128
hamısı onun sözünü ehtiramla dinlər, məsləhətlərinə qulaq asar, müxtəlif arzu
və əməllə qapısına gələrdilər.
Nüfuzlu ruhani bu böyük etibardan sui-istifadə etmir, şəxsi mənfəət güdmədən
öz qəribə dünyabaxışı ilə itaətində olanları idarə edirdi. Bütün dinlərə hörməti
vardı, milli ayrı-seçkilik salmaz, moizələrində deyərdi: "Şah da bilir Şirvan
sünnüdü... Mən Şərqin bir sıra ölkələrini, Kərbəlanı, Hicazı gəzdim, gördüm ki,
dünyada sünnü şiədən çoxdu, peyğəmbər sələvatullah vaxtında heç sünnü-şiə sözü
olmayıb. Qaldı, erməni və malağan qonşularımıza, onların da dini qədim və bizim
Quranda adı dönə-dönə çəkilən peyğəmbərimiz həzrət Məryəmin dinidi. Əgər
Allah istər, bir gün Əzrailini göndərib canlarını alar. Sizə dəxli yoxdu. Bir-birinizi
yola verin. İndi ki, xudavəndi-taala sizi bir torpaqda xəlq eləyib, birtəhər ötüşün, o
dünyada Allah-taala özü bilər: kimi behiştə, kimi cəhənnəmə göndərər". Bu kimi
vəzlər nəticəsində şəhər əhli qonşu kimi dolanır, o qədər də dərindən bir-birinə
düşmənçilik bəsləmir, sünni-şiə, erməni-malağan söhbəti o qədər də dərin kök
salmırdı. Hətta bir həyətdə, qonşuluqda yaşayan sünni-şiə və ya erməni arvadlar
bir-birinin təndirində çörək də bişirir, bir-birinə gedib-gəlirdi. Lakin, bütün bunlara
baxmayaraq, Ağaseyidəli ağa ruslara qarşı qəddar düşmən kəsilmişdi, bircəciyi ilə
də yola getmək istəmir, camaatın onlara yaxınlaşmasını, uşaqların yeni açılan rus
məktəblərinə verilməsini qadağan edirdi: "Urus olub gedəcəklər, dini-islam əldən
gedəcək", deyirdi.
Seyid Əzimin onunla görüşə gələcəyini gözləməsə də, hər halda onu görmək,
bəzi millətə xeyir verə bilən cavan kimi tanıdığı, əsərlərini bəyəndiyi şairlə söhbət
etmək istəyirdi. Qəribədir ki, bir-iki gün əvvəl ona Seyyidin içkiyə qurşandığını
xəbər verən Molla Qurbanqulu və daha sonra Hacı Əsəd çox canfəşanlıq
elədiyindən bir neçə gün idi ki, şair onun yadından çıxmırdı; bu gün də səhərdən
bir neçe dəfə onu xatırlamış və görməyi arzulamışdı. Elə indi də Hacı ilə söhbətini,
Hacıya verdiyi cavabları xatırlayırdı:
- "Xəti-reyhan"dan qərəz heç də məlum anlayış deyil - bu məşriq zəmin
ədəbiyyatinda, qəzəliyyatda məruf bir təşbeh, bir ifadədir. Füzuli rəhmətüllah
"Bağdadi ki, Gərbübəlada xuddam idi", qəzəlində istəsən elə söz və ifadələr tapa
bilərsən ki... Seyyidinkilər onun yanında, övrətlər demişkən, toya getməlidi...
bunlar hamısı məşriq ədəbiyyatına peyrövlüyün nəticəsidi...
Hacı haldan çıxmışdı:
129
-Ay onu icad eləyənin lap atasına lənət...
-Əbədən... bu bir şairin istər cavan, istər cəvanəzən olsun gözəllik ilahəsinə
büti-siminbərə səcdəsidi, bunsuz şeir yaranmaz... İnsan dimağını incələşdirən,
zərifləşdirən şeir... bu ifadələrdən qərəz tək-tək şəxslər deyil, ümumən gözəlliyə,
xudavəndi-aləmin yaratdığı və peyğəmbər sələvatullahın "fətəbarəkəllahu əhsənül-
xaliqin" - yəni səni yaradan Allaha şükr olsun dediyi bəşəri gözəlliyə ibadətdir.
Xudavəndi-təbarəkin ən gözəl töhfəsidi şeir qabiliyyəti. Qurani-şərif də şeirlə
yazılıb... ya Hafizə bax, şeyx Sədiyə bax... Məgər onlar hamısı əxlaqsız olub,
meyi-nab deyəndə məbz siz düşünən piyanis-keliyi eləyiblər?..
Elə bu anda müridlərindən könüllü nökər vəzifəsini ifadə eləyənlərdən biri içəri
girib Hacı Seyid Məhəmməd oğlu Seyid Əzim ağanın gəldiyini xəbər verdi:
-Buyursun, buyursun... qəlbində düşündü: yaxşı ki, otağa bu gün,bu saatda
gələn yoxdu, oturub bir əməlli əməli-saleh adamla Allahdan, bəndədən söhbət
eleyərik. Əmr bə məuf, nehy əz münker şəri qanunu da mən öz həmvətənim
haqqında yerinə yetirmiş olaram.
Seyid Əzim otağa daxil olub göstərilən yerdə əyləşdi, onların yaşları arasında
fərq o qədər də deyildi, amma buna baxmayaraq, Ağaseyidəli ağa az qala onun
atası yaşında görünürdü.
Əhval pürsandan sonra şair öz məqsədini açıb Ağaseyidəli ağaya bildirdi. Onun
gözlədiyinin əksinə olaraq seyid bu təklifi böyük bir məmnuniyyətlə qarşıladı:
-Mübarəkdir, gözəl işdir, mən əlimdən gələn köməyi əsirgəmərəm. Növbəti
cümə günlərindən birində camaat məsciddə xüsusilə çox olanda bu barədə onlarla
danışaram.
"Yaxşı oldu, başı xeyir işə qarışar, şer və naşər işlərdən əl çəkər, bir də camaat
balalarını urus uşqoluna yox, öz müsəlman qardaşı açan məktəbə verər", - deyə
düşündü. Sonra əlavə elədi:
-Çox gözəl işə iqdam eləyirsən, əmioğlu, mən də sənə qahmar!
Amma bir neçə şərtim var, birinci şərtim budur ki, sən - o, yanındakı rəhilin
üstündən xəttat məktəbinin məxsusən ona hədiyyə üçün gözəl xətlə yazdığı böyük
Quranı aldı, öpüb alnına qoydu və Seyid Əzimin qarşısına tutdu - bu müqəddəs
kəlamullahi-məcidə and içib, içkidən tövbə eləməlisən.
Şair bir an duruxdu, lakin o buna çoxdan hazır idi, o bilirdi ki, Ağaseyidəli ağa
məhz bu andı ondan tələb edəcək; bunu ondan anası da,
130
ən yaxın əməl dostları da xahi edirdi, o özü də bilirdi ki, içkiyə aludəlik onu
yaman yola apara bilər.
Şair qəlbində gülümsədi.
"Bəli, şərab da olub, musiqi də, çəngi də... Şərabdan tövbə... min tövbə...
Musiqi və gözəllik olmadan yazmaq, şeir düzmək imkanı olsaydı, amalım yolunda
ondan da tövbə edərdim... Lakin bu mümkün deyil, ağa, ya sən bunu unudub
tövbənə daxil etmədin, ya da vallahi ki, zövqün var! Bilirsən ki, bunlardan tövbə
etdirmək, məni yalana mürtəkib etdirmək, mənə nahaq and içdirmək olar. Mən
təbi-şeir qarşısında acizəm; əhdimi, andımı sındıra bilərdim. Yaxşı ki, bircə
şərabdan tövbə etdirirsən, - deyə düşündü. Bu anda o çoxdan hazır idi. Əlini
qaldırıb Quranın üstünə qoymaq istədikdə Ağaseyidəli ağa Quranı ondan kənar
etdi:
-Bir sözün kafıdir, əmioğlu, bir sozün kafıdir. İçki tövbəsi üçün həmmamda
qüsl etmədiyindən Qurana əl vurmagın caiz deyil. Elə bir sözünə qailəm.
Seyid Əzim and içərcəsinə ciddiyyətlə dilləndi:
-Mən o sözü sizə səmimi-qəlbdən verirəm.
Axundun nazik dodaqları səyridi:
-İnanıram... İndi bir nəsihətimə qulaq asmalısan: Sənin barəndə qulaqlarıma
yaman sözlər gəlir, içkidən qeyri... guya xoşməşrəb cavanlara qoşulmusan...
Seyid Əzim etiraz edərcəsinə əlini qaldırdı, nə isə demək istədi, lakin axund
buna imkan vermədi:
-Axıra qədər sözümə qulaq as. Bilirəm, xeyirxahın olduğu kimi bədxahın da
çoxdur. Bilirəm ki, sözlərin çoxu bədxah qayırmasıdı.
Amma genə də səni xəbərdar eləyirəm, övladım! Mənim nəzərimdə özünü
paklığa, təmizliyə çıxartma, bunun faydası yoxdu! Mən onsuz da sənə inanıram,
tinə-tinə bələdəm. Sən çalış ki, xalqın nəzərində pak ol! Öz millətinə, həmvətəninə
xeyir vermək istəyən insan təmiz,gün kimi aydın və həmişə göz qabağında olduğu
üçün, hərtərəfli pak olmalıdır. Onu hamı görür: biri təmşiyət götürürsə, bir napak
da irad tutmağa yer axtarır. Onun paklığı aftab kimi elə ziya saçmalıdır ki,adamlar
bu şüadan isinə və nur ala bilsinlər. Əks halda, onun bütün ulu və qüdsi arzu və
əməlləri puç olar gedər. Sən xalqa xidmət etmək xəyalına düşdüyün gündən artıq
özünə məxsus deyilsən, ona göre də hamının gözü önündəsən. Bu ağır yoldu, ya
seçmə, ya da seçdinsə,onun bütün ağır və əzablarını, keşməkeşlərini qəbul elə!
Peyğəmbər nəsihətini onu eşidənlərə deyil, qulaq asmayanlara, ağzına daş vuran-
Dostları ilə paylaş: |