Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə42/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   38   39   40   41   42   43   44   45   ...   153

                                                                                                                                                  

110 


 

yaraşıqlı,  gülərüzlü  bir  qadın  idi.  O,  "Əgər,  "anasına  bax  qızını  al"  məsəli 

doğrudursa, onda mən börkümü göyə ataram" deyə düşündü. Daha başqa çarə yox 

idi.  "Dədəm  də,  babam  da,  bütün  el-obam  da  belə  evlənib.  Mənim  kimi  sortalar 

eşqinə  düşüb,  görüb-aşıqlayıb  evlənən  bəxtəvər  bu  diyarda  yoxdu.  Gec-tez  bu 

olasıdı. Yaxşısı budu, nə anamı rəncidə eləyim, nə də Bəyim xala kimi tərbiyəli bir 

arvadın  əlində  böyümüş  baş  yoldaşım  rədd  eləyim.  Sonra  Allah  bilir  kimə  ürcah 

ollam. Bunlar heç olmasa doğrudan da nəcib, hamısı da az-çox əhli-qələm tayfadı". 

Oğlunun  xatirindən  nə  keçdiyini  bilməyən  ana,  gəncin  dərin  xəyala 

dalmasından darıxdı: 

-Nə fikrə getdin, oğul, yoxsa döşünə yatmır? Vallah, ceyranın quzusudu, həm 

gözəl, həm kamallı, həm də özün deyəndi, babasından Quran oxumaq, yazmaq da 

öyrənib sənin kimi... Day nə istəyirsən? 

Seyid  Əzim  artıq  qərar  vermişdi.  Onsuz  da  bir  gün-beş  gün  çək-çevirdən, 

minnətdən-sünnətdən  sonra  razılığım  xoş-güc  alacaqdılar.  Nəvazişlə  əlini  anasına 

uzadıb yenə də sözü zarafata saldı: 

-Onda lap yağ-bal oldu ki... - Sonra ciddiləşdi. - Ana, mən bilirəm ki, sən mənə

pis  şey  calamazsan.  İndi  ki,  belə  ürəyinə  yatıb,  gəlinnən  evdə  sən  dolanacaqsan. 

Allah sənə ürəyincən gəlin qismət eləsin... 

Sevincindən Minasoltanın çiçəyi çırtdadı... 

-Allah ağzından eşitsin, bala, ağzın fal olsun. Səni görüm, dünyada heç neynim-

necəliyim deməyəsən! Südüm sənə halal olsun, mənə yox demədin, ağbaxt olasan! 

Ana alqışları gəncin ürəyində əks-səda verdisə də, təşvişi azalmadı... Qəlbinin 

döyüntülərini qulaqları ile eşidirdi. 

...Qızının  məktubunu  alan  Axund  Hüseyn  Yaqsaydan  dərhal  özünü  Şamaxıya 

yetirdi.  On  bir  il  tərbiyə  verib  əmrazəyə  yetirdiyi,  Kiçginədən  başqa  övladı

olmadığından,  özünə  oğul  qəbul  etdiyi  nəvəsi  Seyid  Əzimin  xeyir  işi  qocanı  çox 

sevindirmişdi.  Yaqsay  qazisini  şəhər  ruhani  və  əşrafı  xüsusi  hörmət  və  izzətlə

qəbul etdilər. Onun oğul toyu eləməsi şəhərdə böyiik razılıq və şənliklə qarşılandı. 

Ağsaqqalların məsləhətindən sonra toy günü xoşladılar, xəlfə Cin Cavad çağırıldı, 

əlinə  toya  çağırılanların  siyahısı  verildi.  Cavad  məhəllə-məhəllə,  Qara-bazar, 

Santorpaq,  İmamlı,  Minaxor,  Yuxarı  Qala,  Şıxminaslı  evlərini  gəzdi,  toy  gününü 

xəber  verdi.  Həyətdə  xalı,  gəbə,  cicim  və  əlvan  palazlardan  toyxana  quruldu. 

Şəhərin məşhur xanəndəsi Nəcəfqulu öz dəstəsi ilə çağırıldı. Seyid Əbdül Əzimin 

şair dostlarından "Rağib" təxəl- 

 

 




                                                                                                                                                  

111 


 

lüslü  Qafar,  evli  olduğundan  sağdış,  hələ  subay  olan  Bixud  soldış  ayrıldı. 

Qoyunlar  kəsildi,  qazanlar  asıldı.  Bəy,  zurna-balaban  sədalarının  müşayiətilə

hamamdan çıxıb gəldi. Kiçginə xanım və qohum-qonşular pul kimi qızarmış bəyin 

boynuna  al-əlvan  xələtlər,  məşhur  Şirvan,  Basqal,  Gəncə  kəlağayıları,  qanovuz, 

darayı  zolaqları  doladılar.  Xonçalar  tutuldu.  Toyxanada  rəqs  başladı.  Əlindəki 

ağacı  tovlayıb  ortada  fırlanan  Cavadın  ayağı  yerə  dəymirdi.  Qalabazarın  məşhur 

adamlarından sayılan Ağa Səməd bəy, xan seçildi, sonra Nəcəfquluya növbə çatdı, 

iki  saat  yarımlıq  sükut  içində  Nəcəfqulu  muğamatın  ən  incə  pərdələrində  gəzib 

dinləyicilərini heyran qoydu, o gah Hafız, gah Sədi, gah Füzulini dilləndirdi, arada 

bir Seyidin öz qəzəllərindən də oxudu. Sonra Xan, bəyi toya dəvət elədi, Nəcəfqulu 

bəyi təriflədi: 

Görüm ay bəy toyun mübarək olsun  

Sağdışın, soldışın, elin var olsun... 

Cərgələrdən qonaqların səsi ucaldı: "Bəy oynasın, ucuzluq olar, bəy oynasın". 

Mirzəyi havası çalındı. Cin Cavad gözlərində parıldayan cinlərlə birlikdə dostuna 

yanaşdı,  çiynindən  öpdü;  yavaşca  pıçıldadı:  "Toyun  mübarək,  Ağa,  yaxşı  yaxan 

əlimə  keçib,  bir  həcv  ya  qəzəl  səndə,  o  baş-bu  baş  get-gəl,  yerinə  mən  şıdırğı

vurram"  -  deyə-deyə  təzə  bəyi  ortaya  çəkdi.  Bəylik  libasında  xeyli  gözəlləşmiş

qədd-qamətli  cavan  ortaya  çıxanda  qohumlar  fərəhlə  tamaşa  eləyib  alnına  pul 

yapışdırdılar, arvadlar ocağa duz-üzərlik atdı. O, sağdış və soldışı Rağib və Bixud 

ilə bir dəfə məclisi o baş-bu başa getdi. 

Az  sonra  məclis  dağıldı.  Ürək  döyüntüsündən  başqa  heç  bir  şey  duymayan 

şairi,  Bixud  və  Rağib  gətirib  içəri  otaqlara  keçən  qapının  ağzında  yengə

Əzizbikəyə  tapşırdılar.  Şairin  daxilində  qəribə  bir  boşluq  var  idi.  Heç  nə  düşünə

bilmirdi. 

Bu  gün  səhərdən  o,  demək  olar  ki,  bir  kəlmə  də  danışmamışdı.  Bir  neçə  gün 

əvvəl onun razılığı alınmışdı, dünən kəbini kəsilmiş, əqdnamə oxunmuşdu; sağdış, 

soldışı məlumdu, qonaqlar, kəsilən qoyunlar, çalan aşıq sazəndə, nəvazəndə - hər 

şey, hətta, toyun xanı da, yengesi də məlum idi. O bunların hər birisini tanıyırdı, ya 

uşaqlıqdan, ya da sonradan görüb tanıdığı adamlar idi. Bircə gəlindən başqa... O, 

gəlini  tanımırdı,  görməmişdi.  Sabah  gərdəyinə  girəcəyi  bu  qız  nece  idi,  gözəlmi, 

çirkinmi,  ağıllımı,  sərəkmiydi,  bilmirdi...  Qəribədir,  bəzən  o  öz  şair  xəyalı  ilə

"Bikəxanımın  qızını"  gözü  önündə  canlandırmağa  çalışır  və  bu  təşəbbüsünə

qəlbində gülümsəyirdi də... Son subaylıq 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə