Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə33/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   29   30   31   32   33   34   35   36   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

102

 

nımının düşüncə sistemində 6 rəqəmi əsas yer tutur. İndi qəti şə-



kildə demək olar ki, Səyrəyin xanımı da məhz kafər (kafir – Ə.T.) 

düşərgəsindəndir”

1

.  


Yuxarıda qeyd etdiklərimiz Oğuz cəmiyyətində  ər-arvad, 

ana-oğul, gəlin-qayınana, gəlin-qayınata münasibətləri, eyni za-

manda Oğuzun kafir əsilli gəlinləri (əslində, daha çox qıpçaq 

əsilli) barədə müəyyən təəssürat yaradır. 

 

2) Adları konkret olaraq ifadə olunmuş Oğuz xanımlarının 

qohumluğu 

Qeyd etdiyimiz kimi, “Kitab”da adı konkret olaraq ifadə 

edilmiş on iki qadın obrazına rast gəlinir. Bu obrazların qohumluq 

əlaqələrinin çox və ya az olmasından asılı olmayaraq, hər birinə 

ayrılıqda münasibət bildirməyi məqsədəuyğun hesab edirik 

(Çeşmə obrazından bəhs etmişik. Bax: Kafirlərin qohumluğu). 



Ayna Mələk: “müqəddimə”də  cəmi bir dəfə  işlənib; apel-

yativlərinin məna yükü belədir: “ayna” – fars mənşəli güzgü an-

lamlı “ayinə” sözündəndir; “mələk” – ərəb mənşəli olub, fövqəl-

təbii bir məxluq; gözəl; həlim; nəcib (adam) və s. mənaları ifadə 

edir: onun qohumluq əlaqələri ilə bağlı heç bir detala rast gəlin-

mir. 


Banıçiçək: III boyun əsas obrazlarından biridir; mürəkkəb 

quruluşlu bu adın tərkibindəki birinci söz fars mənşəli olub, 

xanım, padşah arvadı mənasındadır; ikinci söz isə türk mənşəlidir, 

gül, çiçəkləri olan bitki, zərif, gözəl anlamlı, həm də gözəllik 

simvollu bir apelyativdir: ayrı-ayrı parçalarda onun bir sıra qo-

humluq  əlaqələri konkret olaraq ifadə olunub: burada təkcə onu 

qeyd etmək kifayətdir ki, “Baybörə bəgiŋ oğlancuğı Beyrək Bay-

bican məlikin qızın aldı” (D-121) cümləsində onun atası,  əri və 

qayınatasının adı  dəqiq  şəkildə verilib. Banıçiçəyin qohumluq 

əlaqələrinin əhatə dairəsi genişdir: 

atası – Baybican 

                                                            

1

 K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.84. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

103

 

anası – mətn kontekstində anlaşıla bilir 



qardaşı – Dəli Qarçar 

əri – Beyrək 

qayınatası – Baybörə 

qayınanası – Beyrəyin anası, mətndə ona işarə edilir (...Ağ 

bircəklü anası buldur-buldur ağladı...) 

baldızları – Beyrəyin yeddi bacısı 

əmizadələri – Aruz, Basat, Qıyan Səlcik, Dondar, Qazanın 

qarıcıq anası... 

“Beyrək aydır; “Baybican bəgün bir qızı varmış anı görməgə 

gəldim!” Qız aydır: “Ol öylə adam degildir kim, saŋa görinə!” – 

dedi” mikromətnini təhlil süzgəcindən keçirən K.Abdulla yazır: 

“Qədim Oğuz aləmində belə yasağın olması bu aləmin daxili 

bütövlüyünə dəlalət edən cəhətdir və bu cəhət Beyrəklə Banıçiçə-

yin görüşü zamanı Banıçiçəyin Beyrəyə dediyi “Ol qız elə adam 

deyil ki, sənə görükə” sözlərində özünü göstərir. Banıçiçək özü də 

bilir ki, Beyrəyə görünmək yasaqdır, etik normanın pozulması-

dır”

1

.   



Müəllifin bu fikirlərinə istinad edən R.Kamal “Kitab”dakı 

yasaqları başqa mətnlər kontekstində nəzərdən keçirir: “Ərə varan 

Banıçiçəyin ritual “gizlədilməsi”, Bamsı Beyrəyin onu “görməsi” 

toy mərasiminin tərkib elementləridir: “Gördi gög çayırın üzərinə 

bir qırmızı otağ dikilmiş... xəbəri yoq ki, alacağı ala gözli qızın 

otağı olsa gərək...”. “Yasağa görə, ərə varan qız toy-düyünə qədər 

gözə görünməməlidir”

2



Fikrimizcə, Beyrəklə Banıçiçəyin sevgisini, toy-düyününü 

yalnız “yasaqlar” müstəvisində izah etmək azdır. Bəri başdan qeyd 

edək ki, Banıçiçəklə Beyrəyin məhəbbəti son dərəcə gözəl bədii 

lövhələr daxilində ifadə olunub. Hətta III boydakı parçaların 

qarşılaşdırılması bir sıra maraqlı nəticələr söyləməyə imkan verir: 

                                                            

1

 K.Abdullayev. Gizli Dədə Qorqud. Bakı, 1991, səh.58. 



2

 R.Kamal. “Kitabi-Dədə Qorqud”un kommunikativ məkanı: miforitual aspekt. 

Bakı, 2013, səh.162-163. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

104

 

III boyun əvvəlində Beyrəyin ölüm xəbərini eşidən Banıçiçək 



deyir: “Göz açuban gördigim, köŋül ilə sevdigim, bir yasduqda 

baş qoduğım!” (D-92). Beyrək toyundan əvvəl, daha doğrusu, 16 

illik dustaqlıqdan qayıtdıqdan sonra deyir: “Üç öpüb, bir dişləyüb, 

altun yüzigi barmağıŋa keçirmədimmi?” (buradakı “üç öpüb bir 

dişləmək” ifadəsi ilə Banıçiçəyin dilindən verilmiş “bir yastığa 

baş qoymaq” ifadəsi eyni semantik yuvaya daxil olur). Boyun 

sonunda isə Beyrəklə Banıçiçəyin toyu təsvir olunur: “Baybörə 

bəgiŋ oğlancuğı Beyrək Baybican məlikin qızın aldı... Qırq gün – 

qırq gecə toy-dügün eylədilər” (D-121). Bu cümlələrin ümumi 

semantik yükündən belə  məlum olur ki, Banıçiçəklə Beyrək toy-

düyündən əvvəl ər-arvad olub.  

Dəqiq desək, həmin mətndəki “bir yastığa baş qoymaq” 

ifadəsi məhz “ər-arvad olmaq” mənasındadır. Amma “Kitab”ın 

1988-ci il Bakı nəşrində keçmiş zaman məzmunlu “baş qoduğım” 

feli sifəti “baş qoyduğum” yox, “baş qoyacağım” şəklində sadələş-

dirilib: “...bir yasdıqda baş qoyacağım!” Digər feli sifətlər isə ey-

nilə saxlanılıb: gördüyüm, sevdiyim, öldüyüm, qurban olduğum 

(səh.156). Görünür, “Kitab”ı  nəşr etdirənlər (Zeynalov-Əlizadə) 

mətnlərə daha çox islami dəyərlər, müsəlman  əxlaqi baxımından 

yanaşıblar.  

Yeri gəlmişkən, N.Cəfərov həmin misradakı “baş qoduğım” 

ifadəsini “baş qoyduğum”  şəklində sadələşdirib. Eyni zamanda 

həmin ifadənin ümumi semantik yükünün boyun digər hissələri ilə 

ziddiyyət təşkil etdiyini nəzərə alaraq misranın sonunda sual 

işarəsi qoyub: “Bir yasdıqda baş qoyduğum” (?). Sonra isə müəllif 

bu misraya yox, bütövlükdə parçanın semantikasına belə bir şərh 

verib: “Həmin ağı müraciətdə Banıçiçəyin intim hissləri onun 

ictimai (ailə) məsuliyyəti ilə üzvi vəhdətdə təqdim olunur  – onun 

(Banıçiçəyin) sevgilisinin (Beyrəyin) yolunda ölməyə hazır olması 

da, bir tərəfdən, intim dünyası ilə  əlaqədardırsa, digər tərəfdən, 

sosial-mənəvi tələbatdır”

1

.  



                                                            

1

 N.Cəfərov. Xanım, hey! Bakı, 1999, səh.29. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə