55
1
2
Adi mexanizmlə
r
Ehtiyat payı
Ölkə öz ilk tələbi ilə öz ehtiyat mövqeyi həddində xarici valyuta ala bilər.
Ehtiyat payı ölkənin öz vəsaiti olduğundan, ondan istifadə kreditləşdirmə
deyil – ölkə buna görə borc qaytarmır və milli valyutasını almaq
məcburiyyətində deyil.
Kredit payı
Ölkə öz kvotasının 125% və ya daha çox məbləğdə ehtiyat payından əlavə
xarici valyutada vəsait əldə edə bilər. Bu payda kreditlər mərhələli verilir
və onun kvotasının 25%-i təşkil edir. Onu almaq üçün ölkə ödəmə
balansındakı problemləri həll etməyə hazır olduğunu göstərə bilməlidir.
Hər bir növbəti paya keçərkən Beynəlxalq Valyuta Fondu daha sərt
kreditləşmə şərtləri irəli sürür. kinci kredit payından başlayaraq vəsait
ayrılması praktiki olaraq stand-by kreditləri şərtləri ilə baş verir.
Stand-by kreditləri barədə razılaşma
Ardıcıl olmayan və ya dövri xarakter daşıyan ödəmə balansı kəsrinin
maliyyələşməsinə yardım üçün Beynəlxalq Valyuta Fondu üzvlərinə
qısamüddətli (adətən 1-2 illik) yardım üçün nəzərdə tutulur. Ölkəyə milli
valyuta qarşılığında razılaşdırılmış həddə və müəyyən şərtlərə əməl etmək
şə
rti ilə razılaşdırılmış müddətlə xarici valyutanı mərhələli şəkildə əldə
etmək imkanı qarantiya edilir. Şərtlərə əməl edilməməsi halında dövlət
növbəti krediti almaqdan imtina edə bilər. Kreditləşmə müddəti bitəndə
milli valyutanı geri almaq tələb olunur.
Kreditin genişləndirilməsi mexanizmi
Ölkə ciddi makroiqtisadi və struktur problemləri yaradan ödəmə balansını
maliyyələşdirməkdə
ciddi
çətinliklər
çəkəndə
tətbiq
olunur.
Genişləndirilmiş kreditləşdirmə çərçivəsində ölkəyə milli valyuta
qarşılığında razılaşdırılmış şərtlərlə onun kvotasına nisbətən kredit payı
mexanizmində olandan böyük həcmdə 3-4 il müddətinə valyuta verilir.
Valyuta müəyyənləşdirilmiş hissələrdə (tranşlarda) müəyyən aralıqlarla
verilir. Müddət bitdikdən sonra milli valyuta geri alınmalıdır.
Xüsusi mexanizmlə
r
Sistemli
yenidənqurmanın
maliy-
yələşdirilməsi mexanizmi (1993-1995-ci
illərdə tətbiq olunub)
Bazar qiymətlərindən kənar beynəlxalq dövlət ticarətindən bazar qiymətli
bazar münasibəti əsaslı çoxtərəfli ticarətə keçən ölkələrin (keçmiş MDB
ölkələri kimi) bununla əlaqədar ödəmə balansında yaranan kəsiri örtmək
üçün Beynəlxalq Valyuta Fondu üzvlərinə maliyyə yardımı edilirdi. Bu
mexanizm çərçivəsində ölkə yarımillik aralıqlarla iki bərabər ölçüdə,
kvotasının 50%-ə qədər vəsait cəlb edə bilərdi.
Kompensasiya və fövqəladə maliy-
yələşdirmə mexanizmi
Fövqəladə xarici faktorlarla əlaqədar ödəmə balansında kəsir yaranan
ölkələrin kreditləşdirilməsi üçün istifadə olunur (təbii fəlakət, dünya
bazarlarının gözlənilməz dəyişməsi və sair). Yuxarı kreditləşmə həddi
ölkənin kvotasının 30% həcmindədir və uzunmüddətli pay və digər
fövqəladə maliyyələşdirmə növləri istifadə olunanda kvotanın 95%-ə
qədər.
56
Bufer
ehtiyatını
maliyyələşdirmə
mexanizmi
Dünya bazarında qiymətlərin sabitləşdirilməsi məqsədi ilə ölkənin
xammal ehtiyatının yaradılmasında iştirakı ilə əlaqədar ödəmə balansında
yaranan çətinlikləri maliyyələşdirmək üçün istifadə olunur. Bu mexanizm
çərçivəsində ölkə kvotasının 35%-ə qədər borc götürə bilər.
Ə
lavə ehtiyatların maliyyələşdirilməsi
mexanizmi
Dünya valyuta sisteminin sabitliyinin pozulmasına gətirə biləcək milli
valyutaya inamın kəskin azalması, ölkədən kapital axını və qızıl
ehtiyatlarının müvafiq surətdə azalması ilə əlaqədar ödəmə balansında
kəskin kəsir olduqda üzv dövlətlərin ehtiyatlarını artırmaq üçün nəzərdə
tutulur. Bu mexanizm çərçivəsindəki kreditləşdirməyə limit qoyulmur və
ölkələrin stand-by və ya kreditləşmənin genişlənməsi razılaşmaları ilə
aldıqları vəsaitlərə əlavə verilir. Kreditlər bir qayda olaraq ilyarıma verilir
və ölkələr buna görə artırılmış faiz dərəcəsi ödəyirlər.
Güzəş
tli ə
saslarla maliyyə
ləş
dirmə
mexanizmlə
ri
Struktur
yenidənqurmasının
maliy-
yələşdirilməsi mexanizmi (1986-1993-cü
illərdə tətbiq olunub)
Tədiyyə balansı üzrə xroniki çətinliklər çəkən və adambaşına gəlirin aşağı
olduğu ölkələrə kömək etmək üçün tətbiq olunurdu. Ortamüddətli makro-
iqtisadi stabilləşdirmə və struktur yenidənqurması proqramlarının
dəstəklənməsi üçün müstəsna olaraq güzəştli şərtlərlə borc şəklində
verilirdi. Maksimal məbləğ ölkənin kvotasının 50%-ni təşkil edə bilər.
Struktur
yenidənqurmasının
geniş
maliyyələşdirilməsi mexanizmi
qtisadiyyatın ciddi struktur yenidənqurmasını həyata keçirən, adambaşına
gəlirin aşağı olduğu ölkələrə əlavə yardım kimi nəzərdə tutulub. Mak-
simum məbləği ölkənin kvotasının 190%, müstəsna hallarda isə 255%
təşkil edir. Borc 3 ilə, mərhələli verilir.
Fövqəladə yardım
Beynəlxalq Valyuta Fondu üzvlərinə fövqəladə hallarla əlaqədar ödəmə
balansındakı kəsri örtmək üçün valyutanın birbaşa satın alınması
formasında edilir. Yardımın həcmi bir kredit payına bərabər məbləğlə
məhdudlaşır və yalnız müstəsna hallarda daha iri məbləğdə ayrıla bilər.
Mə
nbə
: www.imf.org (BVF rə
smi saytı)
Dünya Bankı- Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təsisatıdır və
fəaliyyəti yoxsulluğun azaldılması, həyat səviyyəsinin artırılmasına yönəldilib, həmçinin
inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrin iqtisadiyyatlarının sabit
inkişafına yardım etmək məqsədi daşıyır. Dünya Bankı bu ölkələrə digər mənbələrdən
yardım almağın çətin olduğu sahələrdə maliyyə yardımı edir. Xüsusilə də, kənd təsərrü-
fatının inkişafı, ətraf mühitin mühafizəsi, təhsil və səhiyyənin inkişafı, elektrik enerjisi
istehsalının artırılması, rabitə xətlərinin artırılması və sair sahələrdə maliyyə yardımı
edir.
Dünya Bankı Beynəlxalq Valyuta Fondu kimi 1944-cü ildə, Bretton-Vudsdakı
beynəlxalq valyuta-maliyyə konfransının qərarı ilə yaradılıb. Bu təsisatların ümumi