“Dədə Qorqud”un möcüzələr dünyası
111
Əzrayıl: V boyda müşahidə olunur; qeyri-real antropo-
nimdir; ölüm mələyinin adı kimi səciyyələndirilir.
Fatimə: yuxarıda “Ayişə” adı ilə bağlı təqdim etdiyimiz
cümlələrdə “Fatimə” də işlənmişdir; bu isə o deməkdir ki, Ayişə
ilə Fatimə “Kitab”da eyni obrazı, eyni varlığı qüvvətləndirən adlar
kimi çıxış edir; ərəb mənşəli, süddən kəsilmiş, döşdən ayrılmış
anlamlı “Fatimə” (Məhəmməd peyğəmbərin qızı, imam Əlinin
arvadı da bu adı daşımışdır) müasir antroponimikamız üçün də
səciyyəvidir.
Həsən: “müqəddimə”də (Həsənlə Hüseyn iki qardaş bilə -
görkli) və II boyda (Həsən ilə Hüseynin həsrəti su... Şah Həsənlə
Hüseynin beşigi agac!) işlənmişdir; sonuncu nümunələrdə ərəb
mənşəli gözəl, qəşəng anlamlı Həsən antroponiminin işlənməsi
təsadüfi deyil. Belə ki, Həsən imam Əlinin oğullarından birinin
adıdır.
Hüseyn: “müqəddimə” və II boyda “Həsən” adı ilə birlikdə
işlənmişdir; ərəb mənşəli olub, gözəl mənasındadır; Həsən və
Hüseyn adları müasir Azərbaycan antroponimikasında da intensiv-
liyi ilə fərqlənir
Məhəmməd: “Kitab”da daha çox müşahidə olunan dini
adlardan biri və birincisidir; sonuncu peyğəmbər və islam dininin
banisi Məhəmmədin adı “Kitab”da belə təqdim olunur: Din sərvə-
ri Məhəmməd, Adı görklü Məhəmməd, Adı görklü Məhəmməd
Mustafa, Məhəmməd Mustafa; ərəb mənşəli Məhəmməd adı tərif-
lənən, hamının tərif etdiyi, şərəfli mənasındadır; türk və şərq xalq-
ları antroponimikası baxımından səciyyəvidir.
Museyi-Kəlim: II boyda təsadüf olunur (Museyi-Kəlimin
əsası ağac!); Musa adı yəhudi mənşəli Moiseyin ərəb dilinə
uyğunlaşdırılmış variantı hesab olunur; məna yükü belə səciyyə-
ləndirilir: Musa – suya batmaqdan xilas olmuş uşaq; möcüzəçi;
Kəlim – müsahib, söhbət edən...
Osman Üffan oğlu: “müqəddimə”də işlənib (Alimlər sərvəri
Osman Üffan oğlı görkli); antroponimik modeldəki “osman” adı
ərəb mənşəli olub, ağırtərpənən, astagəl mənasındadır, həm də ata
“Dədə Qorqud”un möcüzələr dünyası
112
adı kimi çıxış edir; oğul adı kimi işlənmiş “Üffan” da ərəb mənşəli
apelyativ əsasında yaranıb, comərd, saxəvatli kimi mənaları ifadə
edir.
Pəri: VIII boyda işlənib; fars mənşəli “Pəri” gözəl bir qadın
surətində sehrbaz və cadugər, məcazi mənada isə çox gözəl qadın
və ya qız mənasında izah olunur; “Kitab”da “Pəri qızı” şəklində
verilir (Pəri qızınıŋ birini tutdı...); onun sehrbazlığı Təpəgözün
barmağına üzük keçirərkən dediyi “Oğul, saŋa ox batmasun, tənü-
ŋi qılıc kəsməsün!” cümləsində obrazlı şəkildə canlandırılıb.
“Kitab”dakı Dəpəgöz, Boz atlu Xızır, Pəri kimi obrazlar mi-
fik olsa da, real obrazlar kimi canlandırılır, hər birinin özünəməx-
sus dili vardır. Digər tərəfdən, bəzi real obrazların müəyyən xarak-
terik cəhətləri məhz mifik obrazlar kontekstində açılır, bir sıra ha-
disələrin semantik dinamikası da mifik obrazlarla reallaşır. Mə-
həmməd, Əli, Ayişə kimi dini məzmunlu adlar isə mətndəki poetik
mənanı qüvvətləndirməyə xidmət edir.
Oğuz kişiləri, Oğuz xanımları və kafirlərin qohumluğu ilə
bağlı təqdim etdiklərimiz bir sıra məqamlara, eyni zamanda gizli
motivlərə işıq salır: İç Oğuzla Daş Oğuzun qohumluq münasibət-
ləri barədə müəyyən təəssürat yaradır; Oğuz cəmiyyətində təkar-
vadlılıq, tayfadaxili və tayfadan kənar nikahların koordinatlarını
faktlarla arqumentləşdirməyə imkan verir; Oğuz cəmiyyətində
qohumluq əlaqələri, qohumluq münasibətləri və qohumluq dərəcə-
lərinin ən səciyyəvi cəhətlərinə aydınlıq gətirir; Oğuz cəmiyyəti-
nin idarə olunmasında yaxın və uzaq qohumların rolu və mövqeyi
ilə bağlı dolğun fikirlər söyləməyə əsas verir... Burada bəzi məsə-
lələrə daha geniş müstəvidə münasibət bildirməyi zəruri hesab
edirik:
– yaxın qohumlara, o cümlədən oğula və qardaşa güvənmə,
arxalanma “Kitab”dan bir leytmotiv kimi keçir. Bu, Qazanın dilin-
dən verilmiş parçalarda qabarıq şəkildə görünür:
“Qalın Oğuz elində bir oğlum var, - Uruz adlu
Bir qartaşım var, – Qaragünə adlu
Yeŋidən toğanıŋı dərgürmiyələr” (D-281);
“Dədə Qorqud”un möcüzələr dünyası
113
– böyük oğlu və böyük qardaşı olmayan Oğuz bəyi kədər-
lənir, qəm-qüssə işində olur: “...Bəkil aru turdı, ağladı. Aydır:
“Ulu oğlım, ulu qardaşım yoq...” (D-241). Bu cəhət Baybörənin
timsalında daha aydın görünür. Bələ ki, o, dayağı – oğlu olmadığı
üçün yurdunun boş qalacağından nəinki təəssüflənir, hətta uşaq
kimi zarıyır, ağlayır: “...Baybörə bəg aydır: “Xan Qazan necə
ağlamıyayın, necə bozlamıyayın? Oğulda ortacım yoq, qartaşda
qədərim yoq! Allah-təala məni qarğayıbdır... Bəglər, tacım-təxtim
içün ağlaram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdumda kimsə
qalmıya”, - dedi” (D-68). Bu parçanın ümumi semantik yükü Qa-
zanın dilindən verilmiş parça ilə əsasən eyni xətdə birləşir: “Ya-
rınkı gün zəman dönib, bən ölib sən qalıcaq tacım-taxtım saŋa ver-
miyələr, - deyü soŋımı aŋdım, ağladım, oğul! – dedi” (D-125);
– qardaşı olan igid daha hünərlidir, daha cəsurdur, qardaş-
sızda isə bu cür keyfiyyətlər yoxdur:
“Qardaşlu yigitlər qalqar-qopar olur,
Qardaşsız miskin yigit əŋsəsinə yumruq toqunsa,
Ağlayubən dört yanına baqar olur” (D-112);
– Oğuz cəmiyyətinin idarə olunmasında yaxın qohumların
rolu böyükdür, onların sözü daha tez eşidilir. Bu cəhət Qaragünə
ilə Qılbaşın dialoqunda aydın şəkildə ifadə edilib: “...Qılbaş aydır:
“Sən qardaşısan, sən var!” – dedi” (D-301);
– Oğuz cəmiyyətində hakimiyyətdə olan şəxs daha çox oğlu-
na etibar edir, özündən sonra oğlunu görmək istəyir. IV boydan
məlum olur ki, Qazan xan öz qərargahını qardaşı Qaragünəyə,
dayısı Aruza yox, məhz oğlu Uruza etibar edir. Qazanla Aruzun
dialoquna diqqət yetirək:
“...Atağuzlu Uruz qoca (Aruz qoca – Ə.T.) iki dizinin üstinə
çökdi. Aydır “Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturar-
san, orduŋ üstinə kimi qorsan?”
Qazan aydır: “Üç yüz yigidlən oğlum Uruz mənim evim
üstinə tursun”, - dedi” (D-38);
Dostları ilə paylaş: |