Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə14/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



55

Zədələnmiş  yeşiklərdəki  yaşıl  və  qara  zeytunun 

keyfiyyəti ayrıca yoxlanılır və nəticələr ancaq bu yeşiklərdəki 

məhsula şamil edilir.  

Standart  üzrə  seçilib  götürülmüş  yaşıl  və  qara 

zeytun  QOST  29329  üzrə  tərəzidə  ±  0,1  kq  xəta  ilə  çəkilir. 

Standartda qeyd edilən göstəricilər üzrə fraksiyalara ayrılır.  

Hər bir fraksiya ayrıca çəkilir. 

Məhsulun  xarici  görünüşü,  rəngi,  daxili  quruluşu, 

xəstə  və  zədələnmiş  meyvələrin  mövcudluğu  orqanoleptik 

yolla, ölçüləri – QOST 166 üzrə ştangensirkulla təyin edilir. 

Meyvələrin daxili quruluşunu müəyyən etmək üçün 

seçilmiş nümunələrdən ən azı 10 ədəd yaşıl və ya qara zeytun 

götürülərək kəsilir. 

Hər  fraksiyadakı  meyvələrin  miqdarı  keyfiyyətini 

müəyyən etmək üçün seçilib götürülmüş məhsulun kütləsinə 

nisbətən faizlə hesablanır.  

Hesablamalar  ikinci  onluq  işarəyə  kimi,  sonradan 

nəticəni birinci onluq işarəyə qədər yuvarlaşdırmaqla aparılır.  

Toksiki  elementlərin  təyini  üçün  nümunələrin 

hazırlanması QOST 26929 üzrə həyata keçirilir. 

Toksiki  elementlər  QOST  26927,  QOST  26930  – 

QOST  26934,  pestisidlər  QOST  30349  və  Səhiyyə 

Nazirliyinin  təsdiq  etdiyi  üsullar,  radionuklidlər  Səhiyyə 

Nazirliyinin təsdiq etdiyi üsullar üzrə təyin edilir.  

Toksiki  elementlərin  atom-  absorbsiya  üsulu  ilə 

təyini QOST 30178 üzrə təyin edilir.  

Yaşıl və qara zeytun bütün növlərdən olan nəqliyyat 

ilə, üstüörtülü nəqliyyat vasitələrində, mövcud nəqliyyat növü 

üçün  qüvvədə  olan,  tez  xarabolan  malların  daşınması 

qaydalarına uyğun olaraq daşınır.  

Yaşıl  və  qara  zeytun  örtülü,  ventilyasiya  edilən 

otaqlarda  və  ya  talvarın  altında  2

0

C-  dən  15



0

C-  dək 


temperaturda saxlanılmalıdır.  

Zeytun və zeytun yağı_________________________________ 

 

56



Yığıldığı  andan  emala  verilənə  qədər  məhsulun 

saxlanma müddəti, ən çoxu: 

yaşıl zeytunun – 18 saat; 

konservləşdirilmə  üçün  nəzərdə  tutulan  qara 

zeytunun –24 saat; 

zeytun  yağı  istehsalı  üçün  nəzərdə  tutulan  qara 

zeytunun –8 sutka.  

 

1.9. Zeytundan tibbi məqsədlər üçün 

istifadə olunması 

 

Tibbi  məqsədlə  Avropa  zeytununun  yarpaq 

(Follum oleae) və yetişmiş meyvələrindən alınmış yağından 

(Oleum olivarum) istifadə edilir.  

Zeytun  meyvəsinin  tərkibində  piyli  yağlar  (40  – 

60%),  enzimlər,  boyaq  və  aşı  maddələri,  yarpaqlarında  isə 

qlikozidlər,  üzvi  turşular,  mannit,  aşı  maddələr, 

flavonoidlər, taninlər və s. aşkar edilmişdir.  

Zeytun  yağı  –  olein,  linol,  palmitin  və  stearin 

turşularının qliseridlərindən ibarət sarımtıl rəngli, duru, zəif 

xarakterli  iyə  və  xoş  yağlılıq  tamına  malik  yağdır.  Tibbi, 

yeyinti və texniki zeytun yağlarına ayrılır. Tibbi zeytun yağı 

ə

sasən  trioleindən  ibarət,  rəngsiz  və  şəffaf  yağdır.  Onun 



turşuluq ədədi 2- yə yaxın, yod ədədi isə 75- 88- dir. Zeytun 

yağının  texniki  sortu  sabunbişirmə  sənayesində  istifadə 

olunur. Yeyinti zeytun  yağı isə orqanizm üçün çox faydalı 

olan qiymətli ərzaq məhsuludur. 

Zeytunun  əsas  təsiri  onun  yağının  ödqovucu, 

yarpağının  isə  hipotenzif  və  antiaritmik  olmasıdır.  Son 

zamanlar zeytun yarpaqlarından oleuropein maddəsi alınmış 

və farmakoloji cəhətdən öyrənilmişdir. Heyvanlar üzərində 

aparılan təcrübələrdən məlum olmuşdur ki, oleuropein qan 

təzyiqini əhəmiyyətli dərəcədə aşağı salır. Onun hipotenzif 

təsiretmə  müddəti  beş  saata  qədər  davam  edir.  Bundan 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



57

ə

lavə  oleuropein  ürəyin  tac  damarlarını  genişləndirir, 



ürəkdəki  aritmiyanı  götürür.  Belə  hesab  olunur  ki,  zeytun 

yarpaqlarından  alınmış  dəmləmə  və  spirtli  duru  ekstrakt 

ürək-  damar  sistemi  xəstəliklərinin  müalicəsində  istifadə 

oluna bilər.  

Zeytun  yağı  yaxşı  ödqovucu  maddə  olmaqla 

yanaşı, həmdə zəif işlədici təsirə malikdir. Mədə- bağırsaq 

xəstəliklərində  yaxşı  effekt  göstərir.  Öd  daşlarının 

orqanizmdən  kənar  edilməsinə  səbəb  olur.  Kamfora, 

cinsiyyət  hormonları,  onların  analoqlarının  və  digər 

inyeksiya  məhsullarının  hazırlanmasında  çox  gözəl 

həlledicidir.  

Almaniyada 

zeytun 

yarpaqlarından 



alınan 

“Olivysat” adlanan standartlaşdırılmış ekstrakt buraxılır. O 

hipotenzif maddə kimi, qan təzyiqi yüksək olanlara (gündə 

3 dəfə, hər dəfə 40 damcı) məsləhət görülür.  

Fransada 

Avropa 


zeytununun 

yarpaq 


tumurcuqlarından  alınmış  spirtli  cövhər  hipertoniya, 

ateroskleroz və piy mübadiləsi pozğunluğuna qarşı istifadə 

olunur.  

Rus  xalq  təbabətində  zeytun  yağından  ödqovucu, 

öd  daşlarını  xaric  etmək,  həzmi  yaxşılaşdırmaq,  habelə 

yüngül işlətmə məqsədilə istifadə edilir.  

Ə

bu Əli  bn Sina duza qoyulmuş zeytunun mədəni 



möhkəmləndirdiyini,  iştahı  artırdığını,  zeytun  yağının 

herpes və qızılyel xəstəliklərində, oturaq sinirin iltihabında 

faydalı olduğunu qeyd etmişdir. 

 

1.9.1. Ev şəraitində zeytun 



yarpaqlarından və yağından istifadə qaydası 

 

Zeytunun  qurudulmuş  yarpaqlarından  1:20 

nisbətində  hazırlanmış  isti-  sulu  çıxarışdan  hipotenzif, 

aritmiyanı  götürən  və  tac  damarları  genişləndirən  maddə 



Zeytun və zeytun yağı_________________________________ 

 

58



kimi  istifadə  edilir.  Alınmış  çıxarışdan  gündə  3  dəfə,  hər 

dəfə  ⅓  hissəsi  qəbul  edilir.  Bu  məqsədlə  onun  öksəotu  və 

digər  bitkilərlə  qarışığından  da  istifadə  edilir.  Mədənin  və 

qaraciyərin  fəaliyyətini  yaxşılaşdırmaq  məqsədi  ilə  yemək 

zamanı  və  ya  ondan  sonra  zeytun  meyvələrindən 

hazırlanmış konservlərdən istifadə etmək məsləhət görülür.  

Xalq  təbabəti  mənbələrində  öd  daşlarının 

orqanizmdən  kənar  edilməsi  üçün  zeytun  yağından 

istifadənin müxtəlif qaydaları göstərilir: 

1.  Güclü  öd  ifrazına  nail  olmaq  və  öd  daşlarını 

orqanizmdən  xaric  etmək  üçün  bir  neçə  gün  səhər-  səhər 

acqarina, hər dəfə 60 ml zeytun yağı qəbul edilir. Bu zaman 

ürəkbulanma və qusmanın qarşısını almaq üçün, qəbul edən 

kimi üstündən qreypfrut şirəsi içilir.  

2.  Öd  daşlarının  orqanizmdən  kənar  edilməsi 

məqsədilə  zeytun  yağının  miqdarı  tədricən  artırılır.  Bunun 

üçün  yeməkdən  30  dəqiqə  əvvəl  zeytun  yağı  içilir.  Yağın 

miqdarı  yarım  çay  qaşığından  başlanır  və  15  –  20  gün 

ə

rzində tədricən artırılmaqla bir stəkana (200 ml) çatdırılır.  



3. Başqa bir reseptə görə öd daşlarını orqanizmdən 

kənar etmək üçün 24 saat ac qalmaq (bu müddətdə yalnız su 

içmək  olar),  sonra  bağırsaqları  imalə  etməklə  təmizləmək 

məsləhət görülür; imalədən bir saat sonra bir stəkan zeytun 

yağı,  onun  üstündən  isə  bir  stəkan  qreypfrut  şirəsi  içib 

uzanmaq  lazımdır.  Qusma  hissi  əmələ  gələrsə,  limon 

sormaq  olar  (su  içmək  olmaz).  Yağı  içəndən  15  dəqiqə 

sonra  işlədici  qəbul  edilir.  Aclığı  davam  etdirməklə, 

yuxarıdakı prosedura 5 gün təkrar edilir.  

Amerikanın  həftəlik  “Times”  jurnalı  zeytunu 

dünyanın  ən  sağlam  ərzaqlar  qrupuna  daxil  etmişdir.  Bu 

bitki  və  onun  yağı  insan  səhhəti  üçün  faydalıdır  və  qanda 

xolesterolun  miqdarını  azaltmaq  qabiliyyətinə  malik 

monodoymamış 

turşu 

yağlarının 



çoxluğuna 

görə 


məşhurdur. Zeytun ürək və qan damarlarını aterosklerozdan 


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə