Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə50/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   46   47   48   49   50   51   52   53   ...   153

                                                                                                                                                  

131 


 

lara  eləyib,  çünki  dininin  həqiqiliyinə,  öz  xalqına  xidmət  etiqadına  inanıb,  öz 

gözlərində  tir  görməyənlər,  sənin  gözündə  tük  axtaracaq.  Sən  istər  evdə,  külfət 

yanında, istər bazarda, dost-aşna yanında, istərsə də, gələcəkdə şagirdlərinlə özünü 

elə  aparmalısan  ki,  sənə  irad  tuta  bilən  olmasın.  Di  kifayətdi,  Allahın  köməkliyi 

üstündə olsun... 

...Seyid Əzim bu qəribə insanın nəsihətlərini sözsüz bir maraqla dinləyib çıxdı. 

O elə dərin bir xəyala dalmışdı ki, hətta axunddan xeyir-dua aldığına belə, elə bil 

ki,  əhəmiyyət  vermirdi.  O  düşünürdü  və  düşündükcə  indicə  eşitdiyi  sözlər, 

Gülüstan  qalası,  Pirdiroki  dağı,  Pirqulu  zirvəsində  əks-səda  verən  bir  xəyali  sövt 

kimi  qəlbində  səslənirdi:  "Vətənə  xeyir  vermək  istəyən  insan  gün  kimi  pak 

olmalıdır... Sən xalqa xidmət xəyalına düşmüsənsə, artıq özünə məxsus deyilsən,.. 

bu ağır yoldu... ya iqdam etmə... ya da işə qədəm qoydunsa, bütün ağrı və acılara, 

məhrumiyyətlərə  dözməlisən...  Sözünü  məhz  qulaq  asmayanlara,  nadanlara,  sənə

tənə-təriz  vuranlara,  daş  atanlara  deməlisən...  Səndə  belə  bir  dəyanət  varmı?.. 

Olacaqmı?  Yarı  yoldan  qayıtmayacaqsan  ki?..  Atılan  oxlara  sinən  davam 

edəcəkmi?  Bu  bir  sənəmin  kirpiklərindən,  növki-müjganından  atılan  "oxlar" 

olmayacaq ha!.. Sərvəqt ol, Seyyid, artıq sən özünün deyilsən!.. Bu yazıq, məzlum 

və  nadan  xalqınınsan!  Sən  də  sələflərin  kimi  əlindən  gələni  etmədi,  sonra: 

"Bacardığımı  etdim,  bacarmadığımı  da  etdim,  əziz  xalqım,  əlim  mənim"  -  deyib 

dünyaya rahat göz yuma bilərsən... Malım-mülküm yoxdu ki, bu yolda sərf edəm, 

bir  canımdan  savayı.  Onu  da  İsmayıl  qurbanı  kimi  ayaqlarına,  uğruna  qurban 

gətirirəm;  elim-günüm  mənim!  Nə  bacarsam  insan  iqtidarında  olan  hər  şeyi 

edəcəyəm,  çalışacağam  ki,  bəqədri-məqdur,  övladının  gözünü  bu  cahana  doğru 

özlə  açam,  ona  doğru,  həqq  yol  göstərəm..  Zəif  çıxsam  bu  çarpışmadan,  bacara 

bilməsəm, qüsurlarım olsa, əfv et məni, əziz elim-günüm, millətim mənim! Bil ki, 

sənin  yolunda  nə  etmişəmsə,  ən  səmimi  niyyətlərlə  etmişəm,  nəyi  düzgün 

etməmişəmsə,  qüsurumu  əfv  et!.."  O  öz  xəyalında  eli-günü  ilə  canlı  bir  insan, 

qarşısındakı bir müsahib kimi danışır, əsil andı indi içirdi. 

...O  xeyir-dua  aldı,  o  and  içdi.  Amma  bu  andın  yerinə  yetirilməsi,  Şirvanın 

maarif qaranquşlarından olan, adı dillərə düşmüş, on altı il davam etmiş, Zaxarov, 

Çernyayevski kimi müəllim-pedaqoq tərəfindən təriflənən məktəbin açılması üçün 

hələ  çox  çalışmalı  olacaq.  Bu  gün  pul  tavana  sahiblərində,  güc  güclülərdə-  arzu 

Seyyiddədir... Arzu... Bu arzunun həyata keçməsi ilə bugünkü and arasında o qədər 

hadisələr baş veribki... 

 

 




                                                                                                                                                  

132 


 

Dostlar, Hacı Əsədin dükanına girməyin vaxtı çatıb, burada ruhumuzu açan bir 

şey olmasa da, gəlin Bəzzazbazarın əvvəldə tanış olduğumuz, lakin içəri girməyə

münasib vaxtımız olmayan bu mağazasına daxil olaq. 

Hacı Əsəd, oğlu Tərlandan xəbər-ətər bilmədiyi ilk aylarda özünü yerə vurmur: 

"Mənim  oğluma  nə  gəlib  ki?  Özüm  izin  vermişəm,  qəriblər  ağasının  qulluğuna 

gedib" deyirdi. Şamaxılılar demişkən "dəvədən düşsə də, höt-hötündən düşmürdü". 

Amma  aylar  keçib  il  oldu,  Tərlandan  gəldi  olmadı.  Arabir  Aşqabaddan  bəri 

keçənlər  xısınlaşdılar  ki,  Tərlanı  o  tərəflərdən  görən  olub,  guya  orda dükan  açıb, 

ticarət eləyir... Hacı özünü o yerə qoymasa da, camaat, qohum-əqrəba, bazar əhli, 

xususilə  yaxın  qonşusu  Hacı  Qədir  görürdü  ki,  kişi  xiffət  eləyir...  Buna 

baxmayaraq  dükan  əvvəlki  qaydasından,  bər-bəzəyindən  düşməmişdi,  iri  naxışlı

şüşlərin  dalına  mallardan  nümunələr  qoyulmuşdu.  İçərisi  geniş  olan  mağazanın 

piştaxtaları dalında indi cavan bir oğlan, Hacının "pirkəşik" adlandırdığı xalanəvəsi 

Əli işləyirdi. Hacı özü taxtın üstündə oturub əsasən daxıldarlıq eləyir, gəlib-gedəni 

qəbul  edir,  oturub  tez-tez  çayçı  Əlmuxtarın  dükanından  gətirilən  pürrəng  çayı

içirdi. Kişi oturaq həyat keçirdiyindən bir qədər də yoğunlamış, peysərini qatbaqat 

ət basmışdı. Kosa sifətinin əlləri az qala beşqat buxaq kimi üzüaşağı sallanmışdı. 

Tirmə qurşaq qamına gəlmirdi. 

Qapaqlı  həmişəki  yerində  taxt  üstündə  oturub  qəfəsələri  ağırlıqdan  əyən 

mallara  baxır və  çayı  qurtumlayırdı.  Birdən  Molla  Qurbanqulu  ilə  onun  kürəkəni 

Məşədi  Alış  içəri  girdi.  Hacı  "hə-hö"  eləyib  qalxanacan,  pirkeşik  Əli  qonaqları

qarşılayıb taxt üstündə onlar üçün yer rahatladı. Molla dedi: 

-Qalxma, qalxma, sən Allah, zəhmət çəkmə... Salaməleyk. 

-Ay  əleykəssalam...  heç  dura  bilirəm  ki...  yaman  ağırlaşmışam,  axund...  Xoş 

gəlmisən,  səfa  ğətirmisən,  sən  də  Məşədi  Alış  –  ürəyində  isə  deyindi:  "Bu 

qaraxəbərdən  Allah  xeyir  xəbər  göstərərmi?  Görəsən,  genə  kürəkən-qaynata  nə

pəstaha  açacaqlar,  kimin  evin  yıxacaqlar?  Allah  özü  şərlərindən  saxlasın,  sən 

öləsən heç Alışa məşədi deməyə də dilim gəlmir". 

-Əli, bir Rəzini səslə, ağalara çay.., 

-Baş üstə... 

Əli çıxmaq istəyəndə Molla Qurbanqulu səsləndi: 

-Oğul,  Hacı  Qədirə  də  de  ki,  bir  balaca  onuyla  məsləhətimiz  var,bir  zəhmət 

çəkib buyursun bura, buyursun. 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə