Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə38/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   34   35   36   37   38   39   40   41   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

117

 

“Ana həqqi – təŋri həqqi” deyimi ilə silahlanmış  oğul (Qa-



zan) kafirdən arvadını (Burla xatunu), oğlunu (Uruzu) yox, məhz 

anasını geri istəyir. Hətta anası qaytarılsa, döyüşmədən geri dö-

nəcəyinə belə söz verir: “Qarıcıq anamı  gətürüb durursan, mərə 

kafər, anamı vergil maŋa 

Savaşmadın, uruşmadın qayıdayım – gerü dönəyim, gedə-

yim, bəllü bilgil,- dedi “(D-58); 

– ər arvadını özünün ən yaxın yoldaşı, silahdaşı hesab edir, 

həm də ona sonsuz hörmət və məhəbbət bəsləyir; 

– arvad ərini nəinki dərin məhəbbətlə sevir, hətta onun yo-

lunda ölməyə belə hazırdır; 

– “diliŋ içün öləyim”, - deyən qardaş qardaşının yolunda hər 

şeyə hazırdır: “...qardaşsız Oğuzda turmazam” (D-257); 

– bacı üçün qardaş  ən böyük nemətdir, uca dağdır, kölgəli 

uca ağacdır: “Qarşu yatan qara tağım yıqılubdır ... Kölgəlicə qaba 

ağacım kəsilübdir...” (D-104); 

– bacının bacıya münasibəti daha çox onların qardaşlarına 

münasibəti kontekstində müəyyənləşir ki, bu da, əsasən, Beyrəklə 

bağlı süjetlərdə  təsadüf olunur. Belə ki, Beyrəyin ölüm xəbərini 

eşidən bacıları ağ çıxarıb, qara geyirlər, “Vay, bəgim qardaş! Mu-

radına-məqsuduna irməyən yalŋuz – qardaş!” – deyərək ağlaşırlar; 

– qardaş (Dəli Qarçar) bacısını istəyənləri öldürməkdə 

israrlıdır: “...Dəli Qarçar deyirlər. Qız diləyəni öldürər” (D-81); 

qardaş (Beyrək) özünə toy elədiyi kimi, bacılarını da ərə verir: 

“Beyrək dəxi yedi qız qarındaşını yedi yigidə verdi” (D-121); 

– qayınata və qayınana gəlinə hörmət edir, onu yüksək şəkil-

də dəyərləndirirlər: “Yolıŋa qurban olayın gəlincigüm!” (D-117); 

– gəlin qayınatası  və qayınanasını atasından və anasından 

üstün bilir:    

                     “Atamdan yegrək qayın ata! 

                     Anamdan yegrək qayın ana!” (D-262). 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

118

 

“Kitab”da nənənin nəvəyə, eləcə  də  nəvənin nənəyə müna-



sibətləri ilə bağlı detallara rast gəlinmir (baxmayaraq ki, Qazanın 

qarıcıq anasının Uruz, Qarabudaq... kimi nəvələri var). 

        – “Kitab” da təsvir olunan boy qəhrəmanlarının (Oğuz bəylə-

rinin) əksəriyyətinin həyat yoldaşı var: Qazan – Burla xatun, Bey-

rək – Banıçiçək, Qanturalı – Selcan xatun ... Dirsə xan – xatunu, 

Bəkil – xatunu... Boy qəhərəmanlarından üçü (Buğac, Basat və 

Yegnək) bu sistemdən kənarda qalır; 

         –  boylarda  təsvir olunan, daha doğrusu, adları  bəlli olan 

Oğuz xanımlarından ikisinin ailəsi yoxdur: Boğazca Fatma, 

Qısırca Yengə; 

– kafir qızları Qazan xanın şadlıq məclislərinin bəzəyi, yara-

şığıdır. Onların gözəlliyi “Kitab”da son dərəcə gözəl, dəbdəbəli 

bir üslubda çatdırılır:  “...Toquz qara gözlü, xub yüzlü, saçı ardına 

urulu, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqları ni-

garlı  məhbub kafər qızları Qalın Oğuz bəglərinə sağraq sürüb 

içərlərdi” (D-36).  

Bu parçanın bədii-estetik siqləti X.Koroğlunun da diqqətin-

dən yayınmayıb: “Belə təmtəraqlı şənliyə heç bir oğuz epik abidə-

sində rast gəlinmir, amma bu şənlik, şübhəsiz, naturadan çəkilmiş-

dir – görkəmli oğuz bəyləri Qafqazda və Kiçik Asiyada belə şən-

liklər düzəldirdilər və burada çox güman ki, xristian qızları – məğ-

lub hökmdarların qızları qulluq edirdilər. Faktlar göstərir ki, Qaf-

qaz və Kiçik Asiya oğuzlarının, görünür, düşmənin  əsir qızlarını 

kəniz etmək adətləri varmış...”

1

.  


Bu qeydlərə onu da əlavə etməyi vacib hesab edirik ki, Oğuz 

bəyləri xristian qızları ilə təkcə bir kəniz kimi rəftar etməyib. Kon-

kret desək, həm də bu qızlarla ailə qurub, onlara Oğuz cəmiyyə-

tinin ən xoşbəxt xanımları statusunu qazandırıblar.  

Ən maraqlısı isə budur ki, “Kitab”da bu tip qadınların xris-

tian keçmişi daha çox üstüörtülü şəkildə verilir. Burada Oğuz xa-

nımlarını  İç Oğuz, Daş  Oğuz və kafir qızları kontekstində araş-

                                                            

1

 X.Koroğlu. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, səh.109. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

119

 

dırmış K.Əliyevin  fikirlərini xatırlatmaq yerinə düşür: “...Dirsə  



xanın xanımı və Qazan xanın xanımı Burla xatun İç Oğuzdandır, 

Banıçiçək Dış Oğuzdan, Selcan xatun və Dəli Domrulla Səyrəyin 

xatunları isə kafər (kafir – Ə.T.) düşərgəsindən  İç Oğuza gəl-

mişlər. Dış  Oğuzdan və kafər (kafir – Ə.T.) düşərgəsindən  İç 

Oğuza gəlin gələn qızlar bu düşərgələr arasındakı barışığı 

simvolizə edirlər və barışığın karrantıdırlar (qarantıdırlar – Ə.T.).  

Deməli, “Dədə Qorqud” eposu  vuruş və davanın deyil, məhz 

barışıq və vahid dünya modelinin eposudur”

1

. K.Abdulla bu cür 



nikahları “barışığa zəmanət” yox, qan qohumluğu yasağı”, tayfa-

daxili nikah yasağı prizmasından şərh edir. Məsələn, Qanturalı ilə 

Selcan xatunun nikahını belə  səciyyələndirir: “... Əsas məsələ – 

Qanturalını arvad seçimində  Oğuzdan kənara çıxarmaqdır. Oğu-

zun, başqa sözlə, “öz məxsus olduğun tayfanın üzvü olan qızla ev-

lənmək olmaz” yasağı “qız kənar yerdən olmalıdır” fikrinə dönür 

və Dastanda Qanturalının yad diyara getməsi, sevgilisi Selcan xa-

tuna qovuşması ilə bağlı hadisələrin təsvirinə  çevrilir. Bu yasağın 

Dastanda hər hansı  şəkildə olursa-olsun təsviri, heç şübhəsiz ki, 

Dastanın çox qədim bir zamanla əlaqəsinin qırılmamasını göstə-

rir”

2

. Bütün bunlar onu da xüsusi olaraq vurğulamağa əsas verir ki, 



“Kitab”dakı eynitipli hadisələrin müxtəlif bucaqlardan şərhi, həm 

də müxtəlif məzmunlu nəticələrin çıxarılması  məhz “Kitab”ın 

sirli-sehirli dünyası ilə bağlıdır; 

 “Kitab”da  obrazların qohumluq münasibətlərinin araş-dırıl-

ması göstərir ki, obrazların bir qismi baba və ata, bir qismi oğul və 

qız, bir qismi əmi və dayı və s. statuslarda çıxış edir. Bu mənada  

onları aşağıdakı kimi sistemləşdirmək olar:   

ulu babalar – burada yalnız Qam Ğanı qeyd etmək mümkün-

dür (Uruzun ulu babasıdır) 

                                                            

1

 K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”, Bakı, 2011,səh.84 



2

 K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.131. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə