Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
177
gənc şairlərin “Azərbaycan” jurnalında bir şeirdən artıq
şeiri çap olunmurmuş. Çox təsadüfi hallarda gənc şairlə-
rin jurnalın bir nömrəsində bir neçə şeiri çap olunurmuş.
Adil Cəmil şeirlərinin bir qismini çap olunmaq üçün şair
Qabilə təqdim edir. Qabil elə bilir ki, Adil Cəmil Əhməd
Cəmilin qardaşı oğludur. Bir neçə gündən sonra Qabil
Adil Cəmilə deyir ki, əminə salam de. Adil Cəmil heç nə
başa düşmür və Qabilin bu sözlərinə əhəmiyyət vermir.
“Azərbaycan” jurnalı çap olunanda görür ki, onun Qabilə
verdiyi şeirlərin hamısı çap olunubdur. İşi başa düşür...
Qabil də işi başa düşür. Artıq hər şey gec imiş...
***
Şair Qabil “Azərbaycan” jurnalında baş redaktorun
müavini olanda gənc şairlərin çap olunmaq üçün təqdim
etdikləri şeirlərin ən yaxşısını seçib çap edərmiş,
digərlərini isə geri qaytarıb deyərmiş ki, bunları da
məşhur olandan sonra çap etdirərsən.
***
Şair Qabil xoşu gəlməyən adamla bir yerdə olmağı
da sevməzdi. Günlərin birində Adil Cəmillə bir yerdə çay
içirlərmiş. Bu zaman üçüncü bir adam da gəlir. Həmin
adamdan Qabilin xoşu gəlmirmiş. Qabilin xoşu gəlməyən
həmin adam onlardan ayrılıb getmək istəyir. Tez-tez
deyir ki, getmək istəyirəm, tələsirəm. Onun fikri Qabilin
ürəyincə olsa da, dediyinə əməl etmir. Qabil nə qədər
B u l u d x a n X ə l i l o v
178
gözləyir ki, bu adam çıxıb getsin, ancaq getmir. Növbəti
dəfə bir də deyəndə ki, getmək istəyirəm, bu zaman Qabil
deyir ki, sən getsən yaxşıdır.
***
Günlərin bir günü Qabil Yazıçılar Birliyində keçi-
rilən tədbirlərdən birini aparırdı. Tədbirdə iştirak edən
adamlara bir-bir söz verirdi. Bir aşığa da söz verdi. Söz
verdi ki, həmin aşıq çalıb oxusun. Ancaq aşıq çalıb
oxumaq əvəzinə başladı uzun-uzadı danışmağa. Bu
zaman Qabil aşığın sözünü kəsib dedi ki, a kişi, burada
danışanlar çoxdur. Sənə söz verdim ki, oxuyasan...
***
Adil Cəmil və digər bir şair Azərbaycanın regionla-
rından birinə ezam olunubmuş. Ezam olunduqları rayo-
nun avtovağzalında onları qarşılayacaq adamı gözləyir-
lərmiş. Birdən görürlər ki, avtovağzalda Hüseyn Arif də
göründü. Onlar Hüseyn Arifə yaxınlaşırlar və deyirlər ki,
qulluğunda olaq. Hüseyn Arif deyir ki, bura gəlmişik ki,
öz pulumuzla bir-birimizə xidmət edək?! Bizə xidməti
bizi bura dəvət edənlər etməlidir. Bu vaxt onları avtovağ-
zalda qarşılayacaq vəzifəli adam peyda olur. Görüşürlər.
Səhər tezdən yeməkxanaya gedirlər. Süfrəyə şor, pendir...
gəlir. Hüseyn Arif şoru çörəyin üstünə yaxıb ləzzətlə
yeyir. Yedikcə deyir ki, bu şor olmasaydı Böyük Vətən
Müharibəsində acından qırılardıq. Onu da deyir ki, nə
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
179
yaxşı ki, bu şor varmış. Birdən vəzifəli şəxs deyir ki, indi
şor, pendir... süfrədən yığışdırılsın və süfrəyə balıq gəti-
rilsin. Elə bu dəmdə səhərdən şoru, pendiri tərif edən Hü-
seyn Arif deyir: Başın haqqı düz deyirsən, bu köhnəliyin
qalığını (şoru, pendiri nəzərdə tutur) yığışdırın, süfrəyə
müasirliyi gətirin.
***
Müdriklərdən biri deyib ki, mən keçmişimə görə
məsuliyyət daşımıram. Ona görə ki, mən keçmişdə
yaşamıram.
***
Bu tarixlər məni düşündürür: Atam Əzizin doğum
və ölüm tarixi – 1927-ci il yanvar ayının 17-si doğum
tarixi, 2008-ci il dekabr ayının 17-si ölüm tarixi. Anam
Sonanın doğum və ölüm tarixi – 1929-cu il yanvar ayının
12-si doğum tarixi, 2007-ci il fevral ayının 21-i ölüm
tarixi.
Atam Əzizin doğum və ölüm tarixinin 17 olması –
bu rəqəm. Görəsən niyə hər ikisi 17-dir?!
Anam Sonanın doğum tarixinin 12, ölüm tarixinin
21 fevral Beynəlxalq Ana Dili gününə təsadüf etməsi
yenə də məni düşündürür. Yadımdadır 2007-ci ilin fevral
ayının 21-i Atatürk Mərkəzində Beynəlxalq Ana Dili
gününə həsr olunmuş tədbirə məni dəvət etmişdilər. Hə-
min gün gecə saat 2
00
-da anam dünyasını dəyişdi. Həmin
gün saat 13
00
-da anamın dəfni idi. Yenə də deyirəm, ana-
B u l u d x a n X ə l i l o v
180
mın ölüm tarixinin 21 fevrala təsadüf etməsi – Beynəl-
xalq Ana dili gününə təsadüf etməsi məni düşündürür...
03.I.2014-cü il
***
Atamın qəbrində sinə daşının üstünə aşağıdakı
sətirləri mən yazdırmışam və bu sətirləri mən yazmışam:
Əziz o Əzizdir ki, əzizlərə hörmət. Ondakı bütöv-
lük, kişilik, mərdlik, izzət, hörmət və ədalətlilik nadirdir.
Anamın qəbirində sinə daşının üstünə aşağıdakı
sətirləri də mən yazdırmışam və bu sətirləri də mən
yazmışam:
Ağlasan mən narahat,
Sən sevinc tap, mən – rahat.
Oyatma öz yuxumdan
Mən Allaha əmanət.
***
Bu dünyada kimsəsiz heç kim, yiyəsiz heç nə yox-
dur. Ancaq bəzən kimsəsizlərə və yiyəsizlərə rast gəlmək
olur. Onlar nədənsə Allahın da diqqətindən yayınırlar.
Dünyada dirilərin yiyəsi olduğu kimi, ölülərin də
yiyəsi var. Ancaq bəzən dirilərin də, ölülərin də yiyəsi
olmur.
Ceyranbatan qəbristanlığına atamın, anamın qəbrini
ziyarət etməyə getmişdim. Gördüm ki, qəbristanlıqda 18
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
181
yaşlı bir gəncin qəbri var. Ancaq baxımsızlıq ucbatından
qəbrin yan-yörəsini ot, kol-kos basmışdı. Hiss olunurdu
ki, bu gəncin qəbrinə baxan yoxdur.
***
Müqəddəs yerlərə ziyarət zamanı məkan olduğu
kimi qalır, həm də zaman dəyişmir. Müqəddəs yerləri nə
zaman ziyarət etsən zaman dəyişmir.
Dostum Tahir 2013-cü ilin oktyabr ayında Məkkə
ziyarətinə getmişdi. Qayıdanda mənə dedi ki, Məkkə
ziyarətində 24 saat ərzində zaman dəyişmir. Ziyarətçilər
üçün 24 saatın hər anı, hər saatı eynidir. Məncə, bunun
səbəbi müqəddəsliyin əbədiliyindədir.
***
Qafiyə şeirin nəqliyyat vasitəsidir.
19.06.2015
Dostları ilə paylaş: |