Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə54/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   50   51   52   53   54   55   56   57   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

165

 

   



Q O R Q U D Ş Ü N A S L I Q 

“Dədə Qorqud” dünyasına                                           

bitib-tükənməz səyahət 

Yazıçı-dramaturq, türkoloq, prof.K.Abdullanın “Mifdən Ya-

zıya və yaxud gizli Dədə Qorqud” kitabı qorqudşünaslığımızın, 

dilçiliyimizin, ümumən filologiyamızın uğurudur, mədəniyyət ta-

riximizdə yadda qala bilən hadisədir. 

Haqqında çoxsaylı yazılar yazılmış bu sanballı kitabı oxu-

yarkən istər-istəməz böyük türkoloq M.Kaşğarini, onun məşhur 

“Divan”ını (1072-74) xatırladım, assosiativ olaraq M.Kaşğari ilə 

K.Abdullanı eyni müstəviyə  gətirməli oldum: M.Kaşğari “Di-

van”ın üzünü dörd dəfə köçürüb. Amma bu, adi bir köçürmə ol-

mayıb, yəni müəllif hər dəfə köçürmə prosesində “Divan”a müəy-

yən düzəliş və əlavələr də edib; K.Abdulla da 1991-ci ildə çap et-

dirdiyi “Gizli Dədə Qorqud” kitabının davamı olaraq 1999-cu ildə 

“Sirriçində Dastan və yaxud “Gizli Dədə Qorqud”u nəşr etdirib. 

2009-cu ildə isə müəllifin oxuculara “Mifdən Yazıya və yaxud 

gizli Dədə Qorqud” kitabı  təqdim olunub. K.Abdulla bu nəşr 

barədə yazır: “...1999-cu il nəşrinin bir daha cilalanmış,  əlavələr 

edilmiş, istifadə olunmuş elmi bünövrə ilə  təkmilləşdirilmiş yeni 

variantıdır”. Maraqlıdır ki, M.Kaşğari və K.Abdulla ilə bağlı bu 

cür oxşarlıqları başqa müstəvilərdə  də davam etdirmək olar: hər 

ikisi dilçi-türkoloqdur; hər ikisi türkün mənəvi dünyasına vurğun-

dur;  M.Kaşğari XI əsrə  qədərki, K.Abdulla isə bu günə  qədərki 

türk dili, ədəbiyyatı, tarixi və etnoqrafiyasına dərindən bələddir. 

Amma o da vurğulanmalıdır ki, M.Kaşğari daha çox leksikoqraf, 

K.Abdulla isə qorqudşünas kimi şöhrətlənib. Burada  qorqudşünas 

Kamal Abdulla ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək lazım 

gəlir: “Kitab” K.Abdullanın gen yaddaşına, ruhuna əbədi olaraq 

hopub; “Kitab”ın təsiri K.Abdullanın istənilən yazısında hiss olu-

nur; K.Abdulla “Kitab”a söykənərək yeni ruhlu bədii əsərlər yara-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

166

 

dır, eyni zamanda “Kitab”ı    tədqiq və  təbliğ edir; K.Abdullanın 



“Kitab”ın möcüzəli dünyasından uzaqlaşa bilmə ehtimalı  sıfıra 

bərabərdir, mümkünsüzdür. Bu da səbəbsiz deyil. Öz sözləri ilə 

desək, “Kitab” onu qeyri-adi gərginlikdə saxlayır, dönə-dönə ilkin 

və bakirə nöqtəyə qayıtmağa sövq edir..., o, “Kitab”dan nə qədər 

uzaqlaşırsa, “Kitab”da onu bir o qədər cəlb edir... 

“Kitabi-Dədə Qorqud” barədə çox əsərlər yazılıb (həmişə 

yazılacaq!). Amma heç bir qorqudşünas “Kitab”ın görünməyən tə-

rəflərindən, gizli məqamlarından, sirli-sehirli dünyasından K.Ab-

dulla qədər geniş və sistemli şəkildə bəhs etməyib. “Gizli” sözü də 

heç bir qorqudşünasın yox, məhz K.Abdullanın kitablarının adında 

(ideonimində) bir təyinedici, atribut kimi çıxış edir: “Gizli Dədə 

Qorqud” (1991); “Sirriçində Dastan və yaxud “Gizli Dədə Qor-

qud” (1999); “Mifdən Yazıya və yaxud gizli Dədə Qorqud” 

(2009). Bu cərgədə eynilə  təkrarlanan,epifora kimi görünən, ob-

razlı desək, K.Abdulla ilə birlikdə addımlayan məhz “Gizli Dədə 

Qorqud” ideonimidir. Elə bir ideonim ki, “Kitab”ın böyüklüyü və 

unikallığının ifadəçisi kimi çıxış edir. Həm də elə bir ideonim ki, 

semantikasına görə M.F.Köprülüzadənin fikirləri ilə səsləşir: “türk 

ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, “Dədə Qorqud”  

o biri gözünə qoyulsa, yenə də “Dədə Qorqud” tərəfi ağır gələr”. 

Qorqudşünaslıqda qeyri-dəqiq, bəzən isə ümumiyyətlə, “Ki-

tab”a aid olmayan fikirlərə rast gəlinir: “Kitab”da təsvir olunur ki, 

Oğuz qadını dağa qayınata deyib, dağı görəndə yaşmaqlanıb; “Ki-

tab”da Günel və Tural obrazlarına təsadüf olunur; “Buğac” adı 

“buğaya qalib gələn xaç-od” mənasındadır... “Kitab”ın poetik 

strukturu, daha doğrusu, mətni nəzərə alınmadan söylənilmiş bu 

cür bəsit və qeyri-dəqiq fikirlərlə K.Abdullanın “Gizli Dədə Qor-

qud”larındakı tutarlı arqumentləri qarşılaşdırsaq, son dərəcə  kəs-

kin bir ziddiyyətin şahidi olarıq: qorqudşünaslığımızdakı bəzi ya-

zılarda: görünəni olduğu kimi verə bilməmək və ya təhrif edilmiş 

şəkildə təqdim etmək; K.Abdullanın “Dədə Qorqud kitabı”na dair 

əsərlərində:  görünəni olduğu kimi təqdim etməklə yanaşı, onun 

daxilindəki görünməyən tərəfləri, gizli məqamları aşkarlamaq.  



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

167

 

Aydındır ki, “Kitab”ı linqvopoetik baxımdan tam mənimsə-



mədən, qədim türk mənbələrinə  dərindən yiyələnmədən, qonşu 

xalqların qədim ədəbiyyatına bələd olmadan, görünənlə görünmə-

yənin sintezinə assosiativ və sintaqmatik münasibətlər prizmasın-

dan yanaşmadan... “Kitab”dakı gizli məqamlar barədə dəqiq bir fi-

kir yürütmək mümkün deyil. Mübaliğəsiz deyirik ki, bu keyfiyyət-

lərin hər biri K.Abdullada yetərincədir. Məhz bunun nəticəsidir ki, 

o “Kitab”dakı gizli qatlara işıq sala bilir. Heç şübhəsiz ki, K.Ab-

dullanın müəyyənləşdirdiyi gizli məqamları bir məqalə çərçivəsin-

də tam əhatə etmək mümkün deyil (bu, ayrıca bir tədqiqat möv-

zusudur). Bu mənada “Mifdən Yazıya və yaxud gizli Dədə Qor-

qud” kitabındakı  bəzi detallara diqqət yetirməyi məqsədəuyğun 

hesab edirik: 

Beyrəyin taleyi ilə oynayanlar mətn semantikası kontekstin-

də dəqiqləşdirilir: Baybecan məlik – Dəli Qarcar – Bayburd hasa-

rının bəyi. Bu üçbucağın çevrəsi Yalançı oğlu Yalıncıq və kafirin 

qızı kimi obrazlarla genişləndirilir. Sonra isə belə bir fikir verilir: 

“... gizli motivlər bu şəkildə üzə çıxır, ikinci informasiya sistemi 

passivlik rejimini tərk edir, süjetin daxili tərkib komponenti kimi 

ədəbi fəaliyyətə başlayır”. Bu, onu deməyə  əsas verir ki, müəllif 

Beyrəklə bağlı semantik dinamikanın bütün tərəflərini zərgər də-

qiqliyi ilə izləyə bilib. Yeri gəlmişkən, K.Abdulla “Kitab”ın poe-

tik strukturundakı Baybecanı “məlik” titullu bir  qəhrəman kimi 

təqdim edir (Drezden nüsxəsinin 121-ci səhifəsində Baybican 

adından sonra “bəg” deyil, məhz “məlik” titulu yazılıb). Bu isə 

birbaşa Baybicanın xristian keçmişi  barədə müəyyən təsəvvür ya-

radır. Digər tərəfdən, Baybican qızı Banıçiçəyin Beyrək barədə ni-

şanlı olarkən dediyi “...bir yasduqda baş qoduğım!” ifadəsi təbii 

qarşılanır (bir yastığa baş qoymaq = ər-arvad olmaq). Daha doğru-

su, həmin ifadə müsəlman Banıçiçəyin yox, qeyri-müsəlman Banı-

çiçəyin dilində real görünür (“Kitab”ın 1988-ci il Bakı  nəşrində 

həmin ifadə “bir yasdıqda baş qoyacağım”  şəklində sadələşdi-

rilib). 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə