Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə36/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   32   33   34   35   36   37   38   39   ...   153

                                                                                                                                                  

94 


 

Mütrüf  öyü"...  mən  bu  sözlərin  mənasını  sonra  bildim.  Sən  demə,  bu  yer 

Qəriblər məhəlləsi, bu ev də Şamaxı çəngilərinin başçısı Mütrüf Ədilin evi imiş... 

Bu məhəllə dəhşət imiş... Oğru-əyri, yol azan, yurdundan təzən bura sığınırmış. 

Bundan sonrakı hadisələri Sona artıq danışa bilmədi, yalnız eşidib -bildiklərini 

xəyalında canlandırmaqla kifayətləndi. 

...Qaş  qaralanda,  fəzanın  qaralmağa  başlayan  dərinliklərində  tək-bir  ulduzlar 

parlayanda evlərin əvvəlcə bozaran, getdikcə qaralan pəncərələrində də ölgün çıraq 

işıqları  görünməyə  başlardı.  Şəhərin  ucqar  guşəsində  Qəriblər  məhəlləsinin  lap 

qurtaracağındakı  birmərtəbəli  alçaq  daxmalarda  hələ  işıq  görünməzdi,  çiy 

kərpicdən  hörülmüş,  üstünə  samanlı  xam  suvaq  çəkilmiş  bu  daxmaların  önündən 

ötən  nadir  yolçulara  avara  itlər  arabir  hürərdilər.  Cuma  məscidi,  Sarıtorpaq, 

İmamlı, Qalabazar məscidlərinin minarəsində avazla azan verən müəzzinlərin səsi 

bu  məhəllələrə  gəlib  çatmazdı.  Buranın  möminləri  namazı  göyün  səyyarələri  ilə

müəyyənləşdirib qılardılar. Sübhü bəzən - "Karvan-qıran"la qarışıq saldıqları "Dan 

ulduzu",  günortanı  günəşin  göydəki  yerinə,  şam  və  xüftəni  də  ulduzlara  görə

müəyyənləşdirirdilər. Bu məhəllələrdə molla da tapılmazdı. Şəhərin bütün füqərası, 

gəlmələri  bu  məhəllələrdə  sakin  olurdu.  Bir  çox  hallarda  divandan  gizlənən, 

dustaqdan  qaçan,  hökumətdən  yayınan  günahlı-günahsız  müqəssirlər,  qaçaqlar, 

bəzən oğru-əyri də bu məhəllələrə pənah gətirirdi. 

Şəhər varlıları, əsnaf, tüccar buralarda görünməzdi. 

Mütrüf  Ədilin  evi  də  bu  məhəllədə  yerləşirdi.  Bu  ev  ətrafdakı  başqa 

daxmalardan  seçilirdi.  Onun  geniş  zala  bənzər  otaqları,  babət  eyvanı,  həyətində

kiçik meyvə bağı və güllüyü, palçıqdan olsa da uca hasarı var idi. Hamı bilirdi ki, 

Mütrüf  Ədilin  az-çox  varı  var.  İstəsə,  şəhərin  babət  imarətlərindən  birini  almağa 

gücü  də  çatar.  Amma  kimdir  ona  ev,  mülk  satan?  Kim  ona  öz  məhəlləsində  yer 

verər? 

Mütrüf  Ədilin  anası  dul  Gülzaman  vaxtı  ilə  arvad  toylarında  xanəndə  olub. 



Ağzı ilə oyun havaları çalar, dəflə bu havalara ahəng tutar və kasıb-kusub toylarını

yola verərdi. O vaxtlar Gülzaman cavan idi, var-yoxu yeddi-səkkiz yaşlı oğlu Ədili 

özü  ilə  toylara  aparardı.  Uşaq  həyətdə  ocaq  qalatdırıb  anasının  qoyun  qarnı

çəkilmiş və tez-tez boşalan dəfıni bu ocaqda qızdırar, şabaş yığar, dövran toplardı. 

Uşaq,  anasının  zümzümə  etdiyi  bütün havaları  əzbər  bildiyi  kimi,  toyda  oynayan 

qız-gəlinlərdən gözəl rəqslər öyrənmişdi. 

 

 



                                                                                                                                                  

95 


 

Ədil  nazik,  vücudlu,  gözəl  bir  uşaq  idi.  Anası  onu  nəzirli  etdiyindən  on  iki 

yaşınacan  başını  qırxdırmadı.  Qıvrım  saçları  uzanıb  Ədilə  incə,  nazlı  bir  qız 

görkəmi  verdi.  O  tez-tez  evdə  qız-gəlinlərin  təqlidini  çıxarıb  rəqs  edərdi  və  bu 

zaman  anasının  tumanını  əyninə  geyib,  kəlağayısını  başına  bağlardı.  Bu  oyun 

qadınları  əyləndirdiyindən  Gülzaman  arvad  şimikdi,  oğluna  "Fatma  xanım  xoş

amədi", "Ay dağı-dağı şeydalı", "Dəyirmançı qoca" oyunlarını öyrətdi. İndi artıq o, 

toyları  oğlunun  köməyilə  aparırdı.  Onlar  toy  yerinə  gedəndə  Ədilin  geyinməsi 

üçün  paltarları  da  dəflə  birlikdə  boğçaya  bağlayıb  aparırdılar.  Oğlanın  çıxartdığı

məzəli  oyunlar  toya  yığılanları  çox  əyləndirir,  onlara  ləzzət  verir,  uğununca 

güldürürdü. 

Sərpayı ucadan deyirdi: 

- Ay uşaq, şırıqqa vurun! 

Ədil də öz məzəli qız geyimində ortaya gəlib gah əri tərəfindən məhəbbəti rədd 

edilmiş zəhəndə arvadı, gah toy adamlarını bəyənməyən məğrur bir xanımı, gah da 

cavan dənçi qıza vurulmuş həprik qoca dəyirmançını yamsılayır və bu zaman elə

çəm-xəm edirdi ki, Gülzaman nanay vurmaqdan yorulmurdu. Arvadlar heyrətlənib 

deyirdilər:  

- Zalım qızı, bir toy adam ağzıynan oynadır, yoruldum demir, elə bil çənəsini 

dəmirçi Səfi döyüb. 

Ədilin sorağı kişilərin qulağına da çatdı. Özbaşına meydana çıxan bu "mütrüf' 

Şamaxı keyifbazlarını maraqlandırdı. Mütrüf ləqəbi Ədilin üstünə yapışdığı kimi, 

özü də sinnə dolub, qadın məclislərindən uzaqlaşdı. İndi heç bir qeyrətli kişi həddi-

buluğa çatmış cavanın arvad toyuna iştirakına razı ola bilməzdi. 

Anası  Gülzamanın  vəfatından  sonra  Mütrüf  Ədil,  əlindən  başqa  heç  bir  iş

gəlmədiyindən toylarda çalan bir xanəndə dəstəsinə qoşuldu, rəqs etməyə qurşandı. 

İndi o artıq kişilər məclisində arvad paltarı geyib rəqs edir, bununla da dolanırdı. 

Ətrafında mütrüfə qız verəcək əskik adam olmadığından Ədil tək yaşayırdı. 

Beləliklə,  Ədilin  yaşı  qırxı  ötdü.  İndi  o,  saqqallı-bığlı  kişi  idi.  Özü  rəqsi  tərk 

etsə  də  sazandalar  dəstəsi  üçün  təzə  rəqqasələr  tədarük  edir,  onlara  rəqs  etmək 

qaydalarını  öyrədirdi.  Bunlar  əsasən  yaxın  və  uzaq  kəndlərdən  tapılıb  gətirilən 

sahibsiz  balalar  idi.  Ədil  onların  adlarını  dəyişir,  geyimini  düzəldir,  rəqs  təlimi 

verirdi Şamaxı çəngilərinin dəstəsi nəinki şəhərin özündə, qonşu kəndlərdə, hətta, 

Bakı,  Şəki,  Gəncə,  Qarabağ  və  bu  kimi  böyük  şəhərlərdə  belə  tanınır,  dövlətli 

toylarına dəvət olunurdu. Ədil daima dəstənin yaşını nəzərdə saxlayar, buraya 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə