Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə106/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   102   103   104   105   106   107   108   109   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

322

 

Heç  şübhəsiz ki, zaman anlayışını ifadə edən II növ təyini 



söz birləşmələri leksik-semantik baxımdan qruplaşdırılarkən bir-

ləşmə daxilində sintaktik zamanı reallaşdıran sözlərin rolu, daha 

doğrusu, semantik yükü nəzərə alınmalıdır. Məsələn, “dün uyxu-

su” (gecə yuxusu) birləşməsində sintaktik zaman mənası daha çox 

birinci tərəfdəki “dün” sözünə görə reallaşırsa, “sağış güni” birləş-

məsində ikinci tərəfdəki “gün”  sözünə görə yaranır. Yaxud “ekin-

dü vəqti” (günorta üstü) birləşməsində hər iki tərəf sintaktik zama-

nı reallaşdıran vasitələr kimi çıxış edir. Bu mənada “Kitab”ın di-

lində zaman anlayışını ifadə edən II növ təyini söz birləşmələrini 

aşağıdakı kimi qruplaşdırmaq olar: 

– hər iki tərəfi zaman məzmunlu sözlərdən ibarət olanlar: 

ekindü vəqti  (günorta üstü). “Mərə qocalar, ekindü vəqti 

munı maηa çevirəsiz, yiyəm” (D-226); 



ayna güni (cümə günü). Qeyd etdiyimiz kimi, bu birləşmə  

“Kitab”ın  dilində müstəqil şəkildə yox, feli bağlama tərkibinin bi-

rinci tərəfi kimi işlənib: ayna güni oqıyanda (Ayna güni oqıyanda 

qütbə görkli). 

− birinci tərəfi zaman məzmunlu isimlərlə ifadə olunanlar: 

dün burcığı  (gecə yarısı). “...dün burcığında Qazan bəgiη 

ordısına gəldi” (D-38); 



dün uyxusı (gecə yuxusu). “Dün uyxusından kafər otağa qo-

yuldı” (D-90). Bu cümlədəki “dün uyxusı” birləşməsi “gecə yu-

xusu vaxtı” mənasındadır. 

− ikinci tərəfi zaman məzmunlu sözlərlə ifadə olunanlar: 



Rəsul  əleyhissəlam zəmanı (Məhəmməd peyğəmbərin za-

manı). “Rəsul əleyhissəlam zəmanına yaqın Bayat  boyından, Qor-

qut ata diyərlər, bir ər qopdı” (D-2). Bu birləşmə formasına görə II 

növ təyini söz birləşməsi modelində olsa da, semantikasına görə 

III növ təyini söz birləşməsi funksiyasındadır.“Rəsul əleyhissəlam 

zəmanı” birləşməsi ayrılıqda deyil, “zaman etibarilə uzaq olma-

yan” (yuxarıda verilmiş cümlədəki “yaqın” sözü nəzərdə tutulur) 

anlamlı “yaqın” (yaxın) sözü ilə birlikdə zaman zərfliyi vəzifəsin-

dədir; 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

323

 

Oğuz zəmanı (Oğuz zamanı). “Oğuz zəmanında bir yıgıt ki, 

evlənsə, ox atardı” (D-89); “Oğuz zəmanında Qanlı qoca, derlərdi, 

bir gürbiz ər vardı” (D-170). Bu birləşmə “Kitab”ın dilində intren-

sivliyi ilə fərqlənir; 

sağış güni (sayılan gün). “Sağış günində ayna görkli” (D-6). 

Qeyd etdiyimiz kimi, “sağış güni” II növ təyini söz  birləşməsi 

modelində olan frazeoloji vahiddir. Bu birləşmənin  birinci tərə-

fində işlənən “sağış” sözünü tarixi-linqvistik müstəvidə araşdırmış 

E.Əkbərova yazır: “Qədim türk yazılı abidələrində “hesab, miq-

dar” mənalarında qeydə alınmış “sağış” sözü XVII əsrə  qədər 

Azərbaycan yazılı ədəbi dil nümunələrində işlənmiş, bundan sonra 

isə ərəb mənşəli qiyamət, məhşər sözləri ilə əvəzlənmişdir. Lakin 

bu leksem təkcə Azərbaycan dilində deyil, oğuz qrupunun digər 

dillərində də öz işlənmə normativliyini itirmişdir. Sağış ismi aşa-

ğıdakı yolla formalaşmışdır:sa–“saymaq,hesablamaq” >say>sağış. 

Buradakı  ğ-y uyğunluğu türk dillərində  məlum fonetik faktdır: 

bögür (türk) – böyür (Azərb.), tay (qazax) – dağ (Azərb.) və s.”

1



Müxtəlif mənbələrə istinadən söylənmiş bu fikirləri elmi və 

inandırıcı hesab etmək olar



savaş güni (döyüş günü). “Alp yigitlər savaş güni qırımın-

dan qayurırdı? – dedilər” (D-184). Bu tip nümunələr onu deməyə 

əsas verir ki, “Kitab”dakı  qəhrəmanlıq semantikası  həm də sin-

taktik zaman kontekstində obrazlı şəkildə canlandırılıb. 

Təqdim etdiyimiz birləşmələr sistemində indiki zaman mə-

nasını ifadə edən birləşmələrə təsadüf olunmur. Digər birləşmələr-

dəki zaman semantikası isə rəngarəngliyi ilə diqqəti cəlb edir: bir 

qismi ümumi zaman mənasını ifadə edir (ayna güni, sağış güni); 

bir qismi gələcək zaman məqamını ifadə edən birləşmə kimi çıxış 

edir (“ekindü vəqti”. Bu birləşmənin daxil olduğu cümlədəki “yi-

yəm” (yeyəm) xəbərinə görə); əksəriyyəti isə keçmiş zaman sfera-

sı ilə  zəncirvari olaraq bağlanan birləşmələr kimi görünür (dün 

                                                            

1

 E.Ələkbərova. “Kitabi-Dədə Qorqud” Oğuz dilləri kontekstində. NDA, Bakı, 



2006, səh.14-15. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

324

 

burcığı, dün uyxusı, Oğuz zəmanı...). Sonuncunun üstün mövqedə 



çıxış etməsi, heç şübhəsiz ki, “Dastan” poetikası ilə bağlıdır. 

Bu bölmənin yekunu olaraq onu da vurğulayaq ki, zaman an-

layışının II növ təyini söz birləşmələri ilə ifadəsi müasir dilimiz 

üçün də səciyyəvidir. Müasir dilimizdəki səhər çağı, cümə axşamı, 

günorta üstü, gecə yarısı, yaz vaxtı və s. kimi çoxsaylı  birləşmələ-

rin birbaşa “Kitab”ın dili ilə  səsləşməsi də dediklərimizi arqu-

mentləşdirir. 

 

Zaman anlayışının III növ təyini 



 söz birləşmələri ilə ifadəsi 

 

“Kitab”ın dilində idarə-uzlaşma  əlaqəsi ilə qurulan III növ 



təyini söz birləşmələrinin müxtəlif tiplərinə rast gəlinir. Bu sistem-

də tərəfləri isim, sifət, say və s. kimi nitq hissələri ilə ifadə olun-

muş Bayındır xanıη yigitləri, Banıçiçəgiη dadısı, namərdləriη yi-

girmisi, səniη oğlıη kimi çoxsaylı birləşmələr üstün mövqedə çıxış 

edir. Amma tərəfləri və tərəflərindən biri zaman məzmunlu  söz-

lərdən ibarət III növ təyini söz birləşmələrinə çox az təsadüf olu-

nur. Həmin tip vahidlərin ümumi mənzərəsi aşağıdakı kimidir: 

− bir sıra frazeoloji vahidlər III növ təyini söz birləşməsi 

modelindədir: 

qiyamətin bir güni. “Qiyamətin bir güni  oldı” (D-152);  

günlərdə bir gün (günlərin bir günü). “Günlərdə  bir gün 

Yegnək oturub bəglər ilə söhbət edərkən Qaragünə oğlı Budağilə 

uz düşmədi” (D-204).  

− hər iki tərəfi cəmdə işlənmiş isimlərlə ifadə olunanlar (belə 

birləşmələrə “Kitab”ın  dilində az təsadüf olunur): kafərlərin ağır 

günləriydi. “Məgər ol gün kafərləriη  ağır günləriydi” (D-95). Bu 

birləşmənin bir sıra səciyyəvi cəhətləri müşahidə olunur: tərəfləri 

arasına daxil olan “ağır” təyini ikinci tərəfə aiddir; -di (idi) hissə-

ciyini qəbul etdiyi üçün birbaşa keçmiş zaman mənasını ifadə 

edən birləşmə kimi çıxış edir; cümlənin mürəkkəb ismi xəbəri 

vəzifəsindədir;  



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə