Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə46/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   42   43   44   45   46   47   48   49   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

141

 

nümü...Bu isə o deməkdir ki, uyğun sintaktik mühit uyğun forma 



ilə reallaşdırılıb. Heç şübhəsiz ki, burada “l” samitinin patıltısız və 

davamlı tələffüz imkanına malik olması” (Ə.Dəmirçizadə) da həl-

ledici amillərdəndir. Bu mənada qarşılaşdırdığımız misralardakı 

oxşarlıqları heç də təsadüflər kontekstində izah etmək olmaz. Belə 

ki, həmin misralarda sonor “l” samitinin alliterativ qafiyələr daxi-

lində yeddi dəfə təkrarlanması məhz müəyyən bir varlığı həddin-

dən çox istəmə, arzu, sövq, həvəs kimi mənaları qüvvətləndirir. 

Burada dünyanın ən məşhur simfoniyaları ilə bir sırada dura bilən 

laylalarımızdan da yan keçmək olmur:  

 

            Laylay beşiyim laylay, 



                      *   *   *  

            Balam, laylay, a laylay, 

            Gülüm, laylay, a laylay! 

Axı bu misralardakı son dərəcə gözəl ahəngdarlıq da, körpə 

övlada olan dərin məhəbbət də daha çox “l” samitli alliterativ 

qafiyələrlə yaradılıb (misralarda 21 heca daxilində “l” samitinin 

24 dəfə  təkrarlanması da dediklərimizi arqumentləşdirir). Yeri 

gəlmişkən, bu cəhət oxşamalarımızda da qabarıq şəkildə görünür: 

 

Balama qurban xalçalar, 



Balam nə vaxt əl çalar? 

          *   *    * 

Balama qurban ilanlar 

Balam nə vaxt dil anlar? 

Bu oxşamalardakı “l” sonor samitinin alliterasiyası da yuxa-

rıdakı nümunələrlə səsləşir. Burada poetik semantikanı qüvvətlən-

dirən bəzi detallara diqqət yetirək: hər iki oxşama cəmi iki misra-

dan ibarətdir; hər iki oxşamada “l” samiti 6 dəfə təkrarlanıb; hər 

iki oxşamada “a”-nın assonansı üstün mövqedədir; hər iki oxşa-

mada bala sözü təkrarlanıb; hər iki oxşamada zəngin qafiyələr iş-

lənib (xalçalar - əl çalar; ilanlar – dil anlar)... Məhz bu cür detal-

lara görə R.Qafarlı həmin oxşamaları yüksək şəkildə dəyərləndirir, 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

142

 

onların bədii-estetik məziyyətlərini, poetik siqlətini mətn semanti-



kası müstəvisində  dəqiqləşdirir: “Şeirdə  uşağı  əyləndirən nə ana-

nın canını qurban deməsidir, nə də sorğusundakı istəkdir, əvvəldə 

“balam” sözünün təkrarı və misra sonunda qafiyələnən kəlmələrlə 

ahəngdarlıq yaranmasıdır. Sanki səslər və kəlmələr körpənin nəzə-

rində  rəqs edir. Uşaq səs və ifadələrin oynaqlığından dil açmağa 

can atır. Mənasına gəlincə, xalçalar və ilanların ...qurbanlıqla heç 

bir bağlılığı yoxdur”

1



“Kitab”dakı “Ala gözlü oğlına al duvaxlı gəlin aldı” misrası-

nın assosiativliyi ilə  Nəsimidən və  şifahi  ədəbiyyatdan təqdim 

etdiyimiz misraların semantikası başqa detallara da işıq salır. Bu 

mənada hər üç misranı şərti olaraq həm də məntiqi ardıcıllığı göz-

ləməklə eyni mətn daxilində götürərək belə bir açıqlama verməyi 

məqsədəuyğun hesab edirik.: həmin misraların semantik yükünü 

semantik dinamikanın başlanması  və tamamlanması kontekstində 

götürdükdə onlar bir üçbucağın müxtəlif tərəfləri kimi çıxış edir, 

həm də biri digərini bütün parametrlərinə görə tamamlamış 

vəziyyətdə görünür. Bütün bu cəhətlər daha aydın olsun, - deyə 

semantik dinamikaya mətn daxilində diqqət yetirək: 

– eşqin tərənnümü, aşiq və məşuqə: “Al ilə ala gözləri aldadı 

aldı könlümi” (Nəsimi); 

– toyun baş tutması, bəy və  gəlin: “Ala gözlü oğlına al 

duvaxlı gəlin aldı” (“Kitab”); 

– uşağın dünyaya gəlişi, ona beşiyi başında qığıltısından 

doğan laylanın oxunması (Balam laylay, a laylay...). 

Bu semantik dinamikada sıranı    dəyişdirsək, daha doğrusu, 

həmin mətnləri körpə  uşaq (oğlan və  qız)  →  aşiq və  məşuqə 

(sevgililər) → bəy və gəlin modelləri üzrə nəzərdən keçirsək, tam 

yeni bir mənzərənin şahidi ola bilərik. 

Qeyd etdiyimiz kimi, “l” sonor samitinin alliterasiyası təkcə 

musiqililik və ahəngdarlıq yaratmır, həm də “müəyyən bir varlığı 

həddən çox istəmə” semantikasını qüvvətləndirir. Məhz bu cür 

                                                            

1

 R.Qafarlı. Uşaq folklorunun janr sistemi və poetikası. Bakı, 2013, səh.195-196. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

143

 

ahəngdarlıq, harmoniya və reallıqla sintez şəklində olan poetik 



məna anaların, nənələrin, ağbirçəklərin  şirin zümzümə ilə dediyi 

laylalar vasitəsilə körpələrin yaddaşına köçürülür, onların yadda-

şında şüuraltı olaraq daim – ölənədək yaşayır. Deməli, körpə uşaq-

ların (oğlan və qızların), aşiq və məşuqələrin (sevgililərin), bəy və 

gəlinlərin hiss və duyğularını, həyatlarının ən gözəl anlarını obraz-

lı şəkildə canlandıran xalq da, şair də “l” sonor samitinin alliterasi-

yasına söykənib, onun möcüzəsi ilə silahlanaraq yaradıb. Burada 

həmin əbədiyaşar misraları insanın (daha dəqiqi, qədim və müasir 

türkün) yaş  dövrlərinə uyğun  şəkildə  sıralayaq ki, dediklərimiz 

daha aydın görünsün: 

körpə uşaq (oğlan və qız): “Balam, laylay, a laylay// Gülüm, 

laylay, a laylay!...(laylalar); 

aşiq və  məşuqə (sevgililər): “Al ilə ala gözləri aldadı aldı 

könlümü” (Nəsimi); 

bəy və gəlin: “Ala  gözlü oğluna al duvaxlı gəlin aldı” (“Ki-

tab”). 


Bu sıralanma, bu semantik dinamika istər-istəməz başqa bir 

məqamı da yada salır: “l” samitinin alliterasiyası bu dünya ilə vi-

dalaşma anlarını  əks etdirən poetik parçalarda da müşahidə olu-

nur: “Kitab”da – “Əcəl aldı, yer gizlədi... Gəlimli, gedimli dünya, 

Soŋ ucı ölümli dünya” ...(l – l – l – l – l – l); kədərli bayatılarda – 

 

“Ələmi halim fələk 



Dil bilməz zalim fələk 

Kəsdin can bağçasından 

Iki nihalım fələk” 

Bu bayatının ilk iki misrasında “l” samiti yeddi dəfə, son 

misrasında isə iki dəfə işlənib. 

Heç  şübhəsiz ki, bu tip nümunələrdə “l” alliterasiyası  şövq, 

həvəs, nəyisə çox istəmə kimi mənaları yox, dərd və kədər, taleyin 

hökmü ilə barışma kimi mənaları qüvvətləndirir. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə