Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə36/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   32   33   34   35   36   37   38   39   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

111

 

Əzrayıl: V boyda müşahidə olunur; qeyri-real antropo-

nimdir; ölüm mələyinin adı kimi səciyyələndirilir. 

Fatimə: yuxarıda “Ayişə” adı ilə bağlı  təqdim etdiyimiz 

cümlələrdə “Fatimə” də işlənmişdir; bu isə o deməkdir ki, Ayişə 

ilə Fatimə “Kitab”da eyni obrazı, eyni varlığı qüvvətləndirən adlar 

kimi çıxış edir; ərəb mənşəli, süddən kəsilmiş, döşdən ayrılmış 

anlamlı “Fatimə” (Məhəmməd peyğəmbərin qızı, imam Əlinin 

arvadı  da  bu  adı daşımışdır) müasir antroponimikamız üçün də 

səciyyəvidir. 

Həsən: “müqəddimə”də (Həsənlə Hüseyn iki qardaş bilə - 

görkli) və II boyda (Həsən ilə Hüseynin həsrəti su... Şah Həsənlə 

Hüseynin beşigi agac!) işlənmişdir; sonuncu nümunələrdə  ərəb 

mənşəli gözəl, qəşəng anlamlı  Həsən antroponiminin işlənməsi 

təsadüfi deyil. Belə ki, Həsən imam Əlinin oğullarından  birinin 

adıdır.  



Hüseyn: “müqəddimə” və II boyda “Həsən” adı ilə birlikdə 

işlənmişdir;  ərəb mənşəli olub, gözəl mənasındadır; Həsən və 

Hüseyn adları müasir Azərbaycan antroponimikasında da intensiv-

liyi ilə fərqlənir 



Məhəmməd: “Kitab”da daha çox müşahidə olunan dini 

adlardan biri və birincisidir; sonuncu peyğəmbər və islam dininin 

banisi Məhəmmədin adı “Kitab”da  belə təqdim olunur: Din sərvə-

ri Məhəmməd, Adı görklü Məhəmməd, Adı görklü Məhəmməd 

Mustafa, Məhəmməd Mustafa; ərəb mənşəli Məhəmməd adı tərif-

lənən, hamının tərif etdiyi, şərəfli mənasındadır; türk və şərq xalq-

ları antroponimikası baxımından səciyyəvidir. 

Museyi-Kəlim: II boyda təsadüf olunur (Museyi-Kəlimin 

əsası  ağac!); Musa adı  yəhudi mənşəli Moiseyin ərəb dilinə 

uyğunlaşdırılmış variantı hesab olunur; məna yükü belə  səciyyə-

ləndirilir: Musa – suya batmaqdan xilas olmuş  uşaq; möcüzəçi; 

Kəlim – müsahib, söhbət edən... 

Osman Üffan oğlu: “müqəddimə”də işlənib (Alimlər sərvəri 

Osman Üffan oğlı görkli); antroponimik modeldəki “osman” adı 

ərəb mənşəli olub, ağırtərpənən, astagəl mənasındadır, həm də ata 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

112

 

adı kimi çıxış edir; oğul adı kimi işlənmiş “Üffan” da ərəb mənşəli 



apelyativ əsasında yaranıb, comərd, saxəvatli kimi mənaları ifadə 

edir. 


Pəri: VIII boyda işlənib; fars mənşəli “Pəri” gözəl bir qadın 

surətində sehrbaz və cadugər, məcazi mənada isə çox gözəl qadın 

və ya qız mənasında izah olunur; “Kitab”da “Pəri qızı”  şəklində 

verilir (Pəri qızınıŋ birini tutdı...); onun sehrbazlığı  Təpəgözün 

barmağına üzük keçirərkən dediyi “Oğul, saŋa ox batmasun, tənü-

ŋi qılıc kəsməsün!” cümləsində obrazlı şəkildə canlandırılıb. 

“Kitab”dakı Dəpəgöz, Boz atlu Xızır, Pəri kimi obrazlar mi-

fik olsa da, real obrazlar kimi canlandırılır, hər birinin özünəməx-

sus dili vardır. Digər tərəfdən, bəzi real obrazların müəyyən xarak-

terik cəhətləri məhz mifik obrazlar kontekstində açılır, bir sıra ha-

disələrin semantik dinamikası da mifik obrazlarla reallaşır. Mə-

həmməd, Əli, Ayişə kimi dini məzmunlu adlar isə mətndəki poetik 

mənanı qüvvətləndirməyə xidmət edir. 

Oğuz kişiləri, Oğuz xanımları  və kafirlərin qohumluğu ilə 

bağlı təqdim etdiklərimiz bir sıra məqamlara, eyni zamanda gizli 

motivlərə işıq salır: İç Oğuzla Daş Oğuzun qohumluq münasibət-

ləri barədə  müəyyən təəssürat yaradır; Oğuz cəmiyyətində təkar-

vadlılıq, tayfadaxili və tayfadan kənar nikahların koordinatlarını 

faktlarla arqumentləşdirməyə imkan verir; Oğuz cəmiyyətində  

qohumluq əlaqələri, qohumluq münasibətləri və qohumluq dərəcə-

lərinin  ən səciyyəvi cəhətlərinə aydınlıq gətirir; Oğuz cəmiyyəti-

nin idarə olunmasında yaxın və uzaq qohumların rolu və mövqeyi 

ilə bağlı dolğun fikirlər söyləməyə əsas verir... Burada bəzi məsə-

lələrə daha geniş müstəvidə münasibət bildirməyi zəruri hesab 

edirik: 

– yaxın qohumlara, o cümlədən oğula və qardaşa güvənmə, 

arxalanma “Kitab”dan bir leytmotiv kimi keçir. Bu, Qazanın dilin-

dən verilmiş parçalarda qabarıq şəkildə görünür:     

    

  “Qalın Oğuz elində bir oğlum var, - Uruz  adlu 



    Bir qartaşım var, – Qaragünə adlu 

    Yeŋidən toğanıŋı dərgürmiyələr” (D-281); 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

113

 

– böyük oğlu və böyük qardaşı olmayan Oğuz bəyi kədər-



lənir, qəm-qüssə  işində olur: “...Bəkil aru turdı, ağladı. Aydır: 

“Ulu oğlım, ulu qardaşım yoq...” (D-241). Bu cəhət Baybörənin 

timsalında daha aydın görünür. Bələ ki, o, dayağı – oğlu olmadığı 

üçün yurdunun boş qalacağından nəinki təəssüflənir, hətta uşaq 

kimi zarıyır, ağlayır: “...Baybörə  bəg aydır: “Xan Qazan necə 

ağlamıyayın, necə bozlamıyayın? Oğulda ortacım yoq, qartaşda 

qədərim yoq! Allah-təala məni qarğayıbdır... Bəglər, tacım-təxtim 

içün ağlaram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdumda kimsə 

qalmıya”, - dedi”  (D-68). Bu parçanın ümumi semantik yükü Qa-

zanın dilindən verilmiş parça ilə  əsasən eyni xətdə birləşir: “Ya-

rınkı gün zəman dönib, bən ölib sən qalıcaq tacım-taxtım saŋa ver-

miyələr, - deyü soŋımı aŋdım, ağladım, oğul! – dedi” (D-125); 

– qardaşı olan igid daha hünərlidir, daha cəsurdur, qardaş-

sızda isə bu cür keyfiyyətlər yoxdur: 

 

      “Qardaşlu yigitlər qalqar-qopar olur, 



      Qardaşsız miskin yigit əŋsəsinə yumruq toqunsa, 

      Ağlayubən dört yanına baqar olur” (D-112); 

       –  Oğuz cəmiyyətinin idarə olunmasında yaxın qohumların 

rolu böyükdür, onların sözü daha tez eşidilir. Bu cəhət Qaragünə 

ilə Qılbaşın dialoqunda aydın şəkildə ifadə edilib: “...Qılbaş aydır: 

“Sən qardaşısan, sən var!” – dedi” (D-301); 

   – Oğuz cəmiyyətində hakimiyyətdə olan şəxs daha çox oğlu-

na etibar edir, özündən sonra oğlunu görmək  istəyir. IV boydan 

məlum olur ki, Qazan xan öz qərargahını qardaşı Qaragünəyə, 

dayısı Aruza yox, məhz oğlu Uruza etibar edir. Qazanla Aruzun 

dialoquna diqqət yetirək: 

“...Atağuzlu Uruz qoca (Aruz qoca – Ə.T.) iki dizinin üstinə 

çökdi. Aydır “Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturar-

san, orduŋ üstinə kimi qorsan?” 

Qazan aydır: “Üç yüz yigidlən oğlum Uruz mənim evim 

üstinə tursun”, - dedi” (D-38); 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə