Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   ...   18   19   20   21   22   23   24   25   26

69 

rejimi  liberallaşdırılmışdır.  Ötən  illərdə  pul-kredit  siyasəti  alətlərinin  normativ-

metodoloji  bazasının  genişləndirilməsi  və  təkmilləşdirilməsi  işləri  davam 

etdirilmişdir.  Depozit  əməliyyatları,  veksellərin  yenidən  uçotu  əməliyyatları  kimi 

perspektivdə  tətbiq  oluna  biləcək  potensial  yeni  tənzimləmə  alətlərinin  normativ 

bazası  yaradılmışdır.  Korporativ  idarəetmə  standartları  ən  mütərəqqi  beynəlxalq 

təcrübəyə  –  qtisadi  əməkdaşlıq  və  inkişaf  təşkilatının  “Korporativ  idarəetmə 

prinsipləri”nə  və  bank  nəzarəti  üzrə  Bazel  Komitəsinin  “Kredit  təşkilatlarında 

korporativ idarəetmənin səmərəliləşdirilməsinə dair tövsiyyələr”ə əsasən hazırlanmış 

və tətbiq edilmişdir. 

Korporativ  idarəetmə,  təşkilatların  idarəçiliyinin  təkmilləşdirilməsi  və 

səmərəliliyinin artırılması beynəlxalq aləmdə aktual hesab edilən problemlərdən biri 

sayılır.  Xarakterinə  görə  riskli  fəaliyyət  növü  olan  bank  biznesində  səmərəli 

idarəetmə  son  dərəcə  prinsipial  əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan  korporativ 

idarəetmə  standartları  Mərkəzi  Bankın  prudensial  tələbləri  sırasına  daxil  edilmiş  və 

risk  yönümlü  bank  nəzarəti  çərçivəsində  onların  tətbiqinə  dair  nəzarət  artıq  həyata 

keçirilir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  iqtisadi  subyektlərin  reytinqinin 

formalaşması  real  sektorda  resursların  yerləşdirilməsi  zamanı,  bank  resurslarının 

qiymətləndirilməsi  üçün  zəruridir.  Reytinq,  həmçinin  bütün  müəssisələrin 

qruplaşdırılması  aləti  olub,  makroiqtisadi  təhlil  və  istehsalın  inkişafının 

proqnozlaşdırılması üçün də zəruridir. 

Bank  müştərilərinin  reytinqinin  formalaşması  üçün  meyarlar  sisteminə  – 

maliyyə  vəziyyətinin  qiymətləndirilməsi,  istehsal  fəaliyyətinin  miqyası  və  rəhbərin 

ictimai  vəziyyətinin  qiymətləndirilməsi  daxil  edilir.  Bu  zaman  xüsusi  olaraq 

müştərilərin informasiya şəffaflığına daha çox diqqət yetirilməlidir. Təcrübə göstərir 

ki, müştərilər ciddi maliyyə çətinlikləri hiss edən kimi özləri haqqında informasiyanı 

bağlayırlar.  Açıq  bazar  əməliyyatlarının  pul-kredit  siyasətinin  başlıca  alətinə 

çevrilməsi  strategiyasının  reallaşdırılması  çərçivəsində  işlər  davam  etdirilmişdir. 

Bank sistemində qısamüddətli likvidliyin tənzimlənməsinin ən çevik alətlərindən olan 

REPO,  əks-REPO,  birbaşa  alqı-satqı  əməliyyatlarının  genişlənməsi  müşahidə 

olunmuşdur.  Ötən  il  həm  manat  hesabları,  həm  də  valyuta  hesabları  üzrə  məcburi 



70 

ehtiyat  normaları  bank  sisteminin  likvidliyinə  adekvat  səviyyədə  saxlanılmışdır. 

Beynəlxalq  təcrübəyə  əsaslanaraq,  məcburi  ehtiyat  normaları  ilə  müxbir  hesablar 

birləşdirilmiş  və  bu  tədbir  bankların  likvidliyini  daha  da  yaxşılaşdırmaqla  onların 

klirinq  əməliyyatlarının  həcminə  müsbət  təsir  göstərmişdir.  Bundan  əlavə 

kommersiya  banklarının  öz  resursları  çərçivəsində  manevr  imkanlarını  artırırırlar. 

Son  dövrlər  Azərbaycanda  bir  tərəfdən  bank  sisteminin  inkişaf  etdirilməsi 

istiqamətində  sistemli  tədbirlərin  görülməsi,  gələcəkdə  bu  işlərin  daha  da 

sürətləndirilməsi planları, digər tərəfdən ölkəyə böyük həcmdə neft gəlirlərinin daxil 

olması,  kredit  və  depozit  əməliyyatlarının  artacağı  ehtimalını  şərtləndirir.  Belə  ki, 

neft  gəlirlərinin  daxil  olması,  maliyyə  resurslarının  artacağından  xəbər  verir.  Bu  o 

deməkdir  ki,  bankların  əmanət  və  depozitlər  hesabına  resurs  bazasının  güclənməsi 

nəticə etibarilə kredit qoyuluşlarının da həcminin artması üçün əlverişli şərait yaradır. 

Bank  fəaliyyətində  mühasibat  uçotunun  beynəlxalq  standartlara  tam  keçidi  başa 

çatdırılmışdır.  Qeyd  etmək  lazımdır  ki,  Artıq  2000-ci  ilin  aprel  ayından  başlayaraq 

kommersiya bankları üçün yeni hesablar planı əsasında Mərkəzi Banka hesabatlarını 

təqdim  edirlər.  Monetar  idarəetmənin  institutsional  bazasının  gücləndirilməsi 

tədbirlərindən  biri  kimi  mükəmməl  informasiya  bankının  yaradılması  məqsədilə 

avtomatlaşdırılmış  bank  statistika  hesabat  sisteminin  tətbiq  olunmasıdır.  Yaxın 

perspektivdə  beynəlxalq  maliyyə  böhranından  sonrakı  dövr  üçün  bank  fəaliyyəti 

inkişafının strateji proqramının işlənib hazırlanmasına nail olunmalıdır. Şübhəsiz ki, 

qeyd  olunan  tədbirlərin  həyata  keçirilməsi  üçün  ayrı-ayrı  fəaliyyət  sahələri  üzrə 

beynəlxalq əməkdaşlığın geniş ləndirilməsi və insan resurslarının inkişaf etdirilməsi 

strateji  proqramda  öz  əksini  tapmalıdır.  Maliyyə  sektoru  elektron  kommersiyasında 

lider  rolunu  saxlamaqla  da,  dünya  iqtisadiyyatının  gələcək  qloballaşması  və 

liberallaşmasında  katalizator  rolunu  oynamaqda  davam  edir.  nternetin  köməyi  ilə 

kredit  risklərinin  idarə  olunmasında  məsrəflərin  xeyli  azalması  və  səmərəliliyin 

artırılması,  inkişaf  etməkdə  olan  ölkələrin  beynəlxalq  maliyyə  bazarlarına  çıxışına 

ə

lverişli zəmin yarada bilər. 



Yaxın  gələcəkdə  təsərrüfat  subyektlərinin  və  bankların  investisiya  aktivliyini 

artırmaq məqsədilə, bankların donor funksiyası getdikcə artırılmalıdır. 




71 

Xülasə  olaraq  bankların  fəaliyyətinin,  habelə  bank  sektorunun  inkişafı  və 

təkmilləşdirilməsi istiqamətləri ümumiləşdilmiş şəkildə aşağıdakı kimi təklif olunur: 

Bank sisteminin institutsional inkişafı istiqamətində

–fiziki  şəxsləri,  orta  və  kiçik  sahibkarlıq  subyektlərini  kreditləşdirəcək 

mikrokreditləşdirmə müəssisələrinin inkişafı üçün münbit şəraitin yaradılması; 

–regional maliyyə müəssisələrinin yaradılmasının təşviqi vasitəsilə, regionlarda 

bank filialları şəbəkəsinin və bank xidmətlərinin genişləndirilməsi; 

– bank olmayan kredit təşkilatları şəbəkəsinin genişləndirilməsi. 



Dövlət banklarının restrukturizasiyası və özəlləşdirilməsi istiqamətində

–Beynəlxalq Bankın kapitalında dövlətin payının azaldılması və 

özəlləşdirilməsi, eyni zamanda, bankın səhmdarlarının, həmçinin gələcək 

səhmdarların münasibətlərinin tənzimlənməsi və idarə edilməsinin təkmilləşdirilməsi.              



Özəl bankların inkişaf etdirilməsi istiqamətində

– özəl bankların tələb olunan minimum məcmu kapitalının tədricən artırılması; 

–xarici  bank  kapitalı  iştirakının  liberallaşdırılması  ilə  paralel,  onların 

resurslarının real sektora yönəldilməsi üçün müəyyən şərtlərin qoyulması. 



Mərkəzi Bankın tənzimləyici potensialının artırılması istiqamətində

– bank nəzarətinin təkmilləşdirilməsi və şəffaflığın təmin olunmasınının davam 

etdirilməsi, 

– Mərkəzi Bankın prudensial normativlərinin iqtisadi inkişafa müvafiq olaraq 

beynəlxalq standartlara uyğunlaşdırılması, 

–  respublika  üçün  inkişafi  prioritet  hesab  edilən  sahələrin  inkişafı  üçün 

ixtisaslaşdırılmış bankların yaradılmasına lazımi dəstəyin verilməsi. 

Bank infrastrukturunun inkişaf etdirilməsi istiqamətində 

–  Bank  fəaliyyətinə  dair  qanunvericilik  aktlarının  digər  normativ  hüquqi  aktlarla 

uyğunlaşdırılması; 

– bankdaxili nəzarət və daxili auditin təkmilləşdirilməsi; 

– bankdaxili ödəniş sisteminin təkmilləşdirilməsi və inkişafı; 

– beynəlxalq maliyyə hesabatları standartlarının tam tətbiq edilməsi; 

– banklarda insan resurslarının idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi; 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə