Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə119/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   115   116   117   118   119   120   121   122   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

361

 

“Kitab”dakı yazılış şəkilləri və müasir Azərbaycan  



ədəbi dilində lüğəvi şəraitdə tələffüz 

 

 “Kitab”dakı bir sıra yazılış şəkilləri müasir ədəbi dilimizdə-

ki tələffüz formaları ilə  səsləşir ki, bu da, əsasən, aşağıdakıları 

əhatə edir: 

− müasir ədəbi dilimizdə “d” səsi çoxhecalı sözlərin sonunda 

karlaşaraq (“t” çalarlığında) tələffüz edilir. Bu, “Kitab”dakı bir 

sıra sözlərin yazılışında özünü göstərir: 



dört. “Dili-damağı qurıyıb dört yanına baqdıηmı?”; “Oğuzda 

dört yigit niqabla gəzərdi...”. Əlavə edək ki, bu söz “Kitab”da həm 

də “dörd”  şəklində yazıya alınıb: “Qarılar dörd dürlidü...”.  Bu isə 

müasir ədəbi dilimizdəki yazılış şəklinə uyğundur; 



polat. “Qara polat uz qılıclar çalındı, yılmağı düşdi”. Bu sö-

zün “Kitab”da “polad” şəklində yazılışına    da  rast  gəlinir: “Aruz 

qara polad uz qılıcın tartub Beyrəgiη sağ oyluğın çaldı, qara qana 

bulaşdı”; 



qanat. “Gördi kim, pəri qızları qanat qanada bağlamışlar, 

uçarlar”, Bu sözün “Kitab”da “qanad şəklində yazılışı da müşa-

hidə olunur: “Qanadlarıη ucları qırılmasun!”; 

ögüt. “Qız anadan görməyincə ögüt almaz”; 

yigit. “Yigit barmağın ısırdı, aydır...”; 

keçit.  “Qara ölüm gəldigində keçit versün!”... 

− müasir Azərbaycan  ədəbi dilində söz ortasında qoşa işlə-

nən “t”-dən ikincisi cingiltiləşərək (“d” çalarlığında) deyilir: 

əlbəttə-əlbətdə, hətta-hətda... Bu sözlərdən birincisi “Kitab”da 

məhz “əlbətdə”  şəklində yazılıb: “Əlbətdə  və  əlbətdə Qazan bəg 

maηa yetişsün, -dedi”; “Əlbətdə, tayım Uruz maηa gəlsüη - dedi”; 

− müasir Azərbaycan  ədəbi dilində ”z” samiti çoxhecalı 

sözlərin sonunda karlaşaraq (“s” çalarlığında) tələffüz edilir. 

“Kitab”dakı bir sıra sözlər də məhz həmin formada yazılıb: 

atlas. “Atlasda yapılanda gög sayvanlu”. Burada bir cəhəti 

də qeyd etmək lazım gəlir ki, “atlaz” sözü ərəb mənşəli “ətləs” 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

362

 

(üzü hamar, parlaq ipək parça növü) sözünün fonetik dəyişikliyə 



uğramış formasıdır; 

almas.  “Buynızı almas cida kibi Qanturalının üzərinə sür-

di”... 


 

 

“Kitab”dakı yazılış şəkilləri və müasir Azərbaycan  

ədəbi dilində morfoloji şəraitdə tələffüz 

 

 Burada bir neçə məqama ayrılıqda nəzər salaq: 

− müasir Azərbaycan  ədəbi dilində ”q” səsi çoxhecalı türk 

mənşəli sözlərin sonunda karlaşaraq (“x” çalarlığında) deyilir. Bu 

cəhət “Kitab”ın dilində morfoloji şəraitdə  tələffüz formasına uy-

ğun yazılmış “otaxlarıη” sözündə özünü göstərir: “Qara yeriη üzə-

rinə otaxların tikdirmişdi”. Bu sözü H.Araslı “otaqları”, M.Ergin 

və S.Əlizadə isə “otaxlarıη” şəklində oxuyub. Drezden nüsxəsin-

dəki yazılış şəkli M.Ergin və S.Əlizadənin haqlı olduğunu göstə-

rir. Belə ki, həmin sözün kök morfeminin sonunda məhz “ خ” (xa) 

hərfi yazılıb (D-122

10);  


Başqa fakta diqqət yetirək: müasir ədəbi 

dilimizdə yazılışı “yırtıq”, deyilişi isə “yıxtıx” olan söz “Kitab”da 

“yırtıxlu”  şəklindədir ki, bu da bütün parametrlərinə görə  ədəbi 

tələffüzün transkripsiyası kimi çıxış edir: “Yedi biη qaftanınıη 

ardı  yırtıxlu, yarımından qara saçlu...” (D-38). Deməli, 

“Kitab”dakı “yırtıx” (lu) yazılış  şəkli ilə müasir ədəbi tələffüzü-

müzdəki “yırtıx” forması eyni xətdə birləşir. 

− Ə.Dəmirçizadə xüsusi olaraq vurğulayır ki, “II şəxsin təki 

və cəmini bildirən nisbət şəkilçilərindəki “n” samiti sağır “η” ça-

larlığında tələffüz olunmalıdır: sənin atan-ataη, atanız-ataηız, 

əliniz-əliηiz...”

1

  (əslində, bu cür də yazılmalıdır. Daha doğrusu



“η” samitinin 1940-cı ilə qədərki yazılış şəkli bərpa olunmalıdır). 

Bu fikirlər A.Axundov tərəfindən də müdafiə olunur: “...Ədəbi tə-

ləffüzdə hətta “sənin üzəyinin” ifadəsi dilarxası “η” samiti olma-

                                                            

1

 Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Bakı, 1972, səh.240. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

363

 

dan tələffüz edildikdə ciddi məna dolaşıqlığına, tələffüz nöqsanına 



səbəb olur və faktik olaraq, “η” samiti olmadan işlənmir...”

1

. Qeyd 



edək ki, “Kitab”da II şəxsin təki və cəmini ifadə edən mənsubiy-

yət şəkilçisi məhz velyar “η” ilə işlənib: babaη. “Ağ saqallu babaη 

adı nədir?”; oğluηız. “Ala gözlü oğluηızı görüncə”... Burada “Ki-

tab”ın dili üçün səciyyəvi olan velyar “η”-nın digər işlənmə  mə-

qamlarını da təqdim etmək lazım gəlir: söz ortasında  velyar “η”: 

bəηzər. “Güz almasına bəηzər al yaηaqlım!”; söz sonunda velyar 

“η”: taη. “Salqum-salqum taη yelləri  əsdigində”; yiyəlik hal şəkil-

çisi daxilində velyar “η”: səniη. “Güni gəldi, ağ meydanda səgir-

dərin səniη içün!”; yönlük hal şəkilçisindən  əvvəl velyar “η”-nın  

işlənməsi: maηa. “Bilməzsəm, maηa zindan olsun!”; şəxs sonluq-

ları daxilində velyar “η”: gətüriη. “Mərə Beyrəgin yayı vardır gə-

türiη”; yegüηiz-içüηiz... “Siz yegüηüz-içüηiz söhbətiηüz tağırma-

ηiz...” Velyar “η” ilə bağlı təqdim etdiyimiz bu detalların hər biri 

Azərbaycan dilinin qərb şivələrində eynilə mühafizə olunur; 

− “Kitab”da “-a

2

” gələcək zaman forması və “-an



2

feli sifət 

şəkilçisindən  əvvəl inkar şəkilçisinin -mı, -mi formasında yazıl-

ması müşahidə olunur: ulatmıyan, molatmıyan. “Hay, nə oturarsaη 

itüηi ulatmıyan, çətügiηi molatmıyan!”; yemiyən. “At yemiyən acı 

otlar [bitincə] bitməsə, yeg”; vermiyələr. “...bən ölib sən qalıcaq 

tacım-taxtım saηa vermiyələr...” (Zeynalov – Əlizadə  nəşrindən 

götürdüyümüz bu nümunələrdəki inkar şəkilçisini O.Ş.Gökyay  və 

M.Ergin -ma, -me formasında transkripsiya edib: ulatmayan, mav-

latmayan, yemeyen, vermeyeler. Drezden nüsxəsindəki yazılış şə-

killəri isə Zeynalov-Əlizadə nəşrindəki transkripsiyanın daha real 

olduğunu söyləməyə imkan verir). “Kitab”dakı yazılış  şəkilləri 

müasir ədəbi dilimizdə eynilə tələffüz olunur: ulatmıyan, yemiyən, 

vermiyələr...; 

− müasir ədəbi dilimizdə -sınız

4

 şəxs şəkilçisi -sız



4

 şəklində 

tələffüz edilir: bilirsiniz-bilirsiz; deyirsiniz-deyirsiz.... “Kitab”da 

da məhz bu tələffüz formasına uyğun yazılış  şəkilləri müşahidə 

                                                            

1

 A.Axundov. Azərbaycan dilinin fonemlər sistemi. Bakı, 1973, səh. 256. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə