|
![](/i/favi32.png) Microsoft Word ?Ziz? C?F?Rzad?docx
138
Etdi yüz hilə ilə dur məni meykədədin
Eylədi Kəbə təvafında özüylə həmdəm.
Gətdi yollarda mənim basıma yüz gunə bəla,
Qüssədən axın sədparə könül tapdı vərəm.
Niyyəti şöhrət imiş kim ona "hacı" deyələr
Qoymuyubmuş demə məlun, yola sidq ilə
qədəm.
Mənə bir növ hükumətlər edirdi, billah
Kim, onu eyləməyib Şamda Mərvan-hərəm.
O cəfalar ki, mənə Şamdə etdi o şərir
Əhli-beytə o qədər eyləməyib Şümr sitəm.
Leyk səd şükür ki, bir növ ilə çatdıq Vətənə
Oldu vəsli-rüxi-dildar ilə könlüm xürrəm...
Nə başını ağrıdım, bütün səyahət boyu o molla yanına dartdı, mən alim-şair
yanına; o, məscidə çəkdi, mən meyxanaya, o zirehə səcdə elədi, mən qədim
abidələrə - Xaqani rəhmətüllahın qədəmi dəyən yerlərə.
Əziz və əvəzsiz dostum, buradakı ağır keyfiyyətləri yazmaqla, qürbətdə Vətən
eşqilə çırpınan qəlbini bir qədər də xərab etmək fikrim yoxdur. Yalnız bir məsələni
sənə mütləqa yazmalıyam. O da bədbəxt Sonanın taleyindən xəbər istəməyindir. Bil
və agah ol ki, indi də, elə o zamanın özündə də həmin məsələni mənim qədər yaxşı
bilən yox idi. Mehriban qardaşım, Sona ölməyib, hərçənd ki, sənin üçün ölüb,
amma sağdır. O zaman Mütrüf Ədilin evinə basqın olan gecəsi Ağa Səməd adında
bir cavan ona nicat veribmiş, nə üçün? Hələ indi də bilmirəm. Görünür quldur-
qaçaq içində də comərd adam var imiş! Ya qıza yazığı gəlib, zənən xeylağına əl
qaldırmayıb, hər nə isə onu sağ buraxıb. Gecəynən Sona o qan ocağında nicat
tapıb bizə, mənim evimə pənah gətirmişdi. Bu sirdən indiyəcən, bir Mahmud
ağadan və bir də anamdan başqa heç kəs agah deyil. Sona birgün bizdə qaldı.
Mahmudağaya məsələni açdım. Ağsudan xeyli aralı Ərəbçəltikçi kəndində Əlyar
bəy deyilən bir dostu vardı. Gecəynən Sonanı ora yolladıq. Orada onu tanıyıb
bilən yox idi. Mahmudağa dostuna kağız yazdı ki, qızı orda bir qulluğa düzəltsin,
qulluqçudan-zaddan qoysun. O vaxtdan bəri hərdənbir Əlyar bəyin məktubları
vasitəsilə ondan xəbər tuturuq. Şirvanın əvəzsiz gözəli, solmaz süsəni, orda həyat
adamlarının içində bəy evində
139
qulluqçudur. Bundan artıq hələ ki, bir şey bilmirəm. Onu bilirəm ki, sağ-
salamatdır. Alışın isə bu məsələdən xəbəri yoxdur.
Əvəzsiz qardaşım, əgər o zaman sirrindən agah olsaydım, bəlkə də, əlini əlinə
verib sizi bir diyara yollardıq. Şirvan bayatılarında deyildiyi kimi:
Qoy mənə Kür desinlər,
Kürdən də kür desinlər,
Əlini əlimə versinlər
Şirvandan sür desinlər.
Şirvandan sürülərdiniz; amma heç olmazsa bərabər olardınız. Nə o, nə də sən
əbədilik bir alov-atəş içində yanmazdınız. İndi məktubunu alan kimi sənə cavab
yazdım ki, biləsən... Sənə ümid vermək istəmirəm. Boş ümid kişiyə yaraşmaz, amma
əgər mümkün olsa, xəbərləşərəm, ayrı bir qəzavü qədər üz verməyibsə, bəlkə,
vallah nə bilim, onu oradan uzaqlaşdırıb başqa bir yerə göndərmək və sənə xəbər
vermək mümkün oldu. Əgər taleyinizdə varsa, ya nəsib, ya qismət, bəlkə də bir
zaman gorüşə bildiniz. Onda yazaram hardadı və gedib götürüb öz yurd-yuvama
apararsan. Amma bu hələ ki, ümidsiz fəqərədi. Gör bir aradan neçə illər keçib,
daha nə qəzalar baş verib, nə bilim. Amma bir şey eləmək mümkün olsa, inan ki,
əiimizdən gələni elərik. Kağızım cənab Mahmudağa ilə bahəm oxuduq, gözləri
yaşardı, "Əhməd ağanın ərvahı haqqı, əgər biileydim, yüz Alış, min qapaqlı
olsaydı, genə də Məcnunla Leylanın bir-birindən ayrı düşməsinə riza verməzdim" -
dedi və dərhal Əlyar bəyə məktub yazıb yolladı. Hər halda sən namümkün
ümidlərə düşmədən, mənim ikinci məktubumu gözlə. Mümkün eləyə bilsəm yolum
Bicov və Qəşətə düşən kimi, səmtimi Ərəbçəltikçiyə salıb, Sona ilə görüşməyə,
qəziyyədən onu hali eləməyə çalışacağam. Görək nə olar. Mənim kiranbəha
dostum, kaş sirrini o zaman bilmiş olaydım... Əgər sən Sonanın bizdəki son gününü
görmüş olsaydın... Onun cəllad əlindən çıxmış zavallı görkəmini görsəydin, mən
onun o halını heç bir vaxt unuda bilmərəm. Elə bil Şirvan rəqqasələrinin bəzəyi
Sona deyildi... Düzdür, indi də Mahmud ağa məclislərində çəngi dəstəsi var, Nisə
böyüyüb, Sonanı əvəz eləməyə çalışır, amma heç kəs onun yerini verə bilməz. O bir
ustad idi, o bir xəyal kimi gözəl, əfsanə idi, bir pəri idi əvəzsiz.
Qərəz kəlami-tuldan yorulmadın ümidindəyəm. Başım, bəlatı tüllablıq
dövründə çəkibdir. Vətəndən gələn hər bir kağız bir tutiya kimi
Dostları ilə paylaş: |
|
|