98
Cavan, anasını arxayın elədi:
-Narahat olma, ana, Sonanın şəhərdə olduğunu bilən, duyan yoxdu.
Gecə əl-ayaq yığışandan sonra Mahmud ağanın dəyirmançısı malağan Vasil
gəlib bizdən guya dəyirmanlıq dən aparacaq, örtülü furqunda,kisələrin arasında ona
da yer eləyərik, onu da aparar.
-Hara?
-Mahmud ağanın Ağsudan o yana Ərəbcəltikçi deyilən kənddə qonağı var,
Əlyar bəy - onlara göndərir. Qonağı varlı-hallı bəy adamıdı, Sona orda qulluqçu
duracaq, Mahmud ağa bəyə kağız da yazıb.
Sonra nə lazım olsa genə elər.
Arvad azacıq arxayınlaşdı:
-Allah ağadan irazı olsun.
...O gecə Sona, Seyid Əzimin pənah evini tərk edəndə Minasoltanın qalın şalına
bürünmüşdü. Şair evindən iki qəzəllə bir solmuş gül, ana nəvazişindən isə ömründə
ilk dəfə gördüyü riyasız, səmimi bir pay da aparırdı:
-Get, bala, Allah amanında olasan, başuvu aşağı sal, işində-gücündə ol, Allah
da sənə kömək olar, - deyə Minasoltan Sonanın ayaqlarının üstünü yorğança ilə
örtdü.
Vasili tələsirdi; o öz səmişinini gecə ikən şəhərdən çıxartmalı, gün doğana
qorxulu Ağsu dolayından aşıb keçməli idi.
...Günortaya xeyli qalmışdı. Minasoltan xörək bişirməyə hazırlıq görür,
oğlunun qəssabdan qayıdıb, ət gətirməsini gözləyirdi. Qapmın çaxçaxı səslənəndə
o Seyid Əzimin gəldiyini düşünüb darvazaya doğ-ru tələsdi. Amma gələn oğlu
deyildi, bu Qapaqlı Hacı Əsedin arvadı Bircəxanım idi, arvad melul-müşkül içəri
girəncfe, qapaqlı ailesindəki hadisələrdən xəbərdar olan Minasoltan əl-ayağa
düşdü.
-
Xoş gəlmisən, ay Bircə bacı, səfa gətmisən, keç, keç içəri ağa Tərlan nə
təhərdi, eşitdim bir az kefsizdi?
Bircəxanım çadrasını çiyinlərinə salıb Minasoltanın ardınca içəri girdi:
-Sağ ol, Minasoltan, Allah balanı saxlasın, elə bir az nasazdı, indi, Allahın
köməkliyinən babatlaşır...
-Allah eləsin, Allah eləsin... Hacı necədi?
Bircəxanımın gözləri doldu, yanaqları, buxağı titrədi, çadrasını alıb bükmək
istəyən ev sahibəsinə mane oldu:
-Zəhmet çəkmə, Minasoltan, uşaq evdə təkdi, tez qayıdasıyam,Hacıya nə
olacaq, yaxşıdı, başıma gələnləri eşitmiş olarsan...
99
-Eşitmişəm, neynəmək olar, atadı...
-Elə atanı Allah özü haqqına çatdırsın... Uşağımı bir kökə salıb ki... Başına
dönüm, ay Minasoltan, dərdimi götürüb sənin üstünə gəlmişəm, deyirəm böyük
Ağanın canamazını ver, aparım uşağımın başına salım, bir az rürbət vermişem.
Qorxub deyirəm bəlkə... Ağanın cəddinə qurban olum, ruhuna yasin oxutdurram,
balamı nəzirli elərəm, qapından şəfa istəyirəm balama, Minasoltan, atasından
inciyib, balama iraq-iraq, qarğış eləməyin!..
Minasoltan diksindi, rəncidəxatir oldu:
-Nə danışırsan, Bircə bacı, ayıb deyil? Ağa Tərlan kimi cavana kimin dili gələr
qarğış eləyə? Dilin Allah qurudar. Ona dəyən dəyib.Bircəxanım gözlərini dizinə
dikib dilləndi:
-Düzdür, balama dəyən deyib, bəlası güclü gəlib, özü də düşmən əliynən
dəyməyib, belindən gəldiyi atasının əlindən, əli qurumuşun...
Allah mənim naləmi yerdə qoymaya gərək. Bu bir ayda, Allah şahiddi ki, mən
nə çəkmişəm, balam nə çəkib?.. Nə yeyir, nə içir, gücnən bir tikə dadızdırıram.
Deyir: "Ana, dayı mən tay-tuş içinə necə çıxaram"- gözünün yaşını leysan kimi
tökür. Neçə vaxtdı heç nə demirdi, indi dünən kişi ölmüş gedib Şəkiyə, xam ipəyə,
karvan üstüynən... Deyəsən, elə özü də dərdin dağıtmağa çıxıb, yoxsa sarvan
Kərbəlayı Vəliyə gördürürdü qırağkı alverini. Bu səhər atasının getdiyini eşidən
kimi dedi: "Ana, sənə qurban olum, get Ağagilə, deyinən bir zəhmət çəkib bizə
gəlsin, ona sözüm var". Əvvəl istəmədim gələm, dedim: "Ay bala,o soz-sovdan
sonra Ağa bizə ayaq qoymaz, üzüm də gəlməz, necə gedim? Sonra atan bilər,
qayıdandan sonra, iraq-iraq Ağaya tərk-ədəb söz-zad deyər, cəddi bizə qənim olar".
Çox yalvardı, Minasoltan, sənə qurban olum, neynim, balamdı! Bala adamı, sizdən
irağ yerdə, düşmən qapısına da aparar... Qorxuram balam xəft-damağ ola...
Bircəxanım danışdıqca onun sözlərindəki şübhələr Minasoltanın da qəlbini
gəmirirdi. Lakin o ana idi, həm də Seyid Əzim anası! Məgər o, dərddən boğulan
başqa bir anaya yox deyə bilərdimi? Sonra oğlunun üzünə necə baxardı. "Allah,
sən saxla xata-baladan! Görəsən, razı olum? Görəsən, özü nə deyər? Gedər! Heç
bir söz deməz - gedər".
Bircəxanımın intizarlı sükutu ananı dilləndirdi:
-Ağa evdə yoxdu, qəssaba gedib! İndi gələr, deyərik, mən bilən o,dostunu darda
qoymaz. Qoy hələ bir durum kişinin canamazını gətirim.
Bu sözlərlə Minasoltan narahatlığım büruzə verməmək üçün yerindən qalxdı,
qonşu otağa keçdi, ərinin köhnə canamazını taxçadan alıb
100
qonağın yanına qayıtdı; titrək əllərini uzadıb canamazı əlinə alan Bircəxanım,
seyid canamazını dərin bir etiqad və ümidlə öpdü, gözlərinə, alnına sürtdü, qatlayıb
bağrına basdı:
-Cəddinə qurban olum, qəbrin nurnan dolsun, Ağa! Allah sənin balanı cənab
peyğəmbər yanında üzü ağ eləsin. Səndən balama şəfa istəyirəm...
Analar çox gözləməli olmadılar. Şair içəri girən kimi Bircəxanım oğlunun
yaşıdı olsa da, Ağadan yaşmaqlanıb, cəld ayağa qalxdı. Qadının tez yaşınmasına
baxmayaraq, Seyid Əzim onu tanıdı. Bu, Tərlanın anası idi. Gənc şairin ürəyi
qırıldı, təzəcə açılan üzünü bulud aldı, ona elə gəldi ki, Tərlanın taleyində o da
nədəsə müqəssirdir. Bu fikir neçə vaxtdan bəri şairə rahatlıq vermirdi. Amma dostu
haqqında Mahmud ağa ilə Cavaddan başqa heç kəslə danışa, xəbər-ətər tuta, yanına
gedib əhval soruşa bilmirdi. Qapaqlı onun kölgəsini də qılınclayırdı. Şair, Hacının
bütün hiylələrindən xəbərdar idi. Dostları, xüsusilə Cin Cavad ona bir çox şeyi
demiş, xəbərdar eləmişdi. Hacı Əsəd nədənsə, oğlunun işlərinin açılmamasına soy
edir, Tərlanı soruşana "azarlayıb" deyir, döydüyünü, yaraladığını bildirməməyə
çalışırdı. Tərlanı küçədə-bazarda görən olmamışdı. O mənhus gündən bəri, heç kəs
onunla alağa-salağa saxlaya bilməmişdi. Qapaqlının evi qapaqlı qazan kimi
bağlanmışdı, quş quşluğuynan hasardan içəri səka bilmirdi. İndi Bircəxanımı öz
evlərində görməsi Seyid Əzimi çox təəccübləndirdi və təşvişə saldı. Dərhal
"görəsən, Tərlanın başında nə iş var?" - deyə dostunu düşündü.
-Xoş gəlmisən, Bircə xala, ağa Tərlan nə təhərdi?
-Xoş günün olsun, Ağa, babatdı... - qadın naməhrəmlə danışdığını unudub
dilləndi və utandığından səsini kəsdi.
Ana dəsmala bükülü əti oğlundan alıb, məsələni anlatmağa başladı:
-Başına dolanım, Bircə bacını ağa Tərlan özü yollayıb ismarışdayıb, səni
istəyir...
Şair tərəddüd içində duruxdu:
-Bəs...
Hər iki ana məsələni anladı; Ağa, Hacının bu işə necə baxacağını fıkirləşirdi, o
razı olardımı ki, şair, Tərlanla görüşsün? Tərlanın anası tələsik dedi:
-Qurbanın olum, Ağa, kişi kəsmiş. şəhərdə yoxdu, Şəkiyə gedib...
Seyid Əzim məsələni anladı, onun dostu ilə görüşü gizli təşkil olunurdu.
Bircəxanım sözünə davam elədi:
Dostları ilə paylaş: |