Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə34/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   30   31   32   33   34   35   36   37   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

105

 

“Baş qoduğum” ifadəsinə başqa prizmadan diqqət yetirək: 



qeyd etdiyimiz kimi, Baybican həm də “məlik” titulunda çıxış edir 

ki, bu da onun xristian keçmişinə işarədir. Yaxud Baybican öz qızı 

Banıçiçəyi xristian dininə qulluq edən bir bəyə, daha dəqiqi, Bay-

burd hasarının bəyinə ərə vermək istəyir. Bu mənada “Beyrəyi ça-

dırında qəbul edən, özünü çox sakit, sərbəst aparan Banıçiçək”

1

 



bir türk-müsəlman yox, türk-xristian qızı da hesab oluna bilər. Di-

gər tərəfdən, qeyri-müsəlman həyat tərzi keçirən Banıçiçəyin toy-

dan  əvvəl nişanlısı ilə  ər-arvad münasibətində ola bilməsi də 

mümkündür. Bu fakt da “baş qoduğım” ifadəsinin məhz “baş qoy-

duğum” şəklində sadələşdirilməsinin düzgün olduğunu arqument-

ləşdirir.  

“Kitab”da “bir yastığa baş qoymaq” frazemi iki dəfə işlənib: 

Banıçiçəyin dilində: “...bir yasduqda baş qoduğım” (D-92); Dəli 

Domrulun xatununun dilində: “Bir yasdıqda baş qoyub əmişdi-

gim” (D-167). Bu qarşılaşdırma ilə bağlı ilk olaraq onu qeyd edək 

ki, Dəli Domrulun xatunu da kafir düşərgəsindəndir, islam dinini 

sonra qəbul edib (əvvəlki səhifələrə bax). İkincisi, O.Ş.Gökyay 

hər iki frazemin məna yükünü düzgün verib: bir yastıkta baş 

koymak – evlenmek, aynı yatakta yatmak

2

.   Burada  ”bir yasduq-



da baş  qoduğım” ifadəsini V.V.Bartoldun necə başa düşdüyünü, 

necə tərcümə etdiyini xatırlatmaqla kifayətlənirik: “... с кем клала 

голову на одну подушку…» (səh.39). 

Banıçiçəyin taleyində, ürəyinin dərinliklərində yalnız bir 

kişi, bir ər var. O da  Boz ayğırlı Bamsı Beyrəkdir. Həm də o 

Beyrəkdir ki, ana bətninə düşdüyü gündən onun göbəkkəsmə  

adaxlısıdır, obrazlı desək, “eşqin bəlasına ana bətnində düşüb”: 

“Baybican bəg aydır: “Bəglər, allah-təala maŋa bir qız verəcək 

olursa, siz tanıq olıŋ: mənim qızım Baybörə bəg oğlına beşikkərt-

mə yavuqlu olsun!” – dedi (D-69). Banıçiçək atasının verdiyi bu 

vədə sadiq qalır: “...dayələr babam maŋa bən səni yüzi niqablu 

                                                            

1

 X.Koroğlu. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, səh.163. 



2

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.177 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

106

 

Beyrəgə vermişəm, diərdi...” (D-77). Qeyd etdiyimiz kimi, bu se-



mantik dinamika Beyrəklə Banıçiçəyin toy-düyünü ilə tamam-

lanır. Amma bir həqiqət də var ki, Beyrəyin igidliyi, mərdliyi 

olmasa idi, Banıçiçək başqalarının ola bilərdi. Bu cəhət “Kitab”ın 

poetik strukturunda aydın şəkildə görünür: 

birincisi, Banıçiçək Bayburd hasarının bəyinin arvadı ola 

bilərdi: “...Varıb Bayburd hasarı  bəginə  xəbər verdi. Aydır: “Nə 

oturarsan, sultanım, Baybican bəg ol saŋa verəcəgi qızı Beyrəgə 

verdi” (D-90). K.Abdulla bu mikromətni “Baybican məlik – Dəli 

Qarcar – Bayburd Hasarının  bəyi” müstəvisində təhlil edir və belə 

qənaətə  gəlir ki, Beyrəyin acı taleyini bu üçbucaqdan kənarda 

axtarmaq olmaz: “... Deməli, bu bir cümlədən aydın olur ki, Bay-

becan məlik Oğuz bəylərinə verdiyi sözə - qızını Beyrəyə verəcəyi 

barədə andına xilaf çıxıb. Daha sonra nə zamansa, Dastanda təsvir 

edilməyən bir vaxtda o, qızını Bayburd bəyinə - kafir bəyinə ərə 

verməyə vəd verib. Yəqin ki, Dəli Qarcarın da bu vəddən xəbəri 

var və indi artıq biz bu ayırdığımız cümlənin köməyi ilə bütövlük-

də “Baybican məlik Dəli Qarcar” poziyasının üzərinə işıq salmış 

oluruq. Bu bir cümlə bu pozisiyanı dərk etməyin açarına çevrilir. 

Bu bir cümlə gizli bir motiv kimi ikinci informasiya sisteminin 

əsasını təşkil edir... Yenə də canlı adamlardan ibarət möhkəm və 

sabit bir xətt alınır: Baybican məlik – Dəli Qarcar – Bayburd hasa-

rının bəyi...”

1

. Müəllifin  şərhlərinə bir neçə bucaqdan yanaşmaq 



olar: Beyrəyin acı taleyi məhz həmin üçbucaq kontekstində açılır; 

III boyda müəyyən süjetləri bərpa etməyə imkan verir; Baybican 

həm də “məlik” tituluna malikdir – qənaətini qüvvətləndirir; müəl-

lifin üslubu nə qədər elmidirsə, o qədər də bədiidir, daha doğrusu, 

bunlar sintez şəklindədir:  şərhlərdəki cümlə modellərində “b” 

samitinin alliterasiyası, “bu bir cümlə” ifadəsinin anafora kimi 

çıxış etməsi obrazlılıq yaradırsa və daha çox bədii üslub üçün 

səciyyəvidirsə,  həmin cümlələrdəki motiv, informasiya, sistem, 

pozisiya terminləri də daha çox elmi üslub üçün səciyyəvidir;  

                                                            

1

 K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.198-199. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

107

 

 – ikincisi, Banıçiçək Yalançı  oğlu Yalıncığın arvadı ola 



bilərdi (bunu şərti olaraq qeyd edirik; əvvəlki səhifələrə bax): 

“Göz açuban gördigim, köŋül verüb sevdigim Banıçiçək Yalançı 

oğlu Yalancuğa varar olmış” (D-97); 

–  üçüncüsü, Banıçiçək Aruz oğlu Basatın arvadı ola bilərdi: 

“Ağca yüzli görklimi Aruz oğlı Basat gəlüb almadıŋ” (D-299).  

K.Abdulla bu cümlənin semantik yükündən bir kod kimi istifadə 

edərək bəzi gizli məqamlara işıq salır: “Basat və Beyrək münasi-

bətlərinin də çox dərində yaşayan münasibət olduğuna, tədqiqata 

gələ bilən, təhlilə layiq olan məsələ olduğuna işarədir... Bəlkə, 

Basat da vaxtilə Banıçiçək həsrətilə yaşayıb? Bəlkə, Basatın 

eiçiləri də Dəli Qarcarın yanına gediblər (yada salaq: Dəli Qarcar 

qız qardaşını istəyəni öldürür), amma Dəli Qarcarın ağlasığmaz 

sınaqlarından çıxa bilməyiblər. Dastanın hələ açılmayan, gizli qat-

larından, inanıram ki, nə vaxtsa bu sualların da cavabı gələcək”

1



Deməli, Beyrək adi qəhrəmanlardan deyil. O, Bayburd hasa-



rının bəyinin, Aruz oğlu Basatın, Yalançı oğlu Yalancığın Banıçi-

çəyə qovuşmasının qarşısını  mərdliklə alan bir türk cəngavəridir. 

Bir məqamı da qeyd edək ki,  ölüm ayağında olan Beyrək sevgili-

sinin heç kimə yox, məhz Qazan oğlu Uruza ərə getməsini vəsiy-

yət edir: “Qazan maŋa yetişsün... Ağca yüzlü görklümi oğlına alı 

versün” (D-299). Bu mənada Uruz da Banıçiçəyi almaq istəyən-

lərin cərgəsində verilə bilər ki, bu da Banıçiçək eşqiylə özünü 

“oda yaxanların” bir yox, beş olması – qənaətini reallaşdırır. 



Boğazca Fatma: yalnız III boyda işlənmişdir; “Boğazca” 

ayamasının apelyativi kimi işlənmiş “Boğaz” sözü “qarnında 

balası olan heyvan” mənasındadır və bu,  Beyrəyin dilindən veril-

miş “Səniŋ adın qırq oynaşlı Boğazca Fatma degilmiydi” cümlə-

sindəki “qırq oynaşlı” ifadəsi ilə assosiativ olaraq bağlanır; həmin 

antroponimik modeldəki  ərəb mənşəli süddən kəsilmiş, döşdən 

ayrılmış anlamlı “Fatma” adı isə  ərəb mənşəlidir; qohumluq 

əlaqələri barədə heç bir informasiya yoxdur.  

                                                            

1

 K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.206-207. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə