107
İndi həmin hadisələrdən bir ilə yaxın müddət keçdiyi bir zamanda gənc sair,
Sonaya olan eşqini yadına salır və düşünüldü o bir eşq idi, ani. O bir eşq idi,
baharın nəsimi kimi xoş və ötəri... Ömrümə bir anlıq təzə, tər bir qızılgül ətri
gətirdi, dimağımda süsən kimi xoş bir rayihə qoyub getdi... Mən onun cilvələrinə,
rəqsinə aludə idim, bunun həqiqi eşq, əsil məhəbbət olub-olmadığını heç başa da
düşmütdüm... Mənə elə gəlirdi ki, onu görəm, ətrini duyam gərək... O mənim üçün
behişf cilvəli bir huri, bir pəri idi. Bir yuxu idi ki, oyandım, alimdə heç nə qalmadı.
Xatirəmdə isə əbədi, füsunkar bir gözəllik həkk olundu. Onu oradan heç bir qəza
silib tullaya bilməz... Təkcə Sona, o bədtale sənətkar anladı ki, bu eşq iki qəlbi bir-
birinə əbədi bağlayıb, həyata züriyyət, davamiyyət gətirən məhəbbət deyil. Bu
olsa-olsa bir şairin gözəllik ilahəsinə, bir büti-siminbədənə olan sitayişidir. Burada
son tikəni bərabər bölüşdürən, bütün həyat boyu çiyin-çiyinə gedən, oğul-uşaq
böyütmək, nəsli davam etdirməkdən ötrü həyatın bütün keşmə-keşlərinə dözən ər-
arvad məhəbbəti üçün yer yoxdur. O başa saldı məni! Anlatdı ki, "mən sənin
xəyalına, ilhamına bəzək ola bilərəm, həyatını isə qura bilmərəm. Bunun üçün
məni çoxdan məhv etmişlər". O mənə anlatdı ki, "mən artıq yanmış bir şamam,
pərvanə olma, özünü bu şama yandırma". Sona, sən nə dilbər bir qız idin, zəmanə
və ruzigar səni bədbəxt etməsəydi, sən gözət bir baş yoldaşı olardın, insanın bütün
əməllərini başa düşən bir baş yoldaşı...
-
Görəsən, bəs tale istəkli anamın əliylə mənə kimi baş yoldaşı seçir?..
Düşüncələr onu yormuşdu, bir neçə gün idi ki, yazdığı qəzəllər də xoşuna gəlmirdi.
Dönə-dönə sevdiyi Füzuli "Divanı"nı qarşısına açıb oxuyur, sevgili ustadına nəzirəni nəzirə
dalınca qoşurdu. Bu gün o, Füzulinin
Kərəm qıl, kəsmə, saqi iltifatın
binəvalərdən,
Əlindən gəldiyi xeyri diriğ etmə gədalərdən
-mətləli' məşhur qəzəlini təxmis etmək arzusuna düşmüşdü.., Təxmis bir növ
nəzirə olsa da, şairdən böyük ustadlıq tələb edirdi: axı şair öz sələfindən aldığı
qəzəlin hər beytinə üc elə misra əlavə etməli idi ki, həm məzmun, həm də vəzn və
qafiyəsini pozmasın, qəzəlin gözəlliyini, məna və bədii keyfıyyətini mühafızə
etməklə, yeni bir əsər, bir müxəmməs meydana qoysun. Şair yazırdı:
108
Şikəstə kaseyi-çini misalı bir sədamız yox,
Sınıq ney tək sədadan düşmüşüz, bir dəm nəvamız yox.
Səba, ol gülbədəndən nameyi-rahətfəzamız yox,
"Əsiri-qürbətiz, bir səndən özgə aşinamız yox,
Ayağın kəsmə, başınçün, bizim möhnətsəralərdən".
Qəzəlin, Füzuli eşqinin ahəngi, Seyyidin bugünkü halına elə uyğun gəlirdi ki,
gənc şair yararlı söz, uyğun kəlmələr, misralar tapmaqda çətinlik çəkmirdi. Sözlər
narın səhər mehi, gözü arınmış bulaq suyu təki incə-incə, zərif-zərif axırdı; azad bir
eşqin qarşısına çəpər çəkənlər, insan hisslərinin solmasına, boğulmasına səbəb
olanlar, Sonaları, Tərlanları, Seyyidləri nakam qoyan Qapaqlılar, Alışlar onun
nəzərində canlanırdı. "Ey Şərqin qoca Füzulisi, sondən sonra bu üç yüz il ərzində
elə bil heç nə dəyişməyib, səndən sonra da eşqlər, hisslər boğulur, səndən sonra da
Sənan tərsa
1
eşqilə boynuna zünnar
2
salıb, zahidlər simbər
3
bütlər tamaşasını
qadağan eləyirlər. Aşiqin vücudu cəfalərdən surax-suraxdır. Xudnümalər yenə də
asiqdən eşqi tərk edib, məscidə girməyi tələb edirlər". O alışıb yanırdı, yanaqları
od tutmuş, allaşmış, qələmi yarın siyah zülfü kimi qara mürəkkəbə girib çıxır, qar
kimi ağ sinəsinə bənzər Səmərqənd kağızı üzərinə misraları misra dalınca düzür,
Füzulinin səsinə üç yüz ildən sonra səs verən şair deyirdi:
Qəsəm piri-muğanə varisalər peyrəvi olmam,
Bu qovmi-xudfüruşü xudnümalər peyrəvi olmam,
Həqiqət əhliyəm, əhli-riyalər peyrəvi olmam,
"Girib məscidlərə gər müqtədalər peyrəvi olmam,
Budur vəchi ki, hər giz görmədim üz müqəddalərdən".
Minasoltan yalnız analara məxsus ahəstə addımlarla otağa girdi, mis sinidəki
zağlı çaydan və fıncanı oğlunun qarşısına qoydu və sözlü-sözlü durub baxdı, o bu
gün mütləq Seyid Əzimlə danışmaq, ürəyindəki arzularını həyata keçirmək üçün
razılığını almaq fıkrində idi. Sonra da Dağıstana, Yaqsay qazısı olan atası Molla
Hüseynə xəbər yollamalı; onu da dəvət edib xeyir işi tamamlamalı idi.
Şair anasının otağa girməsini görməkdən ziyadə hiss elədi və başını qaldırdı.
Ananın sözlü görkəmindən alındı. Deyəsən, çoxdan gözlədiyi
109
və neçə gündən bəri baş verəcəyini hiss elədiyi bugünkü söhbətdən yaxa
qurtara bilməyəcəkdi. Xəfifcə gülümsədi;
-Nədi, məmə, sözlü adama oxşayırsan?
O bəzən, uşaqlıqda olduğu kimi, anasını "məmə" adlandıranda bu, Minasoltana
xüsusi ləzzət verir, ona öz böyüklüyünü xatırladır, onu cürətləndirirdi.
-Oğul, Allahdan gizlin deyil, bəndədən nə gizlin. Qərəzim səni evləndirməkdi...
Gənc qızardı:
-Elə birdən, bu tezliklə?
-Yox, tez niyə olur... Allaha şükür boylu-buxunlu cavan olmusan, lap elə
vaxtındı...
-Nə deyim axı... Neçə gündü hamınız düşmüsüz üstümə, deyəsən, sənin
kələyindi bunlar hamısı, hə, ana? Hara gedirəm, elə hamı bir söz deyir, "evlən"...
Evlənmək bəyəm bazardan bir girvənkə ət, ya bir ərşin bez almaqdı?..
-Yox, mənim kələyim oldu olmadı, məsələyə dəxli yoxdu... Sən də görüm
razısan?
Gənc daxilindəki həyəcanları, gizli duyğuları büruzə vermək istəmədi, bir az
zarafat tərzində kimi nəzərdə tutduqlarını öyrənmək istədi:
-Yaxşı, ana, sənətim yox, sübutum yox, kimdi mənə qız verən?
Hansı yazığı bəxtəvər eləmək istəyirsən?
Ana sözdəki zarafatı başa düşəcək halda deyildi, məqsədi onu elə almışdı ki,
oğlunun şuxluq yolu ilə gələcək gəlin haqqında xəbər bilmək istədiyini duymadı;
incidi:
-Elə neyşə deyirsən; nəyin əskikdi Allaha şükür? Hamı xoşluqnan sənə qız
verer, əslin-nəslin, özün başıaşağı. Əlində yazı-pozun...
-İncimə, ana, doğrudan kimi fikrində tutmusan, axı, bilmək olmaz?..
Arvad məsələni başa düşdü, gülümsədi:
-Bıy, başıma xeyir, neyşə bilmək olmur, evlənən sən deyilsən bəyəm? Belə
Bəyimxanım xalanın qızı Ceyranı.
Seyid Əzimin qəlbi qismən sakitləşdi, o, Ceyranı ömründə görməmişdisə də,
"Fit dağından köçüb gəlmiş" və uzaq ana qohumlarından olan anasını, Bəyim
xalanı tanıyırdı. Arvad bacılığı Kiçginəxamıngilə tez-tez gələr, çox vaxt rəfıqəsi ilə
birlikdə yorğan-döşək salmaq kimi mövsümi işlərdə ona kömək elər, bəzən burda
gecələrdi də; yaşlı bir qadm olmasına baxmayaraq: oğlu yerində olan Ağadan
yaşmaqlanardı. Amma bununla belə Seyid Əzim onu görmüşdü, gözəl deyiləcək
qədər
Dostları ilə paylaş: |