sanki göy qurşağının altından keçəcəyinə inanır. 
Ancaq getdikcə görür ki, göy qurşağının altından keçmək 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
111
mümkün deyildir. Göy qurşağı insanı aldadıb daha uzaq-
lara aparır, ancaq nə olsun onun altından keçmək müm-
kün olmur. Bu mənada sözün yüksək və valehedici seh-
rinə çatmaq mümkün olmur. Mümkün olsaydı, onda 
insanlar sözü öz təsirləri altına salardılar. Sözün çiyinləri 
üzərinə yəhər qoyub onu minərdilər. Onda söz öz müqəd-
dəsliyindən çıxardı. Odur ki, söz əbədi olaraq öz müqəd-
dəsliyindən çıxmayacaqdır.  Əgər az-çox sözlə dostluq 
edib onun vasitəsilə öz sözünü, fikrini, mövqeyini demək 
istəyənlər varsa, yenə də sözə borcludurlar, yenə də söz-
dən asılıdırlar. Baxmayaraq ki, dünyada dünya şöhrətli 
yazıçılar,  şairlər var. Dünyada ədəbiyyat üzrə Nobel 
mükafatı laureatları var. Ancaq onların heç biri sözlərin 
ən son həddə olan imkanlarından istifadə edə bilməmiş-
lər. Sözün və sözlərin  ən son həddə olan imkanlarından 
istifadə etmək qüdrəti yeganə olaraq Allaha məxsusdur. 
Bunu Allahın müqəddəs kitabları da təsdiq edir: Qurani

 
Kərim, İncil, Tövrat, Zəbur. 
 
*** 
Bilmirəm nədənsə  bəzi məqamlarda ağ  vərəqlərin 
üzərində xətlər çəkir, həmin xətləri birləşdirir, kəsişdirir, 
heç özüm də bilmədən qəlbimin və istəyimin çırpıntı-
larını  əks etdirmək istəyirəm. Çəkdiyim bu xətlərdə 
oxunmalı  məqamlar var. Onları özümdən başqa heç kəs 
oxuya bilməz. O xətlərin içərisində arzularım hərəkət 


B u l u d x a n   X ə l i l o v  
 
112 
edir, qarşıma çıxan maneələr dəf olunur, dünyanın gəliş 
və gedişi ani olaraq təhlil olunur. 
 
*** 
İnsan ömrü boyu müxtəlif vəzifələri yerinə yetirir. 
Uşaq olur və  uşaqlıq vəzifələrini yerinə yetirir. Sonra 
yeniyetməlik, gənclik, cavanlıq, qocalıq və s. Bunların 
hamısı insanın ömründə zəruri və vacib işlərdir və ömrü 
boyu yerinə yetirdiyi funksiyalardır. 
 
*** 
İnsan ömrü boyu nəyi görürsə, nə ilə qarşılaşırsa, 
onu hədiyyə kimi qəbul etməlidir. Bu hədiyyələrin 
dəyərlisi də var, dəyərsizi də var, əhəmiyyətlisi də var, 
əhəmiyyətsizi də  var.  Bu  hədiyyələri heç kəs nə 
bazardan, nə  də dükandan alır. Bu hədiyyələri bizə 
həyatın özü verir. Bizə bu hədiyyələri verən həyata heç 
nə deyə bilmirik. Olsa - olsa taleyimizdən, alın 
yazımızdan  şikayətlənirik.  Əgər hədiyyələr ürəyimizcə 
olursa, onda da razılıq və məmnunluq hissini gizlətmirik. 
Bizim hər birimiz həm də bu hədiyyələr hesabına fiziki 
cəhətdən, görünüş və görkəm baxımından dəyişirik. 
 
*** 
Həyatın gedişatına gücümüz çatmayanda seyrçi 
oluruq. Hər şeyi müşahidə etməklə kifayətlənirik. 
 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
113
*** 
Həyatda ağıllı  və  səbirli olmağımıza görə çox 
şeylər əldə etmişik. Bu baxımdan ağlımıza və səbrimizə 
borcluyuq. 
 
*** 
Bütün müharibələrin sonunda qalib tərəf bayram 
edir. Ancaq fikirləşən yoxdur ki, bu mənasız işin mənası 
nədir?! Yenə  də lazımsız  şeylərdən ötrü yenidən 
müharibələr başlayır, qanlar tökülür, insanlar qırılır. 
 
*** 
Yaxşı yaşamaq üçün yaxşı  təhsil almaq lazımdır. 
Yaxşı yaşamaq üçün həm də sağlam olmaq lazımdır. 
 
*** 
Diplom almaq üçün yox, savad və bilik almaq üçün 
düşünmək lazımdır. 
 
*** 
Azərbaycanlı ailələri uşaqlarını küçəyə oynamağa, 
məktəbə oxumağa göndərəndə deyirlər ki, get, heç kəs-
nən işin olmasın, heç kəsin işinə qarışma, çəkil, öz işinlə 
məşğul ol. Ancaq yəhudi ailələri uşaqlarını küçəyə oyna-
mağa və məktəbə oxumağa göndərəndə dedikləri söz belə 
olur ki, get, sən hamıdan ağıllısan, hamıdan gözəlsən, 
hamıdan bacarıqlısan. Bu da nəticədə yəhudi uşaqlarında 
özlərinə inam yaradır. 


B u l u d x a n   X ə l i l o v  
 
114 
*** 
İstənilən bir məsələyə obyektiv yanaşma var, bir də 
ədalətli yanaşma var. Bunlar bir - birindən fərqlənir. 
 
*** 
Beyin azad yox, bilikli olmalıdır. 
 
*** 
Bəşəriyyətə mərhəmət hissi daha çox lazımdır. 
 
*** 
Canavar öz ovunu didib parçalayır və özünü 
ədalətli sayır. 
 
*** 
Allah insana hansı cəzanı verirsə, bəlkə həmin cəza 
ilə insana başa salmaq, anlatmaq istəyir. 
 
*** 
Mənim kitablarım mənim üçün ən qiymətli sərvət-
dir. Həm öz yazdığım kitablar, həm mənə hədiyyə olunan 
kitablar, həm də satışdan aldığım kitablar. Bu kitabları 
yığmağa yer tapmadıqda onları bir-birinin üstünə qalaq-
qalaq yığmışam. Fikirləşmişəm ki, gen-bol otaqlarım 
olaydı, mən də bu kitabları  səliqəli-sahmanlı  yığaydım. 
Bəzi adamların evində heç kitab yoxdur. Onlar 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə