Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə96/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   92   93   94   95   96   97   98   99   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
207 
Və ya molokanlar mal-qara saxlamazdılar.  Əvəzində bostançılıq və quşçuluq sahəsində çox 
bacarıqlı idilər. Bu gün Azərbaycan mətbəxinin ən zəruri inqriyidentləri kimi görünən kartof, bibər, 
pomidor, qarğıdalı, günəbaxan XIX əsrin sonu XX əsrin  əvvələrində Azərbaycana yerli ruslar – 
molokanlar tərəfindən gətirilmişdir.  
Türkmənşəli əhali arasında maldarlıqla bağlı biliklərdən başqa, xalq təbabətinin ənənəvi güclü 
olması (bu xalq həkimliyinə türkəcarə - əslində “Türki çarə”, yəni “Türk müalicəsi” deyilməsində 
aşkar görünür) türk xalq həkimliyini populyarlaşdırmışdı. 
Tarixi məlumatlardan öyrənmək olur ki, qədim türklər üçün ev tikmək, təsərrüfatla məşğul ol-
maq, hərbdə iştirak, ov və s. xüsusi adamların yox, hər kəsin işi idi. Bir növ ümumxalq işi idi və hər 
kəs bu sahələrdə müəyyən biliklərə malik olmağa məcburdu. Bununla yanaşı, xalq elminin xüsusi 
peşəkarlar da mövcud idi:  
Sınçı – döyüşçüləri, hərbi ləvazimatları, döyüş atlarını dəyərləndirən xüsusi bilik sahibləri.  
Atalar – adət-ənənələri, etiketləri, ritualları, onların icrasına nəzarət edən ağsaqqallar. Ənənə-
vi dini, şifahi tarixi, hüquq və qayda-qanunların bilicisi olan atalar eləcə də canlı “konstitutsiyalar” 
idilər. Ataların sözü “ana qanun”un ifadəsi idi.  
Sınıqçı – travmatoloq. 
Mamaçı – qadın həkimi, ginekoloq.  
Çöpçü – otolarinqoloq. 
Çindar, çildağçı – psixoterapevt və s. 
Folklor biliciləri - ravilər, naqqallar, ağıçılar kimi şifahi  ədəbiyyat biliciləri artıq sıradan 
çıxmışlar. Ənənəvi aşıq sənəti da təxminən sıradan çıxmaq üzrədir. 
Maraqlıdır ki, bu mədəni və psixoloji nüanslara diqqət edilməsi folklorda özünü göstərir:  
Tərəkəmənin özünü söy, itini söymə. 
Azərbaycan əhalisinin əsas hissəsinin türk mənşəli olub, zatən nomadlara xas tolerantlığı sax-
laması müxtəlif konfessiyaların yanaşı yaşaya bilməsini də mümkün edirdi. Digər yandan İslam 
dini də xristian və yəhudi əhalini “əhli-kitab” hesab edirdi. Hətta müxtəlif dini konfessiyaların mü-
qəddəs hesab etdikləri məkanlar – sünni övliyaların, şiə imamzadələrin, seyidlərin, sufi mürşidlərin, 
xristian müqəddəslərinin və nüfuzlu ruhanilərinin məzarları, hətta tanrıçılıq və zərdüştçüliklə əlaqəli 
müqəddəs yerlər ümumi şəkildə pirlər, ziyarətgahlar kimi qəbul olunmuşdur. Azərbaycan folklorun-
da Musa və Süleyman peyğəmbərlər haqqında nağıl, əfsanə və rəvayətlər Məhəmməd peyğəmbər 
haqqında analoji mətnlərdən az deyil, bəlkə  də çoxdur. Azərbaycanlılar həm  İsanın doğum günü 
kimi qeyd olunan yeni ili, yaz gün bərabərliyini (22 mart) – Novruzu, Naxçıvan və digər bəzi yer-
lərdə qismən də Xıdır Əlləzi (Qış ortası, təx. 7-15 fevral) qeyd edirlər. Halbuki, müsəlman yeni ili - 
hicrət (1 məhərrəm) qeyd olunmur. 
Bunlarla yanaşı, folklorda bir etnik, dini, məhəlli qrupun özünü digər – əsasən qonşu etnik, 
dini və ya məhəlli qrupa qarşı qoyması halları ilə qarşılaşmaq olar. Amma folklorda “gülən-gülü-
nən”, “doğru-yalan”, “xeyir-şər”, “düz-əyri” və s. kimi oppozisiyalarda tərəflərin təmsilçiləri həmi-
şə yerlərini dəyişə bilir və folklorda əks tərəflə uzlaşma imkanları və cəhdləri (tutaq ki, kafir hökm-
darın qızı, kafir ölkənin çobanı və s. qəhrəman qütbündədir) də yer alır. Yəni cəmiyyətdəki sosial, 
dini, etnik, regional-mədəni, təsərrüfatla bağlı  fərqlilikləri folklor “anlaşılan”, barışılması yolları 
olan və ya qəbul edilməsi mümkün fərqlilik kimi alt qatda bizə təqdim edə bilir. 
Nəticə. Beləliklə, folklor multikultural zənginliyin bir aynası olaraq bizə maraqlı materiallar 
təqdim edə bilir və multikulturalizmi əzəldən Azərbaycan xalq mənəviyyatı üçün xarakterik hesab 
etməmiz üçün faktlar verə bilir. Eyni zamanda fərqli etnik mədəniyyətlərin yanaşı yaşaya bilməsi 
və dini tolerantlığın həm vətənimizin coğrafiyası, həm də xalqımızın tarixi, psixologiyası, mentali-
tetinə bağlı səbəblərini müəyyən edir.  
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
208 
Xülasə 
 
Azərbaycanın folkloru multikultural zənginliyin bir aynası olaraq bizə maraqlı materiallar təqdim edə 
və multikulturalizmi əzəldən Azərbaycan xalq mənəviyyatı üçün xarakterik hesab etməmiz üçün faktlar verə 
bilir. Məqalədə Azərbaycandakı azsaylı xalqların və milli azlıqların ənənəvi bilik və inamlarının multikultu-
ral fərqliliklə bağlı özəllikləri öyrənilir. Fərqli mədəniyyətlərin yanaşı yaşadığı cəmiyyətdə folklorun fərqli-
likləri “anlaşılan”, “düzəldilməsi”, barışılması və ya qəbul edilməsi mümkün fərqlilik kimi təqdim edə bilmə 
funksiyasına diqqət çəkilir. 
 
Резюме 
 
Азербайджанский  фольклор  являясь  зеркалом  мультикультурального  богатства  может  пред-
ставить  нам  интересные  материалы  и  факты,  позволяющие  считать  мультикультурализм  с  древних 
времен характерным явлением для Азербайджанской народной духовности. 
В  статье  изучаются  характерные  особенности,  связанные  мультикультуральным  разнообра-
зием, традиционные знания и верования малочисленных народов и национальных меньшиств в Азер-
байджане. Все это изучается в контексте разнообразия фольклора в обществе, где рядом друг с дру-
гом существуют различные культуры. 
 
Summary 
 
Azerbaijan folklore as a mirror of multicultural richness can present and give us interesting materials 
and facts that we can consider multicultural characteristic for Azerbaijani people’s spirituality. In the article 
the features of traditional knowledge and beliefs of small nations and minorities in Azerbaijan dealing with 
the multicultural difference are studied. In the society where the different cultures live together the attention 
is paid to the the presented function of folklore differences “understandable”, “corrections”, reconciling or 
accepting such as possible differences. 
 
Ədəbiyyat: 
 
1. Azsaylı xalqların folkloru, I kitab. Toplayıb tərtib edəni M.Yaqubqızı. Bakı: Elm və təhsil, 2015 
2. F.Həvilova.Azərbaycanda əkinçilik və maldarlıq (kayzen.az›tag/maldarliq) 
3. M.O.Шахов. Религиозное и научное знание (episteme.iph.ras.ru›shahov2.doc) 
4.  Исмаилова  Л.А.  Земледельческий  календарь  азербайджанцев.  Автореферат  дисс.  канд.  иск. 
наук. Москва: МГУ, 1998, 24 с. 
5.  Рубрук  Г. (1957). Путешествие  в  Восточные  страны / Джованни  дель  Плано  Карпини. 
История монгалов. Гильем де Рубрук. Путешествие в Восточные страны. М.: Наука, 1957 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə