117
ölmür... nə olar: mən olmaram... sən olmazsan... bununla bu əngin göylərdən,
bu əlvan kainatdan, bu musiqili və gülümsər dodaqlardan, üzlərdən heç nə
əsgilməz...
Darvazaya çatanda şırıqqa və musiqi, "afərin, maşallah, fətabarəkəllah..."
səsləri daha da ucaldı... Bu musiqi onun qolunun qanadından yapışıb içəri çəkdi.
Dilmanlı gədəsi baş əyib üzünə gülümsəyir, o, "Ağa, xoş gəldin"ə cavab verirdisə
də, gözünün önündə başqa bir aləm, özgə bir mənzərə canlanırdı: "İçəridə oynayan
Sonadırmı? Əlbəttə, Sonadır... Sonasız bu evin, bu məclisin nə yaraşığı... Məgər
Sonasız rəqs, musiqi olar? İndi mən içəri girəcəyəm, Sonanın badamı gözlərini,
burma birçəklərini, uzun hörüklərini, əlvan şətəl geymiş balaca ayaqlanın, belinə
vurduğu incə əllərini görəcəyəm... Sonanın gərdəni çevrəsində cığalı qıvrım
birçəklər, ilan kimi qıvrılan hörüklər səksəkəli quş təki çırpınacaq, gözləri gah
sağa, gah da əlinin ahəngilə sola süzüləcək, məstü xərab olacağam, ilahi..."
O, bir anlıq Sonanın başına gələn fəlakətləri unutdu, şerinin qanadı, ilhamının
pərisi, könlünün soltanı olan gəlin-qızın eşqilə yenidən çırpınan kimi oldu və bu
eşqlə də içəri qoşdu... Burada, doğrudan da, rəqs gedirdi. Şair ortada oynayanı
dərhal tanıdı. Bu, Sonanın şagirdi və indi Şamaxı çəngiləri içərisində yeganə
rəqqasə idi ki, Sonanı əvəz edə bilirdi. Nisənin xırdaca çənəli, yaraşıqlı simasında
balaca ağız-burnu, nazik qələmi qaşları və xüsusilə uzun, çin-çin burma birçəkləri
dərhal nəzərə çarpırdı. Bu birçəklər altından dördqat piyalə sırğalar qızın
çiyinlərinə düşür, rəqsin ahənginə uyğun cing-cing cingildəyirdi.
Şair nazik vücudlu, cəld hərəkətli rəqqasəni böyük bir maraq və məftunluqla
seyr etməyə başladı, göstərilən mövqedə oturmağa tələsmədi, yanına dəvət
edənlərə el hərəkəti ilə qaş-gözlə sükut işarəsi verib, rəqsin qurtarmasını qapının
ağzında durmaqla gözlədi.
...Nisə yerinə keçəndə Mahmud ağa məsnədidən diz üstə qalxdı:
- Bura, bura, buyur, Ağa! Ya cədda, orda yox, burda, yanımda...
Mahmud ağa məst idi, məstanə idi, xumar aləmində idi, nədəndi bu məstanəlik?
Bir aləm, bir dünya sevdiyi musiqidənmi? İncə rəqsilə oturanları valeh etmiş, hətta
Ağaya belə bir anlığa Sonanın ecazkar rəqslərmi unutdurmuş Nisənin rəqsimi, ya
təzə Şuşalı xanəndənin səsindəki məlahət, Mahmud ağa düzəlişləri ilə oxunan
sarəncmidi?
Nəydi Mahmud ağanın məstanəliyinə səbəb?Şair kef, nəşə, musiqi məclisində,
çəngi məclisində olduğunu unudub dərin-dərin xəyallara dalmışdı. Sona kimi,
ondan yalnız cəldliyi ilə seçilən Nisə incə-incə,
118
xırda-xırda ona baxır və gülümsəyirdi... bu təbəssümlər arasından Sonanın
hicran, cəfa, ələm dolu sonuncu baxışları bəlirir; "Şairim, sənmisən burda? Nə tez
unutdun əməllərini? Nə tez unutdun arzularını? Hər bir incə mələk sənə pərilər
soltanımı olur, şairim? Sən əməl dalın-camı gəldin, kef, nəşə dalıncamı? Elə bilə
bilərsən ki, səni özümdən cavan, özümdən atəşin bir gözələ qısqanıram. Amma bu
içimdə olsa da, sənin əməllərini qısqanıram, yenidən badənuş olub, tərəb eşqilə
arzulara vida etməyindən ehtiyat edirəm..."
Şairin xəyalında yenə də aləm bir-birinə qarışdı, yenə də bilmədi ki, bu səs
kimindir? Sonanınmı, Ceyranınmı, anasınınmı, könlünün-müdür? "Yox, yox,
unutmadım; amma pərilər soltanı, bir gör hara, kimin qulluğuna gəlmişəm... Bir
gör zavallı Şirvanın gözüaçıq ziyalı cavanlarının başına nələr gəlir, necə dərbədər,
necə diyarbədiyar, necə cövqə-cövqə olub dağılırlar? Şamaxının yetişdirdiyi gözəl
alim, şair və qüdrətli şəxslərin heç birisinin Vətəndə bir gündürrüyü olmayıb,
hamısı diyar-diyar düşüb, Xaqani Təbrizdə, Nəsimi Hələbdə, Nişat Salyanda...
kimi deyim? Mühit qaçırıb, didərgin salıb onların hamısını, Şirvan, sənin ziyalı
gənclərinə zəmanə neyləyir? Yollar onları hara aparır? Bir qismi Tərlan kimi
diyarbədiyardır... onların da yarısı dərviş olub, məhv olur... yarısı gücünü, qüvvə
və bacarığını başqa ellərə sərf edir, amma yenə də nə isə xeyirli bir iş görür,
tamamilə məhv olmurlar – Tərlan kimi... İkinci qismi beləcə Vətəndə olsa da...
çifayda "özü üçün yaşayır..." arabir ona, buna bəd ayaqda əl tutsa da, (daha çox)
xeyri zərər verməməsindədir. Kef, nəşə onları xalqın əlindən alıb... Maarifin
cibindən qoparıb... Üçünçülər, təhsil, elin dalınca gedir... bunlar da bir neçə
cürədir, bəzisi urusyetə, Avropaya gedir, bir az işto-mişto bilən kimi dinin dəyişir,
xristiyan olur, qınından çıxıb daxi qınını bəyənmir... ata ocağı sönür, əksəriyyəti
isə yeni fıkirlərlə vətənə qayıdır... millət nə fayda görsə bunlardan görəcək...
mollaqu-laqtar qoysa!.. Şərqə mollalığa gedənlər də qayıdır. Onların dabir qismi ya
bir fal kitabı ilə, ya da mənim kimi, ruhaniliyin, dinin əsil məğz və mahiyyətini
dərk edərək qayıdır... Urusyetdən, Avropadan qayıdanlarla birləşir... Bunların
nəsibi nədir? Lənət, nifrin... təqib, tənə... üsrət, ianə... qərəz... Şirvan cavanlarının
qəribə taleyi var..."
-Ya cədda, sədəqən olum, nə xəyala dalmısan?
-Heç, elə keçmişdən bəzi şeylər xəyalımı məşğul elədi... Mahmud ağanın
gözlərindəki şəfəq bir anlığa kədər pərdəsilə örtüldü:
elə bil onun gözlərində də Sonanın unudulmaz şəkil və şəmayili canlandı: