104
-Yaxşı, bəs onda neynəmək istəyirsən? - şair təşvişlə dostunun dolub-boşalan
gözlərinə baxdı, yastığın kənarları artıq islanmışdı, şair cibindən yaylığını çıxardıb
Tərlanın gözlərini, yanaqlarını sildi:
-Di bəsdi, Tərlan, səni mabeynimizdəki dostluğa and verirəm, dəxi ağlama,
ürəyimi dağlayırsan...
-Allah eləməsin, elə səni xəbərdarlığa çağırtdırmışam, mən indi bir az babatam,
bir-iki günəcən güman eləyirəm ki, ayağım da yer tutsun. Anama açıb deyə
bilməzdim. Dərdindən dəli olar, sirrimi də açar. Nə eləsəm, ondan gizli
eləməliyəm. Səndən isə heç nə gizlədə, səni görməmiş, salamatlaşmamış gedə
bilməzdim...
-Hara, qardaş?
Tərlan ümidsizliklə çiyinlərini çəkdi:
-"Ayağım hara, başım da ora. Evdən Məşhəd ziyarəti adıynan çıxacam,
doğrudan da bir neçə gündü ki, yuxumda kimdisə məni çağırır, mənə belə gəlir ki,
məni Ağa özü çağırır... Onlar mənim Ağanı ziyarətə getməyimə mane ola
bilməzlər... Sənə də dedim ki, qoy dostlar, tay-tuş rəncidəxatir olmasın. Xüsusilə
İrza bəy... Onunla elə arzularımız vardı ki... Təki ona nəsib olsun...
Bu sözdə şair, dostunun əlindən tutub bir ümidlə dilləndi:
-Tərlan, əzizim, axı səninlə bizim özün deyən kimi gözəl-gözəl arzularımız var
idi, biz səninlə birlikdə bədbəxt millətimizin tərəqqisi üçün çalışacaqdıq. Axı sən
cənab İrza bəyə də söz vermişdin...
-Yox, mənim bütün əməllərim puç oldu, məndə daha o taqət qalmadı, görünür
ki, mən o igidlərdən deyiləm, mən tənə oxlarına davam gətirə bilmədim, gücsüz
çıxdım, bifər oldum...
-Elə neyşə deyirsən, indi ki, gedirsən, onda gəl bir yerdə oxumağa gedək, təhsil
alaq.
-O tüllabları ki, mən tanıyıram, mən onların oxuduğunu oxuyub gəlib Molla
Qurbanqulu ola bilməyəcəm. Ayrı cür oxumağa da atam nə yol verər, nə müavinət
elər...
Gənc şairin gözləri doldu: Tərlandakı bü təbəddülat onun nazik qəlbini həm
təəssüf, həm də acı bir kədər hissilə doldurmuşdu: "Bir bax gör nə itiririk... Yazıq
millət... Zəmanə təzə-təzə cülus etmək istəyən balalarından birini də əlindən aldı.
Rza bəyə "urus İrza" adı qoyub, məktəbini haram elan eləyənlər sevinsin, çətin
davam eləyə. Tərlan isə hələ heç bir şeyə iqdam etməmiş, millətinin cibindən
gedir".
105
Tərlan dostunun nələr düşündüyünü və nələr düşünə biləcəyini fikirləşdikcə az
qalırdı ki, dəli olsun. O indi özünü meydandan qaçan bir fərari kimi hiss edirdi.
Odur ki, ağır olsa da, söhbətə xitam verməye tələsdi; qan sağılmış gözlərinin
küskün baxışlarını Ağanın çiynindən o yana, divara dikib dedi:
-Səndən bir təvəqqəm var, Ağa!
-Buyur, Tərlan...
-Bu pulu - o, əlini döşəyinin altına uzadıb balaca bir düyünçə çıxartdı və Seyid
Əzimə uzatdı. - Bu pulu Cavada ver, qoy mənə bir dəst qalın paltar alsın, qalanını
tapşırsın Mahmud ağa karvansarasındakı dalandara. Gərəyim olanda özüm ondan
alıb götürərəm...
Seyid Əzim təəssüflə başını buladı, son vasitəyə əl atdı:
-Mənə belə g’lir ki, yaxşı iş görmürsən anan barədə, yazığı gözü yaşlı
qoyacaqsan... Bir tərəfdən də, neynək gedib gəzərsən, səyahət elərsən, dərd-qəmin
dağılar. Kişi də fikrindən dönər, sonra qayıdıb gələrsən, inşallah istəklinə də
qovuşarsan...
Şair özü də bilmədən gəncin ağrıyan yerinə toxundu...
-Onu bilmək olmaz, nə o, sözündən dönəndi, nə mən... görüş qiyamətə qaldı.
Ağa, bu ayrılıq axirət ölüm-dirim ayrılığıdı...
"Mən Sonanı uçurulan bu gölə bir də qayıtmaram, dostum, mən elə namərd
ovçu deyiləm".
Şairin ürəyi əzildi, bu vida, faciəli vida onu kövrəltdi, gözlərini yaşartdı, bir
daha Tərlana ürək-dirək vermək üçün dedi:
-Elə demə, mən də gedirəm, kim bilir, dağ dağa qovuşmaz, adam adama
qovuşar, bu Vətəndi, torpaq çəkib gətirər.
Tərlan təəccüblə soruşdu:
-Sən hara gedirsən ki, Ağa!
-Nəcəfə, təhsilə getmək istəyirəm, elə mənim üçün də çətindi... "Sənin ki,
Sonanı uçmayıb..."
-Səfərin uğurlu olsun, Ağa!
Onlar bir daha öpüşdülər, vidalaşdılar, şair durub otağı tərk etdi. Bircəxanım bir
fıncan çaya belə qonaq edə bilmədiyi seyid-peyğembər övladının bu gəlişindən çox
ümidlər gözləyir, oğlunun Ağanın səfayi-batinindən sağalacağını, qədəminin
düşərgəli olacağını düşünüb qətbi rahatlanırdı. Başı üzərində necə qorxunc
ildırımların çaxmağa hazırlaşdığından bixəbər ana, şairi qapıdan ötürəndə əyilib
əlindən öpdü.
...Qarşıda yol görünürdü... Şirvandan çıxan karvan yolu. O, dostlarımızdan
ikisini aparacaqdı; bu yolların biri müəyyən idi, gələcəyə,
106
ümidlərə doğru, təhsilə aparırdı. Bəs o biri yol qolu-qanadı qırılmış Tərlanı hara
aparıb çıxaracaqdı?
Yollar Sonanı, onun dalınca da Tərlanı apardı, elə bil Şirvan torpağında nə incə
rəqsləri ilə insanları heyran qoyan Sona, nə də onun eşqilə yanan tərlan var imiş...
Sonanı bu yollarla getməyə məcbur etdilər, onu, Vətən torpağından incə bir
gülü zorla qıran kimi qırdılar. Tərlan isə... Tərlan dostunun səsinə səs verib, öz
əməllərinə sadiq qalmadı, o təhsilə getmədi, dərvişlik yolunu seçdi, biyabanlara
düşdü... bu yollar Sona və Tərlanı zəmanənin təlatümlü, keşməkeşli ümmanından
hansı bir sahilə aparıb çıxaracaq....İndilik isə hər bir şey öz adi qaydasında davam
edir, elə bil heç kəs bu yoxluğu hiss etmirdi. Amma Bircəxanımın gözlərinin yaşı
qurumur, cavan şairin öz nakam dostundan ötrü qəlbi aram tutmurdu. Doğrudur, o,
dostuna bu yaxınlarda Şirvanı tərk edəcəyini, Nəcəfə təhsilə gedəcəyini dedi,
amma onun arzuları düşündüyü qədər də tez baş tutmadı. Bunun iki səbəbi var idi:
birinci pul! Cavan, on doqquz-iyirmi yaşlı gənc Seyid Əzim uzaq ellərdə hansı
pulla yaşayıb təhsil alacağını hələ müəyyənləşdirməmişdi. Tavana sahiblərindən
onun təhsilini kim qiymətləndirəcək, kim ona himayə əlini uzadacaqdı - bilmirdi.
Kərbəla, Nəcəf tüllablarının həyatı haqqında ziyarətdən qayıdanlar da elə sözlər
danışırdılar ki, biri deyirdi: yarıac-yarıtox Allahın kəlamını oxumaqdan canlarında
can qalmayıb. Göndərilən ianə pullarından onların qismətinə çox az şey düşür.
Arxasınca canı yanan, əl uzadanı yoxdursa, sailə dönür, dilənçi həyatı keçirir. Bir
başqası xəbər gətirirdi ki, göndərilən paralar hədər gedir, tüllablar' tiryəkə, ləvhü-
ləəbə qurşanıb, dərs, Quran yaddan çıxıb. Tüllablardan gələn məktublar da həmişə
şikayət, pul tələbi, kömək yalvarışları ilə dolu olurdu. Bütün bunlar Seyid Əzimi
hələ qəti qərar verməkdən sağındırırdı. İkinci səbəb Kiçginə xanım - Minasoltan
idi.
Tərlan əhvalatından sonra arvadın qərarı kəsilmişdi. Başı kəsilmiş toyuq kimi
özünü ora-bura çırpır, qohum-qonşuda qız gəzir, balasının ayağını evə möhkəm
bəndləmək istəyirdi. Bəlkə, Allah kərimdi, ya heç oxumağa getmədi, ya da getsə,
iraq-iraq başqa tüllablar kimi o yerlərdə küllənib qalmadı. Tez də qayıdıb gəldi
deyə düşünürdü. Ana işi elə qurmuşdu ki, bu günlərdə Seyid Əzim hara getsə,
hansı qohumuna, dostuna rast gəlsə, sohbət axırdan-axıra gəlib evlənmək məsələsi
üstünə çıxırdı. Seyid Əzim əbədi evlənməmək əhdi eləməmişdi.
Dostları ilə paylaş: |